Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə33/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   29   30   31   32   33   34   35   36   ...   166

CÜMHURİYYƏT QURUCULARI

90

N.Yusifbəyli fəaliyyət proqramının təqdimatında ölkənin dəmiryolu prob-



leminə də toxunub hökumətin Ələt-Culfa dəmiryolunun başa çatmasına çox 

əhəmiyyətli yanaşdığını qeyd etdi.

N.Yusifbəyli hərbi işin hökumətin fəaliyyətinin əsasını təşkil edəcəyini, əs-

gərin ehtiyacına, ləvazimatına hökumətin ayrıca diqqət edəcəyini, “əsgərlik kimi 

müqəddəs vəzifənin ilk əvvəl zənginlərin, varlıların, ziyalıların övladlarının və-

zifəsi olduğunu hökumətin onlara anladacağını, bundan boyun qaçıran olarsa, 

lazım gələn cəzanın veriləcəyini” söylədi.

N.Yusifbəyli başçılıq edəcəyi hökumətin fəaliyyəti haqda məlumatları belə 

yekunlaşdırdı: “Xülasə, əfəndilər! Təkrar edirəm. Hər şeydən əvvəl istiqlalımız 

qüvvətə və millətin əzminə möhtacdır. Birincisi hərbiyyə nazirimizin müqtədir 

və təcrübəli əllərində olub, ikincisi isə sizin əllərinizdədir. 

Əfəndilər! Təşkil etdiyim hökumət aramızda olan bütün firqələri (partiyaları 

– red.) əhatə etmir. Onun üçün təbii müxalifətdə qalanlar dəxi sizin aranızda ola-

caqdır. Mən ancaq bir şeyə əminəm, o da istiqlaliyyət məsələsində olan birliyi-

nizdir. Bu məsələdə mənimlə və təşkil etdiyim hökumətlə həmrəy olmayan bir 

kəsin belə olmadığını bilir və bunun üçün də var qüvvəmlə və böyük inamımla 

çalışacağımı vəd edirəm”

33

.



1919-cu ilin mayın 6-da Azərbaycan Parlamentinin növbəti toplantısı keçi-

rildi. Parlament üzvü Ə.Qarayevin təklifi ilə Bakıda başlanan tətil məsələsi mü-

zakirəyə çıxarıldı. Çıxışçı elektrik və dəmiryolu sahəsində başlanan tətilin su 

kəmərini əhatə edə bilməyəcəyindən danışaraq, parlamentin və hökumətin öz 

tərəfindən hansı tədbirləri görəcəyi ilə bağlı məlumat verilməsini bildirdi.

Bu, vacib olduğundan növbəti məsələlər gələn iclasa saxlanıldı. Bakıda baş-

lanan tətillərlə bağlı ilk çıxışı M.Ə.Rəsulzadə etdi. 

Sonra söz Nazirlər Şurasının Sədri N.Yusifbəyliyə verildi. O, çıxışında 

dedi: “Möhtərəm məbuslar! Bu tətil iqtisadi olmayıb, siyasi olduğunu güman 

edirəm, bilməyən yoxdur. Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdir-

mək istəyən adamların özləri də inkar etmirlər. Onlar öz məclislərində açıq de-

yirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən də, Azərbaycanda da – onu da 

Rusiyanın bir parçası hesab edirlər, “Sovdepya” (“sovet” – red.) hökuməti təşkil 

edək. Onlar bunu inkar etmirlər və bu məqsədə çatmaqdan ötrü də vəsiləyə 

müraciət ediblər və edirlər”

34

.



33

  “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920) I c. B., 

2015, s. 637-638.

34

  “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920) II c. B., 



2016, s. 98.


NƏSİB BƏY YUSİFBƏYLİ

91

N.Yusifbəyli  çıxışında        



N.Yusifbəylinin Hərbi nazirə məktubu.

 

bildirdi ki, mövcud Hökumət 



ölkədə bütün sahələrdə azad-

lığın olması üçün işlər gör-

müşdür. O, qeyd etdi ki, hö-

kumətimizə müəyyən qruplar 

tərəfindən “bəy, xan hökumə-

ti” deyilsə də, “iş başında olan 

hökumət öz demokrat və 

xalqpərəst əməli ilə demok-

ratlığını isbat etmişdir”. O, mə-

lumatlandırdı ki, bu qarışıq-

lığı yaradanlar öz əhalimiz 

deyil, özgə dövlətdən gə-

lənlərdir və onların da 

məqsədi – Azərbaycanı Ru-

siyaya ilhaq etməkdir. 

N.Yusifbəyli çıxışında 

qətiyyətli bir fikir də söy-

lədi: “Əgər Rusiya bizim 

istiqlaliyyatımızı tanıyırsa, 

bizimlə hesablaşırsa, o za-

man neft verərik. Bunlar 

olmayınca, hökumət “sov-

depyayə”  (sovet hökumə-

ti – red.) neft verməz. Lakin 



bunlar deyir ki, yolu şərtsiz açın, gəlsinlər. Buna heç bir hökumət, heç bir 

fəhlə, türk demokratiyası və heç bir azərbaycanlı razı olmaz”

35

.

N.Yusifbəyli tətil edənlərə qəti şəkildə xəbərdarlıq etdi: “Əgər bir kəs tərə-



findən işləmək istəyənlərin üzərinə hücum olunarsa, hökumət var qüvvəsi ilə 

buna mane olacaq”.

Baş Nazirin bu çıxışından sonra parlament hökumətin tətilin dayandırılması 

ilə görəcəyi bütün işlərə dəstək olacağını bildirən qətnamə qəbul etdi.

35

  “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920) II c. B., 



2016, s. 99.


CÜMHURİYYƏT QURUCULARI

92

Azərbaycan hökumətinin qətiyyətli mövqeyi, ziyalıların, fəhlə və qulluqçu-



ların birgə səyi ilə tez bir zamanda ölkədə tətil dayandırıldı. 

Ü.Hacıbəyli “Azərbaycan” qəzetində bu uğurlu hadisə ilə bağlı “Siyasi imta-

han” adlı məqaləsində yazırdı: “Biz istiqlalımızı satmaq, millətimizi məhv və na-

büd etmək, vətənimizi xarabazara döndərmək istəmirik! Biz candan əziz tutdu-

ğumuz Azərbaycanımızı dünən bolşeviklərlə “hökumətlik” üstündə qarpış-qar-

pış salan, bu gün isə bolşevikləri köməyə çağıran, dünən ingilislərə yalvaran, 

bu gün ingilisləri söyən Curayev, Anaşkin və Mikoyanların hava və həvəsinə, 

kefə – mayəşasinə qurban etmək istəmirik. İmtahan parlaq bir surətdə 

keçdi”

36

.

Azərbaycan Parlamentinin 12 may iclasında N.Yusifbəyli ingilis gene-

ralı Millin 1919-cu ilin 20 martında İstanbulda nəşr etdiyi intibahnaməyə 

münasibət bildirdi. O, qeyd etdi ki, ingilislərin Bakıya gəldiyi ilk günlərdə 

millətimiz haqqında təsəvvürləri başqa olsa da, indi dəyişilib. N.Yusifbəy-

li bildirdi ki, bu, onunla bağlıdır ki, ingilislər millətimizin inkişaf edib özü-

nüidarəyə sahib olduğunu görüb inandılar və bu fikri söylədilər: “Sizin 

daxili işlərinizə müdaxilə etmək artıqdır...”

Azərbaycan Parlamentinin mayın 25-də keçirilən iclasında Dağıstanda baş 

verən hadisələr də müzakirəyə qoyuldu. Denikin ordusunun və “könüllülər”in 

Petrovsk və Dərbəndi işğalı Azərbaycan hökumətini narahat edirdi. Bu məsələyə 

münasibət bildirən N.Yusifbəyli parlament üzvlərinə bildirdi: “Bu günə qədər 

bizim sərhədimizi heç kəs keçməmişdir və ancaq meyitlərimiz üstündən keçə 

bilərlər!”

N.Yusifbəyli Azərbaycanın Teymurxanşurada olan Dağıstan hökuməti nəz-

dindəki nümayəndəsi Ə.Haqverdiyevin teleqrafını oxudu. Teleqrafdan məlum 

oldu ki, Petrovskiyə gələn könüllü ordu, İttihadi–Cəbaliyyun hökumətini ta-

nımaqdan imtina edərək, Dağıstan Hökumətini tanıyır və onun daxili işlərinə 

qarışmır. N.Yusifbəyli məlumatında bildirdi ki, könüllü ordu qüvvələrinin Dağıs-

tanda – Azərbaycan sərhədində toplaşması ölkəmiz üçün təhlükəli olduğun-

dan, ingilis komandanlığının nümayəndəsi Satilvort ilə danışıqlar aparılmışdır. 



N.Yusifbəyli çıxışında bu fikri vurğuladı: “ Dağıstan hər kimin əlində olur-

sa-olsun, istər Denikin, istər sair bir qüvvə, xülasə Dağıstan düşmən əlin-

də olarsa, biz təhlükə altında qalırıq”

37

.

36



 Ü.Hacıbəyli. “Siyasi imtahan”. “Azərbaycan” qəzeti, 11 may 1919, №177.

37

 “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920) II c. B., 



2016, s.188.


Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə