Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə17/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   13   14   15   16   17   18   19   20   ...   166

CÜMHURİYYƏT QURUCULARI

48

Azərbaycan Respublikası Parlamentinin fevralın 5-də davam edən on ikin-



ci iclasında F.X.Xoyski müxalifət nümayəndələrinin tənqidini cavablandırdı. O, 

qeyd etdi ki, hökumətə parlamentdə sorğu vermək ona bir köməkdir, lakin bə-

dxahlıq sorğuları ilə iş heç zaman irəli getməz. 

F.X.Xoyski çıxışında dedi: “Siz bunu bilirsiniz ki, Azərbaycanın istiqlalı 

hər dəqiqə təhlükədədir. Biliniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hət-

ta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər. Belə 

mühüm zamanlarda hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək 

olarmı? Bu məqamda bu cür sorğu verilir, aşkardır ki, bu, xeyirxahlıq fikri 

ilə verilmiş xeyirxahanə sorğu deyildir”

19

.

F.X.Xoyski Azərbaycan Parlamentinin 1919-cu ilin 18 fevralında Bakıda Deni-

kin könüllüləri və ermənilərin fəallaşması ilə yaranan narahatlıqla da əlaqədar 

çıxış etdi: “Hökumətin nə qədər imkanı var çalışır ki, xəta yetirən təşkilatlar bu-

radan rədd olsunlar və heç kəsin ixtiyarı olmasın bizdən iznsiz burada özbaşına 

işlər görsün. Hökumət bu barədə tədbirlər görür və görəcəkdir”

20

.

Azərbaycan Parlamentinin 1919-cu ilin 6 martında keçirilən iclasında De-



nikin ordularının Dağıstana hücumu ilə əlaqədar yaranmış vəziyyət haqqın-

da F.X.Xoyski öz münasibətini bildirdi. O, çıxışında Azərbaycana yaxın dost və 

həmdin olan Dağıstan Cümhuriyyətinə Denikin ordularının hücumu haqqında 

məlumat verdi. O, general Tomsona bir məktub yazdığını və orada bu fikrə əsas-

landığını dedi: “Aşkardır ki, Dağıstan hökumətinə dəyən zərbə bizə dəymiş ki-

midir. Azərbaycanın nə Hökuməti, nə də Parlamenti qoymayacaqdır ki, onların 

hüququ tapdalansın. Var qüvvəmizlə onlara kömək edəcəyik”

21

.



Azərbaycan Parlamentinin 1920-ci ilin 14 yanvarında Paris Sülh konfransı tərə-

findən Azərbaycan istiqlaliyyətinin tanınmasına həsr olunmuş təntənəli iclasında 

F.X.Xoyski çıxış etdi və bu sözləri söylədi: “Möhtərəm məbuslar! May ayının 28-də, 

1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdir. Məlum et-

məklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını 

elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dörd 

həqiqət özünün istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə 

bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolana-

cağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki

Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməyə vadar oldu”

22

.

19



  “Azərbaycan” qəzeti, 19 fevral 1919, №117.

20

 Yenə orada, 24 fevral 1919, №121.



21

 Azərbaycan Respublikası Dövlət Arxiv, f. 895, s. 1, i. 9, v. 44.

22

 “Azərbaycan” qəzeti, 18 yanvar 1920, №14.




FƏTƏLİ XAN XOYSKİ

49

Azərbaycan Parlamentinin 1920-ci ilin 15 aprelində keçirilən iclasında 



F.X.Xoyski İran və Azərbaycan arasında müqavilələrin imzalanması və bu müqa-

vilənin hər iki tərəf üçün faydalı olduğunu qeyd etdi.

F.X.Xoyski bildirdi ki, İranla altı müqavilə imzalanmışdır: ticarət, poçt və te-

leqraf, gömrük, tranzit və s. O, parlament üzvlərini məlumatlandırdı ki, İran hö-

kuməti artıq Azərbaycan istiqlalını tanıyır.

Qeyd edək ki, F.X.Xoyski parlamentin açılışından sonra formalaşdırdığı üçüncü 

Hökumət kabinəsinin də fəaliyyətini yüksək səviyyədə təşkil etdi. 1919-cu ilin yan-

varın 5-də onun başçılığı ilə Azərbaycanın Paris Sülh Konfransındakı nümayəndəliyi 

üçün təlimat hazırlandı. Həmin təlimatın 2-ci bəndində qeyd olunurdu: “Bütün güc 

və bacarıqla Azərbaycanın tam müstəqilliyinə nail olub müdafiə etmək”.

F.X.Xoyski 1919-cu ilin fevralın 15-də Bakının Hərbi qubernatoru V.İ.Tomsona 

ünvanladığı məktubda Könüllü Ordu və erməni xadimləri tərəfindən icazəsiz 

döyüş hissələrinin yaradılmasına etirazını bildirirdi. O, qeyd edirdi ki, Könüllü Or-

dunun nümayəndələri olan Prijevalski və digərləri Bakının müxtəlif rayonlarında 

müəyyən adamlara silahlar paylayır və onların fəallığı ilə döyüş hissələrində güc-

lü hazırlıq aparılır. O, Tomsonu məlumatlandırırdı ki, vaxtilə Azərbaycanın müsəl-

man əhalisinin qətlə yetirilməsində fəallıq göstərən erməni xadimi Amazasp 

da erməni əhalisini qeydə alır, onları silahlandırır, hərbi güclər yaradır. F.X.Xoyski 

cənab Tomsondan bu vəziyyətin qarşısını almağı xahiş edirdi.

1919-cu ilin martında F.X.Xoyski Nazirlər Şurasının Sədri vəzifəsindən uzaq-

laşdı və N.Yusifbəylinin başçılığı altında yeni hökumət formalaşdı. Yaradılan 4-cü 

hökumətdə F.X.Xoyski nazir olaraq çalışmasa da, o, yenə dövlət quruculuğundan 

kənarda qalmadı. F.Xoyski 1919-cu ilin 25 aprelində Tifl isdə keçirilən Zaqafqaziya 

Konfransında iştirak etdi.

1919-cu ilin mayın 5-də F.X.Xoyski general Tomsonla görüşdü. Bu görüşdə 

beş əsas məsələyə toxunuldu: 1) Dəmiryol. 2) “Azərbaycan” qəzetində siyasi 

partiyaların Denikinlə mübarizə üçün Dağlı Hökumətinə kömək çağırışlarının 

çap olunması. 3) Dağlı Respublikasının müstəqilliyinə münasibət 4) Ermənilərin 

Naxçıvan ərazisini tutması. 5) Ordunun təchizatı.

General Tomson F.X.Xoyskiyə Azərbaycan hökumətinin dəmiryolu ilə bağlı 

razılaşma imzalanmasını gecikdirməyindən narahatlığını və bunun nəticəsində 

Azərbaycanın iqtisadi maraqlarına zərər dəydiyini söylədi. 

İkinci məsələdə isə general Tomson Dağlı Hökumətinə kömək üçün 

dəstələrin yaradılması çağırışlarından və bu dəstələrin bolşevizmi gücləndirə-

cəyindən narahatlığını bildirirdi . 




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə