Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə28/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   24   25   26   27   28   29   30   31   ...   166

CÜMHURİYYƏT QURUCULARI

76

NAZİRLƏR ŞURASININ SƏDRİ



Azərbaycanın görkəmli dövlət xadimi Nəsib bəy Yusifbəyli 1881-ci ildə 

Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə klassik gimnaziyasında 

aldıqdan sonra o, 1902-ci ildə Odessada (Novorossiyskidə) Universitetin hüquq 

fakültəsində oxumuşdur. O, universitetdə təhsil alan azərbaycanlıların yaratdığı 

təşkilatın başçılarından sayılırdı. Bu universitetdə Azərbaycandan olan Nəriman 

Nərimanov, Xosrov bəy Sultanov, Şahmalıyev qardaşları və digərləri də təhsil 

alırdı.

1905-1907-ci illərdə Rusiyada baş verən inqilab dövründə tələbələrin si-



yasi fəaliyyətindən ehtiyatlanan çar hökuməti Odessa Universitetini müvəqqəti 

olaraq bağladı. Bundan sonra N.Yusifbəyli Krımın Baxçasaray şəhərinə köçdü və 

burada görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qaspıralının (1852-1914) re-

daktor olduğu “Tərcüman” qəzetində müxtəlif məqalələr çap etdirdi. O, bura-

da İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı ilə (1886-1975) ailə həyatı 

qurdu və bir müddət bu şəhərdə yaşadı. N.Yusifbəyli Baxçasarayda Azərbaycan 

dramaturqlarının əsərlərinin tamaşaya qoyulmasında fəallıq göstərmiş, özü də 

rollarda çıxış etmişdir. “Tərcüman” qəzetinin məlumatına görə (13 yanvar 1907-

ci il) Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsi Baxçasaray şəhər teatr həvəskarları 

tərəfindən tamaşaya qoyulmuş və N.Yusifbəyli Nəcəf bəy rolunu oynamışdır

1

.

Bəzi mənbələrə görə isə N.Yusifbəyli maddi çətinliklə bağlı universitetin 



4-cü kursunu bitirdikdən sonra təhsilini davam etdirməmişdir. Bu haqda araş-

dırmaçı Nazif Qəhrəmanlı da “Nəsib bəy nümunəsi” kitabında məlumat verir: 

“Rusiyada 1905-1907-ci illər inqilabı Nəsib bəyə öz təhsilini tamamlamağa im-

kan vermədi”

2

.

N.Yusifbəyli çar hökuməti tərəfindən təqib edildiyindən 1908-ci ildə İstan-



bula getmiş, burada “Türk dərnəyi” adlı cəmiyyətin yaradıcılarından olmuşdur. O, 

1909-cu ildə Gəncəyə qayıtmışdır.

N.Yusifbəyli Gəncədə yaşasa da, “Tərcüman” qəzeti ilə əlaqələrini kəsmə-

miş, müxtəlif yazılarla qəzetdə çıxış etmişdir. Onun bu illərdə “Tərcüman” qə-

zetində 1911-ci ilin mayın 20-də M.F.Axundovun anadan olmasının 100 illiyi ilə 

bağlı yazısı çap olunmuşdu.

Bundan əvvəl isə onun 1909-cu ildə sentyabrın 4-də “Tərcüman”da (№36) 

“Mətbuat” məqaləsi çap olunmuşdu və o, burada Rusiyada nəşr edilən müsəl-

1

 M. Əliyev. Nəsib bəy Yusifbəyli. “Odlar Yurdu” qəzeti, noyabr 1989, №22.



2

 N. Qəhrəmanlı. Nəsib bəy nümunəsi. B,. 2008, s.15.




NƏSİB BƏY YUSİFBƏYLİ

77

man satirik jurnallarını, “Molla        



N.Yusifbəyli Krımda - Bağçasarayda: 

1904−1905-ci illər.

 

Nəsrəddin”i dəyərləndirirdi. “Tər-



cüman”ın 40-cı sayında isə tatar 

jurnalı “Yulduz”un redaktoru ilə o, 

polemika apararaq “Molla Nəs-

rəddin”i müdafiə edirdi

3

.

N.Yusifbəyli o illərdə Gəncə-



də fəaliyyət göstərən Müsəlman 

Xeyriyyə Cəmiyyətinin, Müsəl-

manlar İçərisində Maarifi Yayan 

cəmiyyətin və Aktyorlar Cəmiy-

yətinin fəaliyyətində iştirak et-

mişdir.


N.Yusifbəyli 1915-ci ilin okt-

yabrın 2-dən Bakıda nəşrə başla-

yan “Açıq söz” qəzeti ilə yaxınlıq 

etmiş, redaktor M.Ə.Rəsulzadə ilə 

dostluq münasibətində olmuş-

dur


4

.

Rusiyada baş verən Fevral- 



Burjua inqilabından sonra Azər-

baycanın Bakı və digər şəhərləri ilə yanaşı Gəncədə də müxtəlif təşkilatlar 

yaranmağa başladı. Həmin dövrdə Gəncədə Müsəlman Milli Komitəsi yaradıl-

dı. Ölkədə hakimiyyətsizlik və anarxiyanın hökm sürdüyü 1917-1918-ci illərdə 

(Azərbaycan Cümhuriyyəti hökuməti Gəncəyə köçənə qədər) başqa yerlərdə 

olduğu kimi Gəncədə də Azərbaycan türklərinin vəziyyəti və onların müdafiəsi 

ilə əlaqədar bütün məsələlər bu komitə tərəfindən həll edilirdi. Gəncə Müsəl-

man Milli Komitəsinə Difai Partiyasının fəal üzvü N.Yusifbəyli başçılıq edirdi. Di-

faiçilərdən Ə. Rəfibəyli, Xəlil bəy və Ələkbər bəy Xasməmmədovlar, Hacı Əli 

Hüseynzadə, H. Ağayev, A. Səfikürdski, M. Şeyxzamanlı, M. Pişnamazzadə (Ko-

mitənin dini məsələlər üzrə müavini), Ə. Cavad və başqaları Milli Komitənin üzv-

ləri idilər. Komitənin Gənclər Təşkilatının sədri N. Şeyxzamanlı idi

5

.

3



 M. Əliyev. Nəsib bəy Yusifbəyli. “Odlar Yurdu” qəzeti, noyabr 1989, №22.

4

 N.Yaqublu. Məmməd Əmin Rəsulzadə. B., 1991, s. 62.



5

 Azərbaycanın ilk qeyri-hökumət təşkilatları. (hazırlayan və redaktoru Nəsiman Yaqublu). B., 

2013, s. 26.



CÜMHURİYYƏT QURUCULARI

78

Qeyd edək ki, Azərbaycan milli istiqlal tarixində N. Yusifbəylinin 1917-ci ilin 



fevralından sonra Gəncədə rəsmi olaraq yaratdığı Türk Ədəmi-Mərkəziyyət Par-

tiyasının böyük rolu olub. Xalqının azadlıq və istiqlal ideallarının gerçəkləşməsin-

də böyük xidmət göstərən və 1917-ci ildə Azərbaycan istiqlalı adına Müsavatla 

birləşmək razılığına gələn bu təşkilatın tarixini öyrənmək çox maraqlıdır. Türk 

Ədəmi-Mərkəziyyətin fəaliyyəti və yaranma səbəbləri ilə bağlı isə geniş araşdır-

malar aparılmamışdır

6

.

Hələ ötən əsrin əvvəllərində gəncəli Cavad xanın rus əsarətinə qarşı mü-



barizəsi, qəhrəmanlıq və şücaət dolu hünəri gəncəlilərin yaddaşında yaşayırdı. 

Gəncə mühiti daima rus istibdad rejiminə bir nifrətdə köklənmişdir. XX əsrin əv-

vəllərində Azərbaycanın ictimai-siyasi mühitində baş verən hadisələrin təsiri bu 

bölgədən də yan keçməmişdi. Bunun nəticəsində Gəncədə 1906-cı ildə Dram 

cəmiyyəti adlı bir təşkilat qurulmuş və gizli fəaliyyətə başlamışdı.

O dövrün güclü təşkilatlarından olan Ə. Ağaoğlunun başçılıq etdiyi Difai Par-

tiyasının da Gəncə şöbəsi ciddi fəaliyyət göstərirdi. 

Türk Ədəmi Mərkəziyyətin yaradılmasında fəal iştirak edən Nağı Keykurun 

xatirələrində yazırdı: “Çarlıq Rusiyasının imperializm rejimi 1917-ci il inqilabın-

dan sonra (fevral inqilabı – N. Y.) bütün əzəməti ilə çökmüşdü. Hamımız böyük 

bir sevinc içərisində idik. Gəncədəki gizli təşkilatımızı idarə edən rəhmətlik Yu-

sifbəyli Nəsib bəylə rastlaşdığımda təbrik etdim və artıq gizli fəaliyyətdən üzə 

çıxdıq dedim”. O da mənə: “Arkadaşlarla görüşdüm, sabah toplanacağıq, sən də 

gəl, Ədəmi-Mərkəziyyət Partiyası quracağıq” dedi. Rəhmətlik Nəsib bəy günün 

siyasi olayları və durum haqqında ətrafl ı bilgilər verdikdən sonra firqə quruldu 

və proqramda yer alan digər məsələlər yanında Azərbaycan və digər rus məh-

kumu türk elləri üçün də geniş məhəlli muxtariyyət haqqı istənilirdi”

7

.



Vaxtilə “Tərcüman”da çalışıb böyük İ. Qaspıralı məktəbini keçən, 1908-ci 

ildə Türkiyədəki “Türk dərnəyi”ndə fəallıq göstərən N. Yusifbəylinin başçılıq et-

diyi bu partiya qısa zaman müddətində Gəncədə böyük nüfuz qazandı. Türk 

Ədəmi-Mərkəziyyət getdikcə Gəncə və ətraf bölgələrə təsirini artırır, ciddi 

qüvvə olan rus şovinistlərinə və ermənilərə qarşı mübarizəsini gücləndirirdi. 

Ədəmi-Mərkəziyyətçilər erməni və rus şovinistləri ilə yanaşı, sosialistlərlə də 

mübarizə etmək məcburiyyətində idi. Digər bir qüvvənin – dindarların da Ədə-

mi-Mərkəziyyətçilərə qarşı çevrilməsi təşkilat üzvlərini böyük çətinlik qarşısında 

qoyurdu. Maraqlı qüvvələr tərəfindən qızışdırılan dindarlar kütlədə dini hisslərin 

6

 N.Yaqublu. Müsavat Partiyasının tarixi. B., 1997, s.50.



7

 Müsavat Bülleteni (Berlin), №4, 1962, s. 19-20.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə