Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə62/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   58   59   60   61   62   63   64   65   ...   82

 
247 
Bir müddətdən sonra mən soruşdum:  
– Burada çoxdan yaşayırsan?  
–  Mən  buraya  torpaq  dağılıb,  boşalıb  və  sel  altında 
qalaraq  zülmətə  bürünəndə  gəlmişəm.  Mən buraya  ilahi  ruhun 
suların  üzərində  dolandığı  zaman  gəlmişəm,  –  deyə 
çevrilmədən cavab verdi.   
Mən susaraq düşündüm:  «Bu insan necə də qəribədir və 
onu  anlamaq  necə  də  çətindir.  Lakin  onunla  söhbəti  davam 
etdirmək  və  onun  qəlbinin  sirlərindən  agah  olmaq  lazımdır. 
Mən  onun  yumşalmasına  və  ondakı  təkəbbürün  xeyirxahlıqla 
əvəz olmunmasına qədər gözləyəcəm». 
 

 
Gecə öz qara  yağmurluğu ilə  vadiləri  örtdü, tufan daha 
da  qızışdı,  leysan  elə  bir  şiddətlə  yağmağa  başladı  ki,  mən 
hərdən  yer üzərində həyatı məhv etmək və  yer üzünü murdar, 
iyrənc əməllərdən təmizləmək üçün  ikinci ümumdünya selinin 
başlandığını  düşünürdüm.  Lakin,  mənə  elə  gəlirdi  ki,  təbiətin 
azğınlığı  Yusif  əl-Fəxrinin  qəlbində  bəzən  həyəcana  cavab 
olaraq  yaranan  sakitliyi  doğurmuşdu.  Onun  mənə  qarşı 
antipatiyası  mehribanlığa  çevrildi.  O,  ayağa  qalxıb,  iki  şam 
yandırdı,  daha  sonra  qabağıma  şərab  dolu  bardaq  və  çörək, 
pendir, bal və quru meyvələrlə dolu boşqabı qoyaraq, qarşımda 
əyləşib nəzakətlə dedi: 


 
248 
–  Olanım  budur.  Qardaşım,  səndən  xahiş  edirəm  ki, 
süfrəmə qonaq olasan.  
Biz  küləyin  uğultusunu  və  yağışın  ağlamaq  səsini 
dinləyərək,  sakitcə  şam  yeməyinə  başladıq.  Arabir  mən  onun 
simasına  baxaraq,  onun  üz  cizgilərində  nələrin  gizləndiyini 
tapmağa çalışırdım. Mən onun daxili dünyasına hakim kəsilən 
arzuları və meyli barəsində özümü sorğu-suala tuturdum.  
O, süfrəni  yığışdırıb, mis qəhvədanı ocaqdan götürdü və 
fincanlara  tünd,  ətirli  qəhvə  tökdü.  Daha  sonra  o,  ətirli  tütün 
qutusunu açaraq sakitcə dedi:  
– Qardaşım, buyur.  
Mən  gözlərimə  güc-bəla  ilə  inanaraq  tütün  və  qəhvə 
fincanını götürdüm.  
O  gözlərini  mənə  zillədi  və  sanki  nə  düşündüyümü 
anlayaraq  başını  təbəssümlə  yellətdi.  Sonra  tütündən  qulab 
vurub, bir qurtum da qəhvə içərək dedi:  
– Bu komada şərab, tütün və qəhvə tapmağın çox yəqin 
ki, sənə qəribə gəlir. Ola bilsin ki, sən bu daxmada qidanın və 
yatağın olmasına da təəccüb edirsən. Mən səni qınamıram. Axı 
sən  də  insan  cəmiyyətindən  imtinanın  həyatın  təbii  zövqü-
səfasından,  sadə  nəşələrdən  imtinaya  gətirdiyini  xəyal  edən 
milyonlardan birisən.  
–  Mənim  ağam,  doğrudur,  –  deyə  mən  cavab  verdim,  – 
özünü Allaha həsr etmək üçün tərki-dünya olan kəslərin bütün 
zövqü-səfalardan  və  dünyanın  nəşələrindən  imtina  edərək, 


 
249 
tənhalığa qapandığına, su və yabanı otlarla kifayətlənərək zahid 
həyatı sürdüyünə inanmaq bizlərə  xasdır.  
 –  Mən  tanrıya  xidmət  edib,  onun  xəlq  etdiyi  varlıqların 
arasında  qala  bilərdim,  –  o  dedi,  –  çünki  bunun  üçün  nə 
tənhalıq,  nə  də  təklik  axtarmaq  lazım  gəlmir.  Mən  dünyanı 
tanrını  axtarmaq  naminə  tərk  etmədim.  Çünki  onu  atamın 
evində də, istənilən ayrı məkanda da tapa bilərdim. Yox,  mən 
insanları  ona  görə  tərk  etdim  ki,  mənim  əxlaqım  onların 
əxlaqına,  mənim  arzularım  onların  arzularına  ziddir.  Mən 
insanları  ona  görə  tərk  etdim  ki,  mən  ruhumun  sola  tərəf 
fırlanan  təkərlər  arasında  sağa  tərəf  fırlanan  təkər  olduğunu 
anladım;  mən  şəhəri  tərk  etdim,  çünki  onun  nəhəng,  qoca, 
qüdrətli,  lakin  kökləri  torpağın  zülmət  qatında  şaxələnən, 
budaqları  buludlara  çatan,  çiçəkləri–tamahkarlıq,  şər  və 
cinayətlə  açılan,  meyvələrin  isə  dərd,  bədbəxtlik  və  iztirab 
dadan çürümüş ağac olduğunu gördüm.   Peyvəndlərin köməyi 
ilə qoca ağacı cavanlaşdırmağa cəhd göstərənlər heç nəyə nail 
olmur  və  qovulub,  məğlubiyyətə  uğrayaraq  ümidsizlikdən 
ölürdülər.  
Sanki 
onun 
söylədikdlərinin 
mənə  necə  təsir 
bağışlamasını izləmək ona həzz verirdi və o, ocağa söykənərək 
ucadan dilləndi: 
–  Yox,  mən  tənhalığı  ibadət  etmək,  tərki-dünya  olmaq 
üçün  axtarmıram.  Çünki  dua  –  minlərlə  insanların  fəryadına 
qarşıdıqda belə qəlbin tanrı dərgahına çatan nəğməsidir. Tərki-
dünyalıq  isə  bədənə  təcavüz,  onun  istəklərinin,  tələbatlarının 


 
250 
keyləşdirilməsidir.  Mənim  etiqadımda  tərki-dünyalığa  yer 
yoxdur.  Çünki  tanrı  bədəni  ruhun  cismi  kimi  yaratmışdır  və 
onun  tərkibində  məskunlaşan  ilahi  varlığın  layiqli,  pak,  güclü 
qalması  üçün  biz  onu  qorumalıyıq.  Mənim  qardaşım,  tənhalıq 
mənə nə dua etmək, nə də tərki-dünya olmaq üçün lazım deyil. 
Mən onu qanunlara, təlimlərə, ənənələrə və fərziyyələrə təhkim 
olunan,  qalmaqallar  salan  və  fəryad  qoparan  insanlardan  xilas 
olmaq  üçün  axtarırdım.  Mən  tənhalığı  ruhunu  satan  kişilərin 
simalarını görməmək, bunun müqabilində dəyərli və layiqli bir 
bəxşiş əldə etmək üçün axtarırdım.  
Mən təkliyi üzlərini açaraq gözlərini işvə ilə süzdürərək, 
təbəssümünü  paylaraq,  lakin  qəlbinin  dərinliyində  yalnız  bir 
məqsəd  bəsləyərək  gəzən  qadınlara  rast  gəlməmək  üçün 
axtarırdım.  
Mən təkliyi gəzirdim, çünki, röyasında idrakın kölgəsini 
görüb ona mükəmməlliklə yiyələndiklərini güman edən, ayılan 
zaman  həqiqətlə  qarşılaşdıqda,  onu  mütləq  və  dolğun 
mahiyyəti  ilə    mənimsədiklərini    güman  edən  cahillər  ilə  bir 
cərgədə dayanmaq istəmirdim.  
Mən  təkliyi  gəzirdim,  çünki,  nəzakəti  –  zəiflik,  səbri  – 
qorxaqlıq,  qüruru  isə  lovğalıq  hesab  edən  kobud  insana 
uyğunlaşmaqdan  bezmişdim.  Mən  tənhalıq  axtarırdım,  çünki 
mənim  ruhum  günəşin,  ayın  və  ulduzların  xəzinələrdən 
qalxaraq  yenidən  onun  cibinə  girdiklərinə  əmin  olan  varlılarla 
ünsiyyətdən  yorulmuşdu  –  çünki mənim  ruhum millətin  ümidi 
ilə  oynayaraq,  onların  gözünə  kül  üfürən  və  qulaqlarını 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə