Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə25/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   21   22   23   24   25   26   27   28   ...   82

 
97 
Sizin  bütün  saatlarınız  –  qanadlarınızdır,  fəzanı  yaran, 
sizi özünüzdən özünüzə aparan. 
Əxlaqını  dəbdəbəli  libas  kimi  geyinən  kəs  çılpaq 
qalsaydı, daha yaxşı olardı. 
Külək və günəş onun dərisinə zərər verməzdi. 
Davranışını  etikayla  müəyyənləşdirən  kəs  öz  bülbülünü 
qəfəsə salmış olur sanki. 
Ən  azad  nəğmə  belə  dəmir  barmaqlıqlardan  və 
məftillərdən keçə bilməz. 
O kəs üçün ki, səcdə – açıldığı kimi də bağlana bilən bir 
pəncərədir, o kəs hələ ruhunun mənzilinə yetişməmişdir; zira, o 
mənzilin pəncərələri sübhdən sübhə qədər açıq olur. 
Sizin  gündəlik  həyatınız  –  sizin  məbədiniz  və  sizin 
dininizdir. 
Ona nə vaxt daxil olsanız, özünüzlə hər şeyinizi götürün. 
Götürün  özünüzlə  kotanınızı  və  şeypurunuzu,  çəkicinizi 
və udunuzu götürün. 
Bütün  o  şeyləri  ki,  zərurət,  yaxud  heyrət  üçün 
yaratmısınız. 
Zira, dualarınızda nə uğurlarınızdan  yüksəyə qalxa bilər, 
nə də uğursuzluğunuzdan aşağı enə bilərsiniz. 
Özünüzlə bütün insanları da götürün. 
Zira, səcdənizdə nə onların ümidlərindən yüksəyə uça bi-
ləcək, nə də özünüzü onların ümidsizliyindən aşağı endirə bilə-
cəksiniz. 
Əgər siz Allahı dərk etmiş olsaydınız, tapmaca  tapmağa 
ehtiyac qalmayacaqdı. 
Yetər  ki,  ətrafınıza  boylanasınız  və  Onun  uşaqlarınızla 
necə oynadığının şahidi olacaqsınız. 


 
98 
Baxın fəzaya: Onun buludlar üzərində yeridiyini, əllərini 
şimşəklərdə uzadaraq yağışlarla yağdığını görərsiniz. 
Onun  çiçəklərdə  gülümsəməyini,  sonra  isə  boy  ataraq 
ağaclarda sizə əl etməsini görərsiniz». 
 
Ölüm 
Sonra  əl-Mitra  dilləndi:  “İndi  isə  Ölüm  barədə 
danışmağını istəyirik”. 
Əl-Mustafa dedi: 
«Ölümün sirrini bilmək istəyirsiniz. 
Onu  həyatın  ürəyində  axtarmırsınızsa  harda  tapa  bilərsi-
niz?  
Gündüzləri  kor  olan,  gecə  gözlü  bayquş  işığın  sirri 
üzərindəki pərdəni qaldıra bilməz. 
Əgər  həqiqətən  ölümün  ruhunu  görmək  istəyirsinizsə, 
ürəyinizi həyatın bədəninə geniş açın. 
Zira, həyatla ölüm birdir, çayla dəniz bir olan kimi. 
Ümid  və  arzularınızın  dərinliyində  qeybin  lal  biliyi 
yatmaqdadır; 
Qar  altında  uyuyan  toxumlar  təki,  ürəyiniz  yuxusunda 
baharı görür. 
Yuxularınıza  inanın,  əbədiyyətin  qapıları  gizlənib  onlar-
da. 
Sizin ölüm qorxunuz bir çobanın sultan qarşısında əsmə-
sinə bənzəyir; o zaman ki, sultan əlini onu şərəfləndirmək üçün 
uzatmışdır artıq. 
Məgər  çobanın  əsməsində  üzərində  sultan  təmasını 
gəzdirəcəyindən dolayı bir sevinc hiss olunmurmu?  
Məgər o, daha çox öz əsməsi barədə düşünmürmü? 


 
99 
Zira,  ölmək  –  küləyin  qarşısında  çılpaq  dayanmaq  və 
günəşdə ərimək deyil, bəs nədir? 
Nəfəsin  kəsilməsi  –  nəfəsin  öz  narahat  qabarma  və 
çəkilmələrindən azad olması, qalxması, genişlənməsi və Allahı 
qayğısız şəkildə axtara bilməsi demək deyilmi? 
Yalnız  sükut  çayından  su  içdikdə  həqiqətən  nəğmə 
oxuyacaqsınız. 
Yalnız  dağın  zirvəsinə  çatanda  həqiqi  yüksəlişiniz 
başlayacaqdır. 
Cisminizi  torpaq  özünə  istəyəndə  həqiqi  rəqsinizi 
oynayacaqsız». 
 
Vidalaşma  
Budur, axşam düşdü. 
Görücü əl-Mitra söylədi: “Eşq olsun bu günə, bu yerə və 
sənin danışan ruhuna!” 
O  cavab  verdi:  «Məgər  danışan  mən  idim?  Məgər  mən 
həm də dinləyən deyildimmi?» 
Sonra  o,  məbədin  pilləkanları  ilə  endi  və  bütün  xalq  da 
onun  arxasınca  yollandı.  O  öz  gəmisinə  yetişib  göyərtəyə 
qalxdı. 
Üzünü xalqa tutub səsini ucaltdı: 
«Orfalesin camaatı, külək sizi tərk etməyimi tələb edir. 
Külək qədər tələsməsəm də, getməliyəm. 
Biz, daima tənha yollar axtaran yolçular, heç zaman yeni 
günü dünənin qurtardığı yerdən başlamırıq; səhər şəfəqləri bizi 
heç zaman qürubun bizi tərk etdiyi yerdə tapmayacaqdır. 
Hətta yer yuxuda olanda belə, biz yol gedirik. 


 
100 
İnadkar  bitkinin  toxumlarıyıq  biz.  Və  elə  ki,  yetkinliyə 
çatırıq,  ürəklərimiz  dolub  daşır,  külək  alıb  aparır  bizi  və 
səpələyir hər yana. 
Günlərim  qısa  oldu  mənim,  aranızda  keçirdiyim,  sizə 
söylədiyim sözlər isə daha qısa idi. 
Lakin səsim daha qulaqlarınızda səslənməyəcək və eşqim 
xatirənizdən silinən bir zamanda mən yenidən qayıdacağam. 
Daha  zəngin  bir  ürəklə  və  ruha  yaxın  bir  nəfəslə 
danışacam onda. 
Hə, dənizin qabarması ilə qayıdacam mən. 
Baxmayaraq ki, ölüm məni gizləyə və böyük sükut məni 
öz ağuşuna ala bilər, anlamağınız üçün yollar axtaracam. 
Boşuna axtarmayacam mən. 
Əgər danışdıqlarımdan nəsə həqiqətdirsə, bu həqiqət da-
ha aydın səs və sözlərlə, fikirlərinizə daha yaxın bir şəkildə aş-
karlanacaqdır. 
Mən küləklə gedəcəm, Orfalesin camaatı, amma boşluğa 
düşməyəcəm. 
Əgər bu gün sizin ehtiyaclarınız ödənməyəcək və mənim 
eşqim  nakam  qalacaqsa,  qoy,  onda  o,  bir  vəd  olaraq  qalsın 
gələn günə qədər. 
İnsanın  ehtiyacları  dəyişir,  amma  eşqi  dəyişmir.  Və  o, 
eşqindən gözləyir ehtiyaclarının ödənməsini. 
Odur ki, bilin, böyük sükutun içindən qayıdacam mən». 
«Səhər şəfəqləri ilə əriyən və çəməndə şeh qoyub gedən 
duman buludlarda yığılaraq yağış olub yerə yağır. 
Dumana oxşarım vardı mənim. 
Gecənin  sakitliyində  sizin  küçələrinizi  dolaşırdım  və 
ruhum evlərinizə daxil olurdu. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə