Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə58/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   54   55   56   57   58   59   60   61   ...   82

 
230 
və  onun  mağaralarında  da  dəfn  olunmuşlar.  İndi  buranı  tərk 
edərək onlardan heç birinin getmədiyi yerlərə biz necə gedək?” 
Mən sizə deyirdim: “Gedək düzlərə, sizə qızıl mədənləri-
ni  və  yerin  xəzinələrini  göstərim”.  Siz  isə:  “Düzlərdə  oğru  və 
quldurlar pusqu qururlar”, – deyə cavab verirdiniz. 
Deyirdim:  “Gedək  sahilə,  dənizin  ləpədöyənə  çıxartdığı 
nemətlərinə  tamaşa  edək”.  Siz  isə:  “Dənizin  səsi  ruhumuza 
üşütmə  salır,  onun  dərinliklərinin  dəhşəti  isə  cismimizi  quru-
dur”, – deyirdiniz. 
Mən sizi sevirdim, ey anamın oğulları, lakin bu məhəbbət 
mənə ziyan gətirdi, sizə isə xeyir vermədi. Və bu gün mən sizə 
nifrət edirəm, fəqət bu nifrət bir seldir ki, yalnız quru budaqları 
yuyub aparır və yalnız çürümüş evləri dağıdır. 
Mən sizin zəifliyinizə mərhəmətlə yanaşırdım, ey anamın 
oğulları, fəqət mənim bu münasibətim zəiflərin və laqeydlərin 
sayını artırdı yalnız və həyata qiymətli heç nə gətirmədi. Və bu 
gün  mən  sizin  zəifliyinizlə  görüşəndə  qəlbim  diksindi,  ikrah 
hissindən sıxıldı. 
Mən sizin itaətkarlığınız və məzlumluğunuza baxıb ağla-
yırdım və mənim göz  yaşlarım büllur kimi təmiz olsa da üstü-
nüzdəki qalın çirki yuya bilmədi, yalnız gözümü örtmüş pərdə-
ni yox elədi. Göz yaşlarım sizin daşlaşmış qəlblərinizi yumşalt-
masa  da,  mənim  qəlbimdə  həyəcanı  artırdı.  Bu  gün  mən  sizin 


 
231 
əzablarınıza gülürəm və bu gülüş fırtınadan sonra yox, fırtına-
dan qabaq səslənən göy qurultusudur.  
 Axı məndən nə istəyirsiniz, ey anamın oğulları? 
İstəyirsiz, üzünüzün sakit göllərdə əks olunan kabuslarını 
sizə  göstərim?  Onda  gedin  və  baxın,  necə  eybəcərdir  cizgilə-
riniz.  
Başınıza  çarə  qılmağa  tələsin,  zira,  qorxu  artıq  başınıza 
kül ələmiş yuxusuzluq gözlərinizi həlqəyə alıb və onlar qaran-
lıq  çuxura  dönmüşdür,  qorxaqlıq  yanaqlarınıza  toxunmuş  və 
onları  qırışıq  cındıra  döndərmişdir,  ölüm  dodaqlarınızdan  öp-
müş və onları payız yarpaqları kimi saraltmışdır. 
Məndən nə istəyirsiniz, ey anamın oğulları, – daha doğ-
rusu, sizi öz oğlu saymaq istəməyən həyatdan nə istəyirsiniz? 
Ruhlarınız kahin və boşboğazların tələlərində qıvrılır, bə-
dənləriniz tiran və cəlladların dişlərində həlak olur, ölkəniz isə 
təcavüzkar və qəsbkarların təpiyi altında inildəyir. Nəyə ümid 
bəsləyirsiniz bu günəşin atlında? 
Qılınclarınız  pas  atıb,  nizələrinizin  ucluqları  qırılıb,  qal-
xanlarınız tozla örtülüb. Döyüş meydanına çıxmağa necə cəsa-
rət edirsiniz? 
Dininiz  – riyakarlıq,    bu dünyanız –  saxta,  o dünyanız  – 
puç. Elə isə nə üçün yaşayırsınız? Ölüm ki, var – gücsüzlərə is-
tirahət üçündür! 


 
232 
Həyat  isə  –  gəncliyi  müşayiət  edən,  gücdür,  yetkinliyə 
xas,  uğurdur,  qocalıqla  gələn  müdriklikdir.  Siz  isə,  ey  mənim 
anamın oğulları, elə doğulandan iqtidarsız qocalara bənzəyirdi-
niz, sonra isə palçığa girib daş atan uşaqlara çevrildiniz. 
Həqiqətdə bəşəriyyət – dağların sirlərini dənizin dərinlik-
lərinə  aparan,  büllur  kimi  təmiz  sulara  malik,  axan  nəğməli 
çaydır. Siz isə, ey mənim anamın oğulları, dərinliklərində həşə-
ratlar  gəzən,  sahillərində  isə  ilanlar  qıvrılan  iyrənc  bataqlıqsı-
nız. 
Həqiqətdə  ruh  –  müqəddəs  mavi  alovdur  ki,  quru  otları 
yandırır;  fırtınalar  onu  alışdırdıqca  o  da  allahların  üzünü  işıq-
landırır. Sizin isə ruhlarınız, ey anamın oğulları, küləyin qarla-
rın üstü ilə sovurduğu, fırtınalarınsa vadilərə səpələdiyi küldür. 
Mən sizə nifrət edirəm, ey anamın oğulları, siz şöhrət və 
əzəmətə nifrət etdiyiniz üçün! 
İyrənirəm  sizdən,  ona  görə  ki,  siz  özünüz  özünüzdən 
iyrənirsiniz. 
Mən  –  sizin  düşməninizəm,  ona  görə  ki,  siz  allahların 
düşmənisiniz və bunu heç anlamırsınız da! 
 
Biz və siz  
 
Biz dərdin oğullarıyıq, siz isə şənliyin.  


 
233 
Biz  dərdin,  nisgilin  oğullarıyıq,  dərd  isə  daş  qəlbli 
insanlara  yaxın  gəlməyən  tanrının  kölgəsidir;  biz  kədərə 
bürünmüş ruhların sahibləriyik. Kədər isə o qədər böyükdür ki, 
kiçik  ruhlar  onu  içinə  almaq  iqtidarında  deyillər;  siz 
gülürsünüz,  biz  isə  ağlayır,  nalə  çəkirik.  Lakin  bir  dəfə  göz 
yaşında yuyunan kəs əbədi olaraq paklığa qovuşacaqdır.  
Siz  bizi  tanımırsınız,  biz  isə  sizə  bələdik.  Siz  ətrafınıza 
boylanmadan  həyatın  ildırım  sürətli  çayına  qoşularaq  qaçırsı-
nız, biz isə sahildə oturub sizi görür və eşidirik. Siz bizim fər-
yadımıza  məhəl  qoymursunuz  -    qulaqlarınız  gündəlik  səs  – 
küylə doludur, biz isə sizin nəğmələrinizi dinləyirik, çünki ge-
cələrin  pıçıltısı  bizim  eşitmə  qabiliyyətimizi  gücləndirib.  Biz 
sizi görürük. Axı siz titrək, tutqun işığın altında  dayanmısınız. 
Lakin siz bizi görmürsünüz – biz dözülməz dərəcədə parlaq qa-
ranlıqda qərar tutmuşuq.  
Biz dərdin oğullarıyıq – peyğəmbərlər, şairlər və musiqi-
çilər. Biz qəlbimizin iplərindən tanrılar üçün əlbisə toxuyuruq 
və ruhumuzun toxumları ilə mələklərin ovuclarını doldururuq. 
Siz, ey qayğısız şənliyin və bitib-tükənməyən nəşənin, əyləncə-
nin  oğulları  –  siz,  ürəyinizi  boşluğun  əllərinə  verib  onun  bar-
maqlarını  nəvazişilə  heyran  olubsunuz,  səfehliyin  yanındaca 
dinclik axtarırsınız. Çünki səfehliyin evində simanızı görə bilə-
cəyiniz ayna yoxdur.  
Biz  dərddən  ah  çəkirik  və  bizim  nəfəsimizlə  çiçəklərin 
pıçıltısı, budaqların xışıltısı və çayların şırıltısı səmalara yüksə-
lir. Siz isə qəhqəhə çəkib gülürsünüz və sizin gülüşünüzün gu-


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə