Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə23/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   19   20   21   22   23   24   25   26   ...   166

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

63

hökumətinin keçmiş Xarici İşlər naziri P.N.Milyukov, Amerika rəsmisi, Prezident 



Vilsonla yaxınlığı ilə seçilən cənab Braun, İtaliya Krallığının Türkiyədəki nümayən-

dəliyinin katibi qraf Sfort, İsveçin Türkiyə təmsilçisi Ankarxberd, Rusiya imperiya-

sının keçmiş Xarici İşlər naziri S.D.Sazonov, Amerikanın Türkiyədəki diplomatik 

təmsilçisi Heyk, İranın Xarici İşlər naziri Muşavərəl Məmalək xan, Hollandiyanın 

Türkiyə təmsilçisi Van Der Does de Villebua, Ukraynanın Bolqarıstan təmsilçisi 

A.Sulqin, erməni Milli Şurasının Sədri və Erməni nümayəndələrinin Paris Sülh 

Konfransındakı başçısı A.Aqoronyan.

Ə.M.Topçubaşov bu görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağ-

lı məlumatlar verir, onların münasibət və yanaşmalarını öyrənirdi. İngilis polkovniki 

Tampla görüşdən sonra o, yazırdı: “Admiral Londondan formal tapşırıq alıb ki, Rusiya 

imperiyasından ayrılmış dövlətlərin təmsilçilərini qəbul etməmək”

21

.



 Rusiya imperiyasının keçmiş Xarici İşlər naziri S.D.Sazonovla keçirilən bir gö-

rüşdə isə o, bu fikri Ə.M.Topçubaşova çatdırdı: “Mən Sizə deməliyəm ki, eşitdi-

yimə görə Qafqaz müsəlmanları ruslara çoz yaxındırlar və Rusiyadan ayrılmaq 

istəmirlər”

22

.

Ə.M.Topçubaşovun keçirdiyi digər görüşdə İranın Xarici İşlər naziri 



Muavərəl Məmalək Əli Qulu xan belə demişdi: “Bu da doğrudur ki, Azərbaycan 

bizim şahların hakimiyyətinə tabe olmuşdu”

23

.

Bu görüş və söhbətlərdən Ə.M.Topçubaşova aydın olurdu ki, Azər-



baycanın dünyada müstəqil dövlət kimi tanınmasında ciddi problemlər 

olacaq. 

1918-ci ilin dekabrın 16-da Ə.M.Topçubaşov Azərbaycanın müstəqil döv-

lət olaraq tanınmasında yarana biləcək problemlə bağlı Nazirlər Şurasının 

Sədri F.X.Xoyskiyə məktub yazdı və Paris Sülh Konfransında iştirak üçün bütün 

Zaqafqaziya Respublikalarının təmsilçilərindən Ümumi Nümayəndə Heyəti for-

malaşdırmağı təklif etdi: “Kiminlə görüşdümsə, Sədrəzəmdən (Baş Nazirdən – 

red.) başlayaraq Türkiyə nazirləri, xaricilər, publisistlər, onların sırasında Türkiyə-

nin Dəniz Naziri, Türkiyənin Sülh danışıqlarında Nümayəndə Heyətinin sədri 

Rauf bəylə olan görüşlərimizdə hamı bir fikrə önəm verirdi ki, müstəqilliyə nail 

olmağın yolu Qafqaz xalqlarından ibarət Konfederasiya yaratmaqdır. Məncə bu, 

hələlik yeganə çıxış yoludur”

24

.



21

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, s. 10, i. 151, v.24-26.

22

 Yenə orda, v.39-41.



23

 Yenə orda, v.50-51.

24

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, s. 10, i. 66, v.13-15.




CÜMHURİYYƏT QURUCULARI

64

1918-ci ilin 23 dekabrında Ə.M.Top-      



Ə.M.Topçubaşova verilən 

diplomatik pasport

çubaşovun Fransa Respublikasının Türkiyə-

dəki diplomatik təmsilçisinə, Fransa hö-

kumətinə memorandumun çatdırılması ilə 

bağlı məktubu təqdim olundu. Həmin 

məktub ABŞ-ın və İtaliyanın Türkiyədəki 

təmsilçilərinə də çatdırıldı. O, bu məktubda 

əlavə olunmuş memorandum haqqında 

məlumat verirdi. Qeyd edirdi ki, memoran-

dumda Qafqaz Azərbaycanı ilə bağlı, onun 

bolşeviklərə qarşı apardığı mübarizə, 

müstəqil Azərbaycan Respublikası, əhalisi, 

ərazisi, gələcək quruluşu haqqında məlu-

matlar vardır. Ə.M.Top çubaşov məktubun-

da Fransa Respublikasının Azərbaycan Res-

publikasının müstəqilliyini tanıyacağına 

ümid etdiyini bildirirdi

25

.



Qeyd edək ki, Ə.M.Topçubaşov Türkiyədə olarkən 1918-ci ilin dekabrın 

7-də açılan Azərbaycan Parlamentində sədr vəzifəsinə seçilmişdir.

Ə.M.Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə 

buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Ə.M.

Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı: “Kons-

tantinopoldan Bakıya – İngilis Qərargahına teleqramma. Hökumətin sədrinə çat-

dırmağı xahiş edirəm ki, icazə verilmədiyindən hələ Parisə gedə bilməmişəm”

26

.

Ə.M.Topçubaşovun Azərbaycan Nazirlər Sovetinin Sədri F.X.Xoyskiyə yaz-



dığı 1919-cu il, 17 mart tarixli məktubundan məlum olur ki, Müttəfiq qüv-

vələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına 

getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəti-

cəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətindən yalnız 2, yaxud 

3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilirdi.

Azərbaycan Nümayəndə Heyətinin Parisə – Sülh Konfransına getməsi ciddi 

problemə çevrilmişdi. İngilis nümayəndəliyi Ə.M.Topçubaşovun Londona get-

məsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən 

etdikləri 3 nəfərin Parisə getməyinə razılaşırdı.

25

 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, i. 35, v. 4-6.



26

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, s. 10, i. 66, v. 4.




ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

65

Parisdə Azərbaycanı tanıtmaq 



məqsədi ilə fransızca yayımlanan 

bülleten.

        Həmin dövrdə gözlənilmədən Azər-

baycan Nümayəndə Heyətinin Parisə get-

məsi mümkün oldu. ABŞ prezidenti Vudro 

Vilsonun rəsmi şəkildə Versal konfransında 

Qafqaz məsələsini qoymasını nəzərə alıb, 

nümayəndələrin Parisə getməsinə icazə 

verildi


27

.

Azərbaycan Nümayəndə Heyəti Pa-



risə gəldiyi ilk gündən gərgin fəaliyyətə 

başladı. İlk görülən işlərdən biri Ə.M.Top-

çubaşov, Ə.Ağayev və C.Hacıbəylinin 

birgə hazırladıqları “Qafqaz Azərbaycanı 

Respublikasının Paris Sülh Konfransına 

memorandumu” adlı sənədin fransız və 

ingilis dillərində nəşrə hazırlanması oldu. 

Azərbaycanın tanıdılması baxımından nü-

mayəndə heyətinin hazırladığı “Qafqaz Azərbaycanı əhalisinin etnik və antropo-

loji tərkibi”, “Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti” adlı sənədlər 

də (sonradan kitab ça kimi nəşr olundu) əhəmiyyətli rol oynadı.

1919-cu ilin may ayında Ə.M.Topçubaşovun başçılıq etdiyi nümayəndə 

heyəti Polşa, Gürcüstan, Dağlılar Respublikası, Ermənistan və İran nümayəndə 

heyətləri ilə görüşmüşdülər.

Eyni zamanda nümayəndə heyəti 12 informasiya bülleteni hazırlayıb nəşr etdi

28

.



1919-cu ilin sonunda C.Hacıbəylinin fransız jurnalı olan “Revyu dyu Mond 

Myuzyulman”da “İlk müsəlman respublikası Azərbaycan” məqaləsi çap olundu. 

Bu məqalədə Azərbaycanın tarixi coğrafiyası və inkişafı işıqlandırılırdı.

Nümayəndə heyətinin nəşr etdiyi bülletenlərdə erməni işğalçılarının Naxçıvan-

da azərbaycanlıları sıxışdırması, Ermənistandakı müsəlman əhalinin vəziyyəti, gene-

ral Denikinin Qafqaza doğru irəliləməsi (Bülleten №3) ilə bağlı yazılar çap edilmişdi.

Bülletenin 7-ci sayında Britaniya siyasi xadimi S.Lidellin Bakıya səfəri və sonda Rusiya

eləcə də dünya mətbuatının Azərbaycanla bağlı məlumatların icmalı verilmişdi.

Bülletenin 9-cu sayında 1919-cu ilin dekabrında Bakıda keçirilən Azərbay-

can-İran konfransı haqqında məlumat və Azərbaycan Cümhuriyyətinin bir illik 

fəaliyyəti haqqında yazılar vardır.

27

 C.Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 353.



28

 Р.Абуталыбов. Годы и встречи в Париже. М., 2006, с. 56.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə