Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə26/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   22   23   24   25   26   27   28   29   ...   166

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

71

Ə.M.Topçubaşov Azərbaycanın bolşeviklər tərəfindən işğalı faktı ilə razılaş-



mayıb, mühacirətdə çətin mübarizə aparırdı. O, ilk öncə azərbaycanlı mühacir-

lərin birliyinə çalışır, Qafqaz xalqlarının birgə fəaliyyətini istiqamətləndirən qu-

rumların, təşkilatların formalaşmasında önəmli rol oynayırdı.

Ə.M.Topçubaşov 1920-ci ilin 15 iyulunda Belçikanın Spa şəhərindən 

C.Ha cı bəyliyə göndərdiyi məktubda nota verdiklərini, İtaliyanın, Belçikanın, Pol-

şanın Xarici İşlər Nazirləri ilə görüşdüklərini yazırdı

36

.

1925-ci ilin iyulun 26-da Parisdə Azərbaycan, Şimali Qafqaz, Gürcüs-



tan və Ukrayna respublikaları nümayəndələri arasında Qafqaz-Ukrayna 

əlaqələrinin möhkəmləndirilməsi və inkişafı ilə bağlı bəyannamə imza-

landı. Sənəddə Sovet Rusiyasının həmin bölgələri işğal etməsi ilə bağlı 

ümumiləşmələr qeyd edildi. Sənəddə göstərilirdi ki, bu ölkələrin təm-

silçiləri ərazilərinin bütünlüklə azad edilməsinə qədər siyasi və iqtisadi 

sahədə bir-birlərinə dəstək olacaqlar. Həmin sənədi Azərbaycan Respublikası 

Nümayəndə Heyətinin sədri Ə.M.Topçubaşov, Şimali Qafqaz Respublikaları nü-

mayəndə heyətinin müvəqqəti sədri H. Bammat, Gürcüstanın Daxili İşlər naziri 

N.Ramişvili, Ukrayna Respublikasının Xalq Təhsili naziri V.Prokopoviç imzalamışdılar

37

.

1926-cı ilin 18 martında Parisdə dörd Qafqaz Respublikası Şurasının iclası 



keçirildi. İclasda Ə.M.Topçubaşov, C.Hacıbəyli, X.Sultanzadə, A.Mgerman, H.Bam-

mat, S.Şamil, A.Çxenkeli, S.Amiredjibi, N.Ramişvili, Q.Qvazava iştirak edirdilər. İc-

lasa sədrlik Ə.M.Topçubaşov tərəfindən aparılırdı. Müzakirə edilən məsələ bu 

idi: 3 Qafqaz Respublikası Şurası ilə Müstəqil Qafqaz Komitəsinin münasibətləri.

İclasda razılaşdırılan əsas məsələ hər iki təşkilatı təmsil edənlərin diplomatik 

fəallığının artırılması, Qafqaz Respublikalarının müstəqilliyinin bərpası uğrunda 

mübarizənin gücləndirilməsi oldu

38

.



Ə.M.Topçubaşovun 1933-cü ilin 27 martında M.Ə.Rəsulzadəyə göndərdiyi 

məktubda yazılırdı: “Çox hörmətli Məmməd Əmin bəy! Qafqaz Konfederasiya-

sının formalaşması məsələsinə xəstəliyimdən sonra indi fikir söyləyə bilərəm. 

Etiraf etməliyəm ki, çoxlu suallar olandan sonra məni onun necə formada 

mövcud olacağı düşündürür. Ola bilsin ki, mühacirətin aktual şərtləri daxilində 

başqa bir formaya meyillənmək çox çətindir. Ancaq mənə elə gəlir ki, qəzetin 

köməkliyi ilə anketin Qafqaz Xalqlarının təmsilçilərinin baxışlarını tam şəkildə 

36

 S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, f. 648, s. 6, i. 2, v. 2.



37

 Кавакзская Конфедерация в официальных декларациях, тайной переписке и секретных 

документах движение “Прометей”. Сборник документов. М., 2012, с. 55-56.

38

 Yenə orada, s. 70.




CÜMHURİYYƏT QURUCULARI

72

işıqlandırıb toplanmış cavablardan düzgün nəticə çıxarılacağına təsir edəcəyi 



də çətindir.

Bu fikirlərimi bildirməklə, anket formasına uğurlar arzulayır və onda iştirak 

etməyi vacib sayıram. Və həm də mən Qafqaz Konfederasiyasının coşqun tərəf-

darlarındanam. Bununla bağlı isə 1924-cü ilin oktyabr və noyabr aylarında Azər-

baycan, Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin yığıncaqlarında bu 

haqda fikirlərimi bildirmişəm və orada Qafqaz Konfederasiyasının formalaşması 

üçün baza da hazırlanıb. Bu məsələyə mənim baxışlarım ümumi xarakterlidir və 

bu göndərilən məktubda qeyd olunub”

39

.

Ə.M.Topçubaşovun Qafqaz xalqlarının birliyi istiqamətində ciddi çalışma-



ları olmuşdu. 1921-ci ilin iyunun 10-da Ə.M.Topçubaşov, Çxenkeli, Aqaronyan 

və Germoyev Qafqaz Respublikaları İttifaqının yaradılması ilə bağlı bəyannamə 

imzalamışdılar. 1934-cü ildə, iyul ayının 14-də isə Brüsseldə M.Ə.Rəsulzadə ilə 

birlikdə Azərbaycan adından Qafqaz Konfederasiyası (Azərbaycan, Gürcüstan və 

Şimali Qafqaz) paktını imzalamışdılar.

Ə.M.Topçubaşov 1920-ci illərdə yaradılan və Sovet rejiminə qarşı ciddi mü-

barizə aparan “Prometey” hərəkatının da fəallarından olub.

Bundan əlavə, Ə.M.Topçubaşovun Polşa Respublikası rəsmiləri ilə də yazış-

maları bu ölkənin “Akt novıx dokumentov” (“Yeni Aktlar Arxivi”) arxivində qoru-

nub saxlanılmaqdadır

40

.

Qeyd edək ki, Ə.M.Topçubaşovun Azərbaycanın tanınmış siyasi xadimi 



M.Ə.Rəsulzadə ilə 1920-ci illərdə ciddi yazışmaları olub. Ümumilikdə 35 mək-

tubdan (19-nu Ə.M.Topçubaşov, 16-nı isə M.Ə.Rəsulzadə yazıb) ibarət olan bu 

yazışmalarda Azərbaycanda gedən proseslər, mühacirlərin fəaliyyəti, Qafqaz 

Xalqlarının Birliyi ideyası ilə bağlı maraqlı məlumatlar vardır

41

.

Ə.M.Topçubaşov və Nümayəndə Heyəti Azərbaycanın dünyaya tanıdılması 



mübarizəsini ağır maddi şəraitdə aparırdı. Maliyyə çatışmazlığı, şəraitsizlik on-

ların işini çətinləşdirirdi. Onun 1920-ci ilin yanvarın 29-da C.Hacıbəyliyə yazdığı 

məktubunda bu qeydlər vardı: “Bizim maddi vəziyyətimiz çox ağırdır: Gürcüs-

39

 Кавакзская Конфедерация в официальных декларациях, тайной переписке и секретных 



документах движение “Прометей”. Сборник документов. М., 2012, с. 90.

40

 Polşa Respublikası, Varşava, Yeni Aktlar Arxivi, Xarici İşlər Nazirliyi, iş №6690;



Polşa Respublikası, Varşava, Yeni Aktlar Arxivi, Xarici İşlər Nazirliyi 1927-1931-ci illər), iş №6685;

Polşa Respublikası, Varşava, Yeni Aktlar Arxivi, Xarici İşlər Nazirliyi. iş №6708.

41

 А.М.Топчибаши и М.Э.Расулзаде. Переписка 1923-1926. (Составитель автор предисловия 



и примечания С.М.Исхаков). М., 2012.


Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə