Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə28/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   24   25   26   27   28   29   30   31   ...   82

 
110 
və görüş, göz yaşı və təbəssümdür. 
Dənizin  suları  buxarlanır  və  yuxarı  qalxaraq  dərələr, 
təpələr  üzərində  süzən  buluda  çevrilirlər.  Zərif  bir  küləyə  rast 
gələndə  bulud  göz  yaşlarına  dönərək  düzlərə  yağır,  çaylara 
yığılaraq vətəninə – dənizə qayıdır. Buludların həyatı – ayrılıq 
və vüsal, göz yaşı və təbəssümdür. Beləcə ruh da vahid Ruhdan 
ayrılaraq maddi dünyaya düşür, bulud kimi kədər dağlarının və 
sevinc  vadilərinin  üzərindən  keçir;  ölüm  küləyi ilə  rastlaşanda 
isə, əvvəlki yerinə, eşq və gözəllik dənizinə – Allaha qayıdır... 
 
Eşq həyatı 
 
Yaz 
Gəl,  mənim  sevgilim,  gedək  təpələrin  arasında  gəzişək; 
qarlar  ərimiş,  həyat  yuxudan  ayılaraq  vadilərdə  və  yüksəklik-
lərdə canlanma yaratmaqdadır. Gedək mənimlə, yazın uzaq çə-
məndəki ayaq izlərinə baxaq. 
Gedək,  təpənin  başına  qalxaq  və  onun  ətrafındakı 
dərələrin titrəşən yaşıllığına tamaşa edək. 
Budur, yazın səhəri qışın gecəsi ilə yığışdırılmış paltarla-
rını boxçasından çıxarmış və onları şaftalı və sitrus ağaclarına 
geyindirmişdir;  və  budur  onlar  Qədr  gecəsindəki  gəlin  kimi 
bəzənmişlər. Üzümlər oyanmış, tənəklər aşiqlər təki bir-birinə 
sarmaşmışlar.  Qayaların  arasından  çaylar  qaçışır,  rəqs  edərək 
sevinc nəğməsini təkrarlayırlar; və budur dənizdə köpük görü-
nən təki təbiətin qəlbindən güllər də görünməyə başladı. 
Gedək,  əzizim,  qışın  sonuncu  göz  yaşlarını  zanbaqların 
piyalələrindən  içək,  qəlbimizi  cəh-cəh  vuran  quşların  nəğməsi 


 
111 
ilə  dolduraq,  yaz  mehlərinin  ətrini  ciyərlərimizə  çəkməyə 
tələsək. 
Gəl, bənövşələrin gizləndiyi o qayanın dibində oturaq və 
məhəbbət öpüşlərinin şirinliyinə dalaq. 
 
Yay 
Gəl,  əzizim,  gedək  zəmiyə,  artıq  biçin  vaxtıdır.  Taxıl 
günəşin  şəfqətli  baxışları  altında  artıq  böyüyüb  yetişmişdir. 
Gedək torpağın meyvələrini yığaq, Ruh sevinc dənlərini Eşqin 
ürəklərimizin  dərinliklərində  əkdiyi  toxumlardan  yığdığı  təki 
yığaq.  Həyat  qəlbimizi  tükənməz  hisslərlə  doldurduğu  təki 
ambarlarımızı təbiətin nemətləri ilə dolduraq,. 
Gəl, sevgilim, güllərdən yataq, göydən  yorğan düzəldək, 
başımızın  altına  yumşaq  küləşdən  yığıb  dincələk,  arxın  şirin 
şırıltısının  sədaları  altında  günün  yorğunluğu  canımızdan 
çıxsın. 
 
Payız 
Sevgilim  mənim,  gedək  üzümlüyə,  üzümlərdən  şərab 
sıxaq  və  onu  köhnə  küplərdə  saxlayaq,  Ruh  əsrlərin 
müdrikliyini gizləyib saxladığı kimi. 
Qayıdaq evimizə! Ağacların yarpaqları saralmışdır; külək 
onları  qopararaq  hələ  də  yaya  ayrılıq  nəğməsini  oxuyan 
qurumuş çiçəklərin üstünə səpir. 
Gedək  evə,  mənim  əzizim,  artıq  quşlar  isti  yerlərə  uçub 
getmiş və soyumuş düzləri tənhalığa qərq etmişlər; casmin və 
mərsinlərin də göz yaşları qurumuşdur.  
Qayıdaq!  Yorğun  arxlar  öz  qaçışlarını  dayandırmış, 
bulaqlar  daha  sevincdən  ağlamırlar.  Təpələr  də  öz  parlaq 


 
112 
örtüklərini  yığışdırmışlar  artıq.  Gedək,  sevgilim.  Təbiəti 
yuxunun  şirinliyi  yoldan  çıxardır  və  o,  həzin  nəhavənd
1
 
musiqisinin sədaları altında öz şuxluğu ilə ayrılır. 
 
Qış 
Yaxın  gəl,  həyatımın  yoldaşı,  mənə  elə  sıxıl  ki,  qışın 
soyuq nəfəsi aramıza girə bilməsin. Mənim yanımda, bu ocağın 
qarşısında otur. Ocaq qışın xoş meyvəsidir. 
Mənə ürəyinin hüsnündən danış. Çöldəki soyuq uğultu və 
iniltini daha eşitmək istəmirəm. Qapı və pəncərələri kip bağla. 
Göylərin acıqlı ifadəsi ruhumu sarsıdır, çöllərin qarlı mənzərəsi 
isə qəlbimi kövrəldir. 
Çırağa  yağ  tök  ki,  sönməsin.  Və  öz  yanına  qoy  onu  – 
mənimlə  yaşadığın  ömrün  sənin  üzündə  yazdığı  yazıları 
oxumaq istəyirəm. Mənim əziz həyat yoldaşım. 
Payız  şərabından  gətir.  Gəl,  içək  və  yazın  sevincli 
səpininin,  yayın  zəhmətinin  və  payızın  mükafatının  xatirəsinə 
nəğmə oxuyaq. 
Mənə  yaxın  gəl,  ruhumun  sevgilisi.  Ocaq  sönmüşdür  və 
sonuncu  közlər  də  indi  külə  dönəcək.  Qucaqla  məni,  tənhalıq 
qorxusu  qəlbimə  yaxın  düşməsin;  çıraq  artıq  sönmüş, 
çəkdiyimiz  şərabın  təsirindən  isə  gözlərimiz  yumulmaqdadır. 
Onlar  hələ  tamam  qapanmamış  gəl,  bir-birimizə  bir  daha 
baxaq.  Yuxu  ruhlarımızı  sarmamış,  gəl,  bir-birimizə  sarılaq. 
Öp  məni,  canım  mənim,  qışın  güc  gələ  bilmədiyi  bir  şey 
qalıbsa, o da yalnız sənin öpüşündür. 
                                                 
1
 Nяhavяnd – İranda шяhяrdиr. Mцasиr яrяb musиqиsиnиn ladlarыndan 
bиrи bu cцr adlanыr. 


 
113 
Sən mənim yanımdasan, mənim əbədi yoldaşım. 
Ah,  yuxu  okeanı  necə  dərin  və  nəhayətsizdir...səhər  isə 
çox uzaqlardadır. 
 
 
Ruh 
 
İlahilərin  ilahisi  öz  varlığından  bir  ruhu  ayırdı,  onun 
mayasını gözəlliklə yoğurdu. Ona səhər mehinin könül oxşayan 
zərifliyini,  çöl  çiçəklərinin  xoş  ətrini,  ay  işığının  cazibəsini 
bəxş etdi. Sevinc qədəhini ona uzadaraq dedi: 
–  Keçmişini  unudub,  gələcəyinə  qarşı  laqeydləşənədək 
bu qədəhdən içmə!  
Sonra kədər qədəhini uzadaraq sözünə davam etdi: 
–    Qədəhdəkini  boşalt  və  həyat  sevincinin  mahiyyətini 
dərk et!  
İlk şükran ahı ilə ruhun könül bağçasını şirin məhəbbətə 
sardı, ilk təkəbbür ahı ilə bu məhəbbəti yox etdi. Haqq yolunu 
tanıması  üçün  İlahi  ruha  elmilik  verdi,  gözlə  görünməyən 
şeyləri  görüb  duyması  üçün  onun  bəsirət  gözünü  açdı.  Ona 
xəyallarda yaşayan, kölgələrlə birgə yox olan hisslər bəxş etdi. 
Məlaikələrin  göy qurşağının rəngbərəng saplarından toxuduğu 
şövq libası ilə onu süslədi. Onun üzərinə  çaşqınlıqdan  doğan 
zülmət örtüyü çəkdi, halbuki bu, işığın xəyalı idi.  
Sonra  İlahi  qəzəb  və  hiddət  çəlləyindən  odu,  bədəvi 
səhralarından  əsib-coşan  küləyi,  təkəbbür  dənizi  sahilindən 
qızıl  qumu,  əsrlərin  ayaqları  altından  torpaq  götürərək  insanı 
yaratdı.  Ona  dəlilik  anlarında  coşub  daşan,  şəhvət  qarşısında 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə