Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə21/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   17   18   19   20   21   22   23   24   ...   166

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

59

Qeyd edək ki, Bakıda Şəhər Duması 1878-ci ildən fəaliyyət göstərirdi və 



Ə.M.Topçubaşov bu vəzifəyə seçilən ilk müsəlman nümayəndə idi.

Ə.M.Topçubaşov 1905-ci ilin sonunda fəaliyyətinə icazə verilən, H.Z.Tağıye-

vin sədr olduğu Müsəlman Xeyriyyə Cəmiyyətinin də üzvü idi.

1905-ci ilin avqustun 15-də Rusiya müsəlmanlarının I qurultayının keçirilmə-

sində Ə.M.Topçubaşovun böyük xidmətləri olmuşdur. Əslində Ə.M.Topçubaşov 

qurultayın keçirilməsinin əsas təşəbbüskarı idi. Lakin qurultayın Nijni-Novqo-

rodda keçirilməsinə şəhər valisi müsbət cavab verməmişdi. Odur ki, qurultay 

iştirakçıları 300 rublla “Gustav Struve” gəmisini kirayə edib, av qustun 15-də Rusi-

ya müsəlmanlarının ilk qurultayını Oka çayı üzərində keçirdilər. Qurultay çar Ru-

siyasında yaşayan müsəlmanların siyasi təşkilatlanmasında mühüm rol oynadı

9

.

Rusiya müsəlmanlarının ikinci qurultayının keçirilməsi də Ə.M.Topçubaşova 



tapşırıldı.

1906-cı ilin yanvarın 13-23-də Peterburqda Rusiya müsəlmanlarının ikinci 

qurultayı keçirildi. Ə.M.Topçubaşov bir çox iclaslara sədrlik edirdi. Həmin qurul-

tayda Rusiya imperiyasındakı bütün müsəlmanları Rusiya Müsəlmanları İttifaqı 

Partiyasında birləşməyə çağıran nizamnamə qəbul edildi.

1906-cı ilin avqustun 16-21-də Nijni-Novqorodda üçüncü Rusiya müsəl-

manları qurultayı keçirildi və orada 800-ə qədər nümayəndə iştirak edirdi. Qu-

rultayda Rusiya müsəlmanları İttifaqı Partiyasının 15 nəfərdən ibarət olan MK-sı 

formalaşdı və Ə.M.Topçubaşov sədr seçildi.

Bu dövrdə Ə.M.Topçubaşov yeni formalaşan Rusiya Dövlət Dumasının işin-

də də fəallıq göstərirdi. 1906-cı ilin əvvəllərində Rusiya I Dövlət Dumasına seç-

kilər keçirildi və 25 müsəlman deputat burada təmsil edildi. 1906-cı ilin iyunun 

21-də Ə.M.Topçubaşovun sədrliyi ilə Dumada Müsəlman fraksiyası yaradıldı

10



Bu fraksiyanın, eləcə də onun daxil olduğu Muxtariyyətçilər Birliyinin parlament 

qrupunun fəaliyyəti (bu qrup Polşadan olan deputat A.Lednitskinin təşəbbüsü 

ilə yaradılmışdı) çar hakimiyyətini narahat edirdi. 1906-cı ilin iyulun 8-də Duma 

buraxıldı və kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda 

toplaşmağı təklif etdilər. Vıborqda xalqa müraciət qəbul edildi və həmin sənəd-

də Dumanın müdafiəsi üçün vergidən imtina, hərbi xidmətdən yayınma for-

malarından istifadə əsaslandırılırdı. Həmin Vıborq çağırışını 6 deputatla birgə 

Ə.M.Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay 

müddətinə həbsdə saxlanılmışdı. 

9

 А.М.Топчибаши. Документы из личных архивов (1903-1934). М., 2012, с. 11.



10

 Yenə orada, s. 12.




CÜMHURİYYƏT QURUCULARI

60

1914-cü ilin iyun ayının 15-25-də Rusiyanın müsəlman vilayətlərindən olan 



6 nəfər Duma deputatı və 34 nəfər tanınmış ictimai-siyasi, nüfuzlu ruhani Peter-

burqda toplaşıb müşavirə keçirdi. Müşavirəyə sədrlik edən IV Dumada müsəl-

man fraksiyasının rəhbəri K.M.Tevkelevin təklifi ilə bu toplantı IV Müsəlman 

qurultayı hesab edildi. Bu müşavirə-qurultayda Ə.M.Topçubaşov İ.Axtyamovla 

birlikdə sədrin müavinləri seçildilər.

1917-ci ilin Fevral-Burjua inqilabından sonra keçmiş çar Rusiyası ərazisində 

yaşayan xalqların ictimai-siyasi sahədə ciddi fəallıq dövrü başladı. 1917-ci ilin ap-

relin 15-20-də Bakıda Qafqaz Müsəlmanları Qurultayının keçirilməsi bu mənada 

böyük hadisə oldu

11

. Həmin qurultaya sədrliyi Ə.M.Topçubaşov etdi. Qurultayın 



açılışında o, dedi: “Qafqaz müsəlmanlarının bugünkü qurultayı ötən yüz il ərzin-

də birinci xalq qurultayıdır ki, burada Qafqaz müsəlmanlarının azad sözü eşidilə-

cək. Bu qurultay gərək Qafqazın keçmiş tarixi əzəmətini bərpa etsin”

12

.



Ə.M.Topçubaşov Qafqazda milli zəmində baş verən toqquşmalara işarə 

edərək bildirdi: “Köhnə rus hökumətinin Rusiyada yaşayan rus olmayan xalqlara 

qarşı siyasəti ayırıcı siyasət idi, ermənilərlə azərbaycanlılar arasında olan toqquş-

ma da insana nifrət siyasətinin nəticəsi idi”

13

.

Qeyd edək ki, 1917-ci ilin mayın 1-dən 11-dək Moskvada keçirilən Ümum-



rusiya Müsəlmanları Qurultayı milli mədəni inkişafa böyük təsir etdi. Qurultay-

da M.Ə.Rəsulzadənin ərazi muxtariyyəti ideyası iştirakçılar tərəfindən 

böyük maraqla qarşılandı. Onun irəli sürdüyü məhəlli muxtariyyət ideya-

sı qurultayda 271 səsə qarşı 446 səslə qəbul edildi

14

.

Qurultayda Rəyasət Heyəti adından çıxış edən Ə.M.Topçubaşov mayın 7-də 



keçirilən altıncı iclasa da sədrlik etmişdi.

1917-ci ilin noyabrın 26-dan 28-nə qədər Cənubi Qafqazda Məclisi-Müəssi-

sana seçkilər keçirildi. Ə.M.Topçubaşov və F. X. Xoyski başda olmaqla Müsəlman 

Milli Komitəsi və M.Ə.Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyası Zaqafqaziya 

müsəlmanlarının 63 faizinin səsini qazanaraq böyük qələbə qazandılar

15



Ə.M.Topçubaşov bu seçkilərdəki qələbədən sonra – 1917-ci ilin dekabr 

ayında Cənubi Qafqaz Müsəlman Komitəsinin rəhbərliyindən istefa verdi. Lakin 

Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci ilin yanvarın 6-da Məclisi-Müəs-

sisanın buraxılması haqqında dekret verdilər. Bu hadisədən sonra 1918-ci ilin 

11

 “Kaspi”, 1917, №84.



12

 Yenə orada.

13

 Yenə orada, №85.



14

 İ. İlqar. Rusiyada Birinci Müsəlman Konqresi. Ankara, 1990, s. 163-164.

15

 C. Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 274-275.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə