Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə77/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   74   75   76   77   78   79   80   81   82

 
310 
Məgər  efirin  sakinləri  olan  ruhlar  insan  ağrısına  həsəd 
çəkmirmi? 
 
Müqəddəs şəhərə gedən yolda mən bir zəvvar gördüm və 
ondan 
soruşdum:  «Bu  yol  məni  Müqəddəs  Şəhərə 
aparacaqmı?» 
–  Ardımca  gəl  –  cavab  verdi,  –  sabah  səhər  Müqəddəs 
şəhərə daxil olarsan.  
Mən  onun  ardınca  getdim.  Biz  gecə-gündüz  yol  getdik, 
ancaq məqsədə çatmadıq. 
Mən necə də təəccübləndim, o mənə məni yalnış yolnan 
apardığına görə mənə əsəbləşəndə.  
 Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar. 
Mənim  evim  mənə  deyir:  «Mənimlə  qal,  çünki  burada 
sənin keçmişin yaşayır».  
Yol  isə  deyir:  «Ardımca  gəl,  çünki  mən  sənin 
gələcəyinəm».  
Mən  evimə  və  yoluma  deyirəm:  «Mənim  nə  keçmişim 
var,  nə  gələcəyim».  Mən  burda  qalsam  –  mənim  sükutumda 
hərəkət  var.  Mən  getsəm  –  mənim  hərəkətimdə  sükut  var. 
Ancaq sevgi və ölüm hər şeyi dəyişir». 
 
Təəccüblü deyilmi ki, müəyyən zövqlərin yanğısı mənim 
ağrımın bir hissəsidir? 
 
Yeddi dəfə mən öz ruhuma nifrət etmişəm: 
Birinci dəfə, o yüksəkliyə qalxmaq üçün itaət edəndə. 
İkinci dəfə, onun şikəstlər yanında axsadığını görəndə. 


 
311 
Üçüncü  dəfə,  ona  asan  və  çətin  arasında  seçim  etmək 
lazım gələndə asanı seçəndə. 
Dördüncü dəfə, o, zülm eləyib özünə haqq qazandıranda 
ki, hər kəs belə edir. 
Beşinci  dəfə,  o,  öz  zəifliyi  ucundan  səbiri  güc  kimi 
qələmə verəndə. 
Altıncı dəfə o, ikrahla bir kifir simadan üzünü çevirəndə 
və bilməyəndə ki, bu, onun sifətlərindən biridir. 
Yeddinci  dəfə  o,  mədhiyyə  oxuyub  bunu  xeyirxahlıq 
zənn edəndə. 
 
Mən mütləq həqiqəti bilmirəm. Ancaq mən öz biliksizli-
yimlə barışıram və bu mənim şərəfim və mükafatımdır. 
 
İnsanın  təxəyyülü  və  istənilən  şeyin  əldə  edilməsi 
arasında fəza var ki, insan onu ancaq özünün ehtiraslı cəhdləri 
ilə keçə bilər. 
 
Cənnət  buradadır,  bax,  bu  qapının  arxasında,  qonşu 
otaqdadır, ancaq mən açarı itirmişəm.  
Bəlkə də sadəcə onu yerinə qoymamışam.  
 
Sən korsan, mən isə kar və lal. Elə isə gəl əl-ələ tutaq və 
bir-birimizi anlamağa çalışaq. 
 
İnsanın  dəyəri  onun  nail  olduğu  ilə  ölçülmür,  daha  çox 
onun  nail  olmağa  çalışdığı  ilə.  Bizdən  bəziləri  mürəkkəbə 
bənzəyirik, digərləri – kağıza. 


 
312 
Birinin qaralığı olmasaydı,  digərləri lal olardılar. Birinin 
ağlığı olmasaydı digərləri kor olardı.  
 
Sən mənə dinləmək ver, mən sənə səs. 
 
Bizim ağlımız süngərdir, ürəyimiz – axındır. 
Qəribə  deyilmi  ki,  bizlərin  əksəriyyəti  özünə  çəkməyi, 
axıb getməkdən üstün tutur? 
 
Sən şərab içirsən ki, sərxoş olasan, mən içirəm ki, başqa 
bir şərabın sərxoşluğundan azad olum. 
Mənim qabım boş olanda mən bununla barışıram; ancaq 
o yarı olanda, mən narazı qalıram. 
 
Başqasının  mahiyyəti  onun  sənə  açdığında  deyil,  sənə 
aça bilmədiyindədir.  
Ona görə də, onu anlamaq istəyirsənsə, onun nə dediyini, 
yox, nə demədiyini eşit. 
 
Mənim  dediklərimin  yarısı  –  mənasız  şeylərdir,  ancaq 
mən onları ona görə deyirəm ki, digər yarısı sənə çatsın.  
 
Yumor hissi – uyğunluq hissinin olmasıdır. 
 
Mənim  tənhalığım  insanlar  mənim  çərənçilik  nöqsan-
larımı tərif edib, susqun üstünlüklərimi tənqid edəndə doğuldu.  
 
Həyat onun ürəyini oxuyan müğənni tapa bilməyəndə, o, 
onun ağlı ilə danışan filosof yaradır.  


 
313 
 
Həqiqəti həmişə bilmək lazımdır, inkar etmək – bəzən.  
Bizdə həqiqi olan – sakitdir, süni olan isə dilli-dilavər.  
 
Məndəki  həyat  səsi  səndəki  həyatın  qulağına  çatmır, 
ancaq tənhalığı hiss etməmək üçün gəl danışaq.  
 
Çoxdanışana ancaq lal həsəd aparır. 
 
Əgər  qış  desə:  «Bahar  mənim  qəlbimdədir»,  kim  ona 
inanar? 
 
Hər toxum bir ehtiraslı istəkdir. 
 
Əgər  sən  doğurdan  da  gözünü  açsaydın  və  ətrafa 
baxsaydın, öz surətini başqa surətlərdə görərdin. 
Əgər  sən  qulaqlarını  açıb  dinləsəydin,  öz  səsini  bütün 
səslərdə tanıyardın. 
 
Biz  iki  nəfər olmalıyıq  ki,  həqiqəti kəşf edək: biri –  onu 
inkar etmək üçün, digəri ona çatmaq üçün. 
 
Bizim  içimizdə  söz  dalğası  qalxsa  da,  dərinliklərimiz 
daim sükut içindədir. 
 
Bir  çox  təlim  pəncərə  şüşəsinə  bənzəyir.  Biz  həqiqəti 
onun arxasından görürük və elə o da bizi həqiqətdən aralayır. 
 


 
314 
Gəl gizlənpaç oynayaq.  Sən mənim ürəyimdə  gizlənsən, 
mən  səni  çətinlik  çəkmədən  taparam,  ancaq  sən  öz  qabığında 
gizlənsən, səni axtarmaq mənasızdır.  
 
Kim  özündə  yazıçılıq  əməyinə  bir  qabiliyyət  hiss  etsə 
(Allah  bilir,  nə  üçün!),  gərək  biliyə,  sənətə  və  sehirə  malik 
olmalıdır  –  söz  musiqisinin  biliyinə,  sadəlik  sənətinə  və 
oxuculara sevgi sehrinə.  
 
Onlar  bizim  ürəkləri  lələklərnən  doldurub  elə  bilirlər  ki, 
ilhamlanıblar. 
 
Əgər ağac öz tərcümeyi-halını yazsaydı, o, hər hansı bir 
ölkənin tarixindən fərqlənməzdi. 
 
Əgər  mənə  şeir  yazmaq  imkanı  ilə  yazılmamış  şeirin 
vəcdi  arasında  seçim  etmək  lazım  gəlsə  idi,  mən  ikincini 
seçərdim. Bu, daha yaxşı şeiriyyətdir. 
Ancaq sən mənim bir çox yaxınlarımla eyni fikirdəsən ki, 
mənim zövqüm yaxşı deyil. 
 
Poeziya  –  sadəcə  söylənmiş  bir  fikir  deyil.  Bu,  qanayan 
yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. 
 
Şair – taxtdan salınmış şahdır, öz sarayının külü üzərində 
oturub küldən surəti yenidən qurmağa çalışır. 
 
Poeziya  –  sevinc,  ağrı,  təəccüb  və  bir  azca  da  lüğətdən 
sözlərin axınıdır. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə