Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə27/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   23   24   25   26   27   28   29   30   ...   166

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

73

tandan aldığımız 100 min frank artıq xərcləndi. Fevrala qədər çətinliklə yaşaya-



rıq, sonra isə dava-dalaş!”

42

.



O, azərbay-   

Ə.M.Topçubaşovun dəfni. M.Ə.Rəsulzadə (ortada) dəfndə iştirak 

edir. Noyabr 1934-cü il.

canlı mühacir X.

Sultanova yaz-

dığı 1925-ci il 2 

yanvar və 1925-

ci il 31 avqust 

tarixli məktub-

larında da fəa-

liyyət üçün 

maddi vəsaitin 

yoxluğunu bil-

dirirdi


43

.

Ə.M.Topçubaşovun mühacirət həyatı da çox ağır keçib. Onun C.Hacıbəyliyə 



yazdığı məktublarda həmin məqamlar açıqlanmışdır. Onun 1928-ci ilin 30 iyu-

lunda yazdığı məktubdan: “Məktubunuzu aldım. Siz maddi kömək xahiş edirsi-

niz. Şəxsən məndə və Nümayəndə Heyətinin kassasında pul yoxdur”

44

.



Ə.M.Topçubaşovun 1931-ci ilin 17 aprelində yazdığı məktubdan: “Mənzillə 

bağlı dəhşətli məsələ hələ həll edilməyib. Ödəmək üçün əjdaha tələblər qoyu-

lur ki, bu da mənim üçün mümkün deyil. Vəziyyət olduqca ağırdır”

45

.



1932-ci ilin aprelin 2-də yazdığı məktubdan: “Heydər bəyə (Heydər Bammat 

– red.) telefon etmək və yaxud onun yanına getmək imkanım yoxdur. Maliyyəsiz 

oturmuşam... Evdən çıxa bilmirəm”

46



1932-ci ilin 14 mayında yazdığı məktubdan: “Son günlərdə baş verən ha-

disələrlə bağlı əhvalım ikrahedicidir. Borclar üstələyir, soyuq, ehtiyatlar tam 

tükənib”

47

.



Ə.M.Topçubaşov Azərbaycan mətbuatının banisi sayılan H.Zərdabinin qızı 

Pəri xanımla evlənmişdi. Qeyd edək ki, Ə.M.Topçubaşov mühacirətdə olduğu 

42

 Р.Абуталыбов. Годы и встречи в Париже. М., 2006, с. 50.



43

 А.М.Топчибаши. Парижский Архив 1919-1940 в четырех книгах. Книга Третья. 1924-

1930. Москва, Художественная литература, 2017. составители, предисловие, перевод и 

примечания Г.Мамулиа и Р.Абуталыбов. Научный редактор И.Агакишиев, с.168-233.

44

 Р.Абуталыбов. Годы и встречи в Париже. М., 2006, с. 50.



45

 Yenə orada.

46

 Yenə orada.



47

 Yenə orada.




CÜMHURİYYƏT QURUCULARI

74

dövrdə H.Zərdabinin həyat və fəaliyyəti haqqında     



Ə.M.Topçubaşovun 

məzarı: Paris, Sen-Klu 

məzarıstanlığı.

 

1925-ci ildə “Azərbaycanın yolgöstərəni” adlı çox əhə-



miyyətli bir məqalə də yazmışdı

48

.



Ə.M.Topçubaşovun Pəri xanımdan üç oğlu (Rəşid, 

Ələkbər, Ənvər) və iki qızı (Sara və Sevər) dünyaya gəl-

mişdi.

Ə.M.Topçubaşov 1926-cı ildə 25 yaşlı istəkli oğlu 



Rəşidi itirdi. Rəşid Sorbonna Universitetinin tələbəsi 

idi və bir neçə xarici dil bilirdi. Bu hadisədən Əlimər-

dan bəy bərk sarsıldı. Yaxın dostu X. Xasməmmədova 

1931-ci ilin aprelin 2-də yazdığı məktubda bu qeydlər 

vardır: “Mən artıq Sizə yazmışdım: ən yaxşı təsəllini ver-

diyimiz qurbanlarla bağlı xatirələrdə tapmaq olar. Artıq 

4 ildən çoxdur ki, özüm də sakitliyi və aramı məndən 

ötrü həmişəyaşar fikirlərdə, hərəkətlərdə, jestlərdə, 

xarakterlərdə – bir sözlə, əziz Rəşidimi xatırladan, surə-

tini gözümdə canlandıran hər şeydə tapıram. Siz də, 

Suad xanım da onu tanıyırdınız... Hər cümə axşamı xa-

nımımla, Əliəkbərlə birlikdə qəbrinin üstünə gedirəm, dua oxuyuram, məzarını 

çiçəklərlə bəzəyirəm. Tez-tez yazılarını, kitablarını, qeydlərini gözdən keçirirəm. 

Ötən ildən yazı masama yenidən oğlumun portretini qoymuşam. Ağlımla onun 

artıq dünyada olmaması fikri ilə barışıram, ürəyimsə övladımla birlikdədir”

49

.



Ə.M.Topçubaşov Azərbaycan mühacirlərinə imkan daxilində diqqətli olma-

ğa çalışırdı. Bunu onun Ceyhun Hacıbəylinin oğlunun məktəbdə təhsilinin da-

vam etdirilməsi ilə bağlı 1932-ci ilin fevralın 26-da direktora yazdığı xahiş mək-

tubu təsdiq edir: “Böyük təəssüfl ə və kədərlə öyrəndim ki, bizim Nümayəndə 

Heyətinin üzvü C.Hacıbəylinin oğlu Sizin rəhbəri olduğunuz Kollecdə təhsil 

haqqını ödəyə bilmədiyindən dərsə davamiyyətdən məhrum edilib... Öz üzə-

rimə götürüb təsdiqləyirəm ki, ilk imkan yaranan kimi həmin şagirdin atası tərə-

findən gözlənilən maliyyə Sizə ödəniləcək”

50

.

Ə.M.Topçubaşov 1934-cü ilin noyabrın 5-də Parisdə dünyasını dəyişdi. Onun 



məzarı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığındadır.

48

 Azərbaycan Mətbuat tarixi antologiyası. I c. B., 2010, s. 112-133.



49

 V.Quliyev. Əlimərdan bəy Topçubaşovun kədərli bir məktubu. “Ədəbiyyat” qəzeti, 28.12.2017

50

 S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, f. 649, s. 



3, iş 103, v. 1.


75

NƏSİB BƏY YUSİFBƏYLİ

NƏSİB BƏY 

YUSİFBƏYLİ

(1881 – 1920)

T

anınmış ictimai-siyasi xadim Nə-



sib bəy Yusifbəyli 1881-ci ildə 

Gəncədə anadan olub. Orta təh-

silini Gəncə klassik gimnaziyasında aldıq-

dan sonra o, Odessa Universitetinin 

hüquq fakültəsində oxuyub.

N.Yusifbəyli sonradan Türkiyəyə ge-

dib, orada Türk Dərnəyi adlı Cəmiyyətlə 

əlaqə saxlayıb.

N.Yusifbəyli 1909-cu ildə İstanbul-

dan Gəncəyə qayıdaraq, buradakı Mü-

səlman Xeyriyyə Cəmiyyətinin, Aktyorlar 

Cəmiyyətinin işində fəallıq göstərib.

O, 1917-ci ildə Rusiyada baş verən 

Fevral-Burjua inqilabından sonra Gəncə-

də Türk-Ədəmi Mərkəziyyət adlı partiya 

yaradıb.


N.Yusifbəyli 1918-ci ildə F.X.Xoyskinin birinci Hökumət kabinetində Maliyyə 

Xalq Maarif naziri, ikinci və üçüncü Hökumət kabinetində Xalq Maarif və Dini 

Etiqad Naziri vəzifələrini icra edib.

N.Yusifbəyli 1919-cu ilin martın 14-də Nazirlər Şurasının Sədri və eyni vaxtda 

Daxili İşlər naziri vəzifəsini yerinə yetirib. O, 1920-ci ilin aprelin 1-nə qədər Azər-

baycan Nazirlər Şurasının Sədri olaraq dövlət quruculuğu işlərinə rəhbərlik edib.

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal 

edildikdən sonra N.Yusifbəyli Bakını tərk edib və Kürdəmir qəzasında naməlum 

şəxslər tərəfindən qətlə yetirirlib.



Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə