Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə41/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   37   38   39   40   41   42   43   44   ...   82

 
159 
Həyatın  sirrində  məsum  qızın  ürəyinin  sükutunu 
mürgüləməyən  oyaqlığa  çevirən,  ürəkdə  gələcəklə  bağlı  şirin 
və  qarşısıalınmaz  ümid  ocağı  yandıraraq  ona  keçmişi 
unutduran bağlılıqdan dərin və gözəl gizlin yoxdur. 
Livan  qadını  digər  millətlərin  qadınlarından  öz  sadəliyi 
ilə fərqlənir. Aldığı tərbiyə onun təhsil almasına imkan vermir 
və bu hal onun gələcəyinə ciddi əngəl yaradır. Bu səbəbdəndir 
ki, o, ürəyinin meyl və sirləri məsələsində özünə qarşı inamsız 
olur.  Torpağın  qəlbindən  qaynayan,  dolanbac  yollarla  axan, 
lakin  dənizə  yolu  tapa  bilməyən  və  bu  səbəbdən  də  sakit  bir 
gölə  çevrilərək  öz  genişlənən  səthində  ayı  və  ulduzları  əks 
etdirən çaya bənzəri var Livan qızının. 
Xəlil  Məryəmin  qəlbinin  titrəyişlərinin  onun  ruhunu 
təkrar-təkrar həyəcanlandırdığının fərqində idi. Və o bilirdi ki, 
onun  qəlbini  işıqlandıran  ilahi  alov  Məryəmin  də  ürəyinə  od 
salmışdır.  Əvvəlcə  o,  buna  məcrası  qurumuş  çay  yağış  selinə 
sevinən  təki  sevinmiş,  sonra  isə  özünü  bu  tələskənliyə  görə 
danlamışdı. Çox ola bilsin ki, yaranmış ruhani yaxınlıq o, kəndi 
tərk edincə bir bulud kimi yox olacaqdı. 
O, tez-tez özü-özüylə danışaraq susqun göylərdən, yaxud 
gələcəkdən  soruşurdu:  «Nədir  bu  sirr  ki,  bizim  həyatımızda 
belə böyük bir rol oynayır? Bu nə  Qanundur ki, bizi nahamar 
yola itələyərək həsrətində olduğumuz günəşin bir addımlığında 
saxlayır?  Bu  nə  qüvvədir  ki,  nəfslərimizi  sevindirərək  dağın 
zirvəsinə qaldırır və sonra qəfildən bir dərənin dibinə tullayır, 
qəm-qüssə çəkməyə vadar edir? Nədir bu həyat ki, bir gün bizi 
sevgili  kimi  qucaqlayır,  sabahısı  isə  bizimlə  düşmən  kimi 
davranır?  Məgər  dünən  məni  təqib  etmirdilərmi?  Məgər  mən 
göylərin  mənim  qəlbimdə  oyatdığı  həqiqətə  görə  aclıq  və 


 
160 
susuzluğa, əzab və təhqirlərə dözməli olmadımmı? Məgər mən 
monarxlara  demirdimmi,  həqiqətin  gətirdiyi  səadət  Allahın 
iradəsi və Onun insan üçün nəzərdə tutuduğu məqsəddir? Bəs, 
elə  isə  bu  qorxu  hardandır  məndə?  Və  nə  üçün bu  gənc  qızın 
gözlərindən  axan  işığı  görməmək  üçün  gözlərimi  qapamalı 
oluram?  Mən  qovulmuş  bir  insan,  o  isə  kasıb  birisi.  Lakin 
məgər  tək  bir  çörəklə  dolanır  insan?  Məgər  bizim  hamımız, 
aclıqla  bolluq  arasında  yaşayanlar,  yayla  qış  arasındakı 
ağaclara bənzəmirikmi? Bəs, Rəhil nə deyəcək, bilsə ki, mənim 
ürəyimlə  onun  qızının  ürəyi  sükutda  qarşılıqlı  anlaşma  tapıb 
bir-birinə  yaxınlaşmış  və  Ali  İşıq  dairəsinin  yaxınına 
düşmüşlər? Nə deyər görən o, əgər bilsə ki, həyatını xilas etdiyi 
cavan  oğlan  gözünü  onun  qızından  çəkmir?  Sadə  kəndlilər  nə 
deyər buna, əgər bilsələr ki, monastırda tərbiyə almış və qovul-
duqdan  sonra  zərurət  ucundan  onların  kəndinə  düşmüş  cavan 
oğlan  gözəl  bir  qızın  yanında  yaşamaq  fikrindədir?  Qulaq 
asacaqlarmı  mənə,  əgər  mən  onlara  söyləsəm  ki,  monastırı 
onların  arasında  yaşamaqdan  ötrü  tərk  edən  insan  dar  qəfəsin 
divarlarını azadlıq işığından ötrü tərk edən quşa bənzəyir? Şeyx 
Abbas  nə  deyəcək  mənim  hekayətimi  eşidincə?  Kəndin  keşişi 
nə deyəcək mənim qovulmağımın səbəbini öyrənincə?» 
Beləcə  Xəlil  onun  eşqinin  simvolu  olan  ocağın  yanında 
oturaraq öz-özünə danışırdı. Məryəm isə vaxtaşırı ona baxır və 
gözlərindən  onun  arzularını  oxuyur,  fikirlərinin  əks-sədasını 
dinləyir və eşqinin təmasını hiss edirdi. Hərçənd ki, aralarında 
kəlmə kəsib danışmırdılar. 
Necə oldusa bir  gecə o,  ağacları və qayaları qarla örtül-
müş  Vadiyə  açılan  kiçik  pəncərənin  önündə  dayananda  Mər-
yəm yaxınlaşaraq onun yanında durdu və göyə baxmağa başla-


 
161 
dı. Onlar bir-birinə tərəf döndülər və onların baxışları bir anlıq 
görüşdü.  Xəlil  dərindən  nəfəs  alaraq  gözlərini  yumdu.  Sanki 
onun  ruhu  lazımi  sözlər  axtarışında  sonsuz  göylərə  uçmuşdu. 
Lakin  onun  sözə  ehtiyacı  yox  idi,  zira,  sükut  özü  öz  əvəzinə 
danışırdı. 
Məryəm cəsarətlənərək soruşdu: 
– Çöllərdəki qar əriyəndə,  yollar da quruyanda sən hara 
gedəcəksən? 
Onun gözləri açıldı, üfüqə baxaraq cavab verdi: 
– Öz  yolumla gedəcəm. Tale və Həqiqət eşqi məni hara 
aparsa, ora. 
Məryəm dərindən ah çəkib təklif etdi: 
–  Niyə  sən  burda  qalmayasan,  bizim  yanımızda  məskən 
salmayasan ki? Məgər mütləq harasa getməlisən? 
O,  qızın  xeyirxahlığı  və  məsum  nitqindən  kövrəlsə  də 
etiraz etdi: 
– Kəndin camaatı qovulmuş monarxın burda yaşamasına 
dözməz.  Zira,  onların  fikrincə,  monastırın  düşməni  yolunu 
azmış, Allahın və bütün müqəddəslərin lənətlədiyi adamdır. 
Məryəm  susmağa  məcbur  oldu,  zira,  həqiqət  qarşısında 
sarsıldığından  söhbəti  davam  etdirməyin  mənasız  olduğunu 
anladı. 
Xəlil üzünü kənara tutaraq izah etdi: 
–  Məryəm,  əllərində  hakimiyyət  olan  adamlar  bu 
kəndliləri  öyrədiblər  ki,  azad  düşünməyə  cəsarət  edən  hər  bir 
kəsdən qorxsunlar. Onları öyrədiblər ki, idrakının qanadı olan 
hər bir kəsdən uzaq dursunlar. Allah kimisə təqlid edərək ona 
səcdə edən cahillərdən xoşlanmır. Əgər mən bu kənddə qalası 
olsam  və  insanlara  özlərinin  lazım  bildiyi  kimi  Allaha  səcdə 


 
162 
etməyin düzgün olduğunu söyləsəm, onlar deyəcəklər ki, mən - 
yolumu  azmışlardanam  və  Allahın  keşişlərə  bəxş  etdiyi  haki-
miyyətə  tabe  olmuram.  Əgər  mən  onlardan  ürəklərinin  səsinə 
qulaq  asmağı  və  ruhlarının  istəyi  ilə  hərəkət  etməyi  xahiş  et-
səm, onlar deyəcəklər ki, mən pis adamam, Allahın  yerlə  göy 
arasında vasitəçi təyin etdiyi keşişlik institutunun ləğv olunma-
sına çağırıram. 
Xəlil  düz  Məryəmin  gözlərinə  baxaraq  gümüşü  simlər 
kimi cingildəyən səsi ilə dedi: 
–  Amma,  Məryəm,  bu  kənddə  bir  sehirli  qüvvə  var  ki, 
mənə  sahib  olaraq  bütün  ruhumu  əlində  saxlayır.  Bu  ilahi 
qüvvə  mənim  ağrımı  belə  mənə  unutdurur.  Bu  kənddə  mən 
ölümlə  üz-üzə  gəldim  və  elə  burda  da  ruhum  Allahın  ruhuna 
qovuşdu. Bu kənddə gözəl bir gül var, ölü otlar arasında bitən. 
Onun gözəlliyi mənim ürəyimi əsirləyib ətri isə aləmi bürüyüb. 
İndi  bu  qiymətsiz  gülü  burda  atıb  məni  monastırdan  didərgin 
salan ideyaları təbliğ etməyəmi gedim, yoxsa bu gülün yanında 
qalıb,  qonşuluqdakı  qaratikanlığın  altında  bir  qəbir  qazaraq 
bütün  düşüncülərimi  və  həqiqətləri  orda  basdırım?  Mən  necə 
etsəm yaxşı olar, Məryəm? 
Bu sözləri eşidincə Məryəm sübh mehinin əsdirdiyi zan-
baq kimi  həyəcanlandı.  Ürəyi gözlərindən  parladı onun,  tərəd-
düdlə deyəndə: 
–  Bizim  ikimiz  də  sirli  və  mərhəmətli  hakimiyyətin 
əlindəyik. O nə istəsə, elə də olsun. 
Bu anda  iki  ürək  bir-birinə  qovuşdu.  Və  bu andan etiba-
rən iki ruh vahid məşələ çevrildi onların həyatını işıqlandıran. 
 
 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə