Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə24/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   20   21   22   23   24   25   26   27   ...   166

CÜMHURİYYƏT QURUCULARI

66

Bülletenin 10-cu sayında Rusiyanın Xarici İşlər Komissarı Çiçerinin F.Xoyskiyə 



1920-ci ilin yanvarın 2-də göndərdiyi nota haqqında məlumat, Parisdə Zaqafqa-

ziya ilə bağlı keçirilən konfransın materialları, Azərbaycanın cənub-qərbində 

qaçqınların vəziyyəti ilə bağlı yazılar dərc olunmuşdu.

Ə.M.Topçubaşov. Paris, 1919−1920-ci illər.

Bülletenin 11-ci sayında Azərbaycanın xarici ölkələr tərəfindən tanınması ilə 

bağlı materiallar, 12-ci sayda isə Qars hadisələri ilə bağlı məlumatlar, F.X.Xoyskinin 

Ermənistanın Xarici İşlər nazirinə notası, Çiçerinə isə üçüncü notası çap edilmişdi

29

.

Qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyətinin fransız dilində ha-



zırladığı mətnlərin tərtibində və redaktəsində fransız şərqşünası Lyusen Byuva-

nın (1877-1942) böyük rolu olmuşdu.

Azərbaycan Nümayəndə Heyətinin Azərbaycanın tanınması istiqamətində 

gördüyü ən əhəmiyyətli çalışmalardan biri də ABŞ Prezidenti V.Vilsonla görüş 

oldu. 1919-cu ilin mayın 28-də günün ikinci yarısı V.Vilson Azərbaycan Nü-

mayəndə Heyətini qəbul etdi. Qəbul zamanı Ə.M.Topçubaşov ABŞ Prezidentinə        

müraciət edərək dedi: “Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan 

Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün minnətdarlığı-

mızı, dərin hörmətimizi, azadlıq və müstəqil həyat ruhu ilə yaşamaq istəyən 

xalqımızın təşəkkürlərini bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə 

müraciət edib xahiş edirik ki, cənab Prezident, bizim ölkəmiz, bizim xalqımız və 

29

 Р.Абуталыбов. Годы и встречи в Париже. М., 2006, с. 57-59.




ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

67

Ə.M.Topçubaşovun imzası ilə məktub. 



18 aprel 1919-cu ul.

     elə bizim özümüz haqqında məlumatları 

bizdən eşidəsiniz. Çünki biz Avropa və 

Amerika mətbuatında tez-tez Azərbaycan 

haqqında səhv, saxtalaşdırılmış və 

həqiqətə uyğun olmayan məlumatların 

verildiyini eşitməli oluruq. Doğrudur, bizi 

hələ yaxşı tanımırlar, biz indi birinci dəfə-

dir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki

müstəqil yaşamaq üçün bizdə hər şey var-

dır. Biz ümid edirik ki, konfrans bizi din-

ləyəcək və biz Millətlər Cəmiyyətinə 

buraxılacağıq.  Biz əminik ki, bütün 

xalqlar kimi, biz də Sizin böyük prinsip-

ləriniz əsasında yardım alacağıq. Biz 

bildiririk ki, nə Kolçakın, nə Denikinin, 

nə də köhnə Rusiya imperiyasının hü-

dudlarında hakimiyyəti bərpa etmək 

niyyətində olan qeyri-birisini tanıma-

yacağıq. Biz Azərbaycan üçün yalnız öz 

parlamentimizi və öz hökumətimizi ta-

nıyırıq və tanıyacağıq”

30

.



Ə.M.Topçubaşov çıxışından sonra Qafqaz Azərbaycan Respublikası nü-

mayəndələrinin memorandumunu ABŞ Prezidentinə təqdim etmişdi.



V.Vilsonla görüşdə Azərbaycan Nümayəndə Heyətinin altı bənddən 

ibarət olan tələbləri ABŞ Prezidentinə təqdim olundu: 1) Azərbaycanın 

müstəqilliyi tanınsın; 2) Vilson prinsipləri Azərbaycana da şamil edilsin; 

3) Azərbaycan nümayəndələri Sülh Konfransına buraxılsın; 4) Azərbaycan 

Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin; 5) ABŞ-ın Hərbi Departa-

mentliyi Azərbaycana hərbi yardım göstərsin; 6) ABŞ-la Azərbaycan Res-

publikası arasında diplomatik münasibətlər yaradılsın”

31

.

Ə.M.Topçubaşov prezidentə bildirdi ki, bu tələblər qəbul olunarsa, Azərbay-



can keçmişdə tərkibində olduğu çar Rusiyasının borclarından öz payına düşəni 

tədricən ödəyəcəyinə təminat verir.

30

 C. Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 359-360;



А.М.Топчибаши. Документы из личных архивов (1903-1934). М., 2012, с. 24.

31

 C. Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 361.




CÜMHURİYYƏT QURUCULARI

68

ABŞ Prezidenti V.Vilson söhbətdə bu fikirləri diqqətə çatdırdı: “Amerikalılar 



dünyanı kiçik hissələrə bölmək istəmirlər; Azərbaycan məsələsi “rus məsələsi”n-

dən əvvəl həll edilə bilməz”.

Ə.M.Topçubaşovun Azərbaycan Respublikası Nazirlər Şurasının Sədrinə Pa-

risdən 1919-cu ilin 22-25 sentyabrında göndərdiyi məktubda isə Azərbaycanın 



tanınması ilə bağlı ciddi çətinliklərin olduğu qeyd edilirdi: “Müttəfiqlər 

bizim müstəqilliyimizlə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, hər 

şeydən göründüyü kimi, heç bunu etmək belə istəmirlər”

32

.

Ə.M.Topçubaşovun Azərbaycanın tanıdılması istiqamətindəki fəaliyyətini 



onun Parisdən Azərbaycan Respublikası Nazirlər Şurasının Sədrinə göndərdiyi 

məktublardan oxumaq mümkündür. O, bu məktublarda həm də demokratik 

Azərbaycan dövləti quruculuğunun mütləq vacibliyini qeyd edirdi. 

Ə.M.Topçubaşovun 1919-cu ilin 6-10 noyabr tarixli göndərdiyi məktubda ya-

zılmışdı: “...Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə 

və hamıya artıq il yarımdan bəri bir dövlət kimi faktiki mövcudluğumuzu bildirir, 

öz parlamenti, hökuməti, inzibatçılığı, məhkəməsi, məktəbləri, ordusu olan Azər-

baycanın müstəqil yaşadığını göstəririk. Bu, Azərbaycan bolşeviklərlə amansız 



mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar həyat qabiliyyətinə malik-

dirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, 

hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi 

mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi özümüzün 

müstəqil ictimai-siyasi və iqtisadi həyata qabil olduğumuzu sübut etmək üçün 

imtahan verdiyimizi yaxşı başa düşsün. İnanıram ki, buna gücümüz çatacaq. Çünki 

xalqımız, doğrudan da, qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin 

bizdə indiyə qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş 

xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə 

götürməsi və yaşadığımız indiki sınaq anının bütün ciddiyyətini dərk etməsi çox 

zəruridir. Paytaxt və rəhbər xadimlər bax, Azərbaycana bütün varlığı ilə xidmət 

etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Çünki biz artıq 

şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik. 



Qarşımızda yalnız bir yol var – bu da Azərbaycanın müstəqilliyinə 

aparan yoldur! Bu yolu təhlükəsiz şəkildə keçmək üçün ilk növbədə ölkənin 

daxili vəziyyətini sahmana salmaq və möhkəmləndirmək zəruridir. Ölkənin 

özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yarat-

maq və ümumən qanunçuluğa hörmət zəruridir. Ümumi mənafelərə qayğı və 

32

 А.М.Топчибаши. Письмы из Парижа. B., 1998, с.38.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə