Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə50/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   46   47   48   49   50   51   52   53   ...   82

 
194 
Gözətçilər  qəribin  padşah  bildiyi  hakimə  yaxınlaşaraq 
gətirilənin  nədə  günahlandırıldığını  məruzə  etdilər.  Hakim  iki 
vəkil təyin etdi: birini ittiham tərəfi təmsil etmək üçün, digərini 
isə qəribin müdafiəsi üçün. Onlar növbə ilə qalxaraq öz dəlillə-
rini  məhkəmənin  nəzərinə  çatdırdılar.  Onların  hərəkətlərini 
müşahidə edən qərib elə bildi ki, onun şərəfinə təşkil olunmuş 
salamlama  mərasimində  iştirak  edir.  Qəribin  ürəyi  ona  gös-
tərdikləri  hörmətə  görə  padşaha  və  şahzadəyə  qarşı  hədsiz 
minnətdarlıq hissləri ilə doldu. 
Sonra  hökm  oxundu.  Hökmə  görə  onun  boynundan  üs-
tündə törətdiyi əməli yazılmış lövhə asılmalı və o, yəhərsiz ata 
otuzdurularaq  qabaqda  şeypurçu  və  təbilçi  getməklə,  şəhərin 
küçələri ilə gəzdirilməli idi. Hökm ləngimədən yerinə yetirildi. 
Qəribi  yəhərsiz  ata  mindirib  şəhəri  gəzdirərkən  qabaqda 
gedən şeypurçunun və təbilçinin səsinə xeyli camaat axışıb gəl-
di və onu görüncə hamı bir ağızdan gülməyə başladılar. Uşaq-
lar da dəstə-dəstə onun dalınca küçə boyu qaçışırdılar. Qəribin 
ürəyi  vəcdlə  doldu,  gözləri  yaşardı.  Zira,  boynundakı  nişanı 
padşahın  lütfü  sanır  və  bu  gəzintinin  də  onun  şərəfinə  təşkil 
olunduğunu düşünürdü. 
Atın  üstündə  gedərkən  o,  kütlənin  içində  özü  kimi 
səhradan  gəlmiş  birisini  sezdi.  Sevincdən  ürəyi  yerindən 
oynadı və qərib ucadan qışqırdı: 
«Dost!  Dost!  Biz  hara  gəlib  düşmüşük?  Könlümün 
şəhrinə  bənzəyir  bu  şəhər!  Belə  də  qonaqpərvərlik  olar? 
Təsadüfi  qonağı  sarayda  qəbul  edirlər,  şahzadəylə  bir  süfrəyə 
oturdurlar, padşah sənin sinənə öz lütfünün nişanını asır və bu 
cənnət şəhərin qonaqsevərliyi ilə tanış olmaq imkanı yaradır. 


 
195 
Səhradan  gəlmiş  həmin  adam  heç  bir  cavab  vermədi. 
Yalnız  gülümsədi  və  yüngülcə  başını  tərpətdi.  İzdiham  isə 
yoluna davam etdi. 
Qərib  vəcdli  üzünü  yuxarı  tutmuşdu,  gözləri  də 
işıqlanırdı. 
 

 
Eşitmişəm ki, meşədə dağların arasında vaxtilə Dəclə və 
Fərat çaylarının arxasında yerləşən geniş bir ölkənin şahı olmuş 
gənc  yaşayır, tək–tənha. Onu da danışırdılar ki, o öz istəyi ilə 
taxt–tacını  və  şöhrətinin  təməli  olan  torpağını  tərk  edərək 
yaşamağa bu vəhşi yerlərə gəlmişdir. 
Mən  özümə  söz  verdim:  «Bu  adamı  axtarıb  tapacam  və 
onun  qəlbinin  sirrini  öyrənəcəm,  zira,  şahlıqdan  imtina  edən 
şahlığın özündən daha böyük olmalıdır». 
Elə  həmin  gün  mən  onun  yaşadığı  meşəyə  yollandım. 
Onu ağ sərv ağacının altında oturan tapdım. Əlindəki əsanı elə 
tutmuşdu  ki,  sanki  o  əsa  yox,  şahlıq  skipetri
1
  idi.  Mən  onu 
şahları salamlayan təki salamladım. 
O  mənə  tərəf  dönərək  nəzakətlə  dedi:  «Bu  sakitlik 
meşəsinə gəlməkdə məqsədin  nədir? Yaşıl kölgələrdə itirilmiş 
«mən»ini axtarırsan, yoxsa ala-toranlıqda evinə qayıdırsan»? 
Mən cavab verdim: «Mən ancaг səni axtarırdım. Bilmək 
istəyirdim,  səni  nə  məcbur  etmişdir  ki,  şahlığını  buraxıb  bu 
meşəyə gələsən»? 
                                                 
1
 Скiпетр – щöкmdар əсасы. 


 
196 
O söylədi: «Uzun deyil mənim hekayətim. Sadəcə qəfil-
dən gözüm açıldı. Bu belə baş verdi: Günlərin bir günü sarayın 
pəncərəsinin qarşısında oturmuşdum, mənim vəzirim və bir əc-
nəbi  elçi isə bağda gəzişirdilər. Pəncərəmə  yaxınlaşanda vəzi-
rin özü haqqında bunları dediyini eşitdim: «Mən bizim şahımız 
kimiyəm; tünd şərab düşkünü və bütün qumar oyunlarının ölü-
süyəm.  Şahım  kimi  mənim  də  xasiyyətim  ağırdır».  Bu  sözlər-
dən sonra vəzir və elçi ağacların arasında gözdən itdilər. Lakin 
bir neçə dəqiqədən sonra onlar qayıtdılar. Bu dəfə vəzir mənim 
haqqımda danışırdı: «Mənim şahım eynən mənim kimidir: mə-
nim  kimi  sərrast  atıcıdır,  musiqini  sevir  və  gündə  üç  dəfə  ha-
mam qəbul eləyir, mənim kimi». 
Kiçik fasilədən sonra gənc əlavə etdi: 
“Elə  həmin  gün  əynimdəki  libasdan  başqa  heç  nə 
götürməyərək  sarayı  tərk  etdim;  zira,  mənim  nöqsanlarımı 
özünə  götürən,  öz  məziyyətlərini  isə  mənə  şamil  edənlərin 
hakimi olmaq istəmədim”. 
Mən: «Həqiqətən də qəribə əhvalatdır», – dеyə söylədim. 
O isə: “Qətiyyən, mənim dostum, sadəcə, sən mənim sü-
kutumun qapısını döydün və boş bir şey eşitdin, – dedi. – Zira, 
meşədən ötrü şahlığı kim tərk etməz ki? Burada fəsillər fasilə-
siz olaraq nəğmə oxumaqda və rəqs etməkdədir. Çoxları,  tən-
halıq və təkliyin şirin yoldaşlığından daha az dəyərli şeylərdən 
ötəri şahlıqdan keçib. 
O qədər qartal olub ki, yüksəkliklərdən köstəbək yuvala-
rına eniblər ki, yerin sirrini öyrənə bilsinlər. Elələri də olub кi, 
arzusuzluqdan çox da uzaq düşməməк üçün arzular şahlığından 
imtina  ediblər.  Еlələri  də  var  ki,  çılpaqlıq  şahlığından  imtina 
edərək  ruhlarının  üstünü  örtürlər  ki,  açıq  həqiqətin  və  çılpaq 


 
197 
gözəlliyin  görüntüləri  başqalarını  pərt  etməsin.  Amma  onların 
araсında  ən  böyüyü  məğrur  və  fəxarətli  görünmək  üçün  kədər 
şahlığını tərk edənlərdir». 
Sonra o qalxaraq öz əsasına söykəndi və dedi: 
«İndi  isə  get  böyük  şəhərə,  otur  onun  qapısının  ağzında 
və  gələnə-gedənə  bax.  Orda  şah  doğulub  şahlıqsız  qalanı  da, 
cisminə tabe olsa da ruhu ilə hakim olanı da görəcəksən, bax-
mayaraq  ki,  bundan  nə  özünün,  nə  də  təbəələrinin  xəbəri  var. 
Eləsini  də  görəcəksən  ki,  şahlıq  eləyən  görünsə  də,  həqiqətdə 
qullarının quludur». 
Bu sözlərdən sonra o gülümsündü. Və dodaqlarından min 
şəfəq saçıldı. Sonra o çevrilərək meşənin dərinliyinə getdi. 
Mən isə şəhərə qayıtdım və onun dediyi kimi şəhər qapı-
larının  ağzında  oturaraq  gəlib–gedənlərə  baxmağa  başladım. 
Və o gündən bu günə qədər kölgəsi üstümdən keçən çoxlu şah-
lar gördüm, üstünə kölgəm düşən təbəələrin isə sayı çox az idi. 
 

 
Gəncliyimdə təpələrin arxasındakı tənha meşəlikdə yaşa-
yan bir nurani qocanı ziyarət etmişdim. Və elə biz ləyaqətin tə-
biəti haqqında danışırdıq ki, təpəni aşan qulduru gördük. Meşə-
liyə çatanda quldur qocanın qarşısında diz çökərək söylədi: 
«Ey  müqəddəs  insan,  ruhumu  yüngülləşdir!  Günahlarım 
daş kimi boynumdan asılmışdır». 
Qoca  cavab  verdi:  «Mənim  günahlarım  da  məni  az 
incitmir». 
«Amma, axı, mən oğru və yolkəsənəm», – dedi quldur. 
 «Elə mən də oğru və yolkəsənəm», – söylədi qoca. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə