Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə16/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

 
59 
Digərləri  də  gəldilər  və  yalvardılar  ona.  Lakin  o,  cavab 
vermədi  onlara.  O,  yalnız  başını  aşağı  saldı  və  yaxında  daya-
nanlar  onun  göz  yaşlarının  sinəsinə  necə  düşdüyünün  şahidi 
oldular. 
 O  da,  camaat  da  məbədin  qarşısındakı  böyük  meydana 
yollandılar. 
Orada  səcdəgahdan  əl-Mitra  adlı  bir  qadın  çıxdı.  O, 
görücü idi. 
Əl-Mustafa  bu  qadına  hədsiz  şəfqətlə  baxdı,  çünki  bu, 
məhz  həmin  qadın  idi  ki,  hamıdan  əvvəl  onu  tanımış  və  ona 
iman  gətirmişdi;  onun  şəhərə  gəldiyi  bircə  gün  olmasına  bax-
mayaraq. 
Qadın onu salamlayaraq dedi: 
“Allahın Peyğəmbəri, əlçatmazın axtarışlarında sən uzun 
müddət öz gəmin üçün uzaq üfüqlər aradın. 
İndi isə budur, sənin gəmin gəlmişdir və sən getməlisən. 
Yaddaşında qalan torpaq  və  ali  istəklərinin  məkanı  üçün 
çəkdiyin  həsrət  çox  böyükdür  və  nə  bizim  sevgimiz  sənin  əl-
qolunu bağlaya bilər, nə də bizim ehtiyaclarımız səni bu yoldan 
saxlaya bilər. 
Səndən yalnız bircə istəyimiz var. Nə qədər ki, bizi tərk 
etməmisən danış bizimlə və öz həqiqətindən bizə də bəxş et. 
Biz  onu uşaqlarımıza  ötürərik,  onlar da  öz  uşaqlarına  və 
o itməyəcək. 
Öz tənhalığında sən bizim günlərimizin axarını müşahidə 
etmisən,  öz  oyaqlığında  isə  bizim  yuxumuzun  ağlamağını  və 
gülməyini dinləmisən. 
Odur ki, indi özümüzü göstər bizə, doğumla ölüm arasın-
da olanlardan sənə nə açılıbsa hər şeyi danış bizə”. 


 
60 
O cavab verdi: 
“Orfalesin camaatı, mən qəlblərinizi hələ də riqqətə gəti-
rən şeydən başqa nədən danışa bilərəm ki”? 
 
Məhəbbət 
Onda əl-Mitra dedi: “Məhəbbətdən danış bizə”. 
O, başını qaldırıb camaata baxdı. Camaatın üzərinə sükut 
çökdü. 
O, uca səslə söylədi: 
“Məhəbbət sizi nə zaman çağırsa, gedin onun arxasınca,  
Baxmayın ki, yolları ağır və sərtdir. 
Onun  qanadları  sizi  ağuşuna  alanda,  müqavimət  göstər-
məyin. 
Baxmayın  ki,  qanadlarının  arasında  gizlənmiş  qılınc  sizi 
yaralaya bilər. 
O, sizinlə danışan zaman inanın ona. 
Baxmayın  ki,  şimal  küləyi  bağı  viran  qoyan  kimi  onun 
səsi sizin arzularınızı darmadağın edə bilər. 
Axı,  məhəbbət  başınıza  tac  qoydugu  kimi,  həm  də 
çarmıxa çəkir.  
Sizi böyütdüyü kimi, budayır da.  
O, sizin zirvələrinizə yüksələrək günəşin şəfəqləri altında 
titrəşən ən zərif budaqlarınızı əzizləyir.  
O,  həm  də  sizin  torpağa  sığınmaq  istəyən,  köklərinizə 
dogru enir və onları titrədir. 
Taxıl dərzləri kimi o sizi özündə toplayıb bağlayır. 
Aşkarlanmanız üçün sizi üyüdür 
Sizi qabıqdan ayırmaq üçün ələyir. 
Ağarana qədər sürtür. 


 
61 
Yumşalanadək yoğurur. 
Sonra  sizi  müqəddəs  oda  tapşırır  ki,  Allahın  müqəddəs 
ziyafətində müqəddəs çörək ola biləsiniz. 
Bütün bunları məhəbbət sizin başınıza ona görə gətirəcək 
ki, siz öz ürəyinizin sirrini dərk edəsiniz və bu biliklə Həyatın 
ürəyinin bir hissəsinə çevrilə biləsiniz. 
Lakin əgər siz qorxaqcasına məhəbbətin yalnız sakitliyini 
və ləzzətini axtaracaqsınızsa. 
Onda  yaxşı  olar  ki,  öz  çılpaqlığınızı  örtüb  məhəbbətin 
xırmanından uzaqlaşasınız, 
Elə bir fəsilsiz dünyaya ki, orada güləcəksiniz, amma tam 
gülüşünüzlə yox. Ağlayacaqsınız, amma gözüdolusu yox. 
Məhəbbət özündən başqa heç nə vermir. Özündən başqa 
da heç nəyi geri almır. 
Məhəbbət heç nəyə sahib deyil. Heç kimin də ona sahib 
olması mümkün deyil. 
Zira, məhəbbət üçün məhəbbət bəsdir. 
Əgər  sevirsinizsə,  deməyin  ki,  “Allah  mənim  ürəyimdə-
dir”.  Daha  düzgün  olar  ki,  deyəsiniz:  “Mən  Allahın 
ürəyindəyəm”. 
Düşünməyin ki, məhəbbətə yol göstərə bilərsiniz, 
Əgər sizi buna layiqli bilsə, o özü sizə yol göstərəcəkdir. 
Məhəbbətin  özünü  gerçəkləşdirməkdən  başqa  heç  bir 
arzusu yoxdur,  
Lakin  əgər  siz  sevirsinizsə  və  sizin  hansısa  arzularınız 
olmalıdırsa, qoy, sizin arzularınız bunlar olsun: 
Ərimək  və  gecəyə  öz  nəğməsini  oxuyan  çay  kimi  axıb 
getmək. 
Şəfqətin çoxluğundan ağrı hiss etmək. 


 
62 
Eşqi dərk etməyimizdən yaralanmaq. 
Razılıq və sevinc hissi ilə qanına qəltan olmaq. 
Səhərlər qanadlanmış ürəklə məhəbbətin daha bir gününə 
görə  şükranlıqlarını  ifadə  etmək;  günorta  saatında  dincəlmək 
və eşqin ekstazını sezmək; 
Qürub vaxtı evə, minnətdarlıq duyğusu ilə qayıtmaq; 
Sonra  isə  ürəyinizdə  sevdikləriniz  üçün  dua,  dodaqları-
nızda şükranlıq nəğməsi ilə yuxulamaq”. 
 
Nikah 
Sonra  yenidən  əl-Mitra  dilləndi  və  soruşdu:  “Bəs  nikah 
nə olan şeydir, ustad?” 
O belə cavab verdi: 
“Siz  birlikdə  doğulmusunuz  və  həmişə  də  birlikdə  ola-
caqsınız. 
Ölümün  ağ  qanadları  günlərinizi  pərən-pərən  salanda  da 
siz birlikdə olacaqsınız. 
Bəli, hətta  Allahın sükuta qərq olmuş  yaddaşında da siz 
birlikdə olacaqsınız. 
Lakin bu bərabərliyinizdə, qoyun, bəzi məsafələr qalsın. 
Qoyun, cənnətin rüzgarları aranızda rəqs edə bilsinlər. 
Bir-birinizi sevin, lakin məhəbbəti boyunduruğa çevirmə-
yin. 
Yaxşı  olar  ki,  o,  qəlblərinizin  sahilləri  arasında  dalğala-
nan bir dəniz olsun. 
Bir-birinizin  camlarınızı  doldurun,  lakin  bir  camdan  iç-
məyin. 
Bir-birinizlə  çörəyinizi  bölüşün,  lakin  bir  tikədən  yemə-
yin. 


 
63 
Birlikdə  nəğmə  oxuyun,  rəqs  edin  və  sevinin,  lakin  bir-
birinizin ayrılığını pozmayın. 
Udun simləri kimi. Onlar ayrı-ayrı olsalar da, bir musiqi-
nin sədaları altında titrəşirlər. 
Ürəklərinizi  verin  bir-birinizə,  amma  tutub  saxlamağa 
yox. 
Zira, yalnız Həyatın əlinə yerləşə bilər ürəkləriniz. 
Yanaşı durun, lakin çox da yaxın yox. 
Axı, məbədin sütunları da aralı dururlar, 
Palıdla sərv isə bir-birinin kölgəsində bitmirlər”. 
 
Uşaqlar 
Qucağında  uşaq  tutmuş  bir  qadın  söylədi:  “Uşaqlardan 
danış bizə”. 
Əl-Mustafa dedi: 
“Sizin uşaqlar – sizin uşaqlarınız deyil. 
Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qız-
larıdırlar. 
Onlar sizin vasitənizlə gəlirlər, lakin sizdən gəlmirlər, 
Sizinlə olmaqlarına baxmayaraq, sizə məxsus deyillər. 
Siz  onlara  öz məhəbbətinizi  verə  bilərsiniz, amma  öz  fi-
kirlərinizi yox. 
Zira, onların öz fikirləri var. 
Siz  onların  bədənlərinə  sığınacaq  verə  bilərsiniz,  amma 
ruhlarına yox. 
Zira,  onların  ruhları  sabahkı  gündə  sığınacaq  tapmışdır, 
siz ora heç xəyalınızda belə gedə bilməzsiniz. 
Siz onlar kimi olmağa can ata bilərsiniz, lakin onları özü-
nüzə oxşatmağa çalışmamalısınız. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə