Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə45/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   41   42   43   44   45   46   47   48   ...   82

 
174 
İuda  elədiyindən  peşman  oldu  və  özünü  asdı,  sizin 
keşişlər  isə  qiymətli  sinə  xaçları  ilə  bəzədilmiş  gözəl  libaslar 
geyinir, hələ bir fəxr də edirlər özləri ilə. 
Siz  uşaqlarınıza  İsanı  sevməyi  öyrədirsiniz  və  eyni 
zamanda tələb edirsiniz ki, onlar Onun tələbinə qarşı çıxanlara 
və Onun qanununu pozanlara itaət etsinlər. 
Məsihin həvariləri
1
 daş-qalaq oldular ki, Müqəddəs Ruh-
da  yenidən dirçəlsinlər, lakin  monarxlar  və  keşişlər  sizdəki  bu 
ruhu  öldürürlər  ki,  sizin  miskin  ianələriniz  hesabına  başlarını 
saxlasınlar. Bu bədbəxtlik və zülm dolu dünyada sizi bu cür hə-
yat sürməyə məcbur edən nədir? Nə sizi vadar edir ki, atalarını-
zın sümükləri üzərində ucaldılmış bu dəhşətli bütün qarşısında 
diz çökəsiniz? Balalarınıza hansı xəzinəni qoyub gedəcəksiniz?  
Ruhlarınızı  keşişlər  tutub,  bədənləriniz  isə  hakimlərin 
möhkəm dişləri altındadı. Bu həyatda nəyi göstərib deyə bilər-
siniz  ki,  «Bu  mənimdir!»?  Həmvətənlərim,  bu  qorxduğunuz 
keşişin  kim  olduğunu  bilirsinizmi?  O,  pullarınızı  əlinizdən  al-
maq  üçün  sizi  İncillə  qorxudan  xaindir.  Üstündə  xaç  gəzdirən 
və  onu  sizin  şah  damarınızı  kəsmək  üçün  qılınc  kimi  istifadə 
edən riyakardır. Canavardır qoyun dərisində. Yemək süfrəsinə 
kilsə qurbangahından  daha  çox  hörmət edən  qarınquludur.  Qı-
zıl hərisidir, quruşdan ötrü dünyanın o başına getməyə hazırdı. 
Dul qadınları və yetimləri aldadan dələduzdur. Qəribə məxluq-
dur  –  qartal  dimdikli,  pələng  pəncəli,  kaftar  dişli,  özü  də  ilan 
dərisində.  
Alın  əlindən  Bibliyanı,  əynindən  paltarını  soyundurun, 
saqqalını  yolun,  başına  min  oyun  gətirin;  sonra  isə  ovcuna  bir 
                                                 
1
 Щявари, апостол – Исанын йахын шаэирдляри, давамчылары. 


 
175 
quruş qoyun və o, üzündə təbəssüm bağışlayacaqdır sizi. Üzü-
nə sillə çəkin, tüpürün, təpiyinin altına salın. Sonra isə yemək 
süfrəsinə dəvət edin onu, hər şeyi unudacaq, kəmərini boşaldıb 
sevinə-sevinə qarnını sizin yeməklərinizlə dolduracaqdır. 
Lənətləyin onu, təhqir edin. Sonra isə bir Kuzə şərab, ya-
xud bir səbət meyvə göndərsəniz ona, sizin bütün günahlarınızı 
bağışlayacaqdır. 
Qadın  görəndə:  «Uzaq  dur,  şeytanın  azdırdığı»,  –  deyib 
üzünü çevirir, ürəyində isə «Belə yanmaqdansa evlənmək yaxşı 
olardı», – deyə düşünür. 
Gənc kişi və qadınların eşq mərasiminə qatıldıqlarını gö-
rüncə gözlərini göyə qaldıraraq «Hər şey fanidir», – deyir, özü 
ilə tək qalanda isə düşünür:  «Məni  həyat sevinclərindən məh-
rum edən bu qanun-qaydaları ləğv etsəydilər nə yaxşı olardı!» 
Moizə  vaxtı  deyir:  «Mühakimə  etməyin  ki,  mühakimə 
olunmayasınız».  Özü  isə  hərəkətləri  xoşuna  gəlməyən  hər  bir 
kəsi mühakimə edir və ölməmişdən onları cəhənnəmə göndərir. 
Danışanda  gözlərini  göyə  qaldırar,  fikirləri  isə  ilan  kimi 
ciblərinizdə dolaşar. 
Sizə  «Mənim  sevimli  balalarım!»  –  deyə  müraciət  edir, 
ürəyində isə atalıq duyğusu yoxdu, dodaqları heç vaxt gülüm-
səməz uşağa, qucağı körpə görməyib onun.  
Başını  yırğalayaraq  sizə  deyir:  «Gəlin,  bu  dünyanın 
nemətlərindən  uzaq  duraq,  zira,  həyat  bir  bulud  kimi  ötüb 
keçir».  Amma  ona  diqqətlə  baxsanız  onun  həyatdan  beşəlli 
yapışdığını  görərsiniz.  Görərsiniz  onun  keçən  günə  necə 
heyfsləndiyini,  bugünkü  günün  sürətlə  keçməsini  necə 
lənətlədiyini və sabahkı gün qarşısında necə qorxduğunu. 


 
176 
Onun  bölüşməyə  varı  var.  Amma  o  sizdən  xeyriyyəçilik 
tələb edir. Və əgər siz onun istəyini təmin etsəniz o, camaatın 
yanında sizə xeyir-dua verəcək. Yox, ona rədd cavabı versəniz, 
gizlində sizi lənətləyəcəkdir. 
Məbəddə  sizdən  ehtiyacı  olanlara  kömək  etməyi  xahiş 
edir,  amma  öz  evinin  kandarında  ondan  yeməyə  çörək  istəyən 
binəvaları görmür və eşitmir. 
O öz dualarını satmaqla məşğuldur və kim ki, ondan heç 
nə almır deməli, allahsızdır, cəhənnəmlikdir. 
Budur  sizin  qorxduğunuz  məxluq,  sizin  qanınızı  soran 
monarx. 
Bu, o keşişdir ki, sağ əli ilə özünə xaç vurur, sol əli ilə isə 
boğazınızdan yapışır. 
Bu,  o  din  xadimidir  ki,  onu  öz  xidmətçiniz  hesab 
eləyirsiniz, həqiqətdə isə o, sizin ağanız olur. 
Bu,  o  kölgədir  ki,  ruhlarınızı  doğuluşdan  ölümə  qədər 
təqib edir. 
Bu,  o  insandır  ki,  bu  axşam  məni  mühakimə  etməyə 
gəlmişdir, çünki mənim ruhum hamını sevən, bizi qardaş hesab 
edən  və  xaçda  bizdən  ötrü  can  verən  Nazaretli  İsanın 
düşmənlərinə qarşı üsyan etmişdir. 
Xəlil  hiss  elədi  ki,  kəndlilər  yavaş-yavaş  onu  anlamağa 
başlayırlar. Səsini ucaldaraq davam etdi: 
–  Qardaşlar,  sizə  məlumdur  ki,  şeyx  Abbası  sultanın 
nümayəndəsi  və  əyalət  qubernatoru  əmir  Sihab  kəndinizin 
başçısı  təyin  etmişdir.  Lakin  mən  sizdən  soruşuram:  elə  bir 
hakimiyyət varmı ki, sultanı bu ölkənin allahı təyin etsin? 
O  hakimiyyəti,  həmvətənlərim  mənim,  görmək  olmaz, 
nitqlərini də eşidə bilməzsiniz onun. Ürəklərinizin dərinliyində 


 
177 
hiss  edə  bilərsiniz  siz  onun  mövcudluğunu.  Bu,  həmin  o 
hakimiyyətdir ki, ona hər gün səcdə edir, dualarınızda: «Bizim 
göydəki Atamız!» – deyə təkrarlayırsınız. 
Bəli,  Göylərdə  olan  Atanızdır  padşahları  və  şahzadələri 
təyin edən. Zira, o, qüdrətli və hər şeydən üstündür. Lakin niyə 
siz elə düşünürsünüz ki, sizi sevən və öz peyğəmbərləri vasitəsi 
ilə  sizi  doğru  yola  istiqamətləndirən  Atanız  sizin  əsarətdə 
yaşamanızı istəyir? 
Yəni  siz  inanırsınız  ki,  Göydən  yerə  yağış  endirən  və 
torpağın  dərinliyində  gizlənmiş  toxumlardan  taxıl  zəmiləri 
bitirən  Allah  istəyir,  siz  ac  qalasınız  ki,  əvəzində  bir  nəfər 
Onun səxavətindən gen-bol bəhrələnə bilsin? 
Yəni  siz  inanırsınız  ki,  sizə  arvadlarınızın  məhəbbətini, 
uşaqlarınızın  şəfqətini  və  qonşularınızın  qayğısını  bəxş  edən 
Əbədi  Ruh  üstünüzə  tiran  göndərə  bilər  ki,  sizi  ömürlük 
əsarətdə saxlasın? 
Yoxsa siz inanırsınız ki, həyatı belə gözəl yaratmış Əbədi 
Qanun  sizə  elə  bir  insan  göndərə  bilər  ki,  sizi  bu  səadətdən 
məhrum edərək əzablı ölümün qaranlıq zindanlarına atsın? 
Yoxsa  elə  bilirsiniz  ki,  təbiətin  sizə  bəxş  etdiyi  fiziki 
qüvvə sizin bədənlərinizə deyil, varlılara məxsusdur? 
İnana  bilməzsiniz  siz  bütün  bunlara.  Zira,  bu  halda  bizi 
bərabər  yaratmış  Allahın  ədalətini  və  Yer  üzündəki  bütün  in-
sanların  başının  üstündə  yanan  Haqqın  çırağını  inkar  etmiş 
olardınız.  Nə  sizi  məcbur  edir  ki,  özünüzə  qarşı  olasınız  və 
Allahın azad yaratdıqlarını qula çevirənlərə kömək edəsiniz? 
Məgər  gözlərinizi Qüdrətli Allaha doğru qaldıraraq Onu 
Ata adlandırdıqdan sonra başınızı insan qarşısında əyib onu ağa 
çağırmağınız özünüzə qarşı ədalətli olmaqdır? 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə