Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə24/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

 
93 
Bəzi  cavanlarınız  həzzi  elə  axtarırlar  ki,  sanki  o,  hər 
şeydir; hamınız onları danlayır, mühakimə edirsiniz. 
Mən  isə  onları  nə  mühakimə  edər,  nə  də  danlayardım. 
Qoy, axtarsınlar.  
Zira, tapacaqları təkcə həzz olmayacaqdır. 
Onlar  yeddi  bacıdır  və  ən  balacası  belə  həzdən  daha 
gözəldir. 
Məgər  yeri  qazıb  kök  axtaran  və  nəticədə  xəzinə  tapan 
birisi haqqında heç eşitməmisinizmi? 
Yaşlılardan  bəziləri  həzzi  sərxoşluq  anında  buraxılan 
səhvlər kimi peşmanlıqla xatırlayırlar. 
Lakin 
peşmanlıq 
ağılın 
dumanlandırılmasıdır, 
cəzalandırılması deyil. 
Yaxşı  olardı  ki,  onlar  həzzlərini  yayın  məhsulunu 
xatırladıqları kimi minnətdarlıqla xatırlayaydılar. 
Lakin peşmanlıq onlara yüngüllük gətirirsə, qoy, olsun. 
Aranızda elələri də var  ki, axtarmaq üçün o qədər gənc, 
xatirələrə qapılmaq üçün isə hələ o qədər qoca deyillər. 
Onlar axtarış və xatırlamadan qorxaraq bütün həzzlərdən 
yan qaçırlar ki, ruhu incitməmiş və təhqir etməmiş olsunlar. 
Amma hətta onların bu imtinası belə onlara həzz gətirir. 
Beləcə,  əsən  əlləri  ilə  kök  axtarmaqlarına  baxmayaraq, 
onlar da xəzinə tapmış olurlar. 
Amma soruşuram sizdən, ruhu kim təhqir edə bilər ki? 
Bülbül  gecənin  sakitliyini,  yaxud  işıldaböcək  ulduzu 
təhqir edə bilərmi? 
Sizin alovunuz və tüstünüz küləyə ağırlıq gətirə bilərmi? 
Yoxsa,  düşünürsünüz,  ruh  bir  gölməçədir  ki,  onu  bir 
çöplə həyəcanlandıra bilərsiniz?  


 
94 
Çox  zaman  həzzdən  imtina  etməklə,  siz  arzularınızı 
yalnız varlığınızın dərin guşələrinə sıxışdırmış olursunuz. 
Kim  bilir,  bəlkə  bu  gün  əldən  çıxan  sabahkı  gününü 
gözləyir? 
Hətta  sizin  bədəniniz  belə  öz  qanuni  haqqını  bilir,  Onu 
aldada bilməzsiniz. 
Bədəniniz isə qəlbinizin arfasıdır. 
Onda şirin  musiqi,  yaxud  nizamsız səslər  çalmaq  – artıq 
sizin işinizdir. 
İndi  ürəyinizdə  soruşursunuz:  “Bəs  həzzdə  nəyin  yaxşı, 
nəyin pis olduğunu necə bilək?” 
Gedin  öz  çəmənlərinizə  və  bağlarınıza.  Görün  ki,  arıya 
güldən bal yığmaq həzz verir. 
Gülə də həzz verir arıya balını vermək. 
Zira, arı üçün gül bir həyat mənbəyidir. 
Gül üçün də arı bir məhəbbət elçisidir. 
Hər ikisi – həm arı, həm də gül üçün – həzz vermək və 
həzz almaq bir tələbat və bir vəcddir. 
Orfalesin  camaatı,  öz  həzzlərinizdə  güllərə  və  arılara 
bənzəyin». 
 
Gözəllik 
Şair söylədi: “Bizimlə Gözəllikdən danış”. 
 O, cavab verdi: 
«Harada axtaracaq və necə tapacaqsınız Gözəlliyi, əgər o 
özü sizin həm yolunuz və həm də bələdçiniz olmasa? 
Siz onun haqqında necə danışa bilərsiniz, əgər o özü sizin 
nitqinizin toxucusu olmasa? 


 
95 
Kədərlilər və incimişlər deyəcəklər: “Gözəllik - xeyirxah 
və mehribandır. 
Sanki  bir  gənc  ana  kimi,  o,  öz  hüsnündən  bir  qədər 
utanmış halda aramızda gəzişir”. 
Çılğınlar  deyəcəklər:  “Yox,  gözəllik  -  qorxulu  və 
qüdrətlidir. 
Sanki  bir  fırtınadır  o;  ayaqlarımızın  altındakı  yeri  və 
başımızın üstündəki göyü silkələyir”. 
Yorulmuş  və  əldən  düşmüşlər  deyəcəklər:  “Gözəllik  bir 
şirin pıçıltıya bənzəyir. Bizim ruhumuzda danışır o. Onun səsi 
bizim  sükutumuz  qarşısında  geri  çəkilir,  zəif  işıq  kölgə 
qarşısında qorxudan əsən kimi”. 
Dəcəllərsə deyəcək: “Biz onu dağlarda qışqıran gördük. 
Onun qışqırığıyla birlikdə ayaq səsləri, qanadların çırpıl-
ması və şirlərin nəriltisi də gəlirdi”. 
Gecə  şəhərin  nəzarətçiləri  deyəcək:  “Gözəllik  sübh 
şəfəqləri ilə birlikdə Şərqdən yüksələcək”. 
Günorta  zəhmətkeşlər  və  yolçular  deyəcək:  “Biz  onun 
qürub pəncərəsindən yerə necə əyildiyinin şahidi olmuşuq”. 
Qışda  qara  düşmüşlər  deyəcək:  “O,  yazda,  təpədən-
təpəyə qonaraq gələcəkdir”. 
Yayın istisində məhsul dərənlər deyəcəklər: “Biz onu pa-
yız yarpaqları ilə oynayan görmüşük, saçlarında da qar vardı”. 
Bütün bunları siz gözəllik haqqında söylədiniz. 
Əslində isə siz ödənməmiş ehtiyaclarınızdan danışırdınız. 
Zira, gözəllik ehtiyac deyil, vəcddir. 
O,  nə  susuzluqdan  yanan  dodaq,  nə  də  irəliyə  uzadılmış 
boş əldir. 
Alovlanmış ürək və sehrlənmiş qəlbdir gözəllik. 


 
96 
Bu,  sizin  görmək  istədiyiniz  surət  və  ya  eşitmək 
istədiyiniz nəğmə deyil. 
Elə  surətdir  ki,  gözlərinizi  yumanda  belə  onu  görməyə 
bilmirsiniz və elə nəğmədir ki, qulaqlarınızı bağlasanız da, onu 
eşitməkdə davam edəcəksiniz. 
Bu,  qartımış  ağac  qabığının  arxasındakı  şirə  və 
caynaqlara birləşmiş qanad da deyil. 
Əbədi çiçəklənən bağdır, əbədi uçuşan mələklər topasıdır 
gözəllik. 
Orfalesin camaatı, gözəllik – müqəddəs üzündən niqabını 
götürmüş həyatdır. 
Lakin həyat da sizsiniz, niqab da siz. 
Gözəllik – özünə güzgüdə baxan əbədiyyətdir. 
Əbədiyyət də sizsiniz, güzgü də siz. 
 
Din  
Qoca bir kahin dedi: “Dindən danış bizə”. 
O söylədi:  
«Məgər gün ərzində mənim başqa bir şeydən danışdığım 
oldumu? 
Məgər bütün əməllər və düşüncələr, eləcə də əməl və dü-
şüncə olmayanlar, əlinizlə daş yonanda, yaxud toxucu dəzgahı-
nı işlədəndə belə qəlbinizdə çağlayan heyrət və təəccübün özü 
din deyilmi? 
Kim  öz  inamını  əməllərindən,  əqidəsini  məşğuliyyətin-
dən ayıra bilər? 
Kim öz saatlarını qarşısına düzüb söyləyə bilər: 
“Bu, Allah üçün, bu isə mənim üçün; bu, ruhum, bax, bu 
isə bədənim üçün?” 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə