Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə67/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   63   64   65   66   67   68   69   70   ...   82

 
267 
bərq vurdu,  guruldadı.  Leysan  yağışlar və küləklər bağlara və 
meşələrə  hücum  çəkdi.  Külək  budaqları  qırır,  gövdələri  əyir, 
məğrur,  hündür  çiçəkləri  torpaqdan  kökləri  qarışıq  dartıb 
çıxarırdı.  Bağlarda  torpağa  qısılan  və  ya  daşların  arasında 
gizlənən balaca çiçəklərdən və otlardan savayı heç nə qalmadı.  
Şıltaq  təbiətin  azğınlığından  daha  çox  həmin  tənha  bağ 
əziyyət çəkdi.  
Tufan  sakitləşib  qara  buludlar  çəkiləndən  sonra  bütün 
çiçəklərin tələf olduğu açıq-aydın göründü – onlar pərən-pərən 
ətrafa  səpələnmişdilər.  Yalnız  çəpərin  böyründə  gizlənmiş 
bənövşələr  qızğın,  şiddətli  çarpışmadan  sonra  salamat 
qalmışdılar.  
Budur  cavan  bənövşələrdən  biri  başını  qaldırdı  və 
çiçəklərlə ağacların nə hala düşdüklərini görüb sevincək halda 
rəfiqələrinə dedi:  
–  Bir  baxın,  fırtına  gözəllikləri  ilə  öyünən  bitkiləri  nə 
hala salmışdır! 
Bir başqa bənövşə dedi:  
–  Biz  torpağa  daha  yaxın  yaşayırıq,  yalnız  buna  görə 
tufandan və leysan yağışdan xilas ola bildik.  
Üçüncü bənövşə də səsləndi:  
– Biz zəif olsaq da, tufan bizə qalib gələ bilmir!  
Bu  zaman  bənövşələrin  şahzadəsi  ətrafa  boylandı  və 
yanında  hələ  dünən  bənövşə  olan  qızılgülü  gördü.  Fırtına  onu 
torpaqdan  çıxarmış,  külək  isə  onun  ləçəklərini  ətrafa 


 
268 
səpələyərək,  nəm  otların  üzərinə  tullamışdı.  O,  düşmənin  oxu 
ilə vurulmuş döyüşçü kimi torpağa uzanmışdı.  
Bənövşələrin  şahzadəsi  qamətini,  ləçəklərini  düzəldərək 
rəfiqələrini çağırdı:  
– Mənim qızlarım, baxın, yaxşı-yaxşı baxın! Qürrələnən, 
qızılgülə  çevriləndən  sonra  isə  yalnız  bir  saat  yaşayıb,  həlak 
olan bu bənövşəyə baxın. Qoy, bu dəhşətli mənzərə sizin üçün 
ibrət dərsi olsun.  
Ölüm  ayağında  olan  qızılgül  diksindi,  son  qüvvəsini 
toplayaraq zəif, qırıq səslə dedi:  
–  Fırtına  və  küləklərdən  qorxan  səfeh  fağırlar,  məni 
dinləyin.  Dünən  mən  də  sizin  kimi  taleyimdən  razı  halda 
yarpaqların  arasında  gizlənirdim.  Bu  hiss,  bu  duyğu  məni 
həyatın  qasırğalarından  və  tufanlarından  etibarlı  şəkildə 
qoruyurdu.  Mən  yalnız  bu  cür  təhlükəsizliyə  can  atırdım, 
rahatlıqdan və sakitlikdən savayı heç nəyi  arzulamırdım. Mən 
sizin kimi torpağa qısılaraq yaşaya bilərdim. Mən sizin kimi ağ 
qarın  mənim  üstümü  örtəcəyini  gözləyər  və  məndən  əvvəl 
yaşayan bənövşələr tək indiyə qədər yer üzündə mövcud olmuş 
bənövşə  tayfasına  məlum  olmayan  həyatın  sirlərindən  xəbər 
tutmadan,  ölümə  və  sonsuzluğa  qovuşa  bilərdim.  Mən 
arzularımı  boğaraq,  təbiətləri  mənim  təbiətimdən  də  qat-qat 
üstün  olan  cisimləri  dərk  etməyə    can  atmaya  da  bilərdim. 
Lakin mən gecələrin səssizliyini dinləyərək, ali dünyanın bizim 
dünyamıza  «Varlığın  məqsədi  varlığın  hüdudlarından  kənarda 
qərar tutanlara can atmasından ibarətdir» dediyini eşitdim. Və 


 
269 
bu  zaman  mənim  ruhum  varlığıma  qarşı  üsyan  etdi.  Və  bu 
zaman  mənim  ürəyim  dəlicəsinə  mənim  özümdən  də  yüksəyə 
qalxmağı  arzuladı.  Və  mən  daxilimdəki  üsyanın  yaradıcı 
qüvvəyə,  məqsədimin  isə  fəal  iradəyə  çevrilməsinə  kimi  öz-
özümlə mübarizə apardım, məndə olmayanlara can atdım. Və o 
zaman  mən  Təbiətdən məni qızılgülə  çevirməsini xahiş  etdim. 
Axı  Təbiət  cəmi-cümlətanı  bizim  gizlin  arzularımızın  zahiri 
təzahüründən savayı bir şey deyildir. O, mənim xahişimi  yerə 
salmadı.  O    iltifat  və  maraqların  köməyi  ilə  surətlərini  və 
rəmzlərini tez-tez dəyişir. 
Qızılgül bir anlığa susdu, daha sonra qürur və təşəxxüsün 
hiss olunduğu səslə davam etdi:  
–  Mən  bircə  saat  şahzadə  kimi  yaşadım.  Mən  dünyaya 
qızılgüllərin  gözü  ilə  baxdım.  Mən  qızılgüllərin  qulaqları  ilə 
efirin  pıçıltısını  dinlədim.  Mən  qızılgüllərin  yarpaqları  ilə  işıq 
çalarlarını duydum. Məgər sizin aranızda belə bir şərəfə layiq 
görüləni varmı?  
O başını aşağı dikdi və artıq boğularaq dedi:  
–  İndi  isə  mən  öləcəm.  Mən  öləcəm,  lakin  mənim 
ruhumda  bənövşələrin  heç  birinin  indiyə  qədər  hiss  etmədiyi 
duyğu yaşayacaqdır. Mən ölsəm də, göz açdığım dar dünyanın 
hüdudlarından  kənarda  nələrin  olduğunu  bilirəm.  Həyatın 
məqsədi  elə  budur.  Gündüzlərin  və  gecələrin  təsadüfü 
vəziyyətləri arxasında gizlənən mahiyyət elə budur! 


 
270 
Qızılgül  ləçəklərini  büzüb  titrəyərək  öldü.  Onun 
simasında fövqəladə bir təbəssüm var idi. Bu, arzuları çin olan 
çiçəyin, təntənənin və qalibiyyətin, Tanrının təbəssümü idi.  
 
Şair  
 
Mən bu dünyada yadam.  
Mən üzücü xiffət və amansız tənhalıq adlanan qəriblikdə 
də  tənhayam.  Lakin  o,  məndə  hər  zaman  ecazkar,  əsrarəngiz 
vətənim  haqqında  gözəl  fikirlər  oyadır  və  röyalarımı  əvvəllər 
məni  heç  də  cəlb  etməyən  uzaq  torpağımla  bağlı  görüntülərlə 
doldurur.  
Mən  yaxınlarım  və  dostlarım  arasında  yadam;  onlardan 
hər hansı birinə rast gəldiyim zaman özümdən soruşuram: «Bu 
kimdir, mən onu haradan tanıyıram, məni ona bağlayan qanun 
hansıdır  və  mən  ona  nə  üçün  yaxınlaşmalı  və  söhbət 
etməliyəm?» 
Mən  ruhuma  yadam  və  öz  sözlərimi  eşidən  zaman 
qulağım  səsimə  heyran  olur.  Bəzən  gizlin  «mən»imin  necə 
güldüyünü  və  ya  ağladığını,  necə  cəsarətli  və  ya  qorxaq 
olduğunu müşahidə edən varlığım özünə heyrət edir, ruhum isə 
ruhumun daha da dərinliklərinə varmağın həsrətini çəkir. Lakin 
mən  dərk  olunmamış,  dumandan  çəkilmiş  pərdəyə  bürünmüş, 
səssizlikdən don geyinmiş tənhalıqda çabalayıram.  


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə