Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə64/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   60   61   62   63   64   65   66   67   ...   82

 
255 
alçaqda  dayanmır.  Onların  arasındakı  fərq  isə  canavarla 
goreşən  arasındakı  fərqi  xatırladır.  Mən  hamı  üçün  əzəli, 
ədalətli qanunun olduğunu artıq çoxdan anlamışam. Bu qanun 
bədbəxtliyi,  cahilliyi  və  axmaqlığı  bərabər  şəkildə  paylayaraq 
bir  xalqa  digər  xalqdan  fərqli  imtiyazlar  vermir  və  birini 
digərlərinin hesabına istismar etmir.  
Mən  o  qədər  heyrətlənmişdim  ki,  onu  artıq  başa  düşə 
bilmirdim.  Soruşdum:  
–  Deməli  belə  çıxır  ki,  sivilizasiya  və  onunla  bağlı  hər 
şey faydasızdır?  
O acıqla əlavə etdi:  
–  Elədir,  sivilizasiyanın  özü  də  onunla  bağlı  hər  şey  də 
faydasızdır. 
Kəşflər  və  ixtiralar  –  insan  şüurunun 
darıxmaqndan  və  tənbəllikdən  başını  qatdığı  oyuncaqlardan 
savayı bir şey deyildir. Məsafələrin ixtisara salınması, dağların 
və  vadilərin  düzləndirilməsi,  dənizlərin  və  fəzaların  fəthi  – 
yalnız  yalandır;  onlar  ruhun  yüksəlişinə  səbəb  olmur,  insanın 
gözünü və qəlbini sevindirmir. Bilik və incəsənət adlanan sirlər 
və müəmmalar isə insanın öz  arxası ilə sürüdüyü, parıltısı və 
cingiltisi  ilə  baş  qatdığı  qızıl  suyuna  salınmış  qandallardan 
savayı bir şey deyildir; ən dəhşətlisi isə budur ki, onlar insanın 
öz  əlləri  ilə  çoxdan  döyəclədiyi  və  işini  tamamlayan  kimi 
köləsinə çevricələcəyini anlamadığı qəfəslər, çubuqlar və dəmir 
barmaqlıqlardır.  Bəli,  insanın  əməlləri  onun  niyyəti,  məqsədi, 
ümidləri,  yer  üzündəki  hər  şey  kimi    faydasızdır.  Yalnız 


 
256 
insanın  məhəbbətinə,  məqsədinə  və  qayğısına  layiq  olan 
yeganə şeydən savayı. Yalnız bir şeydən savayı… 
– Mənim ağam, o nədir? – deyə mən soruşdum. 
O bir anlığa susaraq durdu, daha sonra gözlərini  yumub, 
əllərini  sinəsində  çarpazladı.  Onun  siması  açıldı,  üz  cizgiləri 
yumşaldı və tirək səslə cavab verdi:  
–  Bu  –  ruhun  oyanışı,  onun  ən  məhrəm  güşələrinin 
oyanışıdır.  Bu  –  gözlənilmədən  insanın  qayğısız  varlığını 
nurlandıran  və  onun  könül  gözləri  qarşısında  melodiyalarla 
dolu,  işıq  selinə  bənzər  şəfəqlə  bürülü,  yer  üzü  ilə  sonsuzluq 
arasında  qərar  tutan  həyatı  canlandıran  fikirdir.  Bu  –  varlığın 
vicdanının  qığılcımlarından  biridir;  o,  ruhun  dərinliyində 
gözlənilmədən  alışır,  quru  otları  yandırır  və  lərzəyə  gələrək, 
həddsiz  hüdudsuz  fəzaya  buxarlanır.  Bu  –  insanın  qəlbini 
çuğlayan  və  qiyam  qaldıraraq  onun  ziddinə  gedən,    hər  şeyi 
inkar  və  məzəmmət  edən,  ona  maneçilik  göstərən,  hər  şeyə 
nifrət  bəsləyən  və  onun  sirlərini  anlamayanlarla  mübarizə 
aparan  hissdir,  duyğudur.  Bu  –  insan  cəmiyyətində,  ailəmin, 
dostlarımın  və  həmvətənlərimin  arasında  yaşadığım  zaman 
gözlərimi  açan  görünməz  əldir.  O  zaman  mən  heyrətdən  və 
çaşqınlıqdan  qışqırmışdım:  «Bu  simalar  kimə  məxsusdur  və 
mənə baxan insanlar kimdir? Mən onları haradan tanıyıram və 
onlara  nə  zaman  rast  gəlmişəm?  Mən  buraya  nə  üçün 
düşmüşəm və onların məclisində,  söhbətlərində nə üçün iştirak 
edirəm?  Mən  ki  onların  arasında  yadam  və  ya  onlar  həyatın 


 
257 
mənim  üçün  qurduğu  və  açarını  isə  mənə  təhvil  verdiyi  evdə 
mənə yaddırlar». 
O  gözlənilmədən  susdu,  sanki xatirələr  onun  hafizəsində 
haqqında  danışmaq  istəmədiyi  surətləri  və  kölgələri 
canlandırdı. Daha sonra o əlini mənə tərəf uzadaraq pıçıldadı:  
–  Dörd  il  bundan  əvvəl  tərki-dünya  olub,  yaşamaq, 
ruhlanmaq,  düşüncələrimdən,  tufandan  və  sakitlikdən  həzz 
almaq üçün bu səhraya gəlməmiş başıma gələnlər  bunlar idi.  
O  komanın  qapısına  yaxınlaşaraq  gecənin  qaranlığına 
boylandı. Sonra tufana müraciət edirmiş kimi ucadan dedi:  
– Ruhumun məhrəm güşələrinin oyanışı bu cür oldu. Onu 
hiss  edən  kəs  bunu  söz  ilə  deməkdə  acizdir,  bu  oyanışı  dərk 
etməyən  isə  onun  sirlərindən  heç  bir  zaman  agah  ola 
bilməyəcəkdir!  
 

 
Fikirlərimizin  pıçıltısı,  tufanın  uğultusu    ilə  dolu  uzun 
saatlar  keçdi.  Yusif  əl-Fəxri  komada  gəzişir,  qapıya 
yaxınlaşaraq 
zülmətin  çökdüyü  sonsuzluğa    diqqətlə 
boylanırdı.    Mən  onun  ruhunun  hərəkətini  dərk  etməyə, 
söylədiklərinin  mənasına  varmağa,  onun  zövqü-səfa  və 
tənhalığın  sıxıntıları  ilə  dolu  həyatı  barəsində  düşünməyə 
çalışaraq  susurdum.  Gecə  yarısı  o  mənə  yaxınlaşdı  və  sanki 
tənhalığının sirrini açdığı insanın üz cizgilərini hafizəsinə həkk 
etmək niyyəti ilə mənə diqqətlə baxaraq, sakitcə dedi: 


 
258 
–  Mən  bu  tufanlı  gecədə  ətrafı  dolaşmağa  gedəcəyəm. 
Adətən  mən  payız  və  qış  mövsümündə  bu  cür  gəzintilərdən 
həzz  alıram.  Qəhvə  və  tütün  qarşındadır,  şərab  içmək  istəsən, 
şərab  bardaqdadır.  Yatmaq  istəsən,  yorğanla  yastıqlar  otağın 
küncündədir.  
O  bunu  deyib  ağır,  qara  yağmurluğunun  qabağını 
möhkəmcə bağladı və gülümsəyərək əlavə etdi:  
–  Xahiş  edirəm,  səhər  gedəndə  qapını  möhkəm 
bağlayarsan. Mən sabah bütün günü sidr meşəsində olacağam.  
O,  qapıya  yaxınlaşaraq,  qapının  kənarında  divara 
söykədiyi uzun əsasını götürdü və dedi:  
– Əgər nə vaxtsa bu komanın yaxınlığında tufana düşsən, 
bu  daxmada  gizlənə  bilərsən.  Lakin,  mən  tufandan 
qorxmayacağına  və  onu  sevməyi  öyrənəcəyinə  ümid  edirəm. 
Gecən xeyrə qalsın, qardaşım!  
Və o, tələsik daxmadan çıxdı.  
Mən  onun  haraya  yollandığını  görmək  üçün  qapıya 
yaxınlaşanda,  o  artıq  zülmətə  qərq  olmuşdu.  Mən  bir  neçə 
dəqiqə onun ayaq səslərini dinləyə bildim.  
Səhər açıldı, tufan sakitləşdi, buludlar pərən-pərən düşdü  
və  günəş  şüası  qayalara,  ətrafdakı  meşələrə  səpələndi.  Mən 
komanı  tərk  edərək  qapını  möhkəm  bağladım  və  Yusif  əl-
Fəxrinin  söylədiyi  ruhi  oyanışın  zərrəsini  qəlbimdə  özümlə 
apardım.  
Lakin  yenidən  insanların  yanına  qayıdan  da,  onlarla 
evimdə qarşılaşan da, onların səs-küyünü və qələbəliyini görən 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə