Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə44/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   40   41   42   43   44   45   46   47   ...   82

 
171 
nıza yazığım gəlməyimdədir ki, tifillər döşünüzdən ölümlə zə-
hərlənmiş həyat əmirlər. 
Mən – sizlərdən biriyəm. Mənim də əcdadlarım bu vadi-
lərdə yaşamış və sizin başınızı indi yerə əyən həmən boyundu-
ruq  altında  da  ölmüşlər.  Mən  sizin  həsrətli  qəlbinizin  səsini 
dinləyən  Allaha  inanıram.  Və  mən  həm  də  İncilə  inanıram.  O 
İncilə ki, orda hamımızın göyün qarşısında qardaş olduğumuz 
yazılıb.  Mən  bizi  bərabər  edən,  bizi  bu  torpaqda  azad  edən, 
Allahın ehtiyatlı addımlarının pillələri olan təlimə inanıram. 
Mən  inəkləri  otarır  və  sizin  acınacaqlı  həyatınız  barədə 
düşünürdüm ki, sizin miskin evlərinizdən gələn naləni eşitdim. 
Bu  nalə  əzilmiş  ruhların  harayı,  bədənlərinizdə  əsirlənmiş 
yaralı ürəklərinizin ağlaması idi. 
Mən  baxıb  gördüm  ki,  mən  –  monastırda,  siz  isə  – 
tarladasınız. Mən sizi canavarın arxasına düşüb onun yuvasına 
gedən  qoyun  sürüsü  kimi  gördüm.  Və  mən  yolu  kəsib 
qoyunları  xilas  etmək  istəyəndə  və  köməyə  çağıranda  canavar 
məni iti dişləri ilə tutdu. 
Həqiqət naminə mən həbsə, aclığa və susuzluğa dözdüm 
ki, bunlar yalnız bədənə ağrı verə bilir. Mən dözülməz əzablar 
yaşadım,  çünki  sizin  kədərli  ahlarınızı  naləyə  çevirdim  və  bu 
nalə monastırın hər guşəsində səslənərək əks-səda verirdi. Mən 
heç  vaxt  qorxu  hissi  keçirmirdim  və  ürəyim  də  yorulmurdu 
mənim, zira, acı iniltilər hər gün mənə yeni qüvvə bəxş edirdi. 
Və ürəyim də ədalət naminə mübarizə həsrətində idi. 
Bəlkə  də  indi  özünüzdən  soruşacaqsınız:  «Məgər  biz  nə 
vaxtsa  köməyə  çağırmışıq?  Məgər  bizim  buna  cəsarətimiz  ça-
tardı?».  Lakin  mən  sizə  deyirəm:  ruhlarınız  hər  gün  ah-nalə 
edir.  Və  hər  gecə  köməyə  çağırırlar,  sadəcə,  siz  eşitmirsiniz. 


 
172 
Zira, ölüm ayağında olan insan öz ürəyinin səsini eşidə bilmir, 
baxmayaraq  ki,  yatağının  yanında  duranlar  üçün  bu  heç  çətin 
deyil.  Vurulmuş  quş  artıq  özünə  sahib  deyil  və  şüursuzcasına 
çırpınır  yerdə.  Lakin  bu  canverməni  görənlər  səbəbin  nə  ol-
duğunu yaxşı anlayırlar. 
Ömrünüzün hansı saatında siz yanğılı ah çəkmirsiniz ki? 
Səhərlər, o zaman ki, həyat eşqi sizi çağırır və gözünüzdən yu-
xu pərdəsini qaldırır və siz qul kimi əkinlərinizə yollanırsınız? 
Yoxsa gündüzlər, o zaman ki, qızmar günəşdən qorunmaq üçün 
kölgəlik  axtarırsınız  oturmağa?  Yoxsa,  axşamlar,  o  zaman  ki, 
yaxşıca  yemək  arzusu  ilə  ac  halda  evə  qayıdırsınız,  evdə  isə 
sizi kifsəmiş çörək və iylənmiş su gözləyir? Yoxsa, gecələr, öz 
sərt  yataqlarınıza  ölü  kimi  düşdüyünüz  vaxt,  yuxu  gözünüzə 
təzəcə  gələn  kimi  dik  atılıb  qorxu  ilə  ətrafı  dinləyirsiniz  ki, 
olmaya şeyx sizi yanına çağırır? 
Nə  vaxt  ağlamırsınız  ki,  öz  gününüzə?  Baharda?  O 
zaman  ki,  təbiət  öz  ən  gözəl  paltarlarını  geyir,  siz  isə  onun 
qabağına cin-cındırda çıxırsınız? Yoxsa yayda? Onda ki, taxılı 
dərzləyib  yığırsınız  və  ağanızın  anbarlarını  buğda  ilə 
doldurursunuz,  əmək  haqqının  verilməsinə  gələndə  isə  saman 
və küləşdən başqa heç nə almırsınız? Bəlkə payızda? Onda ki, 
üzümü  yığıb  şərab  sıxırsınız,  əvəzində  isə  bir  qab  sirkə  və  bir 
torba  palıd  qozası  olur  qazancınız?  Ya  bəlkə,  qışda,  onda  ki, 
qara  batmış  daxmalarınızı  tərk  edə  bilmirsiniz  və  ocağın 
yanında  oturub,  qəzəblənmiş  göylərə  baxa-baxa  hiss  edirsiniz 
ki, zəif ağlınız bu dəqiqə dəliliyə yuvarlanacaq? 
Budur  yoxsulların  həyatı.  Və  bu  məzlum  naləni  mən 
daima  eşidirəm.  Mənim  ruhumu  zalımlara  qarşı  üsyan  etməyə 
və onların sürdükləri həyat tərzinə  nifrət etməyə məcbur edən 


 
173 
də  budur.  Mən  monaxlardan  sizə  qarşı  mərhəmətli  olmağı 
xahiş edəndə onlar məni allahsız hesab etdilər və qovulma oldu 
qismətim.  Bu  gün  mən  bura  gəlmişəm  ki,  sizin  bu  bədbəxt 
həyatı bölüşüm və öz göz yaşlarımı sizin göz yaşlarınıza qatım. 
Və budur mən burda sizin qatı düşməninizin əlindəyəm. 
Anlayırsınızmı ki, üzərində qul kimi işlədiyiniz bu torpaq sizin 
atalarınızın əlindən alınmışdır, o zaman ki, qanunlar iti qılıncla 
yazılırdı? Siz keşişlərin ənənələr və itaət barədə şirin söhbətlə-
rinə uyduğunuz vaxt monarxlar sizi aldadıb bütün əkin sahələ-
rini və üzümlükləri qamarlamışlar. Hansı kişi, hansı qadın eşit-
məyib tarlaların ağasının onlardan keşişlərin iradəsinə tabe ol-
mağı tələb  etməsini?  Allah buyurub:  «Yeyəcəyiniz  çörəyi  alın 
tərinizlə qazanacaqsınız».
1
 Lakin şeyx Abbas sizin ömrünüzün 
illəri üzərində qalxan çörəyi yeyir və göz yaşlarınızın qarışdığı 
şərabı içir. Məgər Allah bu insanı anasının bətnində olanda siz-
dən fərqləndirmişdir? Ya hansısa günahlarınıza görə onun qul-
larına çevrilmisiniz? İsa demişdir: «…müftə aldınız, müftə ve-
riniz. Özünüzlə nə qızıl, nə gümüş, nə də mis götürməyin…».
2
 
Onda  hansı  haqla  din  xadimləri  öz  dualarını  qızıl  və  gümüşə 
satırlar?  Gecənin  sükutunda  dua  edərək  təkrarlayırsınız:  «Al-
lah, bizim ruzimizi ver». Allah sizə torpaq verib ki, üzərində iş-
ləyərək  öz  ruzinizi  əldə  edəsiniz.  Məgər  O,  monarxlara  haqq 
verib ki, sizin əlinizdən bu torpağı və bu ruzini alsınlar? 
Siz  İudanı  lənətləyirsiniz  ki,  o,  öz  Müəllimini  bir  neçə 
gümüşə  satmışdır.  Lakin  buna  baxmayaraq  siz  hər  gün  Ona 
xəyanət edənlərə xeyir-dua verirsiniz. 
                                                 
1
 Варлыг, 3:19. 
2
 Матtа, 10:8-9. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə