Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə54/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   50   51   52   53   54   55   56   57   ...   82

 
211 
Kədərin parlaq dili olduğundan onun yanında mənim də nitqim 
parlaqlaşırdı. 
Biz birlikdə oxuyanda – mən və mənim Kədərim – qon-
şular  pəncərənin  qabağında  oturub  bizə  qulaq  asardılar,  çünki 
nəğmələrimiz  dəniz  kimi  dərin,  onların  melodiyaları  isə  əsra-
rəngiz xatirələrlə dolu olardı.  
Biz birlikdə gəzəndə – mən və mənim Kədərim – adam-
lar bizi şəfqətli nəzərlərlə yola salar və arxamızca ən xoş sözlər 
söyləyərdilər. Elələri də vardı ki, paxıllıq eləyərdilər bizə, çün-
ki Kədərim əsilli-nəcabətli idi və mən də fəxr edirdim onunla. 
Lakin  mənim  Kədərim  öldü,  bütün  digər  canlılar  kimi. 
Və məni fikir içində qoyub getdi. 
İndi danışdıqca sözlərim mənə ağır gəlir. 
İndi  mən  oxuyanda,  daha  qonşular  mənə  qulaq  asmaq 
istəmirlər. 
Küçədə gəzəndə də heç kim arxamca baxmır daha. 
Yalnız  yuxularımda  eşidirəm  ki,  kimsə  təəssüflə  deyir: 
“Baxın, burda Kədəri ölmüş insan uzanıb”. 
 
Sevincim doğulanda 
 
Sevincim  doğulanda,  mən  onu  qucağıma  alaraq  dama 
çıxdım  və  qışqırdım:  “Gəlin,  ay  qonşular,  baxın  necə  bir 
Sevincim  doğulmuşdur  bu  gün  mənim!  Gəlin,  görün  bu, 
günəşin altında qığıldayan varlığı”. 
Və  mənim  böyük  təəccübümə  rəğmən  qonşular  mənim 
Sevincimə baxmağa gəlmədilər. 


 
212 
Yeddi ay dalbadal hər gün dama çıxaraq Sevincimi elan 
elədim,  lakin  heç  kim  mənə  fikir  vermədi.  Mən  və  mənim 
Sevincim tək qaldıq, bir kimsə açmadı qapımızı. 
Sonra  Sevincimin  rəngi  saraldı,  ölgünləşdi,  çünki 
məndən başqa heç kimin ürəyi heyran olmadı onun hüsnünə və 
mənim dodaqlarımdan başqa heç kimin dodağı öpmədi onu. 
Sevincim tənhalığa dözməyərək öldü. 
İndi  mən  ölmüş  Sevincimi  yalnız  ölmüş  Kədərimi 
yadıma salanda xatırlayıram. Lakin yaddaş bir payız yarpağıdır 
küləkdə bir qədər xışıldayıb sonra eşidilməz olur.  
 
 
 
 
 
 
 
 
 
 
  


 
213 
 
 
 
 
 
 
«TUFANLAR»
  
kitabından 
 
Qəbirqazan  
 
Qorxu  və əndişə  gətirən,  sakitliyə  qərq olmuş,  səssiz-sə-
mirsiz, ulduzsuz bir gecədə insan sümükləri və kəllələri ilə dö-
şənmiş,  zülmətə  qərq  olmuş  həyat  vadisilə  tənha  addımlayır-
dım.  
Mən xallı ilan kimi qıvrılan və canilərin yuxuları tək qa-
çaraqda olan göz yaşına qarışmış qanlı çayın sahilində dayana-
raq,  boşluğa  doğru  dörd  gözlə  boylanıb,  kabusların  pıçıltısına 
diqqət kəsildim.  
Gecə  yarısı  sığınacaqlarını  tərk  etmiş  ruhların  təntənəli 
yürüşü başlandı. Mən ağır addımlar eşitdim və səsə çevriləndə 
qarşımda çox böyük, qorxulu bir kabus gördüm.  
– Sənə nə lazımdır? – deyə vahimə içində bağırdım.  
O məşəl kimi  yanan gözləri ilə mənə baxaraq sakit səslə 
cavab verdi: 
– Mən heç nə istəməsəm də, mənə hər şey lazımdır.  


 
214 
Bu zaman mən dedim: 
– Məni sakit burax və öz yolunla get. 
O gülümsünərək dilləndi: 
–  Mənim  yolum  –  sənin  yolundur.  Mən  səninlə  birlikdə 
gedir, dayandığın yerdə dayanıram.  
– Amma mən tənhalığı gəzirəm.  
–  Sənin  axtardığın  tənhalıq  mənəm.  Elə  isə  məndən  nə 
üçün qorxursan?  
– Mən səndən qorxmuram.  
– Bəs onda nə üçün küləyin təsirindən əsim - əsim əsən 
qamış kimi titrəyirsən?  
–  Mən  titrəmirəm,  sadəcə  olaraq  külək  paltarımla 
oynayır.  
O ucadan güldü və göy gurultusunu xatırladan səslə dedi: 
– Sən qorxaqsan, sən məndən qorxduğun kimi bunu etiraf 
etməkdən də qorxursan. Sən məndən daha çox qorxsan da, qor-
xunu  hörümçək  toru  qədər  incədən  -  incə  yalanın  köməyi  ilə 
gizlətməyə  çalışırsan.  Həqiqətdə  isə  sən  məni  həm  güldürür, 
həm də qıcıqlandırırsan.  
Sonra o daşın üzərinə oturdu, mən də diqqətlə məni dəh-
şətə gətirən cizgiləri süzərək qeyri-iradi oturdum.  
Sanki min ili xatırladan bir andan sonra o mənə rişxəndlə 
baxaraq soruşdu: 
– Adın nədir? 
– Abdullah.
1
 
                                                 
1
 Аллащын гулу (ярябжя). 


 
215 
–  Gör  bir  Allahı  təngə  gətirən  qulları  nə  qədər  çoxdur. 
Bəlkə  özünü  şeytanların  cənabı  adlandırasan  və  bununla  da 
onları yeni bir bəlaya düçar edəsən?  
Mən cavab verdim:  
–  Mənim  adım  Abdullahdır.  Bu  isə  atamın  doğulanda 
mənə  verdiyi  ən  gözəl  addır  və  mən  onu  heç  bir  ada 
dəyişmərəm.  
O dedi: 
–  Həqiqətən  də  oğulların  bədbəxtliyi  ataların  onlara 
verdikləri  bəxşişlərdən  yaranır  və  belə  hədiyyələri  qəbul  edən 
kəs özü mərhuma çevrilənə qədər ölülərin qulu olaraq qalır.  
Mən onun söylədikləri barədə düşünərək və onun cizgilə-
rinə  bənzəyən  yuxu  qəhrəmanlarını  yaddaşımda  canlandıraraq 
başımı aşağı dikdim.  
Daha sonra o yenidən mənə sual ilə müraciət etdi:  
– Məşğuliyyətin nədir?  
–  Mən  şeir  yazır  və  insanlara  həyatla  bağlı  fikirlərimi 
izah edirəm.  
–  Lakin  bu,  unudulmuş  köhnə  məşğuliyyətdir  və  heç 
kimə nə fayda vermək, nə də ziyan vurmaq iqtidarındadır.  
–  Bəs  mən  insanlara  fayda  vermək  üçün  gecə-gündüz 
neyləməliyəm? – deyə mən soruşdum. 
–  Qəbirqazan  ol  və  insanları  evlərinin,  məbədlərinin  və 
divanxanalarının  ətrafında  qalaqlanan  cəsədlərdən  azad  et,  – 
deyə o cavab verdi.  


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə