Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə26/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   22   23   24   25   26   27   28   29   ...   82

 
101 
Ürəyinizin  döyüntüsü  ürəyimdə,  nəfəsiniz  üzümdə  idi. 
Və mən sizin hamınızı tanıyırdım. 
Hə,  mən  həm  sizin  sevincinizə,  həm  də  ağrınıza  şərik 
idim.  Və  siz  yuxulayanda  sizin  yuxularınız  mənim  yuxularım 
olurdu. 
Çox zaman aranızda dağlar qoynunda göl kimi idim mən. 
Zirvələrinizi, əyri-üyrü yamaclarınızı və hətta gəlib keçən 
fikir və arzu sürülərinizi əks etdirirdim özümdə. 
Uşaqlarınızın gülüşü bir arx, gənclərinizin həsrəti bir çay 
olub sükutuma dolurdular. 
Mənim  dərinliyimə  yetişəndə  belə  bu  arx  və  çaylar 
oxumaqlarını kəsmirdilər. 
Lakin  nə  isə  gülüşdən  şirin  və  həsrətdən  böyük  bir  şey 
gəldi mənə. 
Bu, sizdəki sonsuzluq idi; 
Bir azman insan ki, siz onun yalnız hüceyrə və əzələlərini 
təşkil edirsiniz;  
O  kəs  ki,  onun  nəğməsində  sizin  oxumağınız  yalnız 
səssiz bir həyəcanı xatırladır. 
Məhz bu azmanın daxilində siz azmansınız. 
Beləcə, onu seyr edərək, mən sizi gördüm və sevdim. 
Zira,  məhəbbətin  yetişə  biləcəyi  hansı  məsafələr  yoxdur 
ki, bu azman fəzada? 
Hansı  görüntülər,  hansı  inhizarlar  və  hansı  xəyallar  bu 
uçuşdan uzağa apara bilər? 
Sizdəki bu azman sanki alma boyda çiçəklərlə bəzənmiş 
nəhəng palıdı xatırladır. 
Onun  qüdrəti  sizi  torpağa  bağlayır,  onun  ətri  sizi  fəzaya 
yüksəldir və onun sarsılmazlığı ilə ölümsüzsünüz siz. 


 
102 
Sizə deyiblər ki, siz bir zəncir kimisiniz və bu zəncirin ən 
zəif halqası kimi zəifsiniz. 
Lakin  bu,  həqiqətin  yalnız  yarısıdır.  Siz  həm  də  ən 
möhkəm halqa təki möhkəmsiniz. 
Sizi əməllərinizin ən xırdası ilə qiymətləndirmək – okea-
nın  gücünü  onun  köpüyünün  zərifliyi  ilə  ölçmək  kimi  bir 
şeydir. 
Sizi  sizin  uğursuzluqlarınıza  görə  mühakimə  etmək  – 
fəsilləri dəyişkənlikdə ittiham etmək deməkdir. 
Bəli, siz okean kimisiniz. 
Sahillərinizdə  dayaza  oturmuş  ağır  gəmilər  qabarmanı 
gözləyərkən  siz  okean  olsanız  belə,  öz  qabarmanızı  tələsdirə 
bilməzsiniz. 
Fəsillərə də bənzəriniz var sizin. 
Hərçənd ki, qışda öz baharınızı inkar etmiş olursunuz.  
İçinizdə uyuyan yazınız yuxuda gülümsünür və qətiyyən 
incimir bundan. 
Düşünməyin ki, bunları söylədim ki, bir-birinizə deyəsi-
niz:  “O,  bizi  yüksək  qiymətləndirirdi.  O,  bizdə  ancaq  yaxşını 
görürdü”. 
Mən  sizin  fikirdə  düşüncələrdə  bildiyinizi  sözlərlə  ifadə 
edirəm yalnız. 
Sözdə  ifadə  olunan  bilik  sözsüz  yaşayan  biliyin  kölgəsi 
deyilmi? 
Sizin  fikirlərlə  mənim  sözlərim  möhürlənmiş  yaddaşın 
dalğalarıdır. 
O  yaddaşda sizin ötən günlərinizin və yerin hələ nə bizi, 
nə  özünü  tanımadığı  qədim  günlərin  və  yerin  çaşqınlığa  qərq 
olduğu gecələrin xatirələri saxlanılır. 


 
103 
Müdrik  insanlar  sizə  öz  müdrikliklərindən  verməyə 
gəlirdilər. Mənsə sizin müdrikliyinizi almağa gəlmişəm: 
Mən müdriklikdən daha böyük olanı tapdım. 
Bu, sizdə get-gedə coşan alovlu ruhdur.  
Onun daim artmasından  xəbərsiz olan sizlər günlərinizin 
solmasına heyfslənirsiniz yalnız. 
Bu, məzardan qorxan bədəndə həyat arayan həyatdır. 
Burda məzar nə gəzir? 
Bu dağlar və düzlər – beşik və pillədir. 
Əcdadlarınızın  uyuduğu  çöllərin  yanından  hər  dəfə  ke-
çəndə  diqqətlə  baxın.  Və  siz  özünüzü  və  uşaqlarınızı  orada 
yallı gedən görərsiniz. 
Həqiqətən,  çox  zaman  özünüzdən  xəbərsiz  şənlənirsiniz 
siz. 
Başqaları  gəlirdi  sizə  –  qızıl  vəd  edir  və  bu,  sizin 
imanınıza  çevrilirdi.  Əvəzində  siz  onlara  yalnız  var-dövlət, 
hakimiyyət və şöhrət verdiniz. 
Mən sizə vəd olunandan az verdim, lakin böyük səxavət 
gördüm sizdən. 
Siz mənə daha böyük bir həyat həsrəti verdiniz. 
Həqiqətən,  insan  üçün  onun  bütün  amallarını  qurumuş 
dodaqlara,  bütün  həyatını  isə  –  tükənməyən  bulağa  çevirən 
hədiyyədən böyük hədiyyə ola bilməz. 
Mənim  şərəfim  və  mükafatım  ondadır  ki,  nə  zaman  bu 
bulağa  su  içmək  üçün  yaxınlaşsam,  onun  dirilik  suyunun  özü-
nün susuzluqdan yandığını görürəm. 
Mən onu içdikcə, o da məni içmiş olur. 
Bəziləriniz məni sizin hədiyyələrinizi götürmək üçün çox 
qürurlu və çəkinən sayır. 


 
104 
Bəli,  maaşa  işləmək  üçün  mən  çox  qürurluyam,  amma 
hədiyyələrçün yox. 
Hərçənd  ki,  siz  məni  öz  süfrənizin  başına  əyləşdirə 
bildiyiniz halda mən moruqla dolanırdım təpələr arasında; 
Siz  məni  öz  evinizdə  saxlamağa  şad  olduğunuz  halda 
mən məbədin dəhlizində yatırdım. 
Məgər mənim gecə və gündüzlərimə göstərdiyiniz qayğı-
dan mənim yeməyim şirinləşməmişdimi? Və o səbəbdən də sir-
li görüntülərə bələnməmişdimi yuxularım? 
Siz özünüz də bilmədən çox şey verirsiniz. 
Buna görə xeyir-duam üstünüzdədir. 
Həqiqətən,  özünə  güzgüdə  baxmağı  sevən  xeyir  daşa 
çevrilir. 
Özünü öyən yaxşılıq – lənət doğmuş olur. 
Bəziləriniz məni yalquzaq adlandırır və öz tənhalığından 
sərməst olmuş hesab edirdi. 
Siz  deyirdiniz:  “O,  meşədəki  ağaclarla  məsləhətləşir, 
insanlarla yox. 
Təpələrin başında tənha oturaraq şəhərimizə baxır”. 
Bu  doğrudur  ki,  mən  təpələrə  dırmaşır  və  gözdən  uzaq 
yerlərdə gəzirdim.  
Mən  yüksəyə  qalxmasam  və  uzağa  getməsəydim  sizi 
necə görə bilərdim? 
Uzaq olmadan, həqiqətən yaxın olmaq mümkündürmü? 
Bəziləriniz isə fikirlərini sözsüz bildirirdilər mənə: 
“Ey Qərib, Qərib, ey əlçatmaz yüksəkliklərin vurğunu, nə 
üçün qartalların yuva qurduğu zirvələrdə yaşayırsan axı? 
Niyə mümkünsüzü arzulayırsan? 
Hansı fırtınanı öz toruna keçirmək istəyirsən? 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə