Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə33/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

 
130 
Nə  verəcəklər  sabah  sənə,  əgər  bu  gün  bilsələr  ki,  onların 
düşməni  İblis  artıq  ölüb  və  onun  hiylələri  daha  onlarçün 
qorxulu  deyil?  Nə işə  yarayacaqsan,  İblisin  ölümündən  sonra? 
Məgər  sənə,  müdrik  din  xadiminə,  məlum  deyilmi  ki,  məhz 
iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu 
köhnəlmiş  ədavətə  səbəb  qızıl  və  gümüşlər  dindarların 
cibindən  siz  vaizlərin  və  ruhani  ustadların  cibinə  axmaqda 
davam  edir?  Məgər  sənin  kimi  bir  üləma  bilmirmi  ki,  səbəbin 
aradan  qalxması  ilə  nəticə  də  yoxa  çıxacaq? Mənim ölümümü 
sən  necə  arzulaya  bilərsən,  bilə-bilə  ki,  bununla  həm 
mövqeyini  itirəcək,  həm  maaşından  məhrum  olacaq,  həm  də 
arvad-uşağını ac qoyacaqsan? ” 
İblis  bir  anlığa  susdu  və  üzündən  yalvarış  dolu  ifadəni 
silərək  sözünə  əminliklə  davam  etdi:  “Özündən  razı  görünsən 
də,  vallah  səfehsən.  Qulaq  as,  mən  sənə  bizi  bir-birimizə 
bağlayan  həqiqəti  söyləyim.  İnsan  ilk  dəfə  günəşi  görəndə 
əllərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında böyük 
Allah  vardır,  xeyirin  yaradıcısı!”  Sonra  isə  kürəyini  işığa 
çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın dərinliyində 
qorxulu iblis yaşayır, şər törədicisi”. Və o özlüyündə: “Mən iki 
qüdrətli  qüvvə  arasındayam.  Birinə  sığınmalı,  digəri  ilə 
döyüşməliyəm”, – deyə düşündü.  
Beləcə əsrlər bir-birini əvəz edir, insansa əvvəlki tək iki 
qüvvə  arasında  yaşayırdı:  onlardan  birinə  şükr  eləyirdi,  çünki 
bu  qüvvə  onun  ruhunu  göylərə  qaldırırdı;  digərini  isə 
lənətləyirdi, çünki o onun ruhunu zülmətə qərq edirdi. Lakin o 
nə  şükranlığın  mənasını  anlayır,  nə  lənətin  əhəmiyyətini  dərk 
edirdi  və beləcə  onu çiçəklərlə  bəzəyən  yay  və onu əsim-əsim 
əsdirən  qış  arasında  bir  ağac  təki  yaşayırdı.  Məhz 


 
131 
sivilizasiyanın  səhərində  insan  cəmiyyətində  ailə,  sonra  isə 
tayfa  yarananda,  bacarıq  və  meyllər  əsasında  əmək  bölgüsü 
yaranıb  tayfanın  bir  qismi  əkinçilik,  digəri  ev  tikintisi,  bir 
başqaları  toxuculuq  və  ovçuluqla  məşğul  olmağa  başlayanda, 
yer  üzündə  ilk  din  xadimləri  yarandı.  Və  birinci  dəfə  insan 
həyati əhəmiyyət daşımayan və heç bir təbii ehtiyacı ödəməyən 
bir fəaliyyətlə məşğul olmağa başladı”. 
İblis bir anlığa fasilə verdi. Sonra elə güldü ki, qəhqəhəsi 
bütün  vadiyə  yayıldı.  Lakin  gülüşü  ona  həm  də  onun  yarasını 
xatırlatdı  və  o,  ağrıdan  üzü  əyilmiş  halda  böyründən  yapışdı. 
Özünü  düzəldib  sözünə  davam  etdi:  “Hə,  elə  o  zamandan  din 
xadimləri  yarandı.  Bu  hadisə  belə  olmuşdu.  Tayfada  La  Vis 
adlı  birisi  vardı.  Adının  mənasının  nə  olduğunu  bilmirəm.  O, 
ağıllı,  lakin  çox  tənbəl  idi.  Əkinçilikdən,  maldarlıqdan  və 
ovçuluqdan,  bir  sözlə,  əzələ  gərginliyi  tələb  edən  bütün 
işlərdən  zəhləsi  gedirdi.  O  zamanlar  qidanı  yalnız  zəhmətlə 
əldə  etmək  mümkün  olduğundan,  La  Vis  gecələrin  çoxunu  ac 
qarına  yuxulamalı  olurdu.  Bir  yay  axşamı  tayfa  üzvləri 
başçının alaçığının qabağına yığışaraq öz qayğılarını müzakirə 
edən  zaman  kimsə  ayı  göstərərək  çığırdı:  “Gecənin  allahına 
baxın! Onun üzü qaralmış, gözəlliyi yoxa çıxmışdır, o, göydən 
asılan  bir  qara  daş  parçasına  dönmüşdür”.  Başlarını  qaldırıb 
göyə  baxan  insanlar  dəhşətə  gəlib  əsməyə  başladılar.  Sanki 
zülmət  özü  əlləri  ilə  onların  ürəklərini  sıxırdı,  zira,  onlar 
görünməmiş  bir  mənzərənin  şahidi  olurdular:  gecənin  allahı 
getdikcə qara dairə formasını alır, sanki qara pərdə ilə hər yeri 
örtərək  torpağın  rəngini  dəyişir,  dağları,  daşları  görünməz 
edirdi.  Bu  zaman  əvvəllər  ayın  batmasını  müşahidə  etmiş  La 
Vis  vəziyyətdən  faydalanmaq  məqamının  yetişdiyini  anlayıb 


 
132 
irəli  yeridi,  əllərini  göyə  uzadaraq  var  səsi  ilə  danışmağa 
başladı: “Diz çökün və başınıza kül ələyin. Qara şər allahı işıqlı 
gecə  allahına  hücum  etmişdir:  əgər  o  qalib  gəlsə,  bizim 
hamımız  öləcəyik,  yox  əgər  məğlub  olsa  –  yaşayacağıq.  Diz 
çökün,  dua  edin  və  başınıza  kül  tökün.  Gözlərinizi  yumun  və 
göyə  baxmayın,  kim  xeyir  allahının  şər  allahı  ilə  döyüşünü 
görsə,  gözünün  işığını  və  ağlını  itirəcək,  ömrünün  axırınadək 
kor  və  dəli  qalacaqdır.  Başınızı  aşağı  əyin  və  ürəklərinizdə 
xeyir allahına qələbə arzulayın”. 
Beləcə La Vis heç kimin eşitmədiyi qorxulu ifadələr uy-
durmaqda davam edərək xeyli danışdı. Bir qədər sonra ay yeni-
dən öz gözəlliyi ilə işıqlanmağa başlayanda, o, səsini bir qədər 
də ucaldaraq sevinclə elan etdi: “İndi isə qalxın, ay camaat, gö-
yə baxın; gecənin allahı düşmənə qalib gəlmiş və budur o yeni-
dən ulduzlar arasında öz səyahətini davam etdirir. Bilin ki, öz 
dualarınızla  siz  ona  qaranlığın  şərini  üstələməyə  kömək  etmiş 
oldunuz. Budur o indi daha əzəmətli və daha gözəl olmuşdur”.  
Adamlar  qalxaraq  aya  baxdılar.  Ay  əvvəlki  tək  parlaq 
işıqla  işıqlanırdı.  Adamların  qorxusu  əminliklə,  həyəcanı  isə 
sevinclə  əvəz  olundu.  Onlar  yallı  getdilər,  dəf  və  şeypurlarını 
çaldılar, vadinin ən ucqar guşəsi belə onların sevinc sədaları ilə 
doldu. 
Elə  həmin  gecə  tayfanın  başçısı  La  Visi  yanına  çağırıb 
dedi: “Sən bu gün görünməmiş bir iş gördün. Heç birimizin an-
laya  bilmədiyi  gizli  sirrə  vaqif  olduğunu  nümayiş  etdirdin. 
Odur  ki,  səni  təbrik  edirəm,  bu  gündən  tayfada  məndən  sonra 
ən  ali  şəxs  olacaqsan.  Mən  tayfanın  ən  güclüsü  və  cəsarətlisi, 
sən – ən çox biləni və müdriki; bizimlə allahlar arasında vasi-


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə