Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə74/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   70   71   72   73   74   75   76   77   ...   82

 
298 
yunanların  «Mahnılar  adası»  adlandırdıqları  bir  adaya  gedib 
çıxmışlar. 
Deyilənlərə  görə,  Orfeyin  başını  və  lirasını  aparan 
dalğalardan  indiyədək  həzin  melodiyaları  andıran  ağlamaq 
səsləri ucalıb efirə yayılır, dənizçilər onları eşidir. 
O xalqın həmin qüdrətli çağları keçib gedəndən sonra biz 
bütün  bunları  xəyaldan  doğan  xurafatlar,  təsəvvürlərin 
yaratdığı arzular adlandırdıq. Ancaq bu sözlər ona dəlalət edir 
ki,  musiqinin  qədim  yunanların  qəlblərinə  çox  dərin  və  böyük 
təsiri  olmuş,  onlar  öz  dediklərinə  ürəkdən  inanmışlar.  Biz 
bunları  incə  duyğulardan  və  gözəlliyə  sevgidən  doğan  poetik 
mübaliğə adlandırsaq, səhv etmərik. Şairlərin şeir dedikləri də 
elə bu deyilmi? 
Bizə  assuriyalılarda  hökmdarların  rəsmi  keçidini  təsvir 
edən  şəkillər  gəlib  çatmışdır.  Bu  keçidlərin  önündə  əllərində 
musiqi  alətləri  olan  insan  təsvirləri  rəsm  olunur.  Onların 
tarixçiləri  bizə  musiqidən  də  söz  açmış,  bildirmişlər  ki,  o, 
təntənə  mərasimlərində  şan-şöhrət  əlaməti,  toy-bayramlarda 
səadət  rəmzi  olmuşdur.  Bəli,  musiqisiz  toy-bayram  lal  gəlinə 
bənzəyər. Xülasə, musiqi yer üstündə  yaşayan bütün xalqların 
ümumi bir dilidir. O onların məbudlarını himnlərdə alqışlamış, 
mahnılarda  öymüşdür.  Himnlər  keçmişdə  məbədlərdə  dua 
kimi,  ibadət  olunan  qüvvə  yolunda  verilən  qurbanlar  kimi 
olmuş,  bu  elə  indi  də  belədir.  Bunlar  qəlblərdəki  duyğuların 
ifadəsi  olan  müqəddəs  qurbanlardır.  Ürəkdən  gələn,  hisslərin 
etirazı  ilə  kamilləşən  dualardır.  Sözlərin  ifadə  edə  bilmədiyi, 
əksinə,  sayəsində  daha  da  təsirli  olduğu  yandırıcı  ahlardır. 
Onlar hökmdar Davudun peşmanlığından doğan ahlardır. Odur 
ki,  Zəbur  nəğmələri  Fələstin  torpağını  doldurdu,  onun 


 
299 
üzüntüləri  mənbəyi  tövbə  həyəcanları  və  qəlb  hüznü  olan 
təsirli, iniltili nəğmələr yaratdı. Onun Zəbur nəğmələri özü ilə 
Allah 
arasında  bir  vasitəçi  olub,  onun  xətalarının 
bağışlanmasını  dilədi.  Sanki  onun  lirasının  sədaları  üzgün 
qəlbindən  baş  alıb  qan  damlaları  ilə  barmaqlarına  axır,  ona 
görə  də  bu  barmaqlardan  çıxan  səslər  Allah  yanında  da, 
insanlar  üçün  də  əzəmətli  səslənirdi.  Bunları  o  demişdir: 
«Tanrıya təriflər yağdırıb, Onun təkliyini öyün. Tanrını şeypur 
səsi ilə mədh edin. Onu tütək, lira ilə mədh edin. Onu təbiətlə, 
qavalla mədh edin. Onu simli alətlərlə, orqanla mədh edin. Onu 
sinc  səsi  ilə  mədh  edin.  Onu  alqış  sədaları  ilə  mədh  edin. 
Tanrını hər kəs mədh etsin». Tövratda deyilir ki, axır zamanda 
göydən mələklər gəlib dünyanın hər yerində şeypur çalacaqlar. 
Onların  səsindən  ruhlar  oyanacaq,  öz  bədənlərinə  daxil  olub 
Allah  qarşısında  duracaqlar.  Bu  kitabın  müəllifi  musiqini 
Allahdan  insan  ruhlarına  gələn  bir  elçi  mərtəbəsində  tutmaqla 
ona  böyük  hörmət  göstərmişdir.  Axı  müəllifin  sözü  onun 
duyğularının  inikasından  başqa  bir  şey deyil.  Sözün  növündən 
asılı  olmayaraq,  o,  söz  deyənin  müasirlərinin  etiqadlarından 
xəbər verir. 
İncildə  İsanın  faciəsindən  bəhs  edən  fəslin  əvvəlində 
deyilir  ki,  həvarilər  müəllimlərinin  tutulduğu  Zeytun  dağına 
gedəndən bir az  qabaq ona dua etdilər. Sanki mən indi həmin 
duanın sülh elçisinin başına nə gələcəyini qabaqcadan görərək 
vida nitqinin təsirli nəğməsindən ah-nalə edən hüznlü qəlblərin 
dərinliklərindən çıxan melodiyalarını eşidirəm. 

 
Musiqi  hərb  meydanına  döyüşçülərin  qabağında  gedir, 
onların əhval-ruhiyyəsini qaldırır, döyüş ruhunu gücləndirir. O, 


 
300 
cazibə qüvvəsi kimi onları bir yerə toplayır, pozulmayan sıralar 
şəklində  birləşdirir.  Orduların  önündə  döyüş  meydanlarına  – 
ölüm  diyarına  nə  şairlər,  nə  natiqlər  öz  dəftər-qələmləri  ilə, 
kitabları  ilə  getmişlər.  Əksinə,  onların  önündə  onların  zəif 
bədənlərinə  hər  cür  təsvirdən  yüksəkdə  duran,  onlara  güc 
verən,  ürəklərində  qalibiyyət  sevgisi  oyadan,  ruh  yüksəkliyi 
səpən  bir  əzəmətli  sərkərdə  kimi  musiqi  addımlamışdır. 
Beləliklə,  onlar  aclığa,  susuzluğa,  yürüş  yorğunluğuna  qalib 
gəlir, bədənlərindəki bütün qüvvə ilə müdafiə olunurlar. Onlar 
musiqinin  ardınca  sevinclə,  şadlıqla  gedir,  ölümü  mənfur 
düşmənin  torpağına  çatanadək  təqib  edirlər.  Adəm  oğlu 
kainatdakı ən müqəddəs şeydən şər işləri yaymaq üçün beləcə 
istifadə edir. 
Musiqi tənhalıq çağında çobanın  yaxın  yoldaşıdır. O, bir 
daş  üstündə,  öz  sürüsünün  ortasında  əyləşib  tütək  çalanda, 
onun  qoyunları  musiqini  eşidib  arxayınca  otlayır.  Tütək 
çobanın  ayrılmaz  dostu,  sevimli  sirdaşıdır.  O,  çoban  üçün 
vadilərin qorxunc sükunətini adamla dolu bağçaların səs-küylü, 
şən  həyatına  çevirir,  öz  həzin  havaları  ilə  onların  vahiməsini 
yox edir, ətrafı ünsiyyətlə, şirin xəyallarla doldurur. 
Musiqi 
uzaq 
yollara 
çıxanlara  rəhbərlik  edir, 
yorğunluğun təsirini azaldır, uzun yolları qısaldır. Dəvələr belə 
səhrada  sarbanın  səsini  eşitmədən  yürümür.  Karvan  da  ağır 
yükləri  dəvələrin  boynundan  asılan  zənglərin  səsinin  gücünə 
daşıyır.  Burada  heç  bir  yeni  şey  yoxdur.  Elə  bu  günlərimizdə 
də  yırtıcı  heyvanları  melodiyalarla  əhliləşdirir,  gözəl  səslərin 
köməyilə təlimləndirirlər. 

 


 
301 
Musiqi  ruhlarımıza  yoldaşlıq  edib  bizimlə  birlikdə 
həyatın  mərhələlərindən  keçir,  bədbəxtliyimizi,  şadlığımızı 
bölüşür,  sevincimizə,  kədərimizə  qoşulur.  O,  sevincli 
günlərimizin  şahidi,  bədbəxt  günlərimizdə  yaxın  qohum 
kimidir. 
Uşaq  qeyb  aləmindən  dünyamıza  gəlir.  Bu  zaman 
mamaçası,  qohumları  onu  şən  mahnılarla  qarşılayır,  sevincək, 
ürəkaçan nəğmələr oxuyub, şadyanalıq edirlər. O, işığı görəndə 
onları  ağlamaqla,  çığır-bağırla  «salamlayır»,  onlar  isə  ona 
şadyanalıqla,  hay-küylə,  alqışlarla  «cavab  verirlər».  Sanki 
zamanı qabaqlayaraq uşağı ilahi hikməti başa salmaq istəyirlər. 
Elə ki, südəmər uşaq ağladı, anası ona yaxınlaşıb öz incə 
mehriban  səsi  ilə  lay-lay  deyir,  o,  ağlamağını  kəsir.  Anasının 
şəfqətli  sədalarında  və  nəğməsində  elə  bir  qüvvə  var  ki,  o 
qüvvə  mürgü  gətirir,  körpəsinin  göz  qapaqları  qapanır.  O 
sədalar öz sakitliyi ilə səssizliyə qarışıb onun şirinliyini artırır, 
vahiməsini  yox  edir,  onu  ananın  mehriban  ahlarındakı  sehrlə 
doldurur.  Beləliklə, körpə  yuxusuzluğa qalib  gəlib  yatır, onun 
ruhu  uçub  ruhlar  aləminə  gedir.  Axı  ana  Siseronun  dili  ilə 
danışsa, yaxud İbn əl-Farizi oxusa, körpə yatmaz. 
Kişi özünə həyat  yoldaşı seçib, ikisinin ruhları hikmətin 
başlanğıcdan 
onların 
qəlblərinə 
yazdığı 
sərəncamı 
tamamlayaraq  evlilik  bağı  ilə  birləşəndə  qohumlar,  yaxın 
dostlar  onların  başına  yığışıb  himnlər,  mahnılar  oxuyur, 
musiqini sevgililərin nikah mərasiminə şahid edirlər. Mənə elə 
gəlir  ki,  evlənənlərin  bir  anlığa  dayanıb  öz  gələcəklərini 
düşünməli  olduqları  o  toy  günündə  musiqidə  şirinlik  qarışmış 
qorxunc bir səs olur; Allahın şan-şöhrətini onun yaratdıqlarında 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə