Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə32/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   28   29   30   31   32   33   34   35   ...   166

NƏSİB BƏY YUSİFBƏYLİ

87

Karkünlükdən əlavə xüsusi təbiətində Hafiz Əleyhirrəhmətin “badustan mürü-



vvət, badüsmənan mədara” kəlami-hikmətamiz məfadinə müvafiqət edən və        

bununla bərabər həqqi na həqqə verməməkdə sahibi-səbat olan bir mizacə 

malik olduğunu da o zatı yaxından tanıyanlara məlumdur. İdareyi-məmləkət 

işindəki təcrübəyə gəlincə Azərbaycan istiqlalı elanı günündən bəri bir nazir 

məqamında qalaraq təbiidir ki, bu mühüm işdə tam bir vüquf sahibi olub, işin 

nərədən başlandığından, nə yerdə qaldığından və nə yolda davam etdirmək 

lüzumundan kəmalincə müxbirdir. Məsləki siyasinə gəlincə, əsl demokrat və 

geniş nəzərli səmimi bir millətpərəst olduğu Müsavat Partiyasına mənsubluğu-

na görə deyil, bəlkə özünün tərzi məişətindən qövl və felindən görünən aşkara 

bir həqiqətdir.



N.Yusifbəylinin imzası ilə 1919-cu ildə dövriyyəyə buraxılmış 

Azərbaycan pulu.

Bu üzdən idarəyi-ümur məmləkətdə məqami-riyasətin karkünkardan və 

sahibi-təcrübə olan sınanmış bir millətpərəst əlinə tapşırılmasından nasıl məm-

nun olub da gələcəyə xoş nəzərlə baxın“

29

.

1919-cu ilin 19 aprelində saat 12-də H.Ağayevin sədrliyi ilə Azərbaycan 



Parlamentinin növbəti iclası keçirildi. İclasda yeni hökumət kabinəsinin təşkili 

haqqında Nazirlər Şurasının Sədri N.Yusifbəylinin məktubu oxundu.

Sonra N.Yusifbəyli çıxış etdi. O, kürsüyə çıxanda alqışlarla qarşılandı. 

N.Yusifbəyli çıxışında böyük bir məsuliyyəti üzərinə götürdüyünü, Azərbaycan 

29

 Ü.Hacıbəyli. Yeni kabinə təşkilinə dair. “Azərbaycan” qəzeti, 19 mart 1919, №140.




CÜMHURİYYƏT QURUCULARI

88

İstiqlalı elanından bu günə qədər millətin müstəqil yaşamağa layiq olduğunu 



qeyd etdi. Nəsib bəy bildirdi ki, Azərbaycan türkləri yaxın zamanda dünyanın 

mədəni millətləri sırasına da daxil olacaqdır. Baş Nazir çıxışında Azərbaycanın 

ayrılmaz bir hissəsini təşkil edən Lənkəran qəzasının özgələr əlində olduğunu, 

100 minə qədər vətəndaşın həyatına qəsd edildiyini, Tifl is və İrəvan vilayətlə-

rində olan torpaqlarımıza göz dikənlərin olduğunu söylədi. O, bildirdi ki, torpaq 

məsələsinin də qəti surətdə həllinə tərəfdardır. Bundan ötrü torpaq işlərinə aid 

bütün vəsaitləri, təklifl əri toplayıb parlamentin müzakirəsinə təqdim etməliyik 

və hökumət bu məsələdə zəhmətkeşlərin hüquqlarını müdafiə edəcək, fəh-

lələrin haqqını müdafiə, özünü sığorta üçün qanunlar hazırlayacaq.

N.Yusifbəyli  Tifl isdə sənəd imzalayır. 1919-cu il.

Azərbaycanda mətbuat, söz azadlığına toxunan N.Yusifbəyli çıxışında 

deyirdi: “Məbus əfəndilər! Hürriyyəti-kəlam, hürriyyəti-mətbuat, hürriyyə-

ti-ictima mədəni və demokratik bir dövlət təşkilinin şəraiti – əsliyyəsindən-

dir. Bu xüsusda zənn edirəm hər kəsdən biz irəli getdik. Azərbaycanda görülən bu 

hürriyyətlər dünyanın heç bir tərəfində mövcud deyildir. Hökumət təbii, müqəd-

dəs olan bu hürriyyətləri mühafizə edəcəkdir. Hər kəs nə yazarsa yazsın, hər kəs 

nə istərsə söyləsin, harada ictima edərsə etsin, yalnız bir məsələ vardır ki, ona 

əl uzatmağa dözmək olmaz, edilə bilməz. O da Azərbaycanın istiqlaliyyəti 

məsələsidir (ümumi sürəkli alqış). Bu istiqlaliyyəti, millətin bu müqəddəs 

və qanuni haqqını təhqir etdirməməyə, bu ülvi hissiyyatına toxundurma-

mağa hökumət var qüvvəsi ilə çalışacaqdır

30

.



30

 “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920) I c. B., 2015, s. 632.




NƏSİB BƏY YUSİFBƏYLİ

89

N.Yusifbəyli çıxışında bildirirdi ki, cinayət işlədən hər vətəndaş qanun qarşı-



sında cavabdehdir və hansı mövqe tutmasından asılı olmayaraq cəzalanacaqdır, 

bundan ötrü isə Ədliyyə məhkəmələri xalqa yaxın və milli bir ruhda olmalıdır.

N.Yusifbəyli proqram xarakterli bu çıxışında maarif, təhsil məsələlərinə 

toxundu, milli məktəblərin tərəqqisi vacibliyini, ibtidai məktəblərin açılması-

nı, sənaye məktəblərinə ayrıca diqqət olunacağını, mövcud məktəblərin bir 

hissəsinin milliləşdiriləcəyini, digər hissəsinin isə qeyri-müsəlmanlar üçün rus 

dilində olacağını, müəllim ehtiyacı səbəbindən xaricdən müəllimlər dəvət 

ediləcəyini, dərs kitablarının azlığına görə maarif nəzarətinin bu sahədə çalı-

şacağını qeyd etdi.

N.Yusifbəyli Azərbaycanda ali təhsil sisteminin də düşünüldüyünü, ali zi-

raət məktəbi qanun layihəsinin hazırlanıb təqdim edildiyini də söylədi. O,Tif-

lisdəki Mavərayi-Qafqaz universitetinin Bakıya köçürülməsi üçün müzakirələrin 

aparıldığını, sentyabrın əvvəllərindən tədrisin burada davam etdiriləcəyinə səy 

göstərilməsi haqqında məlumat verdi. Bakıda fəaliyyət göstərəcək universitet-

də doğma dilimizin, tariximizin, ədəbiyyatımızın inkişafına kömək edən kursla-

rın açılacağını bildirdi.

O, həmçinin, çıxışında “bizim sərvətimiz, rifah halımız neft ticarətinə bağ-

lıdır” fikrini önə çəkir, neftimizin ən böyük bazarı olan Rusiyanın yolunun bağlı 

qaldığını söyləyirdi. Eyni zamanda Rusiyanın Azərbaycan neftinə böyük ehtiyacı 

olduğunu, “Astraxan tərəfdən ticarət qapılarının açılması” təklifini irəli sürərsə

müəyyən şərtlərlə qəbul ediləcəyini bildirirdi. O, deyirdi: “Rusiyada hansı par-

tiya qalib gələcək, hansı adamlar iş başına keçəcək, bu, bizim vəzifəmiz 

deyil, böyük, azad Rusiyanın öz işidir. Biz Rusiya dövləti ilə hər zaman sülh 

və sağlıqla, dostluqla keçinmək istəyirik. Yalnız bir məsələ var ki, Rusiya 

(bolşevik Rusiyası, menşevikmi, yoxsa birimiz olsun) bizim daxili işləri-

mizə qarışmamalıdır. Biz Rusiyadan yalnız bunu tələb edirik. Bu da bizim 

haqqımız olduğunu təbii kimsə inkar etməz, zənn edirəm”

31

.

N.Yusifbəyli Astraxan yolu açılarsa, 200 milyon pud nefti ixrac edib, nəticədə 



iki milyarda qədər pul əldə etməyin mümkünlüyünü bildirdi. O, çıxışında bir ma-

raqlı məqamı da önə çəkdi: “Əgər nefti yalnız öz pulumuza sataraq, indiyə qədər 

buraxdığımız pulun cəmini toplamış olacağımızdan, nəticədə təbbi pulumuzun 

etibarı yüksələr”

32

.

31



 “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920) I c. B., 

2015, s. 636.

32

 Yenə orada, s. 636-637.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə