Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə18/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   14   15   16   17   18   19   20   21   ...   166

CÜMHURİYYƏT QURUCULARI

50

Üçüncü məsələdə Tomson Dağlı Respublikasının güclü olmadığını və yəqin 



ki, yıxılacağını söylədi. O, qeyd etdi ki, orada qarşılıqlı əlaqələri hələ müəyyənləş-

məyən xalqların bəzilərinin bolşevizmə də müxtəlif münasibətləri mövcuddur. 

Dördüncü məsələdə isə Tomsonun Naxçıvan rayonunun idarəçiliyinin mü-

vəqqəti olaraq ermənilərə verilməsi bildirilirdi. F.X.Xoyskinin əsaslı faktlarından 

sonra Tomson onunla razılaşdığını və bu məsələ ətrafında ciddi düşünəcəyini 

söylədi. F.X.Xoyski Tomsonun diqqətinə Qarabağda ermənilərin xalq arasında 

mövcud Azərbaycan hökumətinin tanınmaması təbliğatını apardıqlarını söylə-

di. Tomson bildirdi ki, onun sərəncamı əsasında orada bu işi aparanlar uzaqlaş-

dırılacaqlar.

1919-cu ilin 14 dekabrında Bakıda Azərbaycan-erməni konfransının ilk ic-

lası keçirildi. Həmin konfransda ilk çıxışı F.X.Xoyski etdi. O, çıxışında hər iki xalq 

arasında müxtəlif görüşlərin, toplantıların keçirilməsinə baxmayaraq, nəticə-

siz olduğunu qeyd etdi. F.X.Xoyski o məqamı da vurğuladı ki, Zaqafqaziya 

xalqlarının marağı öz aralarında möhkəm dostluq münasibətlərinin yara-

dılmasını tələb edir. 

F.X.Xoyski fikrini belə ifadə edirdi: “Mən bir an da olsun şübhə et-

mirəm ki, Qafqazın azadlıqsevər oğulları üçün – o, istər azərbaycanlı, dağ-

lı, erməni və gürcü olsun – onların hamısı üçün müstəqil mövcud olmaq 

və müstəqillik ideyası çox dəyərlidir”

23

.

1919-cu ilin 24 dekabrında N.Yusifbəylinin yenidən formalaşdırdığı Nazirlər 



Şurasında Xarici İşlər naziri vəzifəsi F.X.Xoyskiyə tapşırıldı (həmin vaxta qədər o 

vəzifəni M.Y.Cəfərov icra edirdi).

F.X.Xoyskinin yeni vəzifədə ilk fəaliyyəti Zaqafqaziya respublikaları Konfede-

rasiyasının yaradılması ilə bağlı çalışmaları oldu. Bu mənada onun 1919-cu ilin 30 

dekabrında Gürcüstan və Ermənistan Xarici İşlər Nazirlərinə mövcud problemin 

öz hökumətlərində müzakirə edilib məlumatlandırma xahişi ilə bağlı teleqramı 

böyük əhəmiyyət daşıyırdı. O, bu teleqramında həmin ideyanın dəstəklənəcəyi 

təqdirdə Zaqafqaziya respublikaları nümayəndələrinin konfransının keçirilməsi-

ni mümkün sayırdı.

1920-ci ilin yanvarın 7-də Xarici İşlər naziri F.X.Xoyski Azərbaycanın diplomatik 

nümayəndəsi F.Vəkilova təcili teleqram göndərib Britaniya və Gürcüstan hökumət-

lərinin RSFSR-lə münasibətlərinin yaradılmasını aydınlaşdırmağı xahiş etdi.

1920-ci ilin yanvarın 14-də F.X.Xoyski RSFSR-in Xarici İşlər naziri Q.V.Çiçerinə 

aşağıdakı məzmunda nota göndərdi. Əslində bu, Q.V.Çiçerinin yanvarın 2-də 

23

 Azərbaycan Respublikası Dövlət Arxivi, f 970, s. 1, i. 95, v. 52-54.




FƏTƏLİ XAN XOYSKİ

51

Azərbaycan hökumətinə göndərdiyi radioteleqrama (notaya) cavab idi: “Yan-



varın 2-də göndərdiyiniz və yanvarın 6-da aldığım radioqrammanıza aşağıdakı 

cavabı verirəm: Azərbaycan xalqı böyük tarixi hadisələrin gedişində böyük qur-

banların və iztirabların bahasına azadlığına və müstəqilliyinə nail olub, öz dövlət 

quruculuğu əsasında demokratik respublika yaratdı. Xalqların öz müqəddəratını 

təyinetmə hüququ əsasında Azərbaycan Respublikası bu məqama üstünlük ve-

rir ki, hər bir xalqın öz taleyini və həyatını müəyyənləşdirmək hüququ var. Buna 

görə Azərbaycan hökuməti onun daxili işlərinə kənardan müdaxiləyə imkan 

verməz və həmişə də başqa xalqların daxili işlərinə qarışmamağın tərəfdarıdır. 

Bu prinsipdən çıxış edərək Azərbaycan hökuməti rus xalqının öz daxili həyatın-

da apardığı mübarizəyə müdaxiləni qəbul edə bilməz.

Neytral bir dövlət olmaqla Azərbaycan Respublikası qətiyyətlə öz azadlığı-

nı və müstəqilliyini hər müdaxilədən qorumaq istəyindədir. Bax, buna görə də 

Azərbaycan xalqı onun müstəqilliyinə təhlükə yaradan çar generalı Denikinlə 

gərgin mübarizə apardı və bu məqsədlə mübarizənin uğurlu olması üçün qon-

şu Gürcüstan hökuməti ilə hərbi müdafiə ittifaqı yaratdı. 

Azərbaycan hökumətinin xarici siyasətinin yuxarıdakı istiqamətləri ondan 

Azərbaycan xalqı ilə başqa xalqların arasında xeyirxah münasibətlərin yaradıl-

masını tələb edir. Buna görə də Azərbaycan Respublikası hökuməti danışıqlar 

yolu ilə Azərbaycan və rus xalqları arasında hər iki dövlətin suverenlik prinsiplə-

rindən yaranan xeyirxah qonşuluq münasibətlərinin yaranmasına tərəfdardır”

24

.

F.X.Xoyskinin 1920-ci ilin fevralın 5-də RSFSR-in Xarici İşlər Naziri Q.Çiçerinə 



göndərdiyi növbəti cavab-notada Azərbaycanın suverenliyi və müstəqilliyi yenə 

əsas olaraq səslənirdi.

F.X.Xoyskinin 1920-ci ilin fevralın 26-da Ermənistanın Xarici İşlər Naziri A.Xa-

tisova göndərdiyi teleqramda Zəngəzur qəzasında yaşayan müsəlmanların mü-

dafiəsi üçün oraya Azərbaycan qoşunlarının istiqamətləndirildiyi qeyd olunur-

du. O, qeyd edirdi ki, bizim hökumətimiz 23 noyabrdan olan razılaşmanı yerinə 

yetirir. Lakin həmin müddətdən bu günə qədər erməni qoşunları Zəngəzur-

da 40 müsəlman kəndini məhv edib. Teleqramda müsəlmanlar yaşayan digər 

kəndlərin məhvinin qarşısının alınması üçün müəyyən sayda Azərbaycan Ordu-

sunun həmin bölgəyə göndərildiyi bildirilirdi.

1920-ci ilin martın 7-də F.X.Xoyski növbəti dəfə RSFSR-in Xarici İşlər Naziri 

Q.Çiçerinə cavab notası göndərdi. O, bu notasında da Azərbaycan hökumətinin 

24

   Azərbaycan Respublikası Dövlət Arxivi, f.970, s 1, i. 157, v. 42.; “Азербайджан”, газета, 1920, 14 



января.


CÜMHURİYYƏT QURUCULARI

52

rus və Azərbaycan xalqları arasında mehriban dostluq münasibətləri yaradılma-



sına tərəfdar olduğunu vurğulayırdı

25

.



F.X.Xoyskinin 1920-ci ilin 14 martında hazırladığı sənədində Azərbaycan 

dövlətçiliyi baxımından böyük əhəmiyyəti var idi. Həmin sənəd belə adlanır-

dı: “Azərbaycan Respublikasının Qərbi Avropada və Amerikada diplomatik 

missiyanın təsis olunması və Azərbaycan nümayəndəliyinin Paris Sülh Konf-

ransında yaradılması haqqında olan qanun layihəsi ilə bağlı F.X.Xoyskinin iza-

hedici məktubu”. Bu sənəddə o, Azərbaycanın dünya dövlətləri tərəfindən 

tanınması istiqamətində fəaliyyətin davam etdirilməsini vacib sayaraq, hansı 

vacib işlərin görülməsini müəyyənləşdirərək yazırdı: “Antanta tərəfindən bi-

zim respublikanın müstəqillyinin tanınması Azərbaycanın Avropa ölkələri və 

Amerika ilə düzgün qarşılıqlı münasibətlər yaratması vacibliyini daha da güc-

ləndirir. Qeyd olunan missiyanın başlıca vəzifələrindən biri həmin ölkələrin 

və bizim dövlətin siyasi və maliyyə-iqtisadi vəziyyəti ilə tanışlıq, onlarla sıx 

siyasi, iqtisadi əlaqələrin yaradılmasıdır. Ölkəmizin siyasi vəziyyətinin möh-

kəmlənməsi üçün missiya aşağıdakı işləri görməlidir: a) Dövlətimizin mü-

dafiəsinə xaricdən yönələn hər bir kömək üçün razılaşma şəraiti yaratmaq. 

b) Dövlətimizin suverenliyinin hüquqi cəhətdən tanınmasına nail olmaq.

c) görüşlərin vacib olduğu dövlətlərdə bizim daimi diplomatik nümayəndəliyin 

yaradılmasına çalışmaq.

Göründüyü kimi, missiyanın siyasi işi ölkəmizin iqtisadiyyatının və sənayesi-

nin inkişafına kömək etməlidir”

26

.

Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı yaxınlaşdıqca ermə-



nilər də fəallaşır və ölkədəki vəziyyəti gərginləşdirirdilər. F.X.Xoyski bu 

vəziyyətdən çıxış yolu kimi 1920-ci ilin aprelin 5-də Müttəfiq qüvvələrin 

Zaqafqaziyadakı Ali Komissarlarına nota göndərdi. O, həmin notada Azər-

baycan dövlətinin mübahisəli məsələlərin danışıqlar, sülh və arbitraj yolu ilə 

həllində maraqlı olduğunu qeyd edirdi. F.X.Xoyski bildirirdi ki, bundan ötrü Azər-

baycan hökuməti Zaqafqaziya respublikalarının 1919-cu ildə Tifl isdə keçirilən 

konfransında məhz həmin ideyanı müdafiə etmişdi. O, məlumatlandırırdı ki, 

Azərbaycan hökumətinin təşəbbüsü ilə bu ideyanı inkişaf etdirmək üçün yaxın 

günlərdə Tifl isdə Zaqafqaziya respublikalarının yeni konfransı keçiriləcəkdir.

F.X.Xoyski bu notasında ermənilərin Qarabağda dinc əhaliyə qarşı törətdik-

ləri vəhşilikləri də qeyd edirdi. O, bildirirdi ki, ermənilərin xəyanətkarlıqla qo-

25

 “Азербайджан”, газета, 1920, 9 марта, №48.



26

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 970, s. 1, i. 221, v. 6-7.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə