Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə21/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   17   18   19   20   21   22   23   24   ...   82

 
80 
Orfalesin  camaatı,  siz  dəfin  səsini  ala,  udun  simlərini 
boşalda bilərsiniz, bəs torağayı kim susdura bilər”? 
 
Azadlıq 
Natiq dilləndi: “Bizə azadlıqdan danış”. 
O, dedi: 
“Şəhər  qapılarında  və  ocaqlarınızın  başında,  sizi  öz 
azadlığınız  qarşısında  necə  əyilib,  səcdə  etdiyinizi  görmüşəm, 
–  eyni  ilə  qullar  öz  zülmkarı  qarşısında  beləcə  alçalır  və  onu 
öyürlər; baxmayaraq ki, o onları öldürməkdə davam edir. 
Hə, məbədin meşəliyində və qalanın kölgəsində aranızda 
ən  azad  sayılanları  azadlığı  boyunduruq  və  qandal  kimi 
geyinərək daşıdıqlarını görmüşəm. 
Ürəyim qan ağlayır içimdə. Zira, siz o zaman azad ola bi-
lərsiniz  ki,  hətta  azadlığı  axtarmaq  arzusunun  özü  belə  sizin 
üçün artıq bir yükə çevriləcək və siz azadlıq haqqında bir məq-
səd və həyatın mənası haqqında danışırmış kimi danışmayacaq-
sınız. 
Siz  o  zaman  həqiqətən  azad  olacaqsınız  ki,  günləriniz 
qayğısız, gecələriniz isə ehtiyac və qüssədən uzaq olacaq. 
O zaman ki, bütün bunlar həyatınızı saranda belə, siz çıl-
paq və bağlanmamış halda onların üzərinə yüksələ biləcəksiniz. 
İdrakınızın səhərində öz günorta saatınızın ətrafına dola-
dığınız zəncirləri qırmasanız öz gecə və gündüzləriniz üzərinə 
necə yüksələ bilərsiniz,? 
Əslində  sizin  azadlıq  adlandırdığınız  –  zəncirlərin  ən 
möhkəmidir,  hərçənd  ki,  onun  halqaları  günəşdə  parıldayır  və 
gözlərinizi qamaşdırır. 


 
81 
Azad  olmaq  üçün  qırıb  atmaq  istədikləriniz  məgər  sizin 
mənliyinizin parçaları deyilmi? 
Əgər  ləğv  etmək  istədiyiniz  ədalətsiz  qanundursa,  bu 
qanunu özünüz öz əllərinizlə yazmısınız öz alnınıza. 
Hüquq  kitablarınızı  yandırmaqla  silə  bilməzsiniz  onu; 
hakimlərinizin  alnından  da  yuya  bilməyəcəksiniz  onu,  lap 
bütöv bir dənizi onların üstünə töksəniz belə. 
Əgər taxtdan salmaq istədiyiniz despotdursa, əvvəlcə ba-
xın, görün içinizdə onun üçün ucaltdığınız taxt hələ dururmu? 
Zira,  azad  və  vüqarlıları  tiran  necə  idarə  edə  bilər,  əgər 
onların  azadlığında  bir  tiranlıq  və  vüqarlarında  bir  ayıb  olma-
sa? 
Əgər  canınızı  qurtarmaq  istədiyiniz  qayğıdırsa,  bilin  ki, 
onu sizə sırımayıblar – özünüz seçmisiniz. 
Əgər  qovmaq  istədiyiniz  qorxudursa,  o  sizin  ürəyinizdə 
oturub, qorxudanın əlində deyil. 
Həqiqətən,  varlığınızda  hər  şey  yarı  qucaqlaşmış  halda 
daim  hərəkətdədir  arzuladığınız  və  qorxduğunuz,  ikrah  etdiyi-
niz və sevdiyiniz, təqib etdiyiniz və uzaq qaçdığınız.  
Bütün bunlar içinizdə işıq və kölgə kimi cüt gəzişirlər. 
Kölgə ağararaq yox olanda, sönməkdə olan işıq başqa bir 
işığın kölgəsinə çevrilir. 
Beləcə  sizin  azadlığınız  da  qandallarını  itirəndə,  daha 
böyük azadlığın qandallarına çevrilir”. 
 
Ağıl və Ehtiras 
Yenidən  məbədin  kahinəsi  dilləndi  və  söylədi:  “Bizimlə 
Ağıl və Ehtiras barədə danış”. 
O belə cavab verdi: 


 
82 
“Çox zaman qəlbiniz döyüş meydanını xatırladır; ağıl və 
dərrakəniz  ehtiras  və  meyllərinizə  qarşı  müharibə  aparırlar  bu 
meydanda. 
Kaş, mən sizin qəlbinizdə sülh yarada biləydim, sizin his-
sələriniz arasındakı qarşıdurma və rəqabəti vəhdət və harmoni-
yaya çevirəydim! 
Lakin mən bunu necə edə bilərəm, əgər siz özünüz öz da-
xilinizdə  sülh  yaratmasanız  və  bir-birinizi  və  hər  bir  hissənizi 
sevməsəniz? 
Sizin  ağlınız  və  ehtirasınız  –  dənizdə  üzən  ruhunuzun 
sükanı və yelkənləridir. 
Əgər  sizin  yelkənləriniz  cırılmış  və  ya  sükanınız 
qırılmışsa, siz yalnız axına düşüb hara gəldi gedərsiniz, yaxud 
dənizin ortasında hərəkətsiz qalarsınız. 
Zira,  təkbaşına  idarə  edən  ağıl  –  məhdudlaşdırıcı  qüvvə, 
nəzarətdən  çıxan  ehtiras  isə  –  özünü  yandırıb  külə  döndərən 
alovdur. 
Odur ki, qoyun, ruhunuz ağlınızı ehtiras səviyyəsinə yük-
səltsin  ki,  o,  nəğmə  oxuya  bilsin;  qoyun,  ruhunuz  ehtirasınızı 
ağılla istiqamətləndirsin ki, ehtiras hər gün dirilərək yaşaya bil-
sin; və simurq quşu kimi öz külünün içindən pərvazlansın. 
İstərdim ki, düşüncə və istəklərinizə evinizin iki ən əziz 
qonağı  kimi  yanaşasınız;  yəqin  ki,  qonağın  birini  digərindən 
üstün tutmazsınız; 
Zira,  birinə  aşırı  diqqətli  olan  kəs  hər  ikisinin  sevgi  və 
etibarını itirmiş olur. 
Təpələr  arasında,  ağ  qovaqların  kölgəsində  oturaraq 
uzaqdakı çöl  və  çəmənlərin  sakitliyini  və  əmin-amanlığını bö-


 
83 
lüşərkən  icazə  verin,  ürəyiniz  öz  sükutunda  söyləsin:  “Allah 
ağılda dincəlir”. 
Lakin tufan qopub qüvvətli külək meşəni silkələyəndə, il-
dırım və şimşəklər göylərin əzəmətindən xəbər gətirəndə, icazə 
verin,  ürəyiniz  öz  həyəcanında  dillənsin:  “Allah  ehtirasda 
hərəkət edir”. 
Bir halda ki, siz İlahi aləmin nəfəsi və İlahi meşənin yar-
paqlarısınız, onda siz də ağılda dincəlib ehtirasda hərəkət edin. 
 
Ağrı 
Bir qadın dilləndi: “Ağrıdan danış bizə”. 
O dedi: 
«Sizin ağrınız – idrakınızın qabığının sındırılmasıdır. 
Meyvə  çəyirdəyinin  içini  işığa  çıxarmaq  üçün  onu 
sındırmaq lazım olduğu kimi, siz də ağrını yaşamalısınız. 
Əgər  ürəyiniz  gündəlik  həyatınızın  möcüzələrinə  təəc-
cüblənmək  qabiliyyətini  saxlaya  bilsəydi,  onda  ağrı  sizə  se-
vincdən az maraqlı görünməyəcəkdi; 
Siz  ürəyinizin  mövsümlərini  zəmilərinizin  üzərindən  ke-
çən fəsillər kimi qəbul edərdiniz. 
Sakitcə  aləmi  öz  kədərinizin  qışından  müşahidə  edər-
diniz. 
Ağrının çoxunu özünüz seçmisiniz. 
Bu  bir  acı  dərmandır  ki,  onun  vasitəsi  ilə  Loğman  sizin 
xəstə mənliyinizi sağaldır. 
Odur  ki,  Loğmana  etibar  edin  və  onun  dərmanını  sükut 
və itəatkarlıqla için. 
Zira, onun əli ağır və sərt olsa da, Görünməzin qayğıkeş 
əli ilə istiqamətləndirilir. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə