Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə76/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   72   73   74   75   76   77   78   79   ...   82

 
306 
hazırlayır. Mənə elə gəlir ki, Rəsəd [muğamını] oxuyan tezliklə 
dan  yerinin  söküləcəyindən,  qaranlığın  yox  olacağından  xəbər 
verir.  Axı:  «Gecənin  xeyrindən  gündüzün  şəri  yaxşıdır»  – 
demişlər. 
Bəəlbək  məsxərələri  içərisində  məzmunu  yumorla  satira 
arasında  cərəyan  edən  məlahətli  bir  mahnı  var,  melodiyası 
insanı kədərləndirən Nəhavənd [muğamı] ilə şənləndirən Səba 
[muğamı]nın  qatışığından  ibarət  olub,  ruha  onların  ikisinin 
birgə təsiri kimidir. 
İndi,  bu  səhifələri  yazıb  qurtarandan  sonra  mən  özümü 
Allah ilk insanı yaradarkən mələklərin oxuduğu uzun-uzadı bir 
himndən tək bir söz öyrənən körpə kimi, yaxud hikmətin duyğu 
səhifələrinə  zamanın  başlanmasından  bir  az  əvvəl  yazdığı 
yazıdan  tək  bir  cümlə  əzbərləyən  savadsız  bir  insan  kimi  hiss 
edirəm. 
Sən, ey musiqi, müqəddəs Yevterpa
1
, sənin ilham pəriləri 
olmuş  bacıların  keçmiş  insan  nəsilləri  arasında  öz  rəqslərini 
başa  vuraraq  unudulub  getmişlər.  Sən  isə  onlara  istehza  edir, 
ruh  səhnəsindən  bir  gün  belə  aşağı  düşmürsən.  Sanki  sən 
Adəmin  Həvvanın  dodaqlarından  aldığı  ilk  busənin  əks-
sədasısan.  Sədadan  səda,  ondan  da  başqa  bir  səda  qopur, 
sədalar  yayılır,  çoxalır,  hər  şeyə  hopur,  hər  şeydə  yaşayır. 
Musiqi  ilə  məşğul  olanlara  onların  məşğuliyyəti  ləzzət  verir, 
buna  istedadı  çatmayanlar  da  onun  gözəl  təsirlərini  duyub 
şənlənirlər. 
Sən ey ruhun, sevginin qızı! Ey həm acı, həm şirin olan 
ehtiras  badəsi!  Ey  insan  qəlbinin  fantaziyası!  Ey  kədər 
                                                 
1
 Yevterpa – qədim yunanlarda musiqi ilahəsi. 


 
307 
meyvəsi,  sevinc  çiçəyi!  Ey  duyğu  çiçəklərindən  tutulmuş 
dəstədən  qopan  gözəl  qoxu!  Ey  sevənlərin  dili,  aşiqlərin 
sirlərini aləmə faş edən carçı! Ey gizli duyğuları göz yaşlarına 
çevirən zərgər! Ey şairlərin ilham pərisi, misraları və qafiyələri 
vəzn boyunbağılarına düzən əl! Fikir ərişlərini söz ilmələri ilə 
birləşdirib zərif xalça toxuyan qız, ülvi duyğular oyadan gözəl! 
Ey  onu  içənləri  xəyallar  aləminin  zirvələrinə  qaldıran  könül 
şərabı!  Ey  düşüncələrə  cəsarət  verən,  möminlərin  qəlblərini 
təmizləyən  qüvvə!  Sən  ey  ruh  kabuslarını  daşıyan  efir 
dalğaları,  ey  zəriflik  və  həssaslıq  dənizi!  Biz  öz  ruhlarımızı 
sənin  dalğalarına  təslim  edir,  qəlblərimizi  sənin  dərinliklərinə 
əmanət  edirik.  Onları  metafizik  aləmə  apar,  bizə  qeyb 
aləmlərində olanları göstər. 
Çoxalın,  ey  qəlb  duyğuları,  böyüyün  ey  ürək  hissləri! 
Bütün  insanların  əllərini  bu  böyük  ilahəyə  heykəllər 
ucaltmaqdan  ötrü  hərəkətə  gətirin.  Ey  ilham  pərisi,  şairlərin 
qəlblərinə en, onları bu müqəddəs böyük varlığı mədh etməyə, 
öyməyə  ilhamlandır.  Ey  rəssamların,  nəqqaşların  fantaziyası, 
böyü, onun yeni-yeni şəkillərini, görüntülərini yarat. 
Ey  Yer  kürəsinin  əhalisi,  musiqi  fədaisi  olan  kişilərə  və 
qadınlara  ehtiram  göstərin,  musiqi  xadimlərinin  xatirəsini  yad 
edin,  onlara  abidələr  ucaldın.  Ey  xalqlar,  Orfeyə,  Davud 
Mosuliyə  [Allahdan]  xeyir-dua  diləyin,  onları  alqışlayın. 
Bethorvenin,  Vaqnerin,  Motsartın  xatirələrini  əziz  tutun.  Ey 
Suriya,  Şakir  Hələbinin,  ey  Misir,  Əbdüh  Həmulinin  adlarına 
nəğmələr  qoşun!  Ey  kainat,  öz  könlündəkiləri  sənin  səmana 
səpib  havanı  lətafətli  ruhlarla  dolduran,  insan  qulağı  ilə 
görməyi, qəlbi ilə eşitməyi öyrədən kimsələri uca tut. Amin! 
 


 
308 
 
 
 
 
 
 
SEÇİLMİŞ KƏLAMLAR 
 
Məhəbbət  mənim  gözlərimi  öz  sehrli  şüaları  ilə  açanda 
və alovlu barmaqları ilə ilk dəfə könlümə toxunanda mənim 18 
yaşım  var  idi.  Səlma  Kərame  gözəlliyi  ilə  mənim  ruhumu 
oyadan və məni ülvi hisslərin cənnətinə aparan həmin ilk qadın 
oldu.  
Şövqlü,  gözəl  Səlma  mənə  məhəbbətin  sirrini  açaraq 
gözəlliyə  səcdə  etməyi  öyrətdi.  Ruhani  həyatın  poemasından 
ilk şeiri də mənə o oxudu.  
Kim  öz  zərifliyi  ilə  onu  yeniyetməliyin  qayğısızlığından 
ayırdı? 
(«Qırılmış qanadlar» əsərindən
 
*** 
 
Mən  qumla  köpük  arasındakı  sahil  yolu  ilə  gedirəm. 
Sular mənim izlərimi siləcək.  
Küləklər köpükləri dağıdacaq.  
Amma dəniz və sahil əbədi qalacaq.  
 


 
309 
Hələ  dünən  mən  özümü  həyat  dairəsində  ahəngsiz 
surətdə  döyünən  bir  zərrəcik  kimi  təsəvvür  edirdim.  İndi  mən 
bilirəm  ki,  mən  dairənin  özüyəm,  həyat  özünün  bütün 
zərrəcikləri ilə məndə ahəngdar surətdə döyünür.  
Onlar  mənə  yuxudan  ayılaraq  deyirlər:  «Sən  və  sənin 
yaşadığın  dünya  yalnız  əngin  dəryanın  əngin  sahillərinin  qum 
dənəciyisiniz.  
Mən  isə  onlara  yuxuda  deyirəm:  Mən  əngin  dənizəm, 
bütün aləmlər isə mənim sahilimdə bir qum dənəsidir». 
Yalnız  bir  dəfə  mən  cavab  tapmadım  –  məndən 
soruşanda ki, mən kiməm. İlk ilahi fikir mələk olub. 
İlk ilahi söz insan olub. 
Mirvari  –  bir  qum  dənəsinin  ətrafında  ağrı  ilə  tikilən 
məbəddir.  
Bəs  bizim  bədənlərimiz  hansı  ehtirasla  və  hansı 
zərrəciyin ətrafında tikilib? 
Allah  məni,  daşı, bu  ecazkar  gölə  atanda,  məndən gölün 
üzərində ətrafa saysız dairələr yayıldı.  
Ancaq dibə çatanda sakitləşdim. 
 
Mənim  ruhum  və  canım  bir-birini  sevəndə  və  nigah 
bağlayanda mən yenidən doğuldum.  
Xatirə – görüşün bir növüdür. 
Unutmaq – azadlığın bir növüdür. 
Süd yolunun pəncərələrindən baxan üçün fəza yer və göy 
arasındakı məkan deyil.  
 
Bəşəriyyət – əzəliyyətdən əbədiyyətə axan nur çayıdır.  


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə