Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə22/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   18   19   20   21   22   23   24   25   ...   166

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

61

yanvarında Tifl isdə Cənubi Qafqazdan Məclisi-Müəssisana seçilən nü-



mayəndələr regional qanunverici orqan olan Zaqafqaziya Seyminin yara-

dılması qərarına gəldilər və Seymin ilk toplantısı 1918-ci ilin fevralın 23-

də keçirildi. Seymin Müsəlman fraksiyasında Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, 

F.X.Xoyski, N.Yusifbəyli, M.Y.Cəfərov və digərləri iştirak edirdi.

Qeyd edək ki, 1918-ci ilin mart hadisələrindən sonra aprel ayının 3-də 

Ə.M.Topçubaşov erməni əsgərləri tərəfindən həbs edilib bir ay saxlanıldı. Son-

radan Hümmət təşkilatının zaminliyinə verilib azad olunsa da, ermənilərin tələ-

bi ilə yenidən tutulub Bayıl həbsxanasına göndərildi

16

. Həbsxanadakı ağır şəra-



itdən sonra nəzarət altında xəstəxanaya yerləşdirilən Ə.M.Topçubaşov yenidən 

zaminə verilərək azadlığa buraxıldı.

1918-ci ilin 28 mayında Tifl isdə Azərbaycan istiqlalı elan edildiyi gündə 

Ə.M.Topçubaşov Bakıda həbsxanada olduğundan proseslərdə iştirak etmirdi. Odur 

ki, həmin günlərdə formalaşan Hökumət kabinetinin tərkibində Ə.M.Topçubaşovun 

adına rast gəlmirik. Ə.M.Topçubaşov yalnız iyun ayının 16-da Gəncədə F.X.Xoyskinin 

formalaşdırdığı ikinci Hökumət kabinetində portfelsiz nazir vəzifəsini tutdu.

1918-ci ilin avqustunda Nazirlər Kabinetinin Sədri F.X.Xoyski bu məzmunda 

1144 saylı qərar verdi: “Azərbaycan Sülh Nümayəndə Heyətinin cənab sədrinə. 

Hökumətin 1918-ci ilin 20 avqust tarixli qərarına əsasən Azərbaycan Respubli-

kası hökumətinin üzvü, nazir Əlimərdan bəy Topçubaşov Azərbaycan Respub-

likasının maraqlarına aid olan bütün məsələlərlə bağlı fövqəladə səlahiyyətlə 

Osmanlı hökuməti imperatorluğuna göndərilir. Hökumət qərara aldı ki, sədrlik 

etdiyiniz nümayəndələri məlumatlandıraq ki, əgər Beynəlxalq konfrans baş tu-

tarsa, Ə.M.Topçubaşovla əlaqədə olun və o, Azərbaycan Sülh Nümayəndəliyinin 

tamhüquqlu üzvü kimi orada iştirak etmək hüququna malikdir”

17

.

Ə.M.Topçubaşov bir müddət Tifl isdə qalıb əhəmiyyətli görüşlər keçirdikdən 



sonra İstanbula getdi.

Ə.M.Topçubaşov  fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi 



1918-ci il sentyabrın 28-də İstanbula gəldi və bir neçə gün sonra rəsmi 

görüşlərə başladı. Maraqlıdır ki, o, bu görüşləri ilə bağlı daima qeydlər 

aparırdı. Həmin qeydlərdən məlum olur ki, Ə.M.Topçubaşov burada Azər-

baycan dövləti üçün çox vacib görüşlər keçirmişdir.

Ə.M.Topçubaşovun qeydlərindən məlum olur ki, o, İstanbulda ilk görüşünü 

Türkiyənin Sədrəzəmi (Baş Naziri) Tələt Paşa ilə keçirdi. Tələt Paşa həmin gö-

16

 C. Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 278-279.



17

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 970, s. 1, i. 138, v. 2.




CÜMHURİYYƏT QURUCULARI

62

rüşdə Berlinə olan səfəri haqqında məlumat verdi və orada Azərbaycanın ma-



raqlarından çıxış etdiyini söylədi. O, qeyd etdi ki, Avstriya-Macarıstan, Almaniya 

hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmir. Tələt Paşa Rusiyanın 

mövqeyini açıqlayan səfir İoff enin isə “Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi 

ilə müstəqil dövlətlərini yaradırlar” fikrini diqqətə çatdırdı.

Ə.M.Topçubaşov cavabında dedi: “Mən bir qədər rus bolşevizmi ilə tanışam, Sizi 

inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil. 

Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çev-

rilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər”

18

.

Sonra Ə.M.Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə 



görə Türkiyə hökumətinə təşəkkürünü bildirdi.

Ə.M.Topçubaşov oktyabrın 2-də eyni gündə Türkiyənin Xarici İşlər naziri 

Əhməd Nəsimi bəylə də görüş keçirdi. Bu görüşdə də Əhməd bəy Ə.M.Top-

çubaşova Türkiyənin Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu 

qeyd etdi və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxundu

19

.



Ə.M.Topçubaşov İstanbulda uğurlu görüşlərini davam etdirirdi. Eyni gündə 

iki görüş keçirir, Türkiyənin dövlət rəsmilərində Azərbaycana diqqəti artırmağa 

çalışırdı. Həmin görüşlərin ümumi xronologiyasından: “1) 1918-ci il, 3 oktyabr, 

3-cü gün, saat 12:40-da Türkiyənin Ədliyyə naziri Xəlil bəylə görüş; 2) Eyni gün-

də saat 12:50-də Hərbi nazir Ənvər Paşa ilə görüş; 3) 1918-ci il 21 oktyabr, birinci 

gün, saat 14:15-də Türkiyənin yeni Sədrəzəmi (Baş Naziri) İzzət Paşa ilə görüş; 

4) 1918-ci il 27 oktyabr, bazar günü, saat 12-də Türkiyənin yeni Xarici İşlər na-

ziri Nəbi bəylə görüş; 5) 1918-ci il 28 oktyabr, birinci gün, saat 12:15 dəqiqədə 

Türkiyənin Xalq Maarif nazirinin yardımçısı ilə görüş; 6) Eyni gündə Türkiyənin 

yeni Şeyxülislamı ilə görüş; 7) 1918-ci il 3 noyabr, saat 21:30-da Türkiyənin Dəniz 

naziri və Türkiyənin Batum və Trapezund konfransındakı nümayəndə heyətinin 

sədri Rauf bəylə görüş; 8) 1918-ci il 4 noyabr, saat 12:10-da Türkiyə Xarici İşlər 

nazirinin yardımçısı Rişad Hikmət bəylə görüş; 9) 1918-ci il 5 noyabr, saat 11:20-

də Türkiyə Xarici İşlər Nazirliyində Nəbi bəylə görüş; 10) 1918-ci il 8 noyabr, saat 

14-də, Türkiyənin Maliyyə naziri Hüseyn Cavid bəylə görüş”

20



Ə.M.Topçubaşov İstanbulda müxtəlif xarici ölkələrin təmsilçiləri ilə də gö-

rüşlər keçirirdi: Ukraynanın Türkiyədəki təmsilçisi Sukovkin, İranın Türkiyədəki 

təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki (albayı) Tamp, Rusiya Müvəqqəti 

18

 Azərbaycan Respublikası Dövlət Arxivi. f. 894, s. 10, i. 150, v. 1-2.



19

 Yenə orada, v.3.

20

 Yenə orada, v.10-11.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə