Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə25/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   21   22   23   24   25   26   27   28   ...   166

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

69

onlara sevgi hissi ilə yanaşmaq zəruridir. Dövlət mənafelərini qorumaq yo-



lunda xalqın mütəşəkkilliyi və birliyi zəruridirAzərbaycan yalnız öz daxili 

həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir 

dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki daxilən 

güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkaredilməz bir fakt kimi ta-

nınmış olacaqdır. Daxildə dövlətçilik baxımından möhkəmləndikdə o, xaricdən 

gələn hər cür təhdidə layiqli cavab vermək üçün fiziki və mənəvi qüvvə əldə 

edəcəkdir. 

Biz əminik ki, hökumət özünün mövcud qüvvələrini dövlət quruculuğunun 

bütün sahələrində Azərbaycanın daxili vəziyyətinin möhkəmləndirilməsinə sərf 

edəcəkdir. Biz hökumətimizdən onun məhz ölkənin daxili həyatını nizama sal-

maq yolunda atdığı hər yeni addım, verdiyi hər yeni sərəncam barəsində xəbərlər 

almaq arzusu ilə yaşayırıq. Hökumət yalnız bu yolla indiki vaxtda xalqın rəğbətini 

qazanmaq, eyni zamanda bizim də müstəqil dövlətçilik şəraitində yaşamağa qa-

bil olduğumuzu nümayiş etdirmək iqtidarına malikdir. Yalnız daxildən güclü Azər-

baycanın mövcudluğu şəraitində Nümayəndə Heyətinin buradakı fəaliyyətinin 

səmərə verəcəyinə ümid bəsləmək olar. Nümayəndə Heyəti isə öz növbəsində 

qarşıya qoyulan məqsədə çatmaq yolunda hər cür fədakarlığa hazırdır”

33

.

Vəziyyətin belə gərginliyinə baxmayaraq, Azərbaycan Nümayəndə Heyəti 



çalışmalarını davam etdirirdi. Bu fəaliyyətlər və beynəlxalq ictimai-siyasi şərtlər, 

Cənubi Qafqazda Denikin təhlükəsi, bolşevik işğalının reallaşması Azərbaycanın, 

eləcə də Gürcüstanın müstəqilliyinin tanınmasına şərait yaradırdı.

1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh 

Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz res-

publikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttə-

fiqlərin Ali Şurası İngiltərənin Xarici İşlər Naziri lord Kerzonun təklifi ilə 

belə bir qərar qəbul etdi: “Müttəfiq və birlik ölkələri Azərbaycan və Gür-

cüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”. 

1920-ci ilin yanvarın 11-i Azərbaycanın müstəqil bir dövlət olaraq ta-

nınması günü olaraq tarixə yazıldı.

Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması 1920-ci ilin yanvarın 

14-də təntənəli şəkildə Azərbaycanda da qeyd olundu. 

Azərbaycan Nümayəndə Heyəti, başda Ə.M.Topçubaşov olmaqla sonradan 

Azərbaycanın Qərb dövlətləri tərəfindən de-yure tanınmasına çalışsalar da, bir 

nəticə vermədi. Ə.M.Topçubaşov 1925-ci ilin aprelində İstanbula M.Ə.Rəsulza-

33

 А.М.Топчибаши. Письмы из Парижа. B., 1998, с. 43.




CÜMHURİYYƏT QURUCULARI

70

dəyə yazdığı məktubda, xüsusən, Lozanna Konfransından (noyabr 1922 – iyul 



1923) sonra Avropa dövlətlərinin münasibətlərinin dəyişdiyini qeyd edirdi.

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. 

Həmin dövrdə – mayın əvvəlində Azərbaycan Nümayəndə Heyəti Sau-Remo 

konfransından Parisə yenicə qayıtmışdı. Mayın 3-də Ə.M.Topçubaşov fransız 

hökumətindən baş verən hadisələri öyrənmək üçün Azərbaycan hökumətinə 

teleqram göndərməyi xahiş etdi. O, yalnız mayın ikinci yarısında Tifl isdə olan 

Azərbaycan hökuməti rəhbərliyi ilə əlaqə saxlaya bildi.

1920-ci ilin iyunun 30-da Ə.M.Topçubaşov Londonda bolşevik ticarət nü-

mayəndəsi L.Krasinlə sənəd imzalayan Antanta Ali Şurasının Sədri Klemansoya 

nota göndərdi

34

.

İyulun 4-də Ə.M.Topçubaşov Belçikanın Spa şəhərində keçirilən Sülh konf-



ransının sədri, İngiltərənin Baş Naziri Lloyd Corca xüsusi nota göndərdi. Həmin 

notada o, Azərbaycan xalqının bolşevizmdən xilas olması vacibliyini vurğulayırdı.

1920-ci ilin oktyabrın 8-də Ə.M.Topçubaşov Fransa Nazirlər Şurasının Sədri 

və Xarici İşlər naziri Klemansoya da nota göndərdi. O, bu notada əsas diqqəti 

Azərbaycanın zəngin təbiətinə, Xəzərin neftinə yönəldir və Parisin Azərbaycan-

dakı müqavimət hərəkatına silahla kömək edəcəyi təqdirdə bu ölkənin Fransa 

üçün əhəmiyyətli bazar rolunu oynaya biləcəyini nəzərə çatdırırdı

35

.



Ə.M.Topçubaşov göndərdiyi notalara əhəmiyyət verilmədiyini görüb, okt-

yabrın 9-da Fransa Xarici İşlər Nazirliyinin Baş katibi Filip Berteloya, ona Azərbay-

canda yaranmış vəziyyəti izah etmək üçün şərait yaradılması xahişi ilə müraciət 

etdi. Bu müraciət əsasında Bertelo özü yox, Xarici İşlər Nazirliyinin siyasi və iqti-

sadiyyat departamentinin direktor müavini Laroş onunla görüşdü. Ə.M.Topçu-

başov görüşdə Qafqaza xüsusi hərbi missiyanın göndərilməsini, Azərbaycanda 

silahlı üsyanın hazırlanmasında rol oynamağı və bunun müqabilində Fransaya 

Azərbaycanın neft müəssisələrinin müəyyən payının verilməsini vəd etdi.

Oktyabrın 27-də Fransa Xarici İşlər Nazirliyində olan Ə.M.Topçubaşov Dağıstan-

da və Azərbaycandakı üsyançılara Parisdən silah göndərilməsi vacibliyini bildirdi.

Sonradan Fransanın, eləcə də digər Avropa dövlətlərinin Sovet Rusiyasına 

(1922-ci ildən SSRİ-yə) olan münasibətində yumşalma hiss edilməyə başladı. Bu 

yumşalma mühacirlərin həm vəziyyətini, həm də mübarizəsini çətinləşdirirdi. Bunu 

Ə.M.Topçubaşovun yaxın dostlarına yazdığı məktublardan oxumaq mümkündür.

34

 Г.Мамулиа, Р.Абуталыбов. Страна огней в борьбе за свободу и независимость. Политиче-



ская история азербайджанской эмиграции 1920-1945, Париж-Баку, с. 68.

35

 Yenə orada, s. 72.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə