Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə16/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   12   13   14   15   16   17   18   19   ...   166

FƏTƏLİ XAN XOYSKİ

45

F.X.Xoyskinin imzaladığı 



sənəd.

            1918-ci ilin 13 dekabrında Azərbay can Parla-

mentinin sədr müavini H.Ağa  yev F.X.Xoyskinin Baş 

Nazir vəzifəsinə na mizəd liyi münasibəti ilə mək-

tub yazdı. Lakin F.X.Xoyski H.Ağayevə təşəkkürünü 

bildirərək sağlamlığının bu vəzifəni yerinə yetir-

məsinə imkan vermədiyini bildirdi. O, eyni zaman-

da bü tün gücünü xalqa xidmətə həsr edəcəyini 

də qeyd edirdi.

Dekabrın 18-də H.Ağayev F.Xoyskiyə Baş Nazir 

vəzifəsini qəbul etməsi ilə bağlı təkrar müraciətində 

bildirirdi: “Yeni hökumət təşkili üçün zati-alilərinizə 13 

qanunda (dekabrda – red.) müraciət yazdığım mək-

tubuma rədd cavabı almağa baxmayaraq, təkrarən 

zat-alilərinizdən millət naminə rica edirəm ki, vətə-

nin bu ağır zamanında hökumət təşkili kimi məsuliyyətli bir vəzifədən bərkənar 

olmayıb, yeni müştərək bir Kabinə təşkilini öhdənizə götürəsiniz. Zati-alinizdə qə-

rar müraciətimi Parlaman funksionlarının hamısının müttəfiqül-rəy və müştərəkən 

zat-alilərinin namizədliyini qəbul edib və tələb etməsi təzyidindən dolayı ricamın 

qəbulu ümidindəyəm, əfəndim!.. Parlaman rəisi adına H.Ağayev”

14

.

Bu müraciətlərdən sonra F.X.Xoyski razılaşdı və 1918-ci ilin dekabrın 



26-da növbəti hökuməti formalaşdırdı. Onun sədrliyi ilə təşkil edilən Na-

zirlər Şurasında F.X.Xoyski həm də Xarici İşlər Naziri vəzifəsini yerinə yeti-

rirdi. Onun formalaşdırdığı hökumət müxtəlif partiya və təşkilatları təm-

sil edən aşağıdakı nazirlərdən ibarət idi: 1) X.Xasməmmədov (Müsavat) 

– Daxili İşlər naziri 2) İ.Protasov (Slavyan-Rus Cəmiyyəti) – Maliyyə naziri 

3) X.Məlikaslanov (bitərəf) – Yollar naziri 4) T.Makinski – Ədliyyə naziri 

5) N.Yusifbəyli (Müsavat) – Maarif və dini etiqad naziri 6) A.Səfikürdski (so-

sialist) – Poçt-teleqraf və əmək naziri 7) S.Mehmandarov (bitərəf) – Hərbi 

nazir 8) R.Xoyski (bitərəf) – Sosial-təminat naziri 9) Y.Gindes (Slavyan-Rus 

Cəmiyyəti) – Xalq Səhiyyəsi naziri 10) M.Əsədullayev (bitərəf) – Ticarət 

və sənaye naziri 11) M.H.Hacınski (16.01.1919 tarixindən – Ə.Həsənov) – 

Dövlət müfəttişi 12) K.Lizqar (Slavyan-Rus Cəmiyyəti) – Ərzaq naziri 13) 

X.Sultanov (Müsavat) – Əkinçilik naziri

15

.

14

  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, i. 17, v. 84.



15

  Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti (1918-1920). B., 1990, s. 92.




CÜMHURİYYƏT QURUCULARI

46

F.X.Xoyskinin bir dövlət xadimi kimi fəaliyyətinin öyrənilməsində parla-



mentdəki çıxışları da çox önəmlidir. 

O, növbəti dəfə Azərbaycan Parlamentinin dekabrın 20-də keçirilən 4-cü 

iclasında çıxış etdi. İclası parlamentə sədrlik edən H.Ağayev açdı. H.Ağayev ic-

lasın fövqəladə keçirilməsinin iki səbəbi olduğunu vurğuladı: birincisi, erməni 

və gürcü millətləri arasında əlaqələrin pozulub münasibətlərin gərginləşməsi, 

ikincisi isə ermənilərdən olan bəzi məsuliyyətsiz dəstələrin vəhşilikləri, Andro-

nikin komandanlığı altında qoşunun Azərbaycan Cümhuriyyəti hüdudunu ke-

çib Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında kəndləri xaraba qoyması, köməksiz 

xalqı qətlə yetirməsi.

Nazirlər Şurasının Sədri F.X.Xoyski parlamentin fövqəladə iclasında Qarabağ 

və Zəngəzurda Andronik ordularının hərəkətləri haqqında məlumat verdi. O, 

çıxışında dedi: “Zəngəzur əhvalatı təzə bir şey deyil. Bu, çoxdan başlamış bir işdir. 

Burada oturan məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən 

Qarabağ haqqında bir məsələ qaldırılmış idi. Hələ iyul ayında Andronik başına 

bir dəstə çətəçi yığaraq İrəvan quberniyasından Gəncə quberniyasının hüdu-

duna keçdi. Burasını deməliyəm ki, Andronik Türkiyə təbəəsidir. O vaxt Azər-

baycan hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciətlə isti cavab 

etmişdir ki, Andronik sizin tərəfinizdən bu işi görür, yoxsa bu hərəkətlər onun 

öz təşəbbüsüdürmü və onun qoşunları erməni hökumətinə tabedirmi, yoxsa 

onun hərəkətləri, şəxsi təşəbbüsləri və adi üsyan kimidirmi? Erməni hökuməti 

cavab verdi ki, Andronikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur, özü də bir 

asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını 

istəyir. Fəqət gücü yoxdur, iş görə bilmir”

16

.



F.X.Xoyski çıxışında qeyd etdi ki, Azərbaycan əskəri qüvvələri Bakını azad 

etməklə məşğul olduğundan, Andronikin Zəngəzurdakı vəhşiliklərinin qarşısı-

nı ala bilmirdi. Sentyabrda Bakı alınandan sonra Androniki Şuşa qəzasından və 

Zəngəzur mahalından qovmaq mümkün oldu. Noyabrın 20 və 23-dən sonra 

Andronik yenə peyda oldu. F.X.Xoyski bu məsələlərlə bağlı ingilis hərbi qüv-

vələrinin komandanı general Tomsonu məlumatlandırdığını, onun isə dərhal 

tədbirlər görməyin vacibliyini söylədiyini qeyd edir. F.X.Xoyski çıxışında Andro-

nikin başçılıq etdiyi quldur dəstələrinin planlarını açıqladı: “Aşkar fikirləri budur 

ki, Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan ayırıb, Ermənistana birləşdir-

sinlər”.  F.X.Xoyski qətiyyətlə bildirir: “...Biz var qüvvəmizlə Azərbaycanın 

16

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 895, s. 1, i. 1, v. 38-48.




FƏTƏLİ XAN XOYSKİ

47

hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan 



gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər”.

F.X.Xoyski 1918-ci ilin dekabrın 26-da Azərbaycan Parlamentinin beşinci ic-

lasında yeni təşkil etdiyi hökumətin proqramı və tərkibi haqqında məruzə etdi. 

Həmin məruzəsində o, çətin və qorxulu vaxtda təzə kabinə təşkilini üzərinə 

götürdüyünü və bunun böyük məsuliyyət olduğunu söylədi. O, qeyd etdi ki, 

Sülh konfransında ən mühümü istiqlalımız məsələsi olacaqdır. Sonra çıxışında 

dedi: “Azərbaycan istiqlaliyyəti ondan ibarət deyil ki, özümüz ilə özgə dövlətlər 

arasında bir divar yapaq. Aşkardır ki, müstəqil Azərbaycan hökuməti özgə döv-

lətlər ilə əlaqəyə girməyə çalışacaqdır. Bu əlaqə əvvəlcə qonşu Rusiyada təşkil 

olunan məmləkətlər və Rusiyanın özü ilə də olacaqdır. Özgə məmləkətlər ilə 

olacaq əlaqə bir tək hökumətin vəzifəsi olmayıb, sizin qüvvəniz və göstərdiyiniz 

yol ilə hasil olacaqdır. Bu istiqlaliyyətin hamımız üçün əziz və sevgili oldu-



ğuna əminiz

17



F.X.Xoyski yeni hökumətin fəaliyyətində daxili işlərə diqqətin artırılacağı-

nı, Maarif nəzarəti sahəsində ana dilində məktəb açılması vacibliyini, ərzağın 

ədalətli bölgüsünün aparılacağını, ədliyyə nəzarətinin gücləndiriləcəyini, tor-

paq məsələsinin qəti surətdə həll ediləcəyini qeyd etdi və çıxışının sonunda 

yeni kabinənin üzvlərinin adlarını açıqladı.

F.X.Xoyski 1919-cu ilin 25 yanvarında Azərbaycan Parlamentinin doqquzun-

cu iclasında Müttəfiq ölkələrin Balkan yarımadası və Qafqazdakı qoşunlarının baş 

komandanı C.Milnlə görüşləri haqqında bəyanatla çıxış etdi. Qeyd etdi ki, görüş 

zamanı general İngiltərə hökumətinin Azərbaycan Cümhuriyyəti hökumətini 

tanıdığını və bundan başqa bir hökuməti tanımayacağını söylədi. F.X.Xoyski ge-

nerala “İngiltərə və müttəfiq qoşunlarının Qafqasyaya nə məqsədlə gəlib?” sualı 

ilə müraciət etdikdə, onun belə cavab verdiyini qeyd etdi: “Bizim Qafqasyaya 

gəlməkdə məqsədimiz asayiş və sakitliyi qorumaqdır. Yenə təkrar edirəm, Sizin 

daxili işlərinizə qarışmayacağıq”.

Azərbaycan Parlamentinin fevralın 4-də keçirilən on ikinci iclasında hö-

kumətin Ermənistanda diplomatik nümayəndəliyinin təyini məsələsinin gecik-

dirilməsinə qarşı çıxan müxalifət nümayəndələrinin tənqidinə F.X.Xoyski belə 

cavab verdi: “Biz Ermənistana nümayəndə təyin etmək istəmişik, amma o hö-

kumət cavab verməmişdir. Təkrar noyabr ayında müraciət edilmiş, yenə cavab 

çıxmamışdır”

18

.

17



 Azərbaycan Respublikası Dövlət Arxivi,  f. 895, s. 1, i. 1, v. 50-57.

18

 “Azərbaycan” qəzeti, 6 fevral 1919, №107.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə