Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə19/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   15   16   17   18   19   20   21   22   ...   166

FƏTƏLİ XAN XOYSKİ

53

şunlarımıza hücum etməsi onların məqsədinin zorakılıqla Qarabağı ələ keçir-



mək istəyidir. Ermənilər isə beynəlxalq ictimaiyyətə yalan məlumatlar yayırlar 

ki, guya “onlar Qafqazda boykot olunurlar”, “Şuşa-Yevlax yolu onlara bağlanıb”, 

“Azərbaycan hökuməti onların yaşadığı kəndləri artilleriya atəşinə tutub” və s. 

F.X.Xoyski notanın sonunda Azərbaycan hökumətinin Qarabağda vəziyyətin 

qaydaya düşməsinin gecikdiyi ilə bağlı narahatlığını onların diqqətinə çatdırırdı

27

.



Ermənilərin Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərə etiraz olaraq 

F.X.Xoyski 1920-ci ilin aprelin 6-da və 8-də Ermənistan Respublikasının Xarici 

İşlər nazirinə ardıcıl olaraq iki nota göndərdi. O, bu notalarda Ermənistan ərazi-

sindən erməni silahlı dəstələrinin aprelin 5-də Azərbaycan ərazisinə keçib Ya-

radulla və Tatlı kəndlərində vəhşiliklər törətdiklərini, əhalinin üçdə birini qətlə 

yetirdiklərini və hazırda orada döyüşlər getdiyini qeyd edirdi.



Azərbaycanın müstəqilliyi getdikcə təhlükəli xarakter alırdı. Bu mə-

qamları isə Azərbaycanın Xarici İşlər naziri F.X.Xoyskinin teleqramların-

dan aydın görmək mümkündür. Həmin təhlükəni əsas yaradan isə bolşe-

vik Rusiyası idi.

F.X.Xoyskinin 1920-ci ilin aprelin 15-də RSFSR-in Xarici İşlər Komissarı Q.V.

Çiçerinə göndərdiyi notada Rusiya Sovet hökumətinin qoşunlarının Azərbay-

can Respublikası ilə sərhəd olan Dağıstanın Dərbənd rayonunda toplaşmasın-

dan narahat olduğu qeyd edilirdi: “Azərbaycan hökuməti Sovet hökumətinin 

məqsədlərindən məlumatlandırılmadığından təcili şəkildə həmin rayonlarda 

qoşunların toplaşmasının səbəbini öyrənməyi tələb edir. Bununla yanaşı, bu 

günə qədər bizim Rusiya və Azərbaycan xalqları arasında mehriban qonşuluq 

münasibətlərinin yaradılması ilə bağlı danışıqlar təklifimizə cavab almadığımız-

dan hökumətimiz həmin təklifə cavab xahiş edir və təklifi qəbul etdiyiniz halda 

danışıqlar üçün vaxtın və yerin müəyyənləşməsini bildirir”

28

.



Bu notaların verilməsinə baxmayaraq, bolşevik Rusiyasının XI Ordusu 1920-

ci ilin 27 aprelində Azərbaycan sərhədlərini keçərək müstəqil dövlətin ərazisini 

işğal etdi. Bu işğaldan sonra F.X.Xoyski ailəsi ilə birlikdə Tifl isə getmişdir. Burada 

bir müddət yaşadıqdan sonra 1920-ci ilin iyunun 19-da Tifl isdə erməni qatili-

nin arxadan atdığı güllə ilə öldürülmüş və oradakı Botanika bağında (hazırda 

yer belə adlanır) Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun yanında 

dəfn edilmişdir.

27

 “Азербайджан”, газета, 1920, 7 апрелья, №70.



28

 “Yenə orada, 1920, 20 апрелья, №77.




CÜMHURİYYƏT QURUCULARI

54

F.X.Xoyskiyə qarşı terror aktını ermənilər həyata keçirsələr də (daşnak par-



tiyasının üzvləri Aram Erkonyan, Misak Kirakosyan), bu qəsdin təşkilatçısı bolşe-

viklər idi. Tifl isdə F.X.Xoyski Müsavat Partiyasının rəhbərləri və Azərbaycan Or-

dusunun bəzi komandirləri ilə Sovet rejiminə qarşı mübarizə aparır, “üsyançılar 

hərəkatı”na başçılıq edirdi

29

.

F.X.Xoyskinin həyat yoldaşı mil-     



F.X.Xoyskinin Tbilisidə 

Botanika bağında olan məzarı.

liyyətcə rus xanımı olan Yelizaveta 

Vasilyevna idi. F.X.Xoyskinin qohum-

ları onu Ceyran adlandırırdı. Onların 

üç övladı olmuşdu: qızı Tamara 

(1902-1990), oğlanları Murad (1910-

1973) və Ənvər (1914-1935). Övlad-

ların hər üçü Gəncədə doğulmuşdu. 

F.X.Xoyskinin qızı Tamara xanım bol-

şevik M.D.Hüseynovla ailə qurmuş 

və övladları olmamışdı. M.D.Hü 

-

 seynov 1938-ci ildə güllələndikdən 



sonra Tamara xanım həbs edilmiş və 

o, 10 ilə qədər həbsxanada qalmışdı. 

Tamara xanım həbsdən sonra 90 ya-

şına qədər həyatda ya şadı.

29

 Г.Мамулиа, Р.Абуталыбов. Страна огней в борьбе за свободу и независимость. Политическая 



история азербайджанской эмиграции 1920-1945, Париж-Баку., с. 37.


55

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

ƏLİMƏRDAN BƏY 

TOPÇUBAŞOV

(1863 – 1934)

G

örkəmli ictimai-siyasi xadim Əli-



 mər dan  bəy  Topçubaşov  1863-

cü ilin mayın 4-də Gürcüstanın 

Tifl is şəhərində anadan olub. Tifl is gim-

naziyasında təhsilini başa vurduqdan 

sonra Peterburq Universitetinin hüquq 

fakültəsinə daxil olub. 1888-ci ildə uni-

versiteti fərqlənmə ilə bitirdikdən sonra 

Tifl isə gedərək, Dairə məhkəməsində 

çalışıb.

Ə.M.Topçubaşov 1896-cı ildə ailəsi 

ilə birgə Bakıya köçüb və burada “Kaspi” 

qəzetinin redaktoru vəzifəsində işləyib.

Ə.M.Topçubaşovun ciddi səyləri 

nəticəsində 1905-ci ilin avqustunda Nij-

ni-Novqorod şəhərində Rusiya müsəl-

manlarının birinci qurultayı keçirilib.

O, 1906-cı ilin aprelində Peterburqda açılan birinci Dövlət Dumasına Bakı 

quberniyasından üzv seçilib.

1918-ci ilin dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti fəaliyyətə başla-

yanda Ə.M.Topçubaşov sədr seçilib.

1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətlərinə tanıdılmasın-

da onun başçılıq etdiyi Nümayəndə Heyətinin böyük rolu olub.

1920-ci ilin aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edil-

dikdən sonra Ə.M.Topçubaşov Fransada qalıb və orada yaşayıb. O, 1934-cü ildə 

Parisdə dünyasını dəyişib.



CÜMHURİYYƏT QURUCULARI

56

AZƏRBAYCAN PARLAMENTİNİN SƏDRİ



Azərbaycanın    görkəmli    dövlət    xadimi            

Ə.M.Topçubaşov 

Ə.M.Topçubaşov 1863-cü ilin mayın 4-də Tifl isdə 

anadan olmuşdur. Qeyd edək ki, onun doğum 

tarixi ilə bağlı müəyyən mübahisələr olsa da 

(yəni 1862, 1865 və s.), Rusiya Dövlət Arxivində 

saxlanılan doğum şəhadətnaməsində 1863-cü il 

göstərilib

1

.



Ə.M.Topçubaşovun nəsli əslən Gəncədən 

olsa da, ulu babalarından biri Tifl isə, digəri isə 

İrəvana köçüb orada yaşamışlar. Ə.M.Topçubaşo-

vun ulu babası sonuncu gürcü kralı yanında hər-

bi işdə Tifl is Qalabəyisi kimi mövqe qazanmışdır. 

Babası Mir Cəfər Topçubaşov isə 1819-1849-

cu illərdə Peterburq Universitetində professor 

olaraq çalışmış, orada İran ədəbiyyatı və dildən 

mühazirə oxumuşdur.

Ə.M.Topçubaşov ilk təhsilini müsəlman 

mədrəsəsində aldıqdan sonra Tifl is Birinci klassik gimnaziyasında təhsilini uğurla 

başa vurmuşdur. Nəticədə ona Qafqaz təqaüdü verilmiş və sonradan o, Peter-

burq Universitetinə daxil olmuş, əvvəl tarix-filologiya, daha sonra hüquq fakültə-

sində təhsilini davam etdirmişdir. 1887-ci ildə 3-cü kursda oxuyarkən gizli tələ-

bə təşkilatlarındakı iştirakına görə universitetdən xaric edilsə də, professorların 

müdaxiləsi ilə məhkəmənin qərarı karser cəzası ilə əvəzlənib və o, ali məktəbə 

bərpa olunmuşdur. Əlimərdan bəy universiteti qurtaran il uğurla dissertasiya 

müdafiə etmiş, hüquq elmləri namizədi adını almışdır. Lakin 1885-ci ildən möv-

cud olan “xristian olmayanların universitetdə elmi vəzifə tutmağı yasaq edilməsi” 

nizamnaməsi onun ali məktəbdə dərs deməyinə imkan yaratmayıb. Hətta ona 

ali məktəbdə qalmaq üçün dinini dəyişmək təklif edilsə də, o, imtina etmişdir. 

Bu vəziyyəti görüncə Ə.M.Topçubaşov Tifl isə qayıdıb, burada Dairə məh-

kəməsində fəaliyyətə başladı. O, Dairə məhkəməsinin katibi, müstəntiq, hakim 

vəzifələrində çalışdı. 

Ə.M.Topçubaşov 1893-cü ildə böyük mütəfəkkir H.Zərdabinin qızı Pəri xa-

nımla ailə qurmuşdur.

1

 C. Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 19.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə