Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə73/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   69   70   71   72   73   74   75   76   ...   82

 
294 
Bəli, axı musiqi ruhların dili, melodiyalar isə duyğuların 
simlərini  ehtizaza  gətirən  xəfif  küləkdir.  Musiqi  duyğuların 
qapısını döyən, xatirəni oyadan incə barmaqlardır. O, gecələrin 
sirlərini  açır  onlarda  uzaq  keçmişdə  nələr  baş  verdiyini 
göstərir. 
Musiqi  kədərli  çağlarda  ümidsizlik  və  kədər  dolu 
xatirələri,  sevincli  çağlarda  zövq-səfa,  sevinc  anlarının 
xatirələrini canlandıran incə melodiyalardır. 
O  elə  kədərləndirici  səslər  məcmusudur  ki,  sən  onları 
eşidəndə  dayanırsan,  qəlbin  əzab  hissi  ilə  dolur,  gözlərin 
qarşısına kabuslar gəlir. 
O  elə  sevindirici  melodiyalardan  bəstələnmiş  nəğmədir 
ki,  sən  ona  qulaq  kəsiləndə  o  sənin  ürəyinə  hakim  kəsilir, 
ürəyin köksündə sevinclə, iftixarla çırpınır. 
O  sənin  qulağına  efir  dalğalarında  çatan  sim  sədasıdır, 
olur ki, sevgilinin həsrətinin əzabından, yaxud taleyin vurduğu 
yaraların  ağrılarından  doğan  bir  damla  yandırıcı  yaşa  çevrilib 
sənin gözlərindən çıxır. Ola da bilsin, o sənin dodaqlarından bir 
təbəssüm kimi çıxıb, xoşbəxtlikdən, rifahdan xəbər versin. 
O, insan üçün əziz olan şeydən yaranmış bir bədəndir, bu 
bədənin candan gələn ruhu, qəlbdən gələn ağlı var. 

 
İnsan  yarananda  musiqi  ona  bir  dil  kimi  yuxarıdan 
göndərildi. Bu, bir qəlbdə olanları başqa bir qəlbə sözlə deyən 
dillərdən  deyil,  qəlblərin  bir-bir  ilə  söhbətidir.  O,  bütün 
insanlara  təsir  edə  bilən  məhəbbət  kimidir.  Köçərilər  səhrada 
öz  duyğularını  onunla  tərənnüm  etmiş,  o,  saraylarda 
hökmdarların  duyğularını  ehtizaza  gətirmişdir.  Öz  balasını 
itirmiş  ana  onu  hönkürtüsünə  qatmış,  o,  daşın  qəlbini 


 
295 
parçalayan  göz  yaşlarına  çevrilmişdir.  Şən  adam  onu  öz 
sevincinə qatıb ətrafa səpələyir, o bir mahnı olub, bədbəxtliyə 
düçar olmuş adamı ruhlandırır. Bu halda o, öz şüaları ilə çəmən 
çiçəklərini canlandıran günəşə bənzəyir. 
Musiqi  çıraq  kimidir:  qəlbdən  zülməti  qovub  ürəyi 
nurlandırır,  beləliklə,  onun  dərinliklərində  olanları  aşkara 
çıxarır.  Mənə  görə,  melodiyalar  şəxsiyyətin  həqiqi  cizgiləri, 
yaxud  duyğuların  canlı  xəyallarıdır.  Qəlb  isə  həyat 
hadisələrinin  və  amillərinin  qarşısına  tutulan  güzgü  kimidir. 
Onda  həmin  görüntülərin  rəsmləri,  xəyalların  surətləri  əks 
olunur. 
Qəlb,  tale  küləklərinin  əsdiyi  çəməndə  bitən  zərif  bir 
çiçəkdir.  Sübh  nəsimləri  onu  titrədir,  şeh  damcıları  onun 
boynuna  dolanır.  Kiçik  bir  quşcuğazın  cikkiltisi  də  insanı 
qəflətdən  beləcə  ayıldır.  O,  quşu  diqqətlə  dinləyir,  hiss  edir, 
quşla  birlikdə  onun  şirin  nəğməsini  və  özünün  incə  hisslərini 
yaratmış hikməti alqışlayır. Bu cikkilti onun ideya qüvvələrini 
həyəcana gətirir, o öz-özünə onu nələrin əhatə etdiyini, o yazıq 
quşun nəğməsinin ona hansı sirləri açdığını, niyə duyğularının 
tellərini  hərəkətə  gətirib,  qədimi  kitablarda  yazılanların 
mənalarını  ona  bildirdiyini  soruşur.  O  bilmək  istəyir  ki, 
görəsən  bu  quşcuğaz  çəmən  çiçəkləri  ilə  nə  gizli  söhbət  edir, 
ağacların  budaqları  ilə  nə  danışır,  o,  arxların  şırıltısını 
yamsılayır,  yoxsa  öz  səsini  bütünlükdə  təbiətin  nəğməsinə 
qatıb  onunla  birlikdə  nəğmə  oxuyur?  Lakin  o,  istədiyi  cavabı 
ala bilmir. 
İnsan  budaqdan-budağa  qonan  quşun,  daşlar  arasından 
axan kiçik dağ çayının, sakitcə sahilə doğru gələn dalğaların nə 
dediklərini  başa  düşmür.  O  bilmir  ki,  yağış  ara  vermədən 


 
296 
ağacların yarpaqları üstünə yağanda, yaxud öz incə barmaqları 
ilə  pəncərənin  şüşəsini  döyəndə  nə  deyir.  O,  xəfif  küləyin 
çəmən çiçəklərinə nə dediyini də başa düşmür, lakin hiss edir 
ki,  qəlbi  bütün  bu  səslərin  mənasını  anlayır  və  onlardan 
ehtizaza gələrək, gah şadlıq hissləri keçirir, gah da peşmançılıq 
və kədər hissləri ilə köks ötürür. Onunla gizli bir dildə xəlvətcə 
söhbət  edən  bu  səsləri  hikmət  onun  özünün  yaranmasından 
qabaq  yaratmışdır.  İnsanın  ruhu  ilə  təbiət  dəfələrlə  bir-birilə 
söhbət edərkən insan dinməz-söyləməz durub heyrətlə baxmış, 
elə olmuşdur ki, onun sözlərini göz yaşları əvəz etmişdir. Axı 
göz yaşları duyğuların ən yaxşı tərcümanıdır. 

 
Dostum, gəl birlikdə xatirələr aləminə səyahət edib, tarix 
səhnəsindən  silinib  getmiş  xalqların  musiqiyə  verdikləri 
qiyməti  görək.  Gəl Adəm oğlunun  həyatının hər bir dövründə 
musiqinin təsirini diqqətlə nəzərdən keçirək. 
Kəldanilər  və  misirlilər  ona  əzəmətli  bir  tanrıya  ibadət 
etdikləri  kimi  ibadət  etmiş,  qarşısında  səcdə  edərək  onu 
alqışlamışlar.  Farslar  və  hindlilər  onun  insanlar  arasındakı 
Allah  ruhu  olduğuna  etiqad  etmişlər.  Bir  fars  şairinin  şerində 
deyilir:  «Musiqi  tanrıların  səmasında  dolaşan  bir  huri  idi,  bir 
insana  aşiq  olub,  yuxarıdan  onun  yanına  endi.  Tanrılar  bunu 
biləndə  qəzəbləndilər.  Onun  ardınca  şiddətli  bir  külək 
göndərdilər,  külək  onu  havaya  sovurdu  və  dünyanın  hər 
bucağına  səpələdi.  Onun  ruhu  isə  heç  də  ölmədi,  o,  indi  də 
diridir, insanların qulaqlarında yaşayır». 
Bir  hind müdriki  demişdir:  «Nəğmələrin şirinliyi  mənim 
gözəl 
bir 
gələcəyin 
mövcudluğuna 
olan 
ümidimi 
möhkəmləndirir». 


 
297 
Qədim yunanlara və romalılara görə, musiqi qüdrətli bir 
tanrı idi. Onlar ona elə əzəmətli heykəllər ucaltmışdılar ki, biz 
indi  də  o  heykəllərin  əzəmətindən  danışırıq.  Eləcə  də,  onun 
şərəfinə  dəbdəbəli  qurbangahlar  tikmiş,  orada  ən  qiymətli 
qurbanlarını  vermiş,  ən  gözəl  ayinlərini  icra  etmişlər.  Bu 
tanrının  adı  Apollon  idi.  Onlar  ona  heykəl  qoyarkən  bütün 
kamillikləri  onda  əks  etdirməyə  çalışır,  onu  axar  su  üzərində 
ucalmış  budaq  kimi  ayaq  üstdə,  sol  əlində  lira,  sağ  əli  liranın 
simləri  üstündə,  başını  əzəmətlə  dik  tutmuş,  gözləri  sanki 
şeylərin  dərinliklərini  görürmüş  kimi  uzağa  zillənmiş  halda 
təsvir edirdilər. 
Deyirlər  ki,  Apollonun  lirasının  simlərinin  sədaları 
təbiətin  səsinin  əks-sədasıdır.  O  bu  iniltili  sədaları  quşların 
cikkiltisindən,  suların  şırıltısından,  xəfif  küləyin  ahlarından, 
ağac budaqlarının xışıltısından alır. 
Onların  əfsanələrində  deyilir  ki,  Orfeyin  lirasının 
simlərinin  sədaları  heyvanların  qəlbini  riqqətə  gətirmiş,  vəhşi 
heyvanlar,  bitkilər  ona  tabe  olmuş,  çiçəklər  boyunlarını  ona 
tərəf  uzatmış,  budaqlar  ona  tərəf  əyilmiş,  daş-kəsək  isə 
hərəkətə gələrək ovulub- tökülmüşdür. 
Onların  dediyinə  görə,  Orfey  öz  sevimli  arvadını 
itirdikdə ağlayıb göz yaşı tökərək elə ağılar demişdir ki, onun 
kədərinin  nəğməsi  bütün  yer  üzünü  doldurmuş,  təbiət  də  ona 
qoşulub o qədər ağlamışdır ki, tanrılar buna dözməyib ürəkləri 
yumşalmış, onun qarşısında əbədiyyət qapılarını açmışlar ki, o, 
ruhlar aləmində öz sevgilisi ilə görüşsün. 
Deyilənə  görə,  işrət  huriləri  Orfeyi  öldürüb,  başı  ilə 
lirasını  dənizə  atmışlar.  Onlar  dalğalar  üstündə  dolaşaraq 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə