Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə70/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   66   67   68   69   70   71   72   73   ...   82

 
280 
verib  əsrlər  boyu  ölüm  gətirirlərsə,  hansı  minnətdarlıqdan 
danışmaq olar?! 
Qərbdə  həqiqi  xeyirxahlar  və  genişürəkli  insanlar  bizə 
göndərdikləri  çörəyin  içinə  tikan  və  iynə  qatmırlar.  Təbii  ki, 
onlar bizə xeyir vermək istəyirdilər, ziyan yox. Bəs onda tikan 
və  iynələr  hardandır?  Bu  başqa  sualdır  və  mən  onu  gələn 
dəfəyə saxlayıram. 
Belə.  Əgər  hər  yerdə  –  ali  və  orta  məktəblərdə  –  tədris 
ərəb  dilində  aparılsa  və  bütün  elmlər  bu  dildə  öyrənilsə  onda 
bizim  siyasi  simpatiyamız da  vahid  olar və  milli maraqlarımız 
formalaşar,  çünki  məhz  məktəbdə  simpatiyalar  birləşir  və 
maraqlar təyinləşir. Amma biz böyüyən nəsili millətin hesabına 
öyrədə bilməyənə qədər bu olmayacaq. Biz iki bir-birinə – biri 
bədənə,  digəri  ruha  –  zidd  duran  iki  deyil,  bir  vətənin  övladı 
olmayana qədər bu olmayacaq. Bizə sədəqə kimi verilən çörəyi 
öz  evimizdə  bişən  çörəklə  əvəz  etməyə  qədər  bu  olmayacaq. 
Çünki  pay  istəyən  dilənçi  pay  verən  xeyirxaha  və  himayədara 
diqtə edə bilməz. Özünü pay  alanın vəziyyətinə  qoyan verənə 
zid  gedə  bilməz.  Verənin  iradəsi  həmişə  azaddır,  halbuki  pay 
alanın azad iradəsi heç vaxt azad olmur. 
Beşinci. Ərəb klassik dili müxtəlif dialektlərə üstün gəlib 
onları birləşdirə bilərmi?  


 
281 
Xalq  deyimləri  dəyişir  və  cilalanır,  onların  kobudluğu 
sürtülüb  yumşalır,  amma  onlar  məğlub  deyil  və  heç  vaxt  da 
olmayacaq,  heç  olmamalıdırlar  da,  çünki  onlar  ədəbi  dilin  və 
gözəl nitqin mənbəyi.  
Dillər  başqa  şeylər  kimi  daha  güclünün  sağ  qalması 
qanununa  tabedirlər.  Dialektlərdə  isə  bu  güc  daha  çoxdur  və 
ona  görə  sağ  qalırlar  ki,  onlar  millətin  ideyasına  və  ümumi 
mahiyyətin  cəhdlərinə  daha  yaxındırlar.  Mən  sağ  qalır  dedim, 
yəni  dilin  bədəni  ilə  birləşib  onun  ayrılmaz  hissəsinə 
çevriləcək.  Bundan  başqa,  Avropa  və  Amerikada  bir  sıra 
istedadlı  şairlər  var  ki,  özlərinin  coşqun  şeirlərində, 
poemalarında,  nəğmələrində  xalq  və  ədəbi  dili  uğurla 
uyğunlaşdıra  bilirlər.  Məncə,  ərəb  xalq  poeziyasının  elə 
yenilikçi metonimiyaları, kəskin metaforaları, zərif və yaradıcı 
ifadələri  vardır  ki,  əgər  onları  qəzet  və  jurnallarımızın 
səhifələrini dolduran klassik dildəki poemalarla yanaşı qoysaq 
odun  tayasının  yanında  ətirli  gül  dəstəsinə  və  ya  mumiya 
kolleksiyasının  yanında  oxuyub  oynayan  qızlar  qatarına 
bənzəyir. 
Müasir italyan dili orta əsrlərdə xalq ləhcəsi idi və yuxarı 
təbəqə  onu  bayağı  adlandırırdı.  Amma  Dante,  Petrarka  və 
Assizili  Fransisk  bu  dildə  özlərinin  ölməz  poema  və 
nəğmələrini  qoşmağa  başlayanda,  o,  italyan  ədəbi  dilinə 


 
282 
çevrildi,  latın  isə  reaksionerlərin  çiyinlərində  gedən  tabutda 
çevrikən  skelet  olaraq  qaldı.  Misirin,  Suriyanın,  İraqın  xalq 
ləhcəsinin  əl-Məərrinin  və  əl-Mütənəbbinin  dilindən  fərqi, 
bayağı latınla Ovidiy və Vergilinin dilindəki fərqdən çox deyil. 
Kaş  ki,  Yaxın  Şərqdə  də  bir  böyük  şəxs  zühur  edəydi  və  bu 
ləhcələrdən birində elə möhtəşəm bir kitab yaradaydı ki, onun 
dili ədəbi dilə çevriləydi! Lakin, mənə elə gəlir ki, ərəb ölkərlə-
ri üçün bunun ehtimalı azdır, çünki Şərq adamları bu günə və 
gələcəyə nisbətən keçmişə daha çox meyllidirlər. Onlar könüllü 
və ya könülsüz mühafizəkardırlar. Onların arasından bir böyük 
adam çıxanda, o da öz istedadını qədimdəkilərin keçdiyi yollar-
la üzə çıxartmalıdır. Qədimdəkilərin yolu isə düşüncənin beşi-
yindən  qəbrəcən ən qısa yoldur.  
Altıncı. Ərəb dilini diriltməyin ən yaxşı üsulu hansıdır?  
Ən  yaxşı  üsul,  daha  doğrusu  ərəb  dilini  diriltməyin 
yeganə üsulu şairin ürəyində, dilindədir. Şair – xalqın yaradıcı 
gücünün  ifadəçisi,  ruh  aləmində  baş  verənləri  əql  dünyasına 
ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan 
bir bələdçidir. 
Şair  –  dilin  həm  atası,  həm  anasıdır.  Dil  ona  tabedir: 
onun ardınca  gedir və onunla bərabər dayanır. Şair öləndə dil 
onun  məzarının  başında  ağlaya-ağlara  quruyub  qalır  və  yenə 
onun əlindən tutub aparacaq başqa bir şairi gözləyir.  


 
283 
Əgər  həqiqi  şair  dilin  yaradanı  və  xaliqidirsə,  təqlidçi 
onun kəfənini toxuyanı və qəbrini qazandır.  
Mən  şair  deyəndə  hər  yaradanı  nəzərdə  tuturam  – 
böyüyünü  də,  kiçiyini  də,  hər  ilk  kəşf  edəni  –  güclünü  də, 
gücsüzü də, hər ixtiraçını – görkəmlisini də, tanınmamışını da, 
ailə  həyatı  sevən  hər  kəsi,  istər  hakim  olsun,  istər  dilənçi, 
zamana  coşqunluğun  titrəyişi  ilə  baxanı,  istər  filosof  olsun, 
istər üzümlüyün gözətçisi. 
Təqlidçi isə heç nə kəşf etməyən, yaratmayandır. O yal-
nız  öz  mənəvi  dünyasını  müasirlərindən  götürür,  ideyalarının 
paltarlarını  özündən  əvvəlkilərin  paltarlarından  qopartdığı  cı-
rıqlardan tikir.  
Şair deyəndə mən elə torpaq şumlayanı nəzərdə tuturam 
ki,  o,  öz  torpağını  atasından  qalma  kotandan  bir  az  da  olsa 
fərqlənən  bir  kotanla  şumlayır.  Onun  ardınca  gələnlər  isə  bu 
təzə  kotana  təzə  ad  verirlər.  Bağbanı  nəzərdə  tututram  ki,  o, 
sarı  və  qırmızı  güllər  arasında  narıncı  gül  də  becərir.  Onun 
ardınca  gələnlər  isə  bu  yeni  gülü  yeni  adla  çağırırlar. 
Qonşusunun toxuduğundan fərqlənən şəkilli bir parça toxuyan 
toxucunu  nəzərdə  tuturam.  Sonra  onun  parçasına  yeni  ad 
verənlər  tapılır.  İki  yelkənin  üzərində  üçüncü  yelkən  qaldıran 
dənizçini. Bir qapılı və bir pəncərəli evlər arasında iki qapılı və 
iki  pəncərəli  ev  tikən  bənnanı.  Rəngləri  bir-birinə  qataraq 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə