Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə17/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   13   14   15   16   17   18   19   20   ...   82

 
64 
Axı, həyat geriyə axmır və dünəndə ləngimir. 
Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irə-
liyə atılmışlar. 
Nişançı  sonsuzluq  yolunda  nişanını  görür  və  O  sizi  Öz 
qüdrəti ilə elə gərir ki, oxlar sürətlə və uzağa uça bilsinlər. 
Qoy, sizin, Nişançı əlinə tabeliyiniz xoşbəxtlik gətirsin. 
Zira, O uçan oxu sevdiyi kimi, tərpənməz yayı da sevir”. 
 
Vermək 
Onda varlı adam dedi : “Verməkdən danış bizə”. 
O, cavab verdi: 
“Malınızdan  verəndə,  siz  yalnız  cüzi  bir  hissəni  verirsi-
niz. 
Özünüzdən verəndə isə həqiqətən vermiş olursunuz. 
Zira, sizin malınız sabahkı günün qorxusundan yığıb sax-
ladığınız şey-şüydən başqa nədir axı? 
Bəs  Sabah?  İz  saxlamayan  qumda  sümük  basdıran  və 
zəvvarların arxasına düşüb müqəddəs şəhərə yollanan çox ehti-
yatlı bir itə nə gətirə bilər ki sabah? 
Ehtiyac qorxusu özü bir ehtiyac deyilmi? 
Susuzluq  qorxusu  quyularınızı  ağzınacan  yanğı  ilə  dol-
durmaqdan yaranmayıbmı? 
Elələri  var  ki,  malik  olduqları  çoxdan  azını  verirlər  və 
bunu  tanınmaq  üçün  eləyirlər.  Onların  gizli  niyyətləri  onların 
bəxşişlərini puça çevirir. 
Lakin elələri də var ki, aza malikdirlər və onun hamısını 
verirlər. 
Onlar  həyata,  həyatın  səxavətinə  inananlardır  gətirənlər-
dir və onların xəzinəsi heç zaman boşalmır. 


 
65 
Onlar  o  kəslərdir  ki,  sevinclə  verirlər  və  sevinc  onların 
mükafatı olur. 
Elələri də var ki, ağrı ilə verirlər və bu ağrı onların vəfti-
zi
1
 olur. 
Elələri  də  var  ki,  verirlər  və  bu  zaman  nə  ağrı  bilir,  nə 
sevinc axtarırlar, nə də yaxşılıq etdiklərinin fərqində olurlar. 
Onların  verməyi,  bax,  o  vadidəki  mərsinin  ətrini  fəzaya 
yayması kimidir. 
Allah  belələrinin  əlləri  ilə  danışır  və  onların  gözləri  ilə 
yer üzünə gülümsünür. 
İstəyənə  vermək  yaxşı  işdir,  lakin  istəməyənə  anlayaraq 
vermək daha yaxşı işdir. 
Səxavətli  üçün  ehtiyacı  olanı  aramaq  sadəcə  verməkdən 
daha böyük sevincdir. 
Məgər  elə  bir  şey  varmı  ki,  onu  özünüzdə  saxlaya 
biləsiniz? 
Nəyiniz varsa bir gün alınacaq. 
Odur  ki,  indi  verin,  vermək  mövsümünü  varislərinizin 
öhdəsinə buraxmağa nə lüzum? 
* * * 
Çox  vaxt  deyirsiniz:  “Mən  verərdim,  amma  layiqli 
birisinə.” 
Amma  nə  bağınızdakı  ağaclar,  nə  də  çəmənlərinizdəki 
sürülər belə demirlər. 
Onlar  verirlər  ki,  yaşaya  bilsinlər,  çünki  verməmək 
onlarçün ölüm deməkdir. 
                                                 
1
 Xaç suyuna salınma. 


 
66 
Həqiqətən,  öz  gündüzlərini  və  gecələrini  alamağa  layiq 
bilinən, sizdən də qalan hər şeyi almağa layiqdir. 
Həyat  okeanından  içməyə  layiq  bilinmişdir,  sizin  kiçik 
arxınızdan öz camını doldurmaga layiqdir, əlbəttə. 
Sizdən  kömək  almaq  cəsarətindən,  inamından  və  hətta 
mərhəmətindən də böyük layiqlilik varmı? 
Axı, siz kimsiniz ki, insanlar sizin qarşınızda öz ürəkləri-
ni açmalı, vüqarlarını ayaqlarınızın altına sərməlidirlər ki, onla-
rın  çılpaq  mahiyyətlərinə  baxıb  layiqliklərini  müəyyənləşdirə 
biləsiniz? 
Birinci  özünüzə  baxın,  verməyə  və  vermə  aləti  olmağa 
layiqsinizmi? 
Zira,  həqiqətdə,  həyata  verən  həyatın  özüdür,  siz  isə, 
özünüzü verən sayanlar, şahiddən başqa bir şey deyilsiniz. 
Siz  alanlar  –  və  həqiqətdə  hamınız  alansınız  –  üzərinizə 
minnət  yükünü  götürməyin  ki,  nə  özünüzün,  nə  də  verənin 
boynuna boyunduruq keçirməyəsiniz. 
Yaxşısı  budur,  verənlə  bir  yerdə,  onun  hədiyyəsi  ilə 
qanadlanın göylərə. 
Zira,  öz  borcun  barədə  çox  düşünmək,  anası  məhsuldar 
torpaq  və  atası  Tanrı  olanın  ürəyinin  səxavətinə  şübhə  etmək 
deməkdir”. 
 
Yemək və içmək 
Sonra  qoca  bir  karvansaraçı  dilləndi:  “Bizə  yemək-
içməkdən danış”. 
O dedi: 
“Kaş  ki,  siz  torpağın  ətri  hesabına  yaşaya  və  bitki  kimi 
işıqla qidalana biləydiniz. 


 
67 
Lakin bir halda ki, siz  yeməkdən ötrü öldürməyə, susuz-
luğunuzu  yatırtmaqdan  ötəri  körpələrin  südünü  oğurlamağa 
məcbursunuz, onda bunu elə edin ki, qoy, səcdəyə bənzəsin. 
Qoy,  süfrəniz  müqəddəs  qurbangah  yeri  olsun.  Burada 
meşənin günahsız və təmiz varlıqları insanın daxilində yaşayan 
daha təmiz və daha məsum olana qurban verilsin. 
Heyvanı öldürəndə ürəyinizdə deyin: 
“Səni öldürən qüvvə ilə  mən  də öldürüləcəyəm  və məni 
də yeyəcəklər. 
Çünki,  səni  mənim  əlimə  təslim  edən  qanun  məni  daha 
qüdrətli Ələ təslim edəcəkdir. 
Sənin  və  mənim  qanım  ilahi  ağacın  köklərini  qidalandı-
ran şirədən başqa bir şey deyil.” 
Almanı dişləyəndə, ürəyinizdə ona deyin: 
“Sənin toxumların mənim bədənimdə yaşayacaq, 
Sənin sabahkı çiçəklərin mənim ürəyimdə açacaqdır. 
Sənin ətrin mənim nəfəsim olacaq, 
Keçən hər fəsilə biz birlikdə sevinəcəyik.” 
Payızda  üzümlüklərinizdən  üzümü  şərab  presi  üçün  yı-
ğanda ürəyinizdə deyin: 
“Əslində  mən  də  üzümlüyəm  və  mənim  də  meyvələrim 
beləcə şərab presinə yığılacaq 
Cavan  şərab  kimi  məni  də  əbədiyyət  küplərində 
gizləyəcəklər.” 
Qışda  bu  şərabı  açanda,  ürəyinizdə  hər  bir  qədəh  üçün 
nəğməniz olsun; 
Nəğmələrinizdə ötən payız günlərini, üzümlüyü və şərab 
presini bir daha xatırlayın”. 
 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə