Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə66/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   62   63   64   65   66   67   68   69   ...   82

 
263 
kimi  bu  sevginin  də  öhdəsindən  gələ  bilməzsən.  Sən  mənim 
uşaqlıq  dostum  idin,  biz  çöldə  və  kilsənin  həyətində  birlikdə 
oynayardıq.  Sən  tanrının  hüzurunda  hər  zaman  dostum  olaraq 
qalacaqsan.  Sabah  və  ya  nə  vaxtsa  Süsənə  rast  gəlsən,  onu 
sevdiyimi və əfv etdiyimi söyləyərsən. Ona de ki, mən gecənin 
sakitliyində  yuxudan ayılıb, onu İsa Məsihin surəti önündə diz 
çökərək,  göz  yaşı  içində  sinəsinə  döydüyünü  görəndə  təəssüf 
hissindən əzab çəkdim. Qadın üçün iki kişinin – sevdiyi ilə onu 
sevənin  arasında qalmaqdan üzücü heç nə ola bilməz. Zavallı 
Süsən  daima  mübarizə  apararaq  yaşayırdı.  O,  evlilik  borcuna 
sadiq  olmaq  istəsə  də,  hisslərini  boğa  bilmirdi.  İndi  isə  mən 
uzaqlara  gedirəm.  Mən  heç  bir  zaman  qayıtmayacağam,  çünki 
sizin səadətinizə mane olmaq istəmirəm. Qardaşım, sənə yalnız 
bunları  tövsiyə  edə  bilərəm:  Süsənə  sədaqətli  ol  və  onu 
ömrünün  sonuna  kimi  qoru.  O,  sənə  görə  hər  şeyini  qurban 
verdi  və  kişinin  qadına  verə  biləcəyi  hər  şeyə  layiqdir.  Nəcib, 
hər  zaman    mərd  və  alicənab  insan  olaraq  qal.  Qoy,  tanrı 
qardaşının xətrinə səni hifz etsin!  
Faris ər – Rəhhal».  
Rahib  məktubu  bitirdikdən  sonra  onu  bükərək,  yenidən 
cibində  gizlətdi.  O,  pəncərənin  qabağında  əyləşib,  gözləri 
qarşısında  uzanan  vadiyə  zillədi.  Onun  qırış  olmuş  sifətində 
dalğınlığın izləri əks olunurdu.  
Lakin  heç  bir  dəqiqə  keçməmiş  o,  beyninin  girinti-
çıxıntılarında  əvvəllər  hiss  etmədiyi  dəhşətli    cavabı    tapanlar 
kimi həyəcandan yerindən sıçradı.  


 
264 
–  Faris  ər-Rəhhal  sənin  bu  qədər  məkrli  olmağına 
inanmazdım!  –  deyə  o  ucadan  dedi.  –  Sən  Nəcib  Məliki 
öldürərək,  onun  ölümündə  günahkar  olmamağının  yolunu 
bacarıqla  tapdın.  Sən  ona  balla  qarışdırılmış  zəhər  göndərdin. 
Sən  ona  ipəyə  bükülmüş  qılınc  göndərdin.  Sən  bu  məktubun 
içində ona ölüm göndərdin. O tüfəngin ağzını sinəsinə tuşlayan 
zaman o silahı sənin əlin tutmuşdu və yalnız sənin iradən onun 
iradəsini  idarə  edirdi.  Ah!  Faris  ər-Rəhhal,  gör  bir  nə  qədər 
hiyləgərsən! 
Rahib  yenidən  kürsüyə  oturaraq başını  yellədir,  əlləri  ilə 
saqqalını sığallayırdı. Lakin, onun təbəssümü baş vermiş faciə 
kimi  qəmgin  idi.  Bir  dəqiqədən  sonra  o,  dolabdan  kitabı 
götürərək  müqəddəs  Yefrem  Sirinin  Zəbur  surəsini  oxumağa 
başladı.  O,  vaxtaşırı  gözlərini  qaldıraraq    qadınların  kənddən 
eşidilən fəryadını dinləyirdi.  
 
İddialı bənövşə   
 
Tənha  bağda  zərif  və  sevimli  bənövşə  boy  atırdı.  O  aza 
qane  olub,  rəfiqələrinin  arasında  yaşayır  və  sıx  otların 
qoynunda sevincək yırğalanırdı.  
Lakin  bir  səhər  o,  şeh  damcısından  tac  geymiş  başını 
qaldıraraq  ətrafına  boylandı  və  başı  göylərə  çatan  qızılgülü 
gördü.  Qızılgül  boylu-buxunlu,  məğrur  idi.  O,  sanki  zümrüd 
çırağın üzərindəki alovun şöləsini xatırladırdı.    
Bənövşə mavi dodaqlarını araladı və ah çəkərək dedi:  


 
265 
– Mən nə qədər də bədbəxtəm! Məni təravətli otların və 
çiçəklərin arasında görmək çətindir. Təbiət məni cılız və kiçik 
yaratmışdır.  Mən  torpağa  qısılaraq  yaşayıram.  Mən  mavi 
səmaya doğru qalxmaq iqtidarında deyiləm. Mən qızılgül kimi 
üzümü günəşə sarı da çevirə bilmirəm.  
Qılızgül  qonşusu  bənövşənin  dediklərini  eşidib  qəhqəhə 
çəkərək güldü və dedi:  
–  Sən  necə  də  səfeh  çiçəksən!  Sən  sadəcə  olaraq  öz 
xoşbəxtliyini  anlamırsan.  Təbiət  nadir  çiçəklərə  verdiyi 
sevimliliyi, xoş rayihəni və zərifliyi sənə bəxş etmişdir.  Qaba 
hərəkətlərindən  əl  çək,  taleyindən  şikayətlənmə  və  bil  ki,  aza 
qane  olan  son  nəticədə  güclü  olur,  həddən  artıq  tələbkar  isə 
sonda hər şeyini itirir.  
Bənövşə cavab verdi:  
–  Qızılgül,  sən  mənə  təsəlli  verirsən.  Çünki  sən  mənim 
arzu  etdiyim  hər  şeyə  maliksən.  Sən  çox  gözəl  olduğun  üçün 
mənim  miskin  varlığımı  müdrik  sözlərlə  bəzəməyə  çalışırsan. 
Lakin,  bədbəxtlər  üçün  xoşbəxtlərin  öyüd-nəsihəti  nə  qədər 
ağır, zəiflərin arasında vaizlik edən güclü isə nə qədər zalımdır.  
Təbiət  qızılgüllə  bənövşənin  söhbətini  eşidib,  təəccüblə 
soruşdu:  
– Ay mənim bənövşə qızım,  axı sənə nə olub? Mən hər 
zaman  səni  təvazökarlıqda  sevimli,  mülayimlikdə  zərif, 
yoxsulluqda  xeyirxah  bir  çiçək  kimi  tanımışam.  Olmaya 
dəyərsiz arzular sənə sahib olmuş, mənasız təkəbbür isə sənin 
ağlını başından almışdır?  


 
266 
Bənövşə yalvarış dolu səslə cavab verdi:  
–  Ey  ana  təbiət,  sənin  qüdrətin  böyük,  mərhəmətin  isə 
hədsiz-hüdudsuzdur. 
Mən 
qəlbimdə 
yuva 
salan 
təvazökarlığımla, ruhumda yaşayan ümidimlə sənə yalvarıram: 
mənim xahişimi yerə salma, məni bir günlüyə də olsa qızılgülə 
çevir!  
Təbiət cavabında dedi:  
–  Sən  məndən  nə  istədiyini  bilmirsən.  Sən  zahiri 
gözəlliyin nə kimi bəlalar gətirdiyini  anlamırsan. Özünü qoru, 
mən  sənin  gövdəni  uzadıb,  surətini  dəyişərək  qızılgülə 
çevirsəm,  sən  peşman  olacaqsan.  Lakin  sonrakı  peşmançılıq 
fayda verməyəcək.  
Bənövşə isə yalvarmaqda davam edirdi:  
–  Nə  olar,  məni  qəddi-qamətli,  məğrur  başlı  qızılgülə 
çevir!  Qoy  başıma  gələcək  müsibətlərdə  təkcə  özüm  təqsirkar 
olum!  
Bu zaman Təbiət dedi:  
–  Səfeh,  dikbaş  bənövşə,  mən  sənin  xahişinə  əməl 
edərəm. Lakin başına bir bəla gəlsə, o zaman özünü günahkar 
bil!  
Təbiət  görünməz,  sehrli  çubuğunu  bənövşəyə  tərəf 
uzadaraq  onun  köklərinə  toxundu  və  o  bir  anda  başqa 
çiçəklərdən  və  otlardan  yüksəkdə  duran  gözəl  qızılgülə 
çevrildi.  
Budur  günorta  keçdi  və  birdən  üfüq  qara  buludlarla 
örtüldü, tufan başladı. Ətrafda hər şey hərəkətə gəldi, şimşəklər 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə