Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə60/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   56   57   58   59   60   61   62   63   ...   82

 
238 
“Bəli! Bəli! Özünüdərk – hər bir dərkin anasıdır! Mən öz 
“mən”imi dərk etməliyəm – və mən onu axıra qədər dərk edə-
cəm! Mən onun bütün hissə və xassələrini, onun bütün incəlik-
lərini və zərrəciklərini dərk edəcəm.  Mən ruhumun üzərindəki 
sirrlər pərdəsini qaldırmalı, ürəyimin dərinliklərində olan bütün 
gizlinləri  işıqlandırmalıyam.  Bundan  başqa  mən  ruhani  möv-
cudluğumun maddi mövcudluğum üçün əhəmiyyətini və maddi 
varlığımın ruhani varlığım üçün dəyərini aydınlaşdırmalıyam”. 
O  bu  sözləri  vəcdlə  söylədi  və  onun  gözlərində  “idrak 
yanğısı”, özünüdərk işığı parladı. Sonra o qonşu otağa keçərək 
yerdən tavana qədər bütün divarı tutmuş iri güzgünün qarşısın-
da  heykəl  kimi  hərəkətsiz  dayandı.  O,  öz  əksini  tədqiq  edirdi: 
üzünü, başının formasını, bədəninin cizgilərini, bir sözlə, bütün 
xarici görünüşünü. 
Düz yarım saat donub dayandı güzgünün qabağında, san-
ki əbədi İdeya ona onun ruhunun gizli sirlərini açan və varlığı-
nın  ən  qaranlıq  guşələrini  işıqlandıran  möhtəşəm  fikirlər  gön-
dərirdi. Nəhayət özü-özünə, asta-asta dilləndi: “Boyum balaca-
dır mənim, amma, axı, Napoleon və Viktor Hüqo da belə idilər. 
Alnım  dardır,  amma  Sokratın  və  Spinozanın  alnı  da  bu 
cür idi. 
Mən keçələm, amma Şekspir də keçəl idi. 


 
239 
Burnum  uzun  və  əyridir,  amma  eyni  burundan  Savona-
rolda, Volterdə və Corc Vaşinqtonda da vardı. 
Gözlərim xəstədir, eyni ilə müqəddəs Paveldə və Nitsşe-
də olduğu kimi. 
Yekə ağzım və sallaq dodağım var, eyni ilə Siseronda və 
XIV Lüdovikdə olan kimi. 
Boynum da yoğundur, lap Hannibal və Mark Antonidəki 
kimi. 
Qulaqlarım  Bruno  və  Servantesdəki  kimi  uzun  və 
şəlpədi. 
Yanaqlarım  batıqdır,  almacıq  sümüklərim  isə  qabağa 
çıxır, lap Lafayet və Linkolnda olduğu kimi. 
Çənəm  də  bir  az  irəlidi,  Qoldsmit  və  Uilyam  Pittdəki 
kimi. 
Bir  çiynim  o  birindən  hündürdür,  Qambetta  və  Ədib 
İshaqdakı kimi.  
Əllərim  toppuş,  barmaqlarım  qısadır,  eynən  Bleyk  və 
Dantonun əlləri kimi. 
Bütövlükdə  bədənim  zəif  və  arıqdır,  amma  bu,  cismini 
ruhani məqsədlər uğrunda incidən əksər mütəfəkkirlərin də nə-
sibi  deyilmi?  Qəribədir,  yanımda  qəhvədan  olmasa  işləyə    ya-
zıb,  oxuya  bilmirəm!..Bu  xasiyyətimdə  lap  Balzaka  oxşamı-


 
240 
şam. Bundan başqa Tolstoy və Maksim Qorki kimi mən də sa-
də xalqla ünsiyyətdə olmağı xoşlayıram. 
Olur  ki,  günlərlə  yuyunmuram,  belə  şeylər  Bethoven  və 
Uolt Uitmenlə də baş verərdi. 
Necə də təəccüblüdür! Qadınların ərləri evdə olmayanda 
onların çıxartdıqları oyunlar barədə söhbətlərə qulaq asmaqdan 
xoşum  gəlir  –  eynən  Bokkaço  və  Rable  kimi!  Mənim  şərab 
düşkünlüyüm isə Nuhun, Əbu Nüvasın, Müsse və Marlonunku-
na oxşayır. Yaxşı yeməkdən vaz keçə bilmirəm, xoşlayıram ki, 
masanın  üstündə  cürbəcür  xörəklər  olsun,  amma,  axı,  Böyük 
Pyotr və əmir əş-Şihabi də iştahlı adamlar olmuşlar”. 
Bir anlığına nitqini yarımçıq kəsən Səlim əfəndi barmaq-
larının ucu ilə alnına toxundu və davam etdi:  
“Bu  –  mənəm.  Mənim  həqiqi  mahiyyətim  bundan 
ibarətdir. 
Mən – bəşər tarixinin başlanğıcından bu günə qədər yaşa-
mış  ən  böyük  insanların  fərqli  keyfiyyətlərinin  məcmusuyam. 
Və özündə bütün bu keyfiyyətləri birləşdirən insan hökmən nə-
sə böyük bir şey eləməlidir. 
Müdrikliyin əsası – özünüdərkdir. Və bu axşam mən özü-
mü dərk etdim. Bu gündən mən böyük bir işə girişəcəm. Bunu 
məndən  rəngarəng  və  çoxsaylı  elementlərini  məndə  birləşdir-
miş dünya ideyası tələb edir. Bu gün mən bəşəriyyətin ən bö-


 
241 
yük dühaları ilə bərabərləşdim; Nuh və Sokratdan tutmuş Bok-
kaço və Əhməd Faris əş-Şidyaka qədər. Mən hələ bilmirəm gö-
rəcəyim o böyük iş nədən ibarət olacaq, amma bir şey şəksiz-
dir:  cismində  və  ruhunda  mənimki  qədər  mahiyyət  birləşmiş 
şəxs – gündüzlərin möcüzəsi, gecələrin sehridir! Mən öz ruhu-
mu dərk etdim. Bəli, and içirəm allahlara ki, mən ruhumu dərk 
etdim!  Elə  isə,  qoy,  nə  qədər  ki,  mən  öz  işlərimi  yekunlaşdır-
mamışam mənim ruhum sonsuzluğa qədər yaşasın, mahiyyətim 
əbədiyyətə qovuşsun, dünya mövcudluğunu dayandırmasın”. 
Səlim əfəndi otaqda bir neçə dəfə var-gəl etdi. Onun ey-
bəcər üzü sevincdən parlayırdı. Pişik miyoltusu ilə sümük şaq-
qıltısını özündə  birləşdirən səsi ilə  o, Əbu-l-Əlanın şerini tək-
rarlayırdı: 
 
Qədim qəhrəman deyiləm, indi yaşayanlardanam, 
Lakin əməllərimə qədimlər tay olarmı? 
 
Bir  saatdan  sonra  isə  bizim  qəhrəman    paltarını 
soyunmadan öz yapıxmış yatağında uzanmışdı. Və onun Adəm 
oğlunun səsindən çox dəyirman daşının gurultusunu xatırladan 
xorultusu məhləni başına almışdı. 
 
Tufan 
 



 
242 
Yüsif  əl-Fəxri  Livanın  şimalında  yerləşən  Kadiş 
vadisinin yamacında qərar tutan tənha komada zahid kimi ömür 
sürmək  üçün  qarışıq  dünyanı  tərk  edəndə  otuz  yaşına  təzəcə 
qədəm qoymuşdu.  
Qonşu  kəndlərin  sakinləri  onun  barəsində  müxtəlif  fikir 
söyləyirdilər.  Biri  deyirdi:  «Bu  oğlan  zəngin  və  alicənab  ailə-
dəndir,  sevimli  xanımının  xəyanətindən  sonra  tərki-dünyaya 
çevrilərək, təsəllini tənhalıqda axtarır». Digəri: hesab edirdi ki, 
«O,  şair,  xəyalpərəstdir  və  fikirlərini  qələmə  almaq,  hisslərini 
şeirlərdə ifadə etmək üçün fani dünyadan kənarlaşıb». Bir baş-
qası  isə  iddia  edirdi  ki,  «O  dünyanı  etiqadına  dəyişən  mömin 
sufidir».  «O – divanədir»   – deyə iki kəlmə ilə kifayətlənənlər 
də var idi.  
Mən  insan  qəlbinin  dərinliklərində  fərziyyələrin  köməyi 
ilə  dərk  edilməsi  və  ehtimalların  vasitəsilə  açıqlanması  müm-
kün olmayan sirlərin gizləndiyinə əmin olduğum üçün bu fikir-
lərdən heç biri ilə razı deyildim.  
Lakin  mən  bu  qəribə  insanla    qarşılaşmağı  və  onunla 
həmsöhbət olmağı çox istəyirdim.  
Onun hekayətini bilmək, məqsəd və niyyətindən agah ol-
maq üçün mən ona iki dəfə yaxınlaşmağa çalışdım. Lakin cava-
bında qəzəbli baxışlardan və iki-üç dənə sərt, soyuq və təkəb-
bürlü kəlmələrdən savayı heç nə əldə edə bilmədim.  
İlk dəfə mən ona sidr meşəsinin yaxınlığında rast gəldim 
və  onu  hörmətlə  salamladım.  O  mənim  salamımın  cavabında 
yalnız başını tərpədərək tez də uzaqlaşdı.  


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə