ƏLİMƏRDAN
BƏY TOPÇUBAŞOV
61
yanvarında Tifl isdə Cənubi Qafqazdan Məclisi-Müəssisana seçilən nü-
mayəndələr regional qanunverici orqan olan Zaqafqaziya Seyminin yara-
dılması qərarına gəldilər və Seymin ilk toplantısı 1918-ci ilin fevralın 23-
də keçirildi. Seymin Müsəlman fraksiyasında Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə,
F.X.Xoyski, N.Yusifbəyli, M.Y.Cəfərov və digərləri iştirak edirdi.
Qeyd edək ki, 1918-ci ilin mart hadisələrindən sonra aprel ayının 3-də
Ə.M.Topçubaşov erməni əsgərləri tərəfindən həbs edilib bir ay saxlanıldı. Son-
radan Hümmət təşkilatının zaminliyinə verilib azad olunsa da, ermənilərin tələ-
bi ilə yenidən tutulub Bayıl həbsxanasına göndərildi
16
. Həbsxanadakı ağır şəra-
itdən sonra nəzarət altında xəstəxanaya yerləşdirilən Ə.M.Topçubaşov
yenidən
zaminə verilərək azadlığa buraxıldı.
1918-ci ilin 28 mayında Tifl isdə Azərbaycan istiqlalı elan edildiyi gündə
Ə.M.Topçubaşov Bakıda həbsxanada olduğundan proseslərdə iştirak etmirdi. Odur
ki, həmin günlərdə formalaşan Hökumət kabinetinin tərkibində Ə.M.Topçubaşovun
adına rast gəlmirik. Ə.M.Topçubaşov yalnız iyun ayının 16-da Gəncədə F.X.Xoyskinin
formalaşdırdığı ikinci Hökumət kabinetində portfelsiz nazir vəzifəsini tutdu.
1918-ci ilin avqustunda Nazirlər Kabinetinin Sədri F.X.Xoyski bu məzmunda
1144 saylı qərar verdi: “Azərbaycan Sülh Nümayəndə Heyətinin cənab sədrinə.
Hökumətin 1918-ci ilin 20 avqust tarixli qərarına əsasən Azərbaycan Respubli-
kası hökumətinin üzvü, nazir Əlimərdan bəy Topçubaşov Azərbaycan Respub-
likasının maraqlarına aid olan bütün məsələlərlə bağlı fövqəladə səlahiyyətlə
Osmanlı hökuməti imperatorluğuna göndərilir. Hökumət qərara aldı ki, sədrlik
etdiyiniz nümayəndələri məlumatlandıraq ki, əgər Beynəlxalq konfrans baş tu-
tarsa, Ə.M.Topçubaşovla əlaqədə olun və o, Azərbaycan Sülh Nümayəndəliyinin
tamhüquqlu üzvü kimi orada iştirak etmək hüququna malikdir”
17
.
Ə.M.Topçubaşov bir müddət Tifl isdə qalıb əhəmiyyətli görüşlər keçirdikdən
sonra İstanbula getdi.
Ə.M.Topçubaşov fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi
1918-ci il sentyabrın 28-də İstanbula gəldi və bir neçə gün sonra rəsmi
görüşlərə başladı. Maraqlıdır ki, o, bu görüşləri ilə bağlı daima qeydlər
aparırdı. Həmin qeydlərdən məlum olur ki, Ə.M.Topçubaşov burada Azər-
baycan dövləti üçün çox vacib görüşlər keçirmişdir.
Ə.M.Topçubaşovun qeydlərindən məlum olur ki, o, İstanbulda ilk görüşünü
Türkiyənin Sədrəzəmi (Baş Naziri) Tələt Paşa ilə keçirdi. Tələt Paşa həmin gö-
16
C. Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 278-279.
17
Azərbaycan Respublikası Dövlət Arxivi, f. 970, s. 1, i. 138, v. 2.
CÜMHURİYYƏT QURUCULARI
62
rüşdə Berlinə olan səfəri haqqında məlumat verdi və orada Azərbaycanın ma-
raqlarından çıxış etdiyini söylədi. O, qeyd etdi ki, Avstriya-Macarıstan, Almaniya
hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmir. Tələt Paşa Rusiyanın
mövqeyini açıqlayan səfir İoff enin isə “Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi
ilə müstəqil dövlətlərini yaradırlar” fikrini diqqətə çatdırdı.
Ə.M.Topçubaşov cavabında dedi: “Mən bir qədər rus bolşevizmi ilə tanışam, Sizi
inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil.
Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çev-
rilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər”
18
.
Sonra Ə.M.Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə
görə Türkiyə hökumətinə təşəkkürünü bildirdi.
Ə.M.Topçubaşov oktyabrın 2-də eyni gündə Türkiyənin Xarici İşlər naziri
Əhməd Nəsimi bəylə də görüş keçirdi. Bu görüşdə də Əhməd bəy Ə.M.Top-
çubaşova Türkiyənin Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu
qeyd etdi və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxundu
19
.
Ə.M.Topçubaşov İstanbulda uğurlu görüşlərini davam etdirirdi. Eyni gündə
iki görüş keçirir, Türkiyənin dövlət rəsmilərində Azərbaycana diqqəti artırmağa
çalışırdı. Həmin görüşlərin ümumi xronologiyasından: “1) 1918-ci il, 3 oktyabr,
3-cü gün, saat 12:40-da Türkiyənin Ədliyyə naziri Xəlil bəylə görüş; 2) Eyni gün-
də saat 12:50-də Hərbi nazir Ənvər Paşa ilə görüş; 3) 1918-ci il 21 oktyabr, birinci
gün, saat 14:15-də Türkiyənin yeni Sədrəzəmi (Baş Naziri) İzzət Paşa ilə görüş;
4) 1918-ci il 27 oktyabr, bazar günü, saat 12-də Türkiyənin yeni Xarici İşlər na-
ziri Nəbi bəylə görüş; 5) 1918-ci il 28 oktyabr, birinci gün, saat 12:15 dəqiqədə
Türkiyənin Xalq Maarif nazirinin yardımçısı ilə görüş; 6) Eyni gündə Türkiyənin
yeni Şeyxülislamı ilə görüş; 7) 1918-ci il 3 noyabr, saat 21:30-da Türkiyənin Dəniz
naziri və Türkiyənin Batum və Trapezund konfransındakı nümayəndə heyətinin
sədri Rauf bəylə görüş; 8) 1918-ci il 4 noyabr, saat 12:10-da Türkiyə Xarici İşlər
nazirinin yardımçısı Rişad Hikmət bəylə görüş; 9) 1918-ci il 5 noyabr, saat 11:20-
də Türkiyə Xarici İşlər Nazirliyində Nəbi bəylə görüş; 10) 1918-ci il 8 noyabr, saat
14-də, Türkiyənin Maliyyə naziri Hüseyn Cavid bəylə görüş”
20
.
Ə.M.Topçubaşov İstanbulda müxtəlif xarici ölkələrin təmsilçiləri ilə də gö-
rüşlər keçirirdi: Ukraynanın Türkiyədəki təmsilçisi Sukovkin, İranın Türkiyədəki
təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki (albayı) Tamp, Rusiya Müvəqqəti
18
Azərbaycan Respublikası Dövlət Arxivi. f. 894, s. 10, i. 150, v. 1-2.
19
Yenə orada, v.3.
20
Yenə orada, v.10-11.