Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə30/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   26   27   28   29   30   31   32   33   ...   82

 
118 
Bütün bunlar qəlbimi ağrıtdı və mən: “Ey Yupiterin qızı, 
məgər  belə  də  yer  olar?  Məgər  insan  budur?”  –  deyə 
söyləndim.  Və  Melpomena  heyrətamiz  sakitliklə  cavab  verdi: 
“Bu,  ruhun  keşməkeşli  yoludur.  Bu,  insanın  kölgəsidir.  Bu, 
gecədir, amma səhər hökmən açılacaq!” Sonra o, əlini mənim 
gözlərimin  üstünə  qoydu  və  əlini  götürəndə  mən  Gəncliklə 
yanaşı addımladığımı gördüm; və Ümid bizə çathaçatda idi. 
 
Gözəllik 
 
Gözəllik – müdriklərin dinidir. 
 Hind şairi 
 
Ey parçalanmış dinlərin qaranlıq və ziddiyyətli təriqətləri 
ilə  yeriyən  və  inkarçılıq  azadlıgını  itaət  boyunduruğundan, 
şübhə zəmilərini isə səcdəgahlardan üstün tutan kəslər, gözəllik 
dininə  pənah  gətirin  və  ona  sitayiş  edin.  O,  yaradılışın 
kamilliyində  təzahür  edir,  idrakın  parlamasında  görünür.  Dini 
əyləncə  kimi  təqdim  edən,  öz  hərisliyini  cənnət  həvəsi  ilə 
birləşdirənlərin arxasınca getməyin, gözəlliyin ilahiliyinə iman 
gətirin; heyrətinizin başlanğıcı həyat olacaq, səadətiniz sonsuz 
eşq  mənbəyinə  çevriləcək.  Sonra  isə  ona  müraciət  edin:  o, 
ürəklərinizi 
qadının 
taxtına, 
hisslərinizin 
güzgüsünə 
yaxınlaşdırar və ruhlarınıza həqiqət yolunu nişan verər. 
Ey  yolsuzluq  gecəsində  azan  və  güman  dəryasında 
boğulan  kəslər!  Gözəllikdə  tərəddüdü  rədd  edən,  şübhəni 
aradan qaldıran həqiqət və sizi yalan zülmətindən çıxaracaq nur 


 
119 
vardır.  Yazın  gəlişinə  və  səhərin  açılmasına  tamaşa  edin,  axı, 
gözəllik – görənlərin nəsibidir!  
Quşların  oxumasına,  yarpaqların  xışıltısına,  bulaqların 
zümzüməsinə qulaq asın, axı, gözəllik – eşidənlərin nəsibidir! 
Körpənin  məsumluğuna,  gəncin  zərifliyinə,  yetkinin 
gücünə,  qüdrətinə,  qocanın  müdrikliyinə  fikir  verin,  axı, 
gözəllik – diqqət kəsilənlərin heyrətidir! 
Qönçə  dodaqları,  gül  yanaqları,  nərgiz  gözləri  vəsf  edin, 
axı, gözəlliyin şöhrətini onu vəsf edənlər yayırlar! 
Qamətin  sərvliyinə,  saçların  zülmətinə,  boynun  sədəfinə 
nəğmə qoşun, axı, gözəllik – onu öyənlərə sevinir! 
Bədəni  gözəllik  məbədinə,  ürəyi  eşq  qurbangahına  çevi-
rin – axı, gözəllik ona səcdə edənlərə qarşı səxavətsiz deyil! 
Ey  o  kəslər  ki,  onlara  gözəllik  ayələri  göndərilmişdir, 
sevinin, çünki üstünüzdə qorxu yoxdur və qüssələnən kəslərdən 
də olmayacaqsınız. 
 
 
Müdrikliyin ziyarəti 
 
Gecənin  səssizliyində  müdriklik  yanıma  gələrək, 
yatağımın  baş ucunda dayandı.  Gözlərim dolmuşdu. Qayğıkeş 
ana tək nəzərlərini mənə dikərək dedi: 
–  Hönkürtünü  eşidər-eşitməz  yanına  gəldim  ki,  səni 
sakitləşdirim. Mənə qəlbini aç, onu işıqla doldur! İzn ver, haqq 
yolunu sənə göstərim.  
Göz yaşları içində hıçqıraraq ondan soruşdum: 


 
120 
–  Mən  kiməm,  ey  müdriklik?  Bu  qorxunc,  insanı 
vahiməyə  salan  yerə  necə  gəlib  çıxmışam?  Məni  bürüyən  bu 
böyük arzular, çoxlu kitablar və qəribə rəsmlər nədir belə? Bir 
kabus  tək  yas  əhli  kimi  gəlib  keçən  bu  fikirlər  nəyi  bildirir? 
Həvəs qələmi ilə nəzmə çəkilmiş, həzz saplağına düzülmüş bu 
mənsur  incilər,  bu  sözlər  nəyə  işarədir?  Gah  kədərli,  gah  da 
nəşəli, bəzən ruhumu sıxan, bəzənsə qəlbimə bütünlüklə hakim 
kəsilən  bu  hadisələr  nə  anlama  gəlir?  Üzümə  dikilmiş  bəzən 
içimin  dərinliklərinə  varan,  bəzənsə  dərdimə  yanmadan 
məndən  uzaqlaşan  bu  gözlər,  bu  baxışlar  nə  demək  istəyir? 
Bəzən  keçirdiyim  günlərə  yas  tutub,  ağlayan,  bəzənsə 
acizliyimə qəhqəhə çəkərək, şərqi deyən bu səslər nə pıçıldar? 
Mənim  hisslərimlə  əylənən  o  gənclər,  duyğularıma  istehza 
edərək gülən kəslər, dünənin işlərini unudanlar, boş bir şeydən 
sevinənlər,  sabahın  astagəlliyinə  xor  baxanlar  kimlərdir? 
Mənim  bilmədiyim  başqa  bir  dünya  hansıdır?  Mənimlə  birgə 
zəlalət  girdabında  batan    kimdir?  Ağzı  olmasa  da  cəsədləri 
asanlıqla udan, sinəsini istəklər üçün açan  bu torpaq, bu yer nə 
istəyir? Yarına qovuşmasa da ona səadət bəxş edən məhəbbətin 
cəfalarından  razı  qalan  insan  kimdir?  Həyatın  öpüşünü 
arzulayarkən,  ölümün  şilləsinə  tuş  gələn;  həzz  dəqiqələrini 
peşmanlıqla  satın  alan;  onu  məst  edib  yuxuya  verən;  cəhalətə 
səsləyənin  ardınca  kor-koranə  gedərək  zülmət  bataqlığında 
batan  kəslər  kimlərdir,  axı?  Ey  müdriklik,  bütün  bunlar  nə 
deməkdir? 
Müdriklik dediklərimi səbirlə dinlədikdən sonra sakit halı 
ilə cavab verdi: 
–    Ey,  bəşər  övladı,  sən  istəyirsən  ki,  dünyanı  İlahinin 
gözü ilə görəsən, gələcəyin gizli sirlərini insana xas düşüncə ilə 


 
121 
izah edəsən? Bu, ən böyük axmaqlıqdır. Səhraya getsən güllər 
üzərində uçuşan arılara  və qurbanı  üzərinə  şığıyan şahinə rast 
gələrsən.  Qonşunun  evinə  getsən,  ocağın  qığılcımlarından 
heyrətlənən körpəni və ev işlərinə başı qarışmış ananı görərsən. 
Sən də arı kimi ol, qartalın qurbanını qovmasını seyr etməklə, 
bahar tək gözəl günlərini boş-boşuna sərf etmə! Sən də o uşaq 
kimi  ol,  alovun  dillərinə  baxıb  sevin  və  anana  öz  işləri  ilə 
məşğul  olmağa  imkan  ver!  Gördüklərin  və  ya  baş  verənlər 
sənin  nöqteyi-nəzərindən  belə  olub  və  ya  olur  (sənin  görmək 
istədiyin  və  ya  qavradığın  kimi.  Əslində  isə  onlar  göründüyü 
kimi  deyillər).  Çox  sayda  kitablar,  qəribə  rəsmlər  və  gözəl 
fikirlər,  əslində,  bunları  sənə  təqdim  edən  kəslərin 
duyğularının,  könüllərinin  ifadəsidir.  Sapa  düzdüyün  sözlər 
səninlə  qardaşın  olan  bəşər  övladı  arasında  bir  vəsilədir.  Gah 
hüznlü,  gah  da  sevincli  hadisələr  keçmişin  könül  əkininə 
səpdiyi  toxumlardır ki,  onun bəhrəsini  gələcək  yığacaq. Sənin 
hisslərinlə  oynayan  gənclər  qəlbinin  işıqlanması  üçün  onun 
bağlı  qapısını  açan  kəslərdir.  Ağzı  olmayan  bu  torpaq  ruhunu 
cismin  ağalığından  qurtaran  xilaskardır.  Sənin  bilmədiyin 
dünya  sənin  qəlbindir.  Qəlbin  sənin  dünya  zənn  etdiyin  hər 
şeydir. Sənin cahil və aciz kimi gördüyün bu insan Allah-Təala 
tərəfindən  yaradılıb  ki,  kədər  içində  ikən  sevinci  dadsın, 
zülmətin nə olduğunu anlasın.  
Müdriklik  əlini  hərarət  içərisində  alışıb-yanan  alnıma 
qoydu. Mübarizəyə səsləyirmiş kimi dedi: “Daim irəli get, heç 
vaxt  dayanma!  Get  və  yolunun  qarşısına  çıxan  tikanlardan  və 
maneələrdən qorxma! Onlar  yalnız murdar və çirkli qanı  olan 
zəlil və rəzil insanlar üçün qorxuludur”. 
 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə