Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə23/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   19   20   21   22   23   24   25   26   ...   82

 
89 
Lakin əgər öz düşüncələrinizdə zamanı fəsillərlə ölçməli-
sinizsə,  qoy,  onda  hər  fəsil  bütün  digər  fəsilləri  də  özündə 
birləşdirmiş olsun. 
Qoy,  bu  gün  dünəni  –  yaddaş,  gələcəyi  isə  –  həsrət 
vasitəsi ilə bağrına bassın!» 
 
Xeyir və Şər 
Şəhərin ağsaqqallarından biri soruşdu: “Xeyir və Şərdən 
danış bizə”. 
 O, cavab verdi: 
«Mən sizdəki xeyirdən danışa bilərəm, şərdən deyil.  
Zira,  şər  –  öz  aclıq  və  susuzluğundan  əziyyət  çəkən 
xeyirdən başqa nədir ki? 
Həqiqətən, xeyir ac olanda qidanı hətta qaranlıq mağara-
larda  belə  axtarmağa  hazırdır.  O,  susuzluqdan  yananda  iylən-
miş sudan belə içməyə çəkinməz. 
Siz özünüzlə vəhdətdə olanda xeyirsiniz. 
Lakin  özünüzlə  vəhdətdə  olmayanda  da,  sizə  şər  demək 
olmaz. 
Zira,  bölünmüş  ev  –  hələ  oğru  yuvası  demək  deyil, 
sadəcə bölünmüş evdir. 
Sükansız gəminin də təhlükəli adalar arasında məqsədsiz 
şəkildə üzməsi hələ onun batması demək deyil. 
Siz özünüzdən verməyə hazır olanda xeyirsiniz. 
Lakin özünüz üçün fayda gəzəndə belə şər deyilsiniz. 
Zira,  siz  fayda  gəzəndə  torpağın  dərinliyinə  işləyən  və 
onun döşünü əmən köklərdən başqa bir şey deyilsiniz. 
Əlbəttə,  meyvə  kökə  deməyəcək:  “Mənim  kimi  ol  – 
yetişmiş və şirəli, daim öz bolluğu ilə bölüşən”. 


 
90 
Zira,  meyvə  üçün  vermək  bir  tələbat  olduğu  kimi,  kök 
üçün də almaq elə bir tələbatdır. 
Ayıq danışanda siz – xeyirsiniz. 
Lakin  yuxulu-yuxulu  boşboğazlıq  edəndə  də  siz  –  şər 
deyilsiniz. 
Zira, hətta kəkələmək belə dilinizi möhkəmləndirə bilər. 
Öz  məqsədinə  doğru  inamlı  addımlarla  yeriyəndə,  siz  – 
xeyirsiniz. 
Lakin  ona  doğru  axsaya-axsaya  gedəndə  də  siz  –  şər 
deyilsiniz. 
Çünki hətta axsayanlar belə geriyə getmirlər. 
Lakin,  ey  güclü  və  sürətlilər,  diqqətli  olun  ki,  şikəst 
yanında xeyirxahlıq edirmişsiniz kimi axsamayasınız. 
Sonsuz  üsullarla  siz  –  xeyirsiniz,  lakin  xeyir  olmayanda 
belə – şər deyilsiniz siz. 
Sadəcə bir qədər astagəl və tənbəlsiniz. 
Heyf ki, marallar tısbağalara cəldlik öyrədə bilməzlər. 
Sizin  böyük  Məninizə  doğru  həsrətinizdə  böyük  xeyir 
vardır. Bu həsrət hamınıza xasdır. 
Lakin bəzilərinizdə bu həsrət dənizə doğru tələsən və özü 
ilə  qayaların  sirlərini  və  meşənin  nəğmələrini  aparan  gur  seli 
xatırladır. 
Bəzilərinizdə  isə  bu  –  zəif  arx  kimidir.  Döngə  və 
dalanlarda azan və dənizə yetişməmiş tükənən arx. 
Lakin qoy, həsrəti güclü olan həsrəti zəif olana deməsin: 
“Sən niyə belə ləng və tərəddüdlüsən?” 
Zira, əsl xeyirxah adam çılpaqdan: “Sənin paltarın harda-
dı ki?”, yaxud evsizdən “Nə oldu sənin evinə?” – deyə soruş-
maz». 


 
91 
 
Dua 
Sonra kahinə xahiş elədi: “Bizə Duadan danış”. 
Cavabında o söylədi: 
«Siz dərddə və möhnətdə olanda dua edirsiniz; 
Kaş  ki,  siz  sevinc  və  bolluq  içində  olanda  da  dua  edə 
biləydiniz. 
Zira, dua sizin canlı efirə yayılmanızdır. 
Əgər  qəlbinizin  zülmətini  fəzaya  boşaltmaqda  bir  yün-
güllük  tapırsınızsa,  ürəyinizin  şəfəqini saçmaqda  da  böyük  se-
vinc vardır sizin üçün. 
Ruhunuz  sizi  duaya  çağıranda  göz  yaşlarınızı  saxlaya 
bilmirsinizsə,  ağlamağınıza  baxmayaraq,  o  sizi  haylamaqda 
davam etməlidir. Ta göz yaşınız gülüşə çevrilənə qədər. 
Dua  edəndə  siz  göyə  yüksəlir  və  sizinlə  eyni  saatda  dua 
edənlərlə  görüşürsünüz.  Elə  kəslərlə  ki,  onlarla  duadan  qeyri 
bir məqamda görüşmək mümkünsüzdür. 
Bu  səbəbdən  də,  bu  görünməz  məbədə  yalnız  vəcd  və 
şirin ünsiyyət üçün girin. 
Zira, bu  məbədə  xahiş  üçün  girsəniz,  heç  nə  almayacaq-
sınız. 
Siz  ora  özünüzü  alçaltmaq  üçün  girsəniz,  yüksəlməyə-
cəksiniz. 
Siz  ora  hətta  başqasına  xeyir  istəmək  üçün  girsəniz  belə 
eşidilməyəcəksiniz. 
Kifayətdir ki, siz bu görünməz məbədə daxil olasınız. 
Mən sizə sözlərlə dua etməyi öyrədə bilmərəm. 
Allah  özü  sizin  dilinizlə  danışmayınca,  eşidilməyəcəksi-
niz. 


 
92 
Mən  sizə  dənizlərin,  meşələrin  və  dağların  dualarını  da 
öyrədə bilmərəm. 
Lakin  siz  -  dağların,  meşələrin  və  dənizlərin  övladları  - 
onların dualarını öz ürəklərinizdə tapa bilərsiniz. 
Gecənin  sakitliyinə  qulaq  kəsilsəniz,  bu  sükut  içrə 
onların nə dediyini eşidərsiniz: 
“İlahi,  bizim  qanadlı  Mənimizin  yaradıcısı!  İçimizdə 
hökm edən Sənin iradəndir. 
İçimizdə arzulayan Sənin arzundur. 
Sənin  hökmünlə  Sənə  məxsus  gecələrimiz  Sənə  məxsus 
gündüzlərə çevrilirlər. 
Biz  Səndən  heç  nə  istəyə  bilmərik,  zira,  ehtiyaclarımız 
içimizdə hələ doğulmamışdan qabaq Sən onlardan xəbərdarsan: 
Bizim ehtiyacımız – Sən özünsən və özünü bizə daha çox 
bəxş etməklə bizə hər şeyi vermiş olursan». 
 
Həzz 
Sonra  şəhərə  ildə  bir  dəfə  gələn  zahid  irəli  çıxaraq: 
“Həzzdən danış bizə”, – deyə söylədi. 
O belə cavab verdi: 
«Həzz azadlığın nəğməsi olsa da, azadlığın özü deyil. 
O, sizin arzularınızın çiçəklənməsidir, meyvəsi deyil. 
O, yüksəkliyi çağıran dərinlikdir, dərinliyin özü deyil. 
O, qəfəsə salınmışın qanadlarını  gərməsi olsa da, sonsuz 
fəza demək deyil. 
Hə, həqiqətən, həzz – azadlıq nəğməsidir. 
Əgər  siz  onu  bütün  ürəyinizlə  oxusanız  mən  sevinərəm; 
lakin bu oxumada ürəyinizin itirilməsini heç istəməzdim. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə