Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə29/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   25   26   27   28   29   30   31   32   ...   82

 
114 
sönərək azalan kor bir qüvvət bəxş etdi.  Sonra ona həyat verdi, 
lakin  bu,  ölümün  kölgəsi  idi.    İlahilərin  ilahisi  ağladı  və 
gülümsədi, yaratdığı insanla ruhu arasında sonsuz və tükənməz 
bir məhəbbətin olduğunu hiss etdi.  
 
 
Görüntülər 
 

 
Orada,  zəminin  ortasında,  dumduru  çayın  sahilində  bir 
qəfəs  gördüm  ki,  onun  barmaqlıqları  böyük  ustalıqla 
hazırlanmışdı. Qəfəsin bir küncündə – ölü quş, digərində – iki 
boş qab vardı: su və dən üçün.  
Gördüklərim  mənə  hakim  kəsildi.  Mən  anladım  ki,  bu 
binəva  quşcuğaz  axar  çayın  sahilində  və  bərəkətli  zəminin 
ortasında  susuzluq  və  aclıqdan  əziyyət  çəkərək  ölmüşdür;  bir 
varlı öz xəzinəsində bağlanıb daş-qaş içində acından ölən təki. 
Gözümün  qarşısında  qəfildən  qəfəs  insan  skeletinə 
çevrilməyə  başladı  və  ölü  quş  isə  yaralı  insan  ürəyinə  döndü. 
Onun  qan  daman  dərin  yarası  kədərli  qadının  dodaqlarına 
bənzəyirdi.  Yaradan  gələn  səs  deyirdi:  “Mən  maddiyyat 
qəfəsinə  salınmış  və  yer  qanunlarının  qurbanına  çevrilmiş 
insan ürəyiyəm. 
Allahın gözəllik zəmisində, həyat çayının sahilində məni 
insanların yaratdığı qanunlar qəfəsində əsir etmişdilər. 
Əsrarəngiz yaranışın mərkəzində əslində mən yaşamadan 
öldüm. Çünki Allahın səxavəti olan azadlıqdan dadmağa mənə 


 
115 
icazə  vermədilər.  Məndə  eşq  oyadan  hər  şey  insanların 
təsəvvürlərinə  görə  rüsvayçılıq  imiş;  mənim  həsrətlə 
arzuladığım hər şey onların mühakiməsində heç şeyə çevrilirdi. 
Mən  –  bəşər  ürəyiyəm;  cəmiyyət  qanunlarının  qaranlıq 
zindanına  salınmış,  xurafat  zəncirləri  ilə  qandallanmış,  təhqir 
olunmuş,  unudulmuş,  öldürülmüş  bəşər  ürəyi.  O  bəşərin  ki, 
indi dili bağlı, gözləri isə qurudur.” 
Eşitdiyim bütün bu sözlər qan ağlayan ürəkdən gəlirdi. 
Çox  şey  deyildi,  qəhər  gözümü  dumanlandırdığından 
daha heç bir şey nə görə, nə də eşidə bildim. 
 
II 
 
Gənclik  məndən  qabaqda  idi,  mən  onun  arxasınca 
gedirdim. Uzaq çəmənə çatanda o dayandı, üfüqün üzəri ilə ağ 
qoyun  sürüsü  təki  qaçan  buludlara  tamaşa  elədi;  ağaclar  öz 
yalın  qollarını  göyə  uzatmışdılar,  sanki  göydən  yaşıl 
yarpaqlarını  geri  istəyirdilər.  Mən  soruşdum:  ”Gənclik,  biz 
hardayıq?”  O  :  “Şübhə  düzlərində.  Ayıq  ol,”  -  deyə  cavab 
verdi. «Qayıdaq, - dedim mən, - bu vəhşi yerlər məni qorxudur, 
buludların və çılpaq ağacların mənzərəsi ruhumu sıxır.” Lakin 
o: “Səbirli ol, axı, şübhə – idrakın başlanğıcıdır,” – dedi. 
Qəfildən  bizə  sarı  xəyal  kimi  yaxınlaşan  bir  qadın  gör-
düm.  Heyrət  məni  bürüdü:  “Bu  kimdir?”-  deyə  soruşdum. 
Gənclik  cavab  verdi:  “Bu,  Melpomenadır,  Yupiterin  qızı,  kə-
dərli faciə ilahəsi.” “Mənim yanımda sən, sevincli Gənclik, var 
ikən  kədərlər  nə  istəyirlər  məndən?”–  deyə  söyləndim.  Lakin 
Gənclik:  “O  sənə  yer  həyatının  acılarını  göstərmək  üçün 


 
116 
gəlmişdir,  çünki  kədərin  nə  olduğunu  bilməyən,  sevincin 
dadını da bilməyəcək”– deyə cavab verdi. 
İlahə  əlini  gözlərimin  üstünə  qoydu  və  əlini  götürəndə 
Gənclik  artıq  yanımda  yox  idi,  ruhum  isə  maddi  qabığından 
azad  olmuşdu.  “Bəs  Gənclik  necə  oldu,  ey  İlahə?”–  deyə 
soruşdum.  Amma  o  heç  nə  demədən  məni  qanadları  ilə 
qucaqladı və biz yüksək dağın zirvəsinə uçduq. 
Mən  dünyanı  qarşımda  açıq  kitab  kimi  görürdüm;  onun 
sakinlərinin sirlərini sətirlərdən oxumaq olurdu. 
Qorxmuş  halda  İlahənin  yanında  durmuşdum,  insan  hə-
yatının gizli mənalarına varır, həyatın sirrinə boylanırdım. Hər 
şeyi  görürdüm...  amma  bunları  görmək  çox  ağır  idi.  Mən 
mələklərlə  iblislərin  döyüşünü,  insanın  isə  tərəddüddə 
olduğunu  görürdüm.  İnsan  məhəbbət  və  nifrət  arasında 
qalmışdı:  biri  günahları  silir,  qəlbi  itaət  şərabı  ilə  məst  edir, 
insana  şükranlıq  təlqin  edirdi,  digəri  isə  düşmənçilik  oyadır, 
insanı  kor  və  kar  edir,  həqiqəti  görməyə,  haqq  sözü  eşitməyə 
mane olurdu. 
Mən  şəhəri,  küçə  qızının  Adəm  oğlunun  ətəyindən  ya-
pışıb  oturduğunu  gördüm.  Sonra  isə  gözəl  təbiətin  bu  hala 
uzaqdan baxaraq ağladığını gördüm. 
Tülkü  kimi  hiyləgər  kahinləri,  ruhları  yoldan  çıxaran 
yalançı  xilaskarları  gördüm.  İnsan  üzünü  həqiqətə  tutanda, 
həqiqətin hiddətlə üzünü ondan çevirdiyini gördüm. Çünki bir 
vaxtlar o, küçədə hamıya elan ediləndə, insanlar onu dinləmək 
istəməmişdilər. 
Qəhrəmanlar  görürdüm  ki,  gözlərini  tez-tez  göyə  qaldır-
salar  da  ürəkləri  hərislik  məzarında  gömülmüşdü.  Cavanlar 
görürdüm  ki,  nitqləri  ilə  sadəlövhcəsinə  özlərinə  qarşı 


 
117 
məhəbbət  oyatmaq  istəyirdilər;  ilahi  ruh  isə  onlardan  çox 
uzaqlarda,  hissləri  də  div  yuxusunda  idi.  Mən  yalan  və  riya 
bazarında  çərənçiliklə  alver  edən  qanun  keşikçilərini  və  avam 
qəlblərin inamından sui-istifadə edən həkimləri görürdüm. Mən 
əkib-becərən yazıq yoxsulları və onların əməyinin məhsullarını 
biçib yeyən güclü varlıları görürdüm; zülm yerə-göyə sığmırdı, 
insanlarsa  bunu  qanunçuluğun  təntənəsi  hesab  edirdilər. 
Oğruları  görürdüm  ki,  qaranlıqdan  istifadə  edib,  ağıl 
gövhərlərini oğurlayırdılar, işıq keşikçiləri isə bu zaman mürgü 
döyürdülər.  Mən  kifaraya  oxşar  qadın  gördüm,  onu  düzgün 
çala bilməyən kişinin əlində. Və qadın onun xoşuna  gəlməyən 
səslər çıxarırdı. 
Mən nəcib zadəganların qalasını mühasirəyə alan dəstələr 
gördüm,  lakin  mən  onu  da  gördüm  ki,  onlar  geriyə  qaçmağa 
məcbur oldular, çünki, sayları az idi, sıralarında birlik yox idi. 
Mən  gördüm  ki,  əsl  azadlıq  tək-tənha  küçələri  dolaşır, 
qapılarda  ayaq  saxlayıb  gecələməyə  yer  istəyirdi.  Lakin 
insanlar onu evlərinə buraxmırlar. 
Mən kitablarda dəfn olunmuş din gördüm ki, onun yerini 
xurafat tutmuşdu. 
İnsanın 
səbrə 
qorxaqlıq 
libası 
geyindirməsinin, 
inadkarlığa  lənglik  adı  verməsinin  və  yumşaqlığı  xəstəlik 
adlandırmasının  şahidi  oldum.  Mən  savad  ziyafətində  qazan 
dibi  yalayanın  ucadan  və  uzun-uzadı  nitq  söylədiyini,  ziyafət 
dəvətlisinin isə susduğunu gördüm. Mən gördüm ki, var-dövlət 
bədxərcin  əlində  onun  özü  üçün  necə  tələyə  çevrilir,  xəsisin 
əlinə  keçəndə  isə  insanların  acığını  və  kin-küdurətini  oyadır. 
Müdrikin isə əllərini boş gördüm. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə