230
və onun mağaralarında da dəfn olunmuşlar. İndi buranı tərk
edərək onlardan heç birinin getmədiyi yerlərə biz necə gedək?”
Mən sizə deyirdim: “Gedək düzlərə, sizə qızıl mədənləri-
ni və yerin xəzinələrini göstərim”. Siz isə: “Düzlərdə oğru və
quldurlar pusqu qururlar”, – deyə cavab verirdiniz.
Deyirdim: “Gedək sahilə, dənizin ləpədöyənə çıxartdığı
nemətlərinə tamaşa edək”. Siz isə: “Dənizin səsi ruhumuza
üşütmə salır, onun dərinliklərinin dəhşəti isə cismimizi quru-
dur”, – deyirdiniz.
Mən sizi sevirdim, ey anamın oğulları, lakin bu məhəbbət
mənə ziyan gətirdi, sizə isə xeyir vermədi. Və bu gün mən sizə
nifrət edirəm, fəqət bu nifrət bir seldir ki, yalnız quru budaqları
yuyub aparır və yalnız çürümüş evləri dağıdır.
Mən sizin zəifliyinizə mərhəmətlə yanaşırdım, ey anamın
oğulları, fəqət mənim bu münasibətim zəiflərin və laqeydlərin
sayını artırdı yalnız və həyata qiymətli heç nə gətirmədi. Və bu
gün mən sizin zəifliyinizlə görüşəndə qəlbim diksindi, ikrah
hissindən sıxıldı.
Mən sizin itaətkarlığınız və məzlumluğunuza baxıb ağla-
yırdım və mənim göz yaşlarım büllur kimi təmiz olsa da üstü-
nüzdəki qalın çirki yuya bilmədi, yalnız gözümü örtmüş pərdə-
ni yox elədi. Göz yaşlarım sizin daşlaşmış qəlblərinizi yumşalt-
masa da, mənim qəlbimdə həyəcanı artırdı. Bu gün mən sizin
231
əzablarınıza gülürəm və bu gülüş fırtınadan sonra yox, fırtına-
dan qabaq səslənən göy qurultusudur.
Axı məndən nə istəyirsiniz, ey anamın oğulları?
İstəyirsiz, üzünüzün sakit göllərdə əks olunan kabuslarını
sizə göstərim? Onda gedin və baxın, necə eybəcərdir cizgilə-
riniz.
Başınıza çarə qılmağa tələsin, zira, qorxu artıq başınıza
kül ələmiş yuxusuzluq gözlərinizi həlqəyə alıb və onlar qaran-
lıq çuxura dönmüşdür, qorxaqlıq yanaqlarınıza toxunmuş və
onları qırışıq cındıra döndərmişdir, ölüm dodaqlarınızdan öp-
müş və onları payız yarpaqları kimi saraltmışdır.
Məndən nə istəyirsiniz, ey anamın oğulları, – daha doğ-
rusu, sizi öz oğlu saymaq istəməyən həyatdan nə istəyirsiniz?
Ruhlarınız kahin və boşboğazların tələlərində qıvrılır, bə-
dənləriniz tiran və cəlladların dişlərində həlak olur, ölkəniz isə
təcavüzkar və qəsbkarların təpiyi altında inildəyir. Nəyə ümid
bəsləyirsiniz bu günəşin atlında?
Qılınclarınız pas atıb, nizələrinizin ucluqları qırılıb, qal-
xanlarınız tozla örtülüb. Döyüş meydanına çıxmağa necə cəsa-
rət edirsiniz?
Dininiz – riyakarlıq, bu dünyanız – saxta, o dünyanız –
puç. Elə isə nə üçün yaşayırsınız? Ölüm ki, var – gücsüzlərə is-
tirahət üçündür!
232
Həyat isə – gəncliyi müşayiət edən, gücdür, yetkinliyə
xas, uğurdur, qocalıqla gələn müdriklikdir. Siz isə, ey mənim
anamın oğulları, elə doğulandan iqtidarsız qocalara bənzəyirdi-
niz, sonra isə palçığa girib daş atan uşaqlara çevrildiniz.
Həqiqətdə bəşəriyyət – dağların sirlərini dənizin dərinlik-
lərinə aparan, büllur kimi təmiz sulara malik, axan nəğməli
çaydır. Siz isə, ey mənim anamın oğulları, dərinliklərində həşə-
ratlar gəzən, sahillərində isə ilanlar qıvrılan iyrənc bataqlıqsı-
nız.
Həqiqətdə ruh – müqəddəs mavi alovdur ki, quru otları
yandırır; fırtınalar onu alışdırdıqca o da allahların üzünü işıq-
landırır. Sizin isə ruhlarınız, ey anamın oğulları, küləyin qarla-
rın üstü ilə sovurduğu, fırtınalarınsa vadilərə səpələdiyi küldür.
Mən sizə nifrət edirəm, ey anamın oğulları, siz şöhrət və
əzəmətə nifrət etdiyiniz üçün!
İyrənirəm sizdən, ona görə ki, siz özünüz özünüzdən
iyrənirsiniz.
Mən – sizin düşməninizəm, ona görə ki, siz allahların
düşmənisiniz və bunu heç anlamırsınız da!
Biz və siz
Biz dərdin oğullarıyıq, siz isə şənliyin.
233
Biz dərdin, nisgilin oğullarıyıq, dərd isə daş qəlbli
insanlara yaxın gəlməyən tanrının kölgəsidir; biz kədərə
bürünmüş ruhların sahibləriyik. Kədər isə o qədər böyükdür ki,
kiçik ruhlar onu içinə almaq iqtidarında deyillər; siz
gülürsünüz, biz isə ağlayır, nalə çəkirik. Lakin bir dəfə göz
yaşında yuyunan kəs əbədi olaraq paklığa qovuşacaqdır.
Siz bizi tanımırsınız, biz isə sizə bələdik. Siz ətrafınıza
boylanmadan həyatın ildırım sürətli çayına qoşularaq qaçırsı-
nız, biz isə sahildə oturub sizi görür və eşidirik. Siz bizim fər-
yadımıza məhəl qoymursunuz - qulaqlarınız gündəlik səs –
küylə doludur, biz isə sizin nəğmələrinizi dinləyirik, çünki ge-
cələrin pıçıltısı bizim eşitmə qabiliyyətimizi gücləndirib. Biz
sizi görürük. Axı siz titrək, tutqun işığın altında dayanmısınız.
Lakin siz bizi görmürsünüz – biz dözülməz dərəcədə parlaq qa-
ranlıqda qərar tutmuşuq.
Biz dərdin oğullarıyıq – peyğəmbərlər, şairlər və musiqi-
çilər. Biz qəlbimizin iplərindən tanrılar üçün əlbisə toxuyuruq
və ruhumuzun toxumları ilə mələklərin ovuclarını doldururuq.
Siz, ey qayğısız şənliyin və bitib-tükənməyən nəşənin, əyləncə-
nin oğulları – siz, ürəyinizi boşluğun əllərinə verib onun bar-
maqlarını nəvazişilə heyran olubsunuz, səfehliyin yanındaca
dinclik axtarırsınız. Çünki səfehliyin evində simanızı görə bilə-
cəyiniz ayna yoxdur.
Biz dərddən ah çəkirik və bizim nəfəsimizlə çiçəklərin
pıçıltısı, budaqların xışıltısı və çayların şırıltısı səmalara yüksə-
lir. Siz isə qəhqəhə çəkib gülürsünüz və sizin gülüşünüzün gu-
Dostları ilə paylaş: |