Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə29/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   25   26   27   28   29   30   31   32   ...   166

NƏSİB BƏY YUSİFBƏYLİ

79

güclülüyünü nəzərə alıb aşağıdakı məzmunda təbliğat aparırdılar: “Nəsib bəy 



bir kitab yazaraq (partiyanın proqramı nəzərdə tutulurdu), bu kitabda “artıq Qu-

rani-Kərim köhnəlmiş, bizi idarə edə bilməz!” – demişdir

8

.

Xalq arasında dolaşan məlumatlara aydınlıq gətirmək məqsədi ilə N.Yu-



sifbəyli xalqın nüfuzlu adamlarını bir yerə toplayıb yığıncaq keçirdi. Yığıncaqda 

camaat arasından ilk eşidilən söz bu olmuşdur: “Artıq rus idarəsi qalmadı, hər 

işimizi şəriətə görə qurmalıyıq”. Lakin N.Yusifbəyli məharətlə vəziyyətdən çıxış 

yolu taparaq demişdi: “Qarşımızdakılar millətimizin düşmənidirlər. Milli varlığı-

mızı qorumaq bütün işlərimizin başında gəlir. Düşmənlərimiz dinimizlə deyil, 

millətimizlə uğraşır”

9

.

N.Yusifbəyli toplantı sonunda böyük siyasi bacarıqla belə bir qərar təklif etdi: 



“Siyasət adamları din işlərinə qarışmamalı, din işləri din adamlarına buraxılmalı 

və bu din adamları da siyasətə qarışmamalıdırlar”. Partiya qərarı kimi irəli sürülən 

bu fikir, yəni dövlətin dindən ayrılması razılıqla qəbul edildi. Belə məzmunlu qə-

rar Azərbaycan istiqlalı dövründə mühüm sənəd kimi saxlanıldı.

N.Yusifbəylinin geniş savadı, elmi və siyasi əxlaqı Gəncədəki digər milli qü-

vvələri Ədəmi-Mərkəziyyət ətrafına toplamağa başladı. N.Yusifbəylinin mühüm 

xidmətlərindən biri də Gəncədə olan 188-119-cu rus alaylarını s ilahsızlaşdır-

maqla bağlı gördüyü tədbirlər oldu. N.Yusifbəyli əvvəl Gəncə erməni qüvvələ-

rini razı salaraq Difai təşkilatının silahlı qüvvələrinə arxalanıb bu iki alayı silahsız-

laşdırdı. Görülən tədbirlər sayəsində rusların silahları əllərindən alındı və özləri 

də vaqonlarda Rusiyaya göndərildi

10

.



Həmin vaxtlar Qafqaz cəbhəsindən dönən, Tifl isdə toplaşan rus silahlı qü-

vvələrinin Gəncəyə hücumu olmuşsa da, lakin bir nəticə verməmişdi. Ədə-

mi-Mərkəziyyətçilərin xüsusi fəallığı ilə bütün Gəncə camaatı ayağa qalxmış, 

rusları Gəncənin otuz kilometrliyində – Şəmkirdə saxlamışdılar. Qısa vuruşma-

dan sonra ruslar təslim olmuşdular.

Bu hadisələrdə milli hissiyyatı və vətən qeyrəti ilə fəallıq göstərən Türk 

Ədəmi-Mərkəziyyət Partiyası getdikcə Gəncəni idarə edən təşkilata çevrilirdi

11

.



Türk Ədəmi-Mərkəziyyət Partiyasının proqramı da çox məzmunludur. Proq-

ramda yalnız Azərbaycan xalqının deyil, eləcə də rus əsarətində əzilən türk ellə-

rinin haqqının qorunması vacibliyi göstərilirdi.

Türk Ədəmi-Mərkəziyyət Partiyasının proqramında yazılmışdı:

8

 “Müsavat” Bülleteni (Berlin), №4, 1962, s. 20.



9

 Yenə orada.

10

 Yenə orada.



11

 Yenə orada, s. 21.




CÜMHURİYYƏT QURUCULARI

80

Rusiya əsarətində olan xalqlar özlərinin milli və mədəni istəklərinin müda-

fiəsi cəhdindədirlər. Rusiyadakı türk xalqları milli hərəkatın arxasında getməmək 

üçün həmişəkindən də çox bir yerə toplaşıb təşkilatlanmalıdırlar. Təsis yığınca-

ğımızda yalnız sinfi məsələlərdən deyil, eyni zamanda milli prinsipdən danışaca-

ğıq və türklərin milli cəhdləri burada öz əksini tapmalıdır. Bu tələblər Rusiyada 

öz fəaliyyətini gücləndirmiş Türk Federalistləri Partiyasını razı salır.

Türk Federalistləri Partiyası kütlələrə əsaslanan demokratik təşkilat kimi türk 

əməkçi kütlənin iqtisadi və sinfi maraqlarını, onların milli-mədəni maraqlarını 

ifadə edir. Öz fəaliyyətində milli-demokratik prinsiplərə əsaslanaraq dövlətin fe-

deral əsaslar üzərində qurulmasını istəyir”

12

.



Partiyanın proqramı 9 bölmədən ibarət idi. Dövlət quruculuğu adlanan 

birinci bölmənin ümumi məzmunu belə idi: Partiya aşağıdakı siyasi vəzifələri 

yerinə yetirməyi qarşısına məqsəd qoyub: 1. Milli ərazi muxtariyyəti əsasında 

demokratik respublika (Rusiya tərkibində). 2. Azərbaycanın, Türküstanın, Qırğı-

zıstan və Başqırdıstanın muxtariyyəti. 3. Povoljye Krım tatarlarının, eləcə də bü-

tün türk xalqlarının muxtariyyəti.

Proqramın birinci bölməsində Azərbaycan adının verilməsi də maraqlıdır. 

Çünki o zamana kimi Azərbaycan siyasi bir termin kimi işlədilmirdi. XIX əsrin əv-

vəllərində Azərbaycanı işğal etmiş çar Rusiyası məmləkəti quberniyalar şəklində 

idarə edirdi. Yəni Bakı quberniyası, Yelizavetpol quberniyası (Gəncə quberniyası 

və s.). Çar Rusiyası öz bölgələrinin idarəçiliyindəki sistemi olduğu kimi Azərbay-

cana tətbiq etmişdi.

Yuxarıda qeyd etmişdik ki, hələ 1917-ci ilin aprelində Qafqaz Müsəlmanları-

nın Qurultayında M.Ə.Rəsulzadə ilə N. Yusifbəyli hər iki təşkilatın birləşdirilmə-

si qərarına gəlmişdilər. Əlavə edək ki, Qafqaz müsəlmanları qurultayına qədər 

M.Ə.Rəsulzadə ilə N.Yusifbəylinin yaxın münasibətləri vardı. M.Ə.Rəsulzadə ya-

zırdı: “Nəsib bəyin Azərbaycan istiqlalındakı və istiqlal hərəkatındakı rolu sadə 

nazirliklə və baş vəkalətdə bulunduğunu söyləməklə ifadə edilə bilməz. Onun 

hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl 

başlamışdır. Bu rol onun Gəncədə 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Xalq 

Firqəsi adı ilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etmə-

silə başlayır. Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində formula 

etmək şərəfi mərhum Nəsib bəyindir.”

13

12

 “Kaspi”, 1917, №109.



13

 N.Yaqublu. Məmməd Əmin Rəsulzadə. B., 1991, s. 63.




NƏSİB BƏY YUSİFBƏYLİ

81

Türk Ədəmi-Mərkəziyyət Partiyasının ilk qurucuları aşağıdakılardır: Nəsib 



bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyov, doktor Həsən bəy Ağayev, Xəlil bəy Xas-

məmmədov.

Sonralar sovet mətbuatı müsavata qarşı amansız hücumlara başlayanda 

Türk Ədəmi-Mərkəziyyəti də ləkələməyə çalışacaqdı. M.D.Hüseynov yazacaq-

dı: “Gəncə bəyləri (yəni Türk Ədəmi-Mərkəziyyətçilər – N.Y.) bu şüarı müdafiə 

edirdilər: Milli ərazi muxtariyyəti əsasında Rusiya Demokratik Respublikası. Mux-

tariyyətin bəylərə nə üçün lazımlığını başa düşmək çətin deyil. Bəylərə öz tor-

paqlarını Rusiya torpaqlarından hündür bir divarla qorumaq lazım idi. Onlar bu 

fikri özlərinin proqramının milli-ərazi muxtariyyəti hissəsində izah etdilər”

14

.



1917-ci ilin iyun ayının 17-də M.Ə.Rəsulzadənin lideri olduğu müsavatla 

N.Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyasının Birləşmə qu-

rultayı keçirildi. 

Müsavatın    



N.Yusifbəyli (əyləşənlərdən ortada) Müsavatın I qurultayında. 

Oktyabr 1917-ci il.

 

qurucularından 



olan M.Ə.Rəsu-

loğlu yazırdı: “Bir 

sıra müzakirə-

lərdən sonra bu 

iki partiyanın 

birləşməsi qə-

rarına gəldik. 

Partiyanın adı 

haqqında Nəsib 

bəy partiya adı-

nın Türk Ədə-

mi-Mərkəziyyət 

Firqəsi Müsavat 

qoyulmasını təklif etdi, biz də qəbul etdik. Söhbət əsnasında Nəsib bəy: “Bu qə-

dər uzun sözü kim söyləyəcək, ilk zamanlarda bu ad belə gedər, bizim arkadaş-

larımız da məmnun olarlar. Zaman keçdikcə qısalaraq Müsavat adını alar” dedi. 

Həqiqətən də, elə oldu”

15

.



Qurultayda ilk mərkəzi komitə yaradıldı. Komitənin tərkibinə aşağıdakılar 

daxil idi: Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hacınski, Musa Rəfiyev, 

14

 N.Yaqublu. Məmməd Əmin Rəsulzadə. B., 1991, s. 24-25.



15

 M.Ə. Rəsuloğlu.Müsavat Partiyasının quruluşu. Müsavat bülleteni, № 4, 1962, s. 13.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə