225
kabuslarının gizləndiyi və gələcəyin ruhlarının vədələrinin gəl-
məsini gözləndiyi bir kölgələr vadisində tənhalığa qapandım.
Orada isə mən, günəşi seyr edən və tək–tənha dolaşan kabus
gördüm. Mən soruşdum:
– Sən kimsən? Adın nədir?
O cavab verdi:
– Mənim adım – azadlıqdır.
– Bəs sənin oğulların hardadır? – deyə mən soruşdum.
Cavabında isə bunları eşitdim:
– Biri xaçda həlak olub. Digəri ağlını itirərək ölüb.
Üçüncüsü isə hələ dünyaya gəlməyib.
Və kabus dumanda qeybə çəkildi.
Əsir hökmdar
Sakitləş, ey əsir hökmdar, zira, bu qaranlıq zindanda sə-
nin çəkdiyin əzablar mənimkilərdən çox deyil. Uzan yat, ey
ürəklərə qorxu salan, zira, yalnız çaqqallar fəlakət qarşısında
əsim-əsim titrəyirlər. Əsirlikdə belə zindana və onun gözət-
çilərinə yuxarıdan aşağı baxan hökmdarlara isə bu heç
yaraşmaz.
Taleyinlə barış, ey ram olunmaz, mənə bax. Axı, həyatın
qulları arasında mən də sənin kimi əsirlikdəyəm. Yeganə fərq
sənə yaxınlaşmağa belə cürət etməyən ruhumun bağlandığı hə-
yəcanlı arzudadır.
226
Hər ikimiz ölkəsindən qovulmuşuq, ailəsindən və sevdik-
lərindən ayrı salınmışıq. Gecələrin və gündüzlərin əzabları ilə
barış və təskinlik tap, mənim kimi, bizi özlərinin qüdrəti ilə
yox, sayı ilə üstələyən zəiflərə sən də gül.
Nərilti və qışqırıqdan nə fayda, əgər insanlar kardırlarsa
və heç nə eşitmirlərsə?
Səndən qabaq mən səsləmişdim onları, lakin zülmətin ka-
buslarından başqa səsimə səs verən olmadı. Sənin kimi mən də
onları öyrənmişəm və hesab edirəm ki, zəncirlənmişin qarşı-
sında cəsarətini nümayiş etdirən təkəbbürlü qorxaqlardan və
yalnız qəfəsə salınmışa yuxarıdan aşağı baxan zəiflərdən iba-
rətdirlər.
Ey qüdrətli hökmdar, sənin məhbəsini əhatə edənlərin üz-
lərinə bax. Və görəcəksən ki, onların üzünün ifadəsi sənin təbə-
ələrinin üzündəki ifadə ilə eynidir — burdan Saxaranın ən uc-
qar guşələrinə qədər. Bir qismi dovşan kimi qorxaq, digər qis-
mi tülkü kimi hiyləgər, qalanları isə ilan kimi məkrlidirlər. Fə-
qət aralarında bir nəfər belə yoxdur ki, dovşanın
sülhsevərliyinə, tülkünün ağlına və ilanın müdrikliyinə malik
ola.
Bir gör nə gündədirlər onlar: biri donuz kimi çirklidir,
amma əti yeyilməz; digəri camış kimi kobuddur, amma dərisi
bir qəpiyə dəyməz; üçüncüsü eşşək kimi axmaqdır, amma iki
227
ayaq üstə gəzir; bir başqası bədxəbərdir qarğa kimi, amma
qarıldaması ilə alver edir; o birisi isə tovuz quşu kimi vüqarlı
və iddialıdır, amma lələklərini borca götürüb.
Ey möhtərəm hökmdar, bax, bu saray və məbədlərə – bu
dar yuvalara, orda ulduzları onlardan gizləyən naxışlı tavanlar-
la fəxr eləyən və günəşin şüalarının qarşısını alan divarların
möhkəmliyinə sevinən insanlar yaşayır; bax, bu qaranlıq mağa-
ralara, onların tağlarının altında gəncliyin gülləri solur, künclə-
rində isə eşq və arzuların yanar közləri küllənərək tüstüyə çev-
rilir; bax bu qəribə zirzəmilərə, orda körpənin nənnisi can verə-
nin yatağı üstündə yellənir, gəlinin taxtı isə dəfn kəcavəsinin
yanındadır.
Bu kəsişən küçələrə və dar döngələrə diqqət elə, ey şanlı
hökmdar. Yolçulara təhlükə yaradan dərələrə oxşayırlar onlar,
tinlərində quldurlar pusqu qurub, içərilərində cinayətkarlar giz-
lənib. Ziddiyyətli arzuların ölüm-dirim meydanıdır onlar, orda
nəfslər bir-biri ilə qılıncsız döyüşür və dırnaqsız didirlər bir-bi-
rini. Amma yox, bu daha çox əhliləşmiş görünən vəhşi heyvan-
ların yaşadığı dəhşət meşəsinə bənzəyir. Onun qanunları ən nə-
ciblərə deyil, ən bic və ən çeviklərə yaşamaq hüququ verir,
ənənələrinə isə ən ləyaqətliləri deyil, ən pozğun və ən yalançı-
ları varis təyin edir. Onların hakimləri sənin kimi aslan deyil,
228
qartal dimdikli, kaftar pəncəli, əqrəb iynəli və qurbağa səsli xi-
meralardır.
Canım sənə qurban olsun, ey əsir düşmüş hökmdar, gör
nə vaxtdır yanında durub nitqlər söyləyirəm. Taxtdan salınmış
ürəyin xasiyyəti belədir, – o yalnız yıxılmış hökmdarların hü-
zurunda təskinlik tapa bilir; əsir düşmüş tənha ruh da belədir –
özü kimiləri ilə ünsiyyətində sevinc axtarır. Söz və fikirləri ona
yemək-içməyi əvəz edən bu gənci bağışla.
Görüşənədək, ey qüdrətli nəhəng, və əgər bu görüş bizə
yad olan bu dünyada baş tutmasa, qoy, onda o, hökmdarların
ruhlarının əzabkeşlərin ruhları ilə görüşdüyü o biri dünyada baş
versin.
Ey anamın oğulları!
Məndən nə istəyirsiniz, ey anamın oğulları?
Sizin üçün boş vədlərlə bəzədilmiş saraylar və damı arzu-
larla örtülmüş məbədlər tikməyimi, yoxsa yalançı və qorxaqla-
rın tikdiklərini uçurmağımı, riyakar və alçaqların ucaltdıqlarını
sökməyimi istəyirsinizmi?
Sizin üçün nə edim, ey anamın oğulları?
Sizə xoş gəlmək üçün göyərçin kimi quruldamalıyammı,
yoxsa özümə xoş gəlmək üçün aslan kimi nərildəməli?
229
Mən oxudum sizin üçün, amma siz rəqs eləmək istəmədi-
niz. Mən ağladım sizin qarşınızda, amma siz mənə qoşulub ağ-
lamaq istəmədiniz; istəyirsiniz ki, mən eyni zamanda həm oxu-
yum, həm də ağlayım?
Ruhlarınız acından qıvrılırlar, baxmayaraq ki, bilik çörə-
yi vadidəki daşlardan çoxdur, amma siz yemirsiniz onlardan;
ürəkləriniz susuzluqdan yanır, baxmayaraq ki, həyat bulaqları
çay kimi evlərinizin yanından axır. Niyə axı siz içmirsiniz?
Dənizin qabarması, çəkilməsi var, ayın bədirlənməsi və
yenidən doğulması, fəsillərin isə yayı və qışı var. Həqiqətə gəl-
dikdə isə o dəyişmir, yox olmur və heç nəyə də çevrilmir. Elə
isə onun üzünü niyə korlamaq istəyirsiniz?
Gecənin sakitliyində sizi çağırırdım ki, bədirlənmiş ayın
gözəlliyini və ulduzların möhtəşəmliyini göstərim sizə. Siz isə
yatdığınız yerdən dik atılaraq qorxu içində qılınc və nizələrini-
zi qapıb: “Hanı düşmən? Məhv edərik onu”,– deyə qışqırırdı-
nız. Lakin səhər həm atlı, həm piyada, düşmən üstümüzə gə-
ləndə mən sizi yenə çağırırdım, siz isə oyanmır, yalnız yuxulu-
yuxulu üzünüzü çevirirdiniz.
Mən deyirdim: “Durun, dağın başına qalxaq, sizə dünya-
nın səltənətlərini göstərim”. Siz isə cavab verirdiniz: “Ata-ba-
balarımız bu dərənin dibində yaşamış, onun kölgəsində ölmüş
Dostları ilə paylaş: |