Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə53/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   49   50   51   52   53   54   55   56   ...   82

 
207 
Qəbirqazan 
Bir  gün  ölmüş  mənlərimdən  birini  dəfn  edərkən 
yanımdan  ötən  qəbirqazan:  “Burda  ölüsünü  basdıranlar  içində 
bircə sən xoşuma gəlirsən”, – dedi. 
“Bunu  eşitmək  xoşdur,  –  dedim  mən,  –  amma  bilmək 
olarmı nə səbəbə?”  
“Ona görə ki, – o dedi, – başqaları ağlaya-ağlaya gəlir və 
ağlaya-ağlaya da  gedirlər. Bircə sən  gülə-gülə  gəlir, gülə-gülə 
də gedirsən”. 
 
Müqəddəs şəhər 
 
Gəncliyimdə  əhalisi  Müqəddəs  Kitaba  uyğun  yaşayan 
şəhər  haqqında  eşitmişdim.  Onda  özümə  dedim:  “Üzərində 
Allahın lütfü olan bu şəhəri hökmən axtarıb tapacam”. 
Yol  uzaq  idi.  Və  mən  səyahətim  üçün  böyük  hazırlıq 
gördüm. Qırx gün sonra mən şəhərə yaxınlaşdım və yalnız qırx 
birinci gün ora daxil ola bildim.  
Və gördüm ki, şəhərdə hamının yalnız bir əli və bir gözü 
vardır. Təəccüb içində özümdən soruşdum: “Bu necə ola bilər 
ki, müqəddəs şəhərin əhalisinin hamısının yalnız bir əli və bir 
gözü olmuş olsun?” 
Sonra baxıb gördüm ki, onlar da mənim iki əlimə və iki 
gözümə  təəccüblə  baxırlar.  Onlar  danışmağa  başlayanda  mən 
soruşdum: “Bu həmin o müqəddəs şəhərdir ki, orda hamı Kitab 
əsasında yaşayır?” 
“Bəli, bu həmin şəhərdir”,– dedilər. 


 
208 
“Başınıza  nə  iş  gəlib?  Hanı  sizin  sağ  əliniz  və  sağ 
gözünüz?” – deyə soruşdum. 
Camaat  hərəkətə  gəldi.  Və  onlar:  “Gedək  bizimlə,  özün 
görəcəksən”,  – dedilər.  
Və onlar məni şəhərin ortasındakı məbədə gətirdilər. Mə-
bəddə  bir  qalaq  əl  və  göz  gördüm.  Hamısı  qurumuşdu  artıq. 
“Aman Allah, hansı qəddar istilaçı sizi belə şikəst etmişdir?”– 
dedim mən. 
Onlar pıçıldaşmağa başladılar. Ağsaqallardan birisi qaba-
ğa çıxaraq söylədi: “Bunu biz özümüz eləmişik. Allah bizə içi-
mizdəki şərin qənimi olmağı buyurmuşdur”. 
Və o məni  qurbangahın  yanına  gətirdi. Camaat  da arxa-
mızca  gəldi.  Ağsaqqal  qurbangahın  üstündə  divarda  yazılmış 
yazını  göstərərək  oxumağımı  istədi.  Mən  oxudum:  “Əgər  səni 
sağ gözün yoldan sapdırırsa, çıxar at onu, zira, səninçün bir üz-
vünün  məhvi  bütün  bədəninin  cəhənnəmdə  yanmasından  daha 
yaxşıdır.  Və  əgər  səni  sağ  əlin  yoldan  sapdırırsa,  kəs,  at  onu, 
zira, səninçün bir üzvünün məhvi bütün bədəninin cəhənnəmdə 
yanmasından daha yaxşıdır”. 
Mən  hər  şeyi  başa  düşdüm.  Və  üzümü  camaata  tutaraq 
qışqırdım: “Yəni içinizdə bir kişi, ya bir qadın yoxdur ki, onun 
iki əli və iki gözü olmuş olsun?” 
“Yox , – dedilər, – Kitabı oxuyub onun tələblərini anla-
yacaq qədər balaca olanlardan başqa heç kim bu aqibətdən yan 
qaça bilməmişdir”. 
Və  biz  məbəddən  çıxan kimi  mən  müqəddəs  şəhəri  tərk 
etdim; zira, Kitabı oxuya bilməyəcək qədər gənc deyildim. 
 
 


 
209 
Üzlər 
 
Üz  görmüşəm  ki,  min  məna  cilvələnir  onda.  Üz  də 
görmüşəm ki, sanki bir ifadədə donub qalıb. 
Üz  görmüşəm  ki,  üstdəki  maskanın  altında  gizlətmək 
istədiyi  eybəcərlik  sezilir.  Üz  də  görmüşəm  ki,  üstdəki 
maskasını çıxarmasan gözəlliyini görə bilməzsən onun. 
Qoca üz görmüşəm ki, qırışlarından heçlik oxunur. Zərif 
üz də görmüşəm ki, hər şey yazılıb orda. 
Yaxşı  tanıyıram  mən  üzləri,  çünki  onlara  gözlərimin 
toxuduğu  pərdədən  baxmıram  və  bu  səbəbdən  də  altdakı 
gerçəkliyi görə bilirəm. 
 
Göz
 
 
Bir gün Göz dedi: “Bu vadilərdən o yana, mavi dumana 
bürünmüş dağ görürəm. Necə də gözəldir!” 
Qulaq bu sözləri eşidərək ətrafa diqqət kəsildi, sonra isə 
təəccüblə soruşdu: “Bəs, o dağ hardadı? Mən onu eşitmirəm”. 
Sonra  Əl  dilləndi:  “Bayaqdan  çalışıram,  amma  dağa 
oxşar heç nəyə toxuna bilmirəm”. 
“Burdan  heç  bir  dağ  iyi  gəlmir”,  –  dedi  öz  növbəsində 
Burun. 
Belə  olduqda  Göz  nəzərlərini  başqa  səmtə  çevirdi  və 
hamı  onun  qəribə  görüntüsü  barəbə  danışmağa  başladı.  Və 
onlar: “Gözə nəsə olub”, – qənaətinə gəldilər.  
 
 


 
210 
İki alim 
 
Bir  vaxtlar  qədim  Əfkar  şəhərində  biri-birinin  elminə 
nifrət  edən  və  biri  digərini  alçaltmağa  çalışan  iki  alim 
yaşayırdı.  Zira,  onlardan  birisi  allahların  varlığını  inkar  edir, 
digəri isə onlara inanırdı. 
Günlərin bir günü onlar bazar meydanında görüşdülər və 
tələbələri  ilə  əhatə  olunmuş  iki  alim  allahların  olub-olmaması 
məsələsi  ətrafında  mübahisə  açdılar.  Və  uzun  çəkişmədən 
sonra aralandılar. 
Həmin  axşam  inanmayan  məbədə  gedərək  qurbangahın 
qarşısında səcdə edib allahlardan onun naqis keçmişinin bağış-
lanmasını istədi.  
Elə həmin saatda əvvəllər mömin olan digər alim evində-
ki  bütün  müqəddəs kitabları  yandırırdı.  Zira, indi o,  allahlara 
inanmırdı.  
 
Kədərim doğulanda 
 
Mənim kədərim doğulanda, mən onu qayğı ilə əhatə edib 
məhəbbətlə böyütməyə başladım. 
Və  mənim  Kədərim  böyüdü,  bütün  digər  canlılar  kimi, 
güclü, gözəl və füsunkar oldu. 
Biz  sevirdik  bir-birimizi  –  mən  və  mənim  Kədərim.  Və 
biz  bizi  əhatə  edən  dünyanı  da  sevirdik,  çünki  Kədərin  xeyir-
xah ürəyi vardı və mənimki də onun yanında xeyirxahlaşırdı. 
Biz  bir-birimizlə  söhbət  edəndə  –  mən  və  mənim  Kədə-
rim – günlərimiz qanadlanır, gecələrimizsə  yuxulara bələnirdi; 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə