Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə57/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

 
225 
kabuslarının gizləndiyi və gələcəyin ruhlarının vədələrinin gəl-
məsini  gözləndiyi  bir  kölgələr  vadisində  tənhalığa  qapandım. 
Orada  isə  mən,  günəşi  seyr  edən  və  tək–tənha  dolaşan  kabus 
gördüm.  Mən soruşdum: 
– Sən kimsən? Adın nədir?  
O cavab verdi:  
– Mənim adım – azadlıqdır.  
– Bəs sənin oğulların hardadır? – deyə mən soruşdum.  
Cavabında isə bunları eşitdim: 
–  Biri  xaçda  həlak  olub.  Digəri  ağlını  itirərək  ölüb. 
Üçüncüsü isə hələ dünyaya gəlməyib.  
Və kabus dumanda qeybə çəkildi.  
 
Əsir hökmdar 
 
Sakitləş, ey əsir hökmdar, zira, bu qaranlıq zindanda sə-
nin  çəkdiyin  əzablar  mənimkilərdən  çox  deyil.  Uzan  yat,  ey 
ürəklərə  qorxu  salan,  zira,  yalnız  çaqqallar  fəlakət  qarşısında 
əsim-əsim  titrəyirlər.  Əsirlikdə  belə  zindana  və  onun  gözət-
çilərinə    yuxarıdan  aşağı  baxan  hökmdarlara  isə  bu  heç 
yaraşmaz. 
Taleyinlə barış, ey ram olunmaz, mənə bax. Axı, həyatın 
qulları  arasında  mən  də  sənin  kimi  əsirlikdəyəm.  Yeganə  fərq 
sənə yaxınlaşmağa belə cürət etməyən ruhumun bağlandığı hə-
yəcanlı arzudadır. 


 
226 
Hər ikimiz ölkəsindən qovulmuşuq, ailəsindən və sevdik-
lərindən  ayrı salınmışıq. Gecələrin  və  gündüzlərin əzabları ilə 
barış  və  təskinlik  tap,  mənim  kimi,  bizi  özlərinin  qüdrəti  ilə 
yox, sayı ilə üstələyən zəiflərə sən də gül. 
Nərilti və qışqırıqdan nə fayda,  əgər insanlar kardırlarsa 
və heç nə eşitmirlərsə? 
Səndən qabaq mən səsləmişdim onları, lakin zülmətin ka-
buslarından başqa səsimə səs verən olmadı. Sənin kimi mən də 
onları  öyrənmişəm  və  hesab  edirəm  ki,    zəncirlənmişin  qarşı-
sında  cəsarətini  nümayiş  etdirən  təkəbbürlü  qorxaqlardan  və 
yalnız  qəfəsə  salınmışa  yuxarıdan  aşağı  baxan  zəiflərdən  iba-
rətdirlər. 
Ey qüdrətli hökmdar, sənin məhbəsini əhatə edənlərin üz-
lərinə bax. Və görəcəksən ki, onların üzünün ifadəsi sənin təbə-
ələrinin üzündəki ifadə ilə eynidir — burdan Saxaranın ən uc-
qar guşələrinə qədər. Bir qismi dovşan kimi qorxaq, digər qis-
mi tülkü kimi hiyləgər, qalanları isə ilan kimi məkrlidirlər. Fə-
qət  aralarında  bir  nəfər  belə  yoxdur  ki,  dovşanın 
sülhsevərliyinə,  tülkünün  ağlına  və  ilanın  müdrikliyinə  malik 
ola. 
Bir  gör  nə  gündədirlər  onlar:  biri  donuz  kimi  çirklidir, 
amma  əti  yeyilməz;  digəri  camış  kimi  kobuddur,  amma  dərisi 
bir  qəpiyə  dəyməz;  üçüncüsü  eşşək  kimi  axmaqdır,  amma  iki 


 
227 
ayaq  üstə  gəzir;  bir  başqası  bədxəbərdir  qarğa  kimi,  amma 
qarıldaması ilə alver edir; o birisi isə tovuz quşu kimi vüqarlı 
və iddialıdır, amma lələklərini borca götürüb.  
Ey möhtərəm hökmdar, bax, bu saray və məbədlərə – bu 
dar yuvalara, orda ulduzları  onlardan gizləyən naxışlı tavanlar-
la  fəxr  eləyən  və  günəşin  şüalarının  qarşısını  alan  divarların 
möhkəmliyinə sevinən insanlar yaşayır; bax, bu qaranlıq mağa-
ralara, onların tağlarının altında gəncliyin gülləri solur, künclə-
rində isə eşq və arzuların yanar közləri küllənərək tüstüyə çev-
rilir; bax bu qəribə zirzəmilərə, orda körpənin nənnisi can verə-
nin  yatağı  üstündə  yellənir,  gəlinin  taxtı  isə  dəfn  kəcavəsinin 
yanındadır. 
Bu kəsişən küçələrə və dar döngələrə diqqət elə, ey şanlı 
hökmdar.  Yolçulara  təhlükə  yaradan  dərələrə  oxşayırlar  onlar, 
tinlərində quldurlar pusqu qurub, içərilərində cinayətkarlar giz-
lənib. Ziddiyyətli arzuların ölüm-dirim meydanıdır onlar, orda 
nəfslər bir-biri ilə qılıncsız döyüşür və dırnaqsız didirlər bir-bi-
rini. Amma yox, bu daha çox əhliləşmiş görünən vəhşi heyvan-
ların yaşadığı dəhşət meşəsinə bənzəyir. Onun qanunları ən nə-
ciblərə  deyil,  ən  bic  və  ən  çeviklərə  yaşamaq  hüququ  verir, 
ənənələrinə isə ən ləyaqətliləri deyil, ən pozğun və ən yalançı-
ları  varis  təyin  edir.  Onların  hakimləri  sənin  kimi  aslan  deyil, 


 
228 
qartal dimdikli, kaftar pəncəli, əqrəb iynəli və qurbağa səsli xi-
meralardır. 
Canım  sənə  qurban  olsun,  ey  əsir  düşmüş  hökmdar,  gör 
nə vaxtdır yanında durub nitqlər söyləyirəm. Taxtdan salınmış 
ürəyin xasiyyəti  belədir, – o  yalnız  yıxılmış hökmdarların hü-
zurunda təskinlik tapa bilir; əsir düşmüş tənha ruh da belədir – 
özü kimiləri ilə ünsiyyətində sevinc axtarır. Söz və fikirləri ona 
yemək-içməyi əvəz edən bu gənci bağışla. 
Görüşənədək, ey qüdrətli nəhəng, və  əgər bu  görüş bizə 
yad  olan  bu  dünyada  baş  tutmasa,  qoy,  onda  o,  hökmdarların 
ruhlarının əzabkeşlərin ruhları ilə görüşdüyü o biri dünyada baş 
versin. 
 
Ey anamın oğulları! 
 
Məndən nə istəyirsiniz, ey anamın oğulları? 
Sizin üçün boş vədlərlə bəzədilmiş saraylar və damı arzu-
larla örtülmüş məbədlər tikməyimi, yoxsa yalançı və qorxaqla-
rın tikdiklərini uçurmağımı, riyakar və alçaqların ucaltdıqlarını 
sökməyimi istəyirsinizmi? 
Sizin üçün nə edim, ey anamın oğulları? 
Sizə xoş gəlmək üçün göyərçin kimi quruldamalıyammı, 
yoxsa özümə xoş gəlmək üçün aslan kimi nərildəməli? 


 
229 
Mən oxudum sizin üçün, amma siz rəqs eləmək istəmədi-
niz. Mən ağladım sizin qarşınızda, amma siz mənə qoşulub ağ-
lamaq istəmədiniz; istəyirsiniz ki, mən eyni zamanda həm oxu-
yum, həm də ağlayım? 
Ruhlarınız acından qıvrılırlar, baxmayaraq ki, bilik çörə-
yi  vadidəki  daşlardan  çoxdur,  amma  siz  yemirsiniz  onlardan; 
ürəkləriniz  susuzluqdan  yanır,  baxmayaraq  ki,  həyat  bulaqları 
çay kimi evlərinizin yanından axır. Niyə axı siz içmirsiniz? 
Dənizin  qabarması,  çəkilməsi  var,  ayın  bədirlənməsi  və 
yenidən doğulması, fəsillərin isə yayı və qışı var. Həqiqətə gəl-
dikdə isə o dəyişmir, yox olmur və heç nəyə də çevrilmir. Elə 
isə onun üzünü niyə korlamaq istəyirsiniz? 
Gecənin sakitliyində sizi çağırırdım ki, bədirlənmiş ayın 
gözəlliyini və ulduzların möhtəşəmliyini  göstərim sizə. Siz isə 
yatdığınız yerdən dik atılaraq qorxu içində  qılınc və nizələrini-
zi  qapıb:  “Hanı  düşmən?  Məhv  edərik  onu”,–  deyə  qışqırırdı-
nız. Lakin səhər həm atlı, həm piyada,  düşmən üstümüzə gə-
ləndə mən sizi yenə çağırırdım, siz isə oyanmır, yalnız yuxulu-
yuxulu üzünüzü çevirirdiniz. 
Mən deyirdim: “Durun, dağın başına qalxaq, sizə dünya-
nın səltənətlərini göstərim”. Siz isə cavab verirdiniz: “Ata-ba-
balarımız  bu  dərənin  dibində  yaşamış,  onun  kölgəsində  ölmüş 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə