Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə51/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   47   48   49   50   51   52   53   54   ...   82

 
198 
Quldur: «Bəs axı, mən qatiləm və qanını axıtdığım insan-
ların səsləri qulaqlarımdan çəkilmir»,– dedi. 
«Elə  mən  də  qatiləm  və  mənim  də  qulaqlarım  qanını 
axıtdıqlarımın nalələri ilə doludur», – söylədi müqəddəs. 
Quldur:  «Mən  saysız-hesabsız  cinayətlər  törətmişəm»,  – 
dedi. 
«Mənim  də  cinayətlərimin  sayı-hesabı  yoxdur»,  –  dedi 
qoca. 
Bu  sözlərdən  sonra  quldur  ayağa  qalxıb  zənlə  qocaya 
baxdı və təpəni aşaraq yox oldu. 
O bizi  tərk edəndən sonra mən üzümü  müqəddəsə tutub 
soruşdum: «Nə üçün sən eləmədiyin cinayətləri boynuna aldın? 
Məgər görmürsənmi ki, o, sənə olan inamını itirib getdi»? 
Müqəddəs qoca cavab verdi: 
«Düz  deyirsən  ki,  o,  indi  daha  mənə  inanmır.  Amma  o, 
xeyli yüngüllük tapıb getdi burdan». 
Elə bu anda biz uzaqdan quldurun mahnı oxumasını eşit-
dik. Onun mahnısının əks-sədası bütün vadini sevinclə doldur-
muşdu. 
 

 
Səyahətlərimin birində, bir adada insan başlı dəmir ayaqlı 
əcaib  divə  rast  gəldim.  O  dayanmadan  torpağı  yeyir,  dənizi 
içirdi.  Xeyli  baxdım  o  divə,  sonra  yaxınlaşıb  soruşdum:  «Bəs 
deyil?  Bu  qədər  yeyirsən,  içirsən,  nə  qarnın  doyur,  nə 
susuzluğun yatır». 
Div cavabında söylədi: 


 
199 
«Doymağına  doymuşam  və  hətta  yemək-içməkdən 
partlayıram  artıq;  sadəcə  bir  qorxu  var  içimdə,  birdən  sabah 
yeməyə torpaq, içməyə dəniz tapılmadı». 
 

 
Günlərin  bir  günü  belə  bir  hadisə  baş  verdi.  Tacqoyma 
mərasimindən sonra Biblosun şahı Nufsibaal üç dağ zahidinin 
onunçün tikdiyi yataq otağına çəkildi. Tacını və şah libasını çı-
xarandan  sonra  otağın  ortasında  oturan  şah  özü  haqqında  dü-
şünməyə başladı. 
Qəfildən başını çevirəndə anasının ona bağışladığı gümüş 
güzgüdən çılpaq bir adamın çıxdığını gördü. 
Heyrətlənən şah qışqırdı: «Sənə nə lazımdır»? 
«Heç nə, – deyə çılpaq adam cavab verdi, – Deyə bilər-
sənmi, səni nə üçün şah seçdilər»? 
Şah:  «Ona  görə ki,  mən ölkənin ən nəcib  insanıyam»,  – 
dedi. 
Çılpaq  adam:  «Əgər  sən  bir  az  da  artıq  nəcib  olsaydın, 
şah olmaq istəməzdin», – dedi. 
Şah:  «Məni  ona  görə  şah  seçdilər  ki,  mən  ölkənin  ən 
qüdrətli insanıyam», – söylədi.  
Çılpaq  adam:  «Əgər  sən  daha  qüdrətli  olsaydın,  şah 
olmaq istəməzdin», – dedi.  
Onda  şah:  «Məni  ona  görə  seçdilər  ki,  mən  ən  müdrik 
insanam», – söylədi. 
Çılpaq  adam:  «Sən  daha  müdrik  olsaydın,  şahlığı 
seçməzdin»,– dedi. 


 
200 
Bu sözlərdən sonra şah yerə yıxılıb acı–acı ağladı. Çılpaq 
adam  ona  baxdı,  yerdən  tacı  qaldıraraq  ehtiyatla  şahın  aşağı 
sallanmış başına qoydu. Və şəfqətli baxışlarını şahdan ayırma-
yaraq  güzgüyə daxil oldu. Ayağa qalxan şah ilk növbədə  güz-
güyə baxdı. Və orada özündən – başında tac olan şahdan başqa 
heç kimi görmədi.  
 

  
İşananın  çarı  əyanları  ilə  bir  yerdə  Qanadlı  Öküzlər 
zalında nəfəslərini içlərinə çəkərək nəticəni gözləyirdilər: çarın 
arvadı doğurdu. 
Günün sonuna yaxın çapar təngnəfəs saraya daxil olaraq 
çarın  qarşısında  səcdə  etdi  və  söylədi:  “Mən,  əlahəzrət  Çarı, 
çarlığı  və  çarın  qullarını  sevindirəcək  xəbər  gətirmişəm.  Əla-
həzrətin qatı düşməni, Betrunun çarı – Əzazil Mihrab öldü”. 
Bu  xəbəri  eşidəndə,  çar  və  onun  əyanları  hamısı  birdən 
ayağa qalxaraq sevinclərindən çığırmağa başladılar; zira, bir az 
daha yaşasa idi, qüdrətli Mihrab hökmən İşananı fəth edəcək və 
onun əhalisini isə əsir aparacaqdı. 
Bu  məqamda  Qanadlı  Öküzlər  zalına  bir  dəstə  mama-
çanın müşayiəti ilə saray həkimi daxil oldu və çarın qarşısında 
səcdə  edərək  söylədi:  “Əlahəzrət  Çarım  əbədi  yaşayacaq  və 
saysız-hesabsız nəsillərlə İşana xalqının hakimi olacaqdır. Zira, 
elə indicə Çarımızın oğlu və varisi dünyaya gəlmişdir”. 
Sevincdən çarın ruhu vəcdə gəldi: qatı düşməninin ölümü 
və çar nəslinin davamçısının doğulması eyni bir vaxta təsadüf 
etmişdi. 


 
201 
Həmin  dövrdə  İşanada  görücülük  qabiliyyətinə  malik 
haqq  peyğəmbəri  yaşayırdı.  O,  cavan  və  cəsarətli  idi.  Çar  elə 
həmin gecə peyğəmbəri onun yanına gətirməyi əmr etdi. Pey-
ğəmbər onun hüzuruna gələndə çar buyurdu: “  Bax və de gö-
rüm, bu gün çarlığın varisi olaraq doğulmuş oğlumu gələcəkdə 
nə gözləyir?” 
Görücü  tərəddüdsüz  cavab  verdi:  “Dinlə  məni,  Çar.  Və 
mən sənin bu gün dünyaya gəlmiş oğlunun taleyinin necə ola-
cağını  söyləyim.  Dünən  axşam  ölmüş  düşmənin Çar  Mihrabın 
ruhu yalnız bircə gün ləngidi küləklərin qanadlarında. Sonra isə 
o, köçməyə bədən tapdı özünə. Onun girdiyi bədən sənin yeni-
cə doğulan oğlunun bədənidir ”. 
Çar qəzəbindən görücünü qılıncı ilə doğradı. 
Və o vaxtdan bu günə qədər İşananın müdrikləri gizlincə 
bir-birlərinə  deyirlər:  “Kişilər  bilib  deyirdilər  ki,  İşananı  düş-
mən idarə edir”. 
 

 
Çayın  sahilinə  yan  almış  tirin  üstündə  dörd  qurbağa 
oturmuşdu.  Qəfildən  güclənən  axın  tiri  qabağına  qataraq  çay 
aşağı  aparmağa  başladı.  Sevincdən  qurbağaların  ağılları 
başlarından çıxdı: axı, onlar heç vaxt belə üzməmişdilər. 
Nəhayət birinci qurbağa dilləndi: “Bu nə möcüzəli tirdir! 
Elə  hərəkət  edir  ki,  sanki  diridir.  Həqiqətən,  görünməmiş  bir 
tirdir”. 
Sonra  ikinci  qurbağa  dillənərək:  “Heç  də  yox,  dostum. 
Bu tirin digərlərindən heç bir fərqi yoxdur və hərəkət eləyən də 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə