Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə78/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   74   75   76   77   78   79   80   81   82

 
315 
 
Əgər  sən  gözəllik  haqqında  nəğmə  oxusan,  quru 
səhralıqda tam tənhalıqda olsan belə, səni eşidəcəklər. 
 
İlham  pərisi  həmişə  oxuyacaq;  ilham  pərisi  heç  vaxt 
izahat verməyəcək. 
 
Biz  tez-tez  öz  uşaqlarımız  üçün  laylay  oxuyuruq  ki, 
özümüz yataq. 
 
Bizim  sözlərimiz  əqlin  qonaqlıq  masasından  tökülən 
qırıntılardan artıq bir şey deyil.  
 
Dərrakə – həmişə poeziyanın ilişdiyi daşdır. 
 
Ən böyük müğənni bizim sükutumuzu oxuyandır. 
 
Dahi 
–  gecikmiş  baharın  əvvəlindəki  moruğun 
nəğməsidir. 
 
Hətta  ən  çox  pərvazlanmış  ruhda  fiziki  ehtiyaclardan 
kənar qala bilməz. 
 
Bəli  –  nə  səndən,  nə  də  məndən  az  dərəcədə  musiqiçi 
deyil; ancaq onun aləti bir az kökdən düşüb. 
 
Heç bir ehtiraslı cəhd söndürülməmiş qalmır. 
 


 
316 
Mən  heç  vaxt  mənim  ikinci  «mən»imlə  tam 
razılaşmamışam. Yəqin həqiqət ikimizin arasındadır.  
 
Sənin ikinci «mən»in həmişə sənin qüssəni çəkir. Axı o, 
qüssə üzərində böyüyür; deməli, hər şey gözəldir. 
 
Ruh  və  bədən  arasında  mübarizə  yalnız  o  kəslərin 
əqllərində  gedir  ki,  onların  ruhları  mürgüləyir,  bədənləri  isə 
solub. 
 
Həyatın  qəlbinə  çatanda  sən  gözəlliyi  hər  şeydə 
görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə. 
 
Biz  ancaq  onun  üçün  yaşayırıq  ki,  gözəlliyi  kəşf  edək. 
Qalan şeylər intizarın əlvanlığıdır. 
 
İblis sən doğulan günü öldü.  
Ona  görə  də  mələyi  görmək  üçün  sənə  cəhənnəmdən 
keçmək lazım deyil. 
 
Nəyə  isə  malik  olmaq  istəyirsənsə,  onu  tələb 
etməməlisən. 
 
Kişi  qadının  əlinə  toxunanda,  hər  ikisi  əbədiyyətin 
ürəyinə toxunur. 
 
Məhəbbət – iki sevən arasında örtükdür. 
 


 
317 
Qadınların  kiçik  qüsurlarını  bağışlamayan  kişilər  heç 
vaxt onların böyük məziyyətlərindən zövq ala bilməzlər. 
 
Hər gün təzələnməyən məhəbbət adətə çevrilir, bu da öz 
növbəsində köləliyə. 
 
Məşuqlar  daha  çox  bir-birini  yox,  aralarındakını 
qucaqlayırlar.  
 
Məhəbbət və şübhə heç vaxt yola getməzlər. 
 
Biz  heç  vaxt  bir-birimizi  başa  düşməyəcəyik,  əgər 
dilimizi yeddi sözə gətirməsək. 
 
Yalnız  sonsuz  kədər  və  ya  sonsuz  sevinc  sənin  həqiqi 
mahiyyətini açmağa qadirdir. 
Əgər  sən  açılsan,  sən  gərək  günəşin  altında  çılpaq 
oynayasan, ya da öz yükünü daşımalısan. 
 
Sən arxası günəşə dayananda, ancaq öz kölgəni görürsən. 
 
Sən  gündüzlər,  günəşin  altında  azadsan,  sən  gecələr, 
ulduzların altında da azadsan;  
Sən nə günəş, nə ay, nə ulduz olanda da, azadsan. 
Sən hətta btün varlıqlara göz yumanda da azadsan. 
Ancaq sən sevdiyinin köləsisən, çünki onu sevirsən. 
Və sən səni sevənin köləsisən, çünki o, səni sevir. 
 


 
318 
Mən qonağı kandarda saxladım və dedim: «Xeyr, ayağını 
girəndə yox, çıxanda sil». 
 
Alicənablıq  o  deyil  ki,  sən  mənə  elə  bir  şey  verdin  ki, 
mənim  ona  ehtiyacım  səndən  çoxdur.  Elə  bir  şeydir  ki,  sən 
mənə sənin özünün ötüşə bilməyəcəyin bir şeyi verəsən.  
 
Biz  tez-tez  gələcək  günlərdən  borc  götürürük  ki,  keçmiş 
günlərin borclarını qaytaraq. 
 
Olur  ki,  mənim  də  yanıma  mələklər  və  iblislər  gəlirlər, 
ancaq mən asanca onlardan qurtuluram. 
Mələk gələndə – köhnə duanı oxuyuram, o da darıxır. 
İblis gələndə – köhnə bir günah edirəm o da çıxıb gedir. 
 
Bu  o  qədər  də  pis  həbsxana  deyil,  ancaq  mənim 
kameramı  qonşu  kameradan  ayıran  divar  mənim  xoşuma 
gəlmir. 
Ancaq  etiraf  edim  ki,  mənim  ağlımdan  da  keçmir  ki,  ya 
nəzarətçini qınayım, ya da bu həbsxananı Tikəni.  
 
Ola bilsin ki, sən balıq istəyəndə sənə ilan verənin başqa 
bir  verəcəyi  yoxdur.  Deməli,  bu,  onlar  tərəfdən  bir 
alicənablıqdır. 
 
Olur  ki,  yalan  müvəffəqiyyət  gətirir,  ancaq  o,  ömrünü 
özünəqəsdlə başa vurur.  
 


 
319 
Sən  bir  damcı  belə  qan  axıtmayan  qatili,  heç  nə 
oğurlamayan  oğrunu,  bir  kəlmə  olsun  yalan  danışmayan 
yalançını əfv edəndə, həqiqətən alicənabsan. 
 
Qoy, öz kirli əllərini sənin paltarına silən o paltarı özünə 
götürsün. Ona o lazım ola bilər, sənə isə heç vaxt. 
 
Heyf ki, sərraflar heç vaxt mehriban bağban ola bilmirlər. 
 
Xahiş  edirəm,  anadangəlmə  nöqsanlarını  sonradan 
qazandığın  xoş  məziyyətlərin  altında  gizlətmə.  Qoy,  mənim 
nöqsanlarım mənimlə qalsın, onlar mənə bənzəyir.  
 
Mən tez-tez etmədiyim cinayətləri öz adıma çıxırdım ki, 
başqası mənim yanımda özünü sərbəst hiss eləsin. 
 
Hətta həyatın maskası da daha dərin sirrin maskasıdır. 
 
Sən  başqası  haqqında  ancaq  özünü  nə  dərəcədə  yaxşı 
tanımağına uyğun olaraq mühakimə yürüdə bilərsən.  
İndi mənə de görüm, kim günahkardır, kim günahsız? 
 
Həqiqətən o kəs ədalətlidir ki, özünü sənin cinayətlərində 
yarı günahkar bilir. 
 
Ola bilər ki, insan özünüqoruma hissindən özünü öldürür. 
 


 
320 
Qədim  zamanlarda  bir  İnsan  var  idi  ki,  insanları  çox 
sevdiyindən və insanların onu çox sevdiyinə görə onu çarmıxa 
çəkmişdilər.  
Maraqlı işdir – mən dünən 3 dəfə ona rast gəldim. 
Birinci  dəfə  o,  polisdən  xahiş  edirdi  ki,  bir  əxlaqsız 
qadını həbsxanaya atmasın. İkinci dəfə avaralarla avaralanırdı. 
Üçündü  dəfə  məbədin  divarlarının  yanında  cəsusla  yumruq 
davasına çıxmışdı. 
 
Xeyir  və  Şər  haqqında  deyilənlərin  hamısı  doğrudursa, 
onda mənim bütün həyatım ardı-arası kəsilməyən (davamlı) bir 
cinayətdir.  
 
Tez-tez  mən  nifrəti  özünümüdafiə  hissindən  edirdim, 
ancaq güclü olsaydım, heç vaxt belə bir silaha əl atmazdım. 
 
Sən deyəndə ki,  «Mən səni anlamıram», bu sözlər mənə 
layiq olmayan tərifdir, sənə isə layiq olmayan təhqirdir.  
 
Həyatın  qəlbinə  çatmaqla,  sən  anlayacan  ki,  sən 
cinayətkardan uca, peyğəmbərdən aşağı deyilsən.  
 
Topalın  öz  çəliyini  düşməninin  başında  sındırmaması 
daha müdrik olardı.  
 
Həyat addımlamadır. Kim yavaş gedirsə, o [addımlama], 
onun üçün çox sürətlidir, buna görə də, kənara çıxır. 
Kimin  addımı  sürətlidirsə,  onu  [addımlamanı]  qeyri-adi 
asta hesab edir və o da kənara çıxır. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə