Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə49/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

 
190 
O  vaxtdan  bu  günə  qədər  bu  kəndin  hər  bir  fəllahı 
əziyyətlə  başa  gətirdiyi  məhsulu  yığmağa  sevinclə  girişir. 
Çünki  şumladıqları  torpaq,  qulluq  etdikləri  üzümlüklər  indi 
onların mülkiyyətinə çevrilmişdi. 
O  vaxtdan  yarım  əsr  keçdi  və  livanlılar,  nəhayət  ki, 
ayıldılar. 
Livanın  Müqəddəs  Kedrlərinə  doğru  gedən  yolda 
yolçunun  diqqətini  vadinin  kənarında  gəlin  kimi  dayanmış 
tənha  kəndin  gözəlliyi  cəlb  edir.  Miskin  daxmalar  indi 
məhsuldar  tarlalar  və  çiçəklənən  bağlarla  əhatələnmiş  rahat 
evlərə  çevrilmişdi.  Əgər  kənd  əhalisindən  kimdənsə  şeyx 
Abbasın tarixçəsini soruşsanız, uçmuş divar və daş qalaqlarını 
göstərib deyəcək: 
–  Budur  şeyxin  sarayı.  Həyat  tarixçəsi  də  elə  bundan 
ibarətdir.  
Lakin  siz  Xəlil  haqqında  soruşsanız,  o,  əlini  göyə 
tutaraq deyəcəkdir: 
– Oradadır indi bizim sevimli Xəlilimiz və onun həyat 
tarixçəsini  Allah  parlaq  həflərlə  bizim  ürəklərimizə  elə 
yazmışdır ki, əsrlər onu silmək iqtidarında deyillər. 


 
191 
 
 
 
 
 
 
«MÜJDƏÇİ»  
kitabından
 
 

 
 Sən özün özünün müjdəçinsən. Və ucaltdığın  qalalar da 
sənin  böyük  məninin  təməlindən  başqa  bir  şey  deyil.  Və  bu 
mənin özü də təmələ çevriləcək. 
Mən  də  özümə  müjdəçiyəm,  zira,  sübh  çağı  qarşımda 
uzanan  kölgəm  günortaya  yaxın  ayaqlarımın  altına  yığılacaq-
dır. Başqa bir səhər qabağımca başqa bir kölgə uzadası olsa be-
lə, o da başqa bir günortada hökmən yığılacaqdır. 
Biz  həmişə  özümüzün  müjdəçimiz  olmuşuq,  həmişə  də 
olacağıq.  Və bütün  yığdıqlarımız və  yığacaqlarımız hələ şum-
lanmamış  tarlalar  üçün  toxumdan  başqa  bir  şey  olmayacaqdır. 
Biz həm tarlalarıq, həm əkinçi, həm yığanlarıq, həm yığılan. 
Sən  duman  içrə  həsrətlə  gəzəndə,  mən  də  orda  həsrətlə 
gəzirdim.  Sonra  biz  bir-birimizi  tapdıq  və  yuxular  doğuldu 
vüsalımızdan. Yuxular sərhədsiz zaman və ölçüsüz məkan idi. 
Sən  həyatın  həsrətli  dodaqlarında  lal  bir  söz  olduğun 
zaman,  mən  də  orda  başqa  bir  lal  söz  idim.  Sonra  həyat  bizi 
səsləndirdi  və  biz  dünənin  xatirələri  və  sabahın  həsrəti  ilə 


 
192 
döyünən  illərə  calandıq,  zira,  ötən  gün  məğlub  olmuş  ölüm, 
sabah isə gözlənilən doğumdur. 
İndi  isə biz Allahın əllərindəyik.  Sən Onun sağ əlindəki 
günəş,  mənsə  Onun  sol  əlində  yerəm.  İşıqlandıran  –  sən, 
işıqlanan – mən olsam da, səndən az işıqlı deyiləm. 
Biz – günəş və yer – daha böyük günəşin və daha böyük 
yerin başlanğıcıyıq. Və həmişə də başlanğıc olaraq qalacağıq. 
*** 
Sən  özün  özünün  müjdəçinsən,  –  mənim  bağımın 
qapılarının yanından ötən yolçusan. 
Mən  də  özümə  müjdəçiyəm,  baxmayaraq  ki,  ağacların 
kölgəsində oturmuşam və hərəkətsiz görünürəm. 
 

 
 Günlərin bir günü Şariya adlı böyük bir şəhərə səhradan 
bir  qərib  gəldi;  onun  əynindəki  libasdan  və  əlindəki  əsadan 
başqa heç nəyi yox idi. 
O,  küçələri  gəzə-gəzə  məbədlərə,  qalalara  və  saraylara 
böyük bir heyranlıqla tamaşa edirdi.  Zira,  Şariya həqiqətən də 
gözəl  şəhər  idi.  O  dönə-dönə  yanından  ötənləri  saxlayıb 
gördükləri  barədə  onları  sorğu-suala  tuturdu.  Lakin  nə  onlar 
onun dilini anlayır, nə də  o onların danışığını başa düşürdü. 
Günorta  saatında  o,  iri  bir  yeməkxananın  qabağında 
dayandı.  Bina sarı mərmərdən tikilmişdi  və insanlar maneəsiz 
olaraq bu binaya girib çıxırdılar. 
«Bura  yəqin  ziyarətgahdır»,  –  deyə  öz-özünə  düşünən 
qərib  içəri  daxil  oldu.  Və  böyük  zalda  çoxlu  masaların 


 
193 
ətrafında  xeyli  kişi  və  qadınların  oturduğunu  görüncə  çox 
təəccübləndi. Onlar yeyir, içir və musiqiçilərə qulaq asırdılar. 
«Yox,  bu  səcdəyə  oxşamır»,  –  deyə  qərib  öz-özünə 
söylədi,  –  bu,  yəqin  qonaqlıqdı,  şahzadə  hansısa  böyük  bir 
hadisənin şərəfinə təşkil edib. 
Bu  zaman  şahzadənin  nökəri  sandığı  bir  adam 
yaxınlaşaraq onu masaların birinə dəvət etdi.  Ona ət, şərab və 
ən ləziz şirniyyatlar gətirdilər. 
Yeyib  doyandan  sonra  qərib  ayağa  durdu  ki,  getsin. 
Qapıda onu qeyri-adi paltar geymiş cüssəli bir kişi saxladı. 
«Yəqin bu, şahzadənin özüdür», –  qərib ürəyində söylədi 
və baş əyərək ona təşəkkürünü bildirdi. 
Cüssəli  kişi  isə  öz  şəhərinin  dilində:  «Ağa,  yeməyin 
pulunu verməmisən», – dedi. 
Qərib onun nə dediyini anlamayaraq bir daha ürəkdən tə-
şəkkür etdi. Cüssəli kişi müəmmalı ifadə ilə qəribi diqqətlə nə-
zərdən keçirdi. Onun əcnəbi, geyimindən isə  yoxsul olduğunu 
görüncə  başa  düşdü  ki,  bu  adamın  yeməyin  haqqını  ödəməyə 
pulu  yoxdu.  Cüssəli  kişi  əlini  əlinə  vurub  adamları  çağırdı  və 
içəri dörd nəfər şəhər gözətçisi daxil oldu. Onlar cüssəli kişini 
dinləyəndən sonra qəribi nəzarət  altına aldılar.  İkisi onun sağ, 
ikisi  də sol  tərəfində durdu. Onların xüsusi geyimdə olmasına 
və səlis hərəkətlərinə diqqət yetirən qəribin ağzı açıla qalmışdı. 
«Onlar yəqin əsilzadələrdir », – deyə qərib düşündü. 
Onlar  birlikdə  məhkəmə  binasına  yollanaraq  ora  daxil 
oldular.  Qərib  qarşısında  taxtda  oturmuş  dalğalı  saqqallı  və 
qeyri-adi paltar geyinmiş ahıl bir kişi gördü. Onu padşah sanan 
qərib bu şərəfə layiq görüldüyünə əməlli-başlı sevindi. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə